Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
Oxunub: 2171
19 Oct 2020 | 21:50
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü  – Xalq artistinin film kimi həyatı
Bu gün Xalq artisti Fatma Muxtarovanın anım günüdür. 

Moderator.az Kulis.az-a istinadən ənətkar haqqında maraqlı faktları təqdim edir.


Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. 3 yaşı olanda atası Abbas kişini itirib. Anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurduqdan sonra ailə 1910-cu ildə Saratovda məskunlaşır.

***

Anasının ikinci dəfə ailə qurması onun həyatını alt-üst edir. Bununla da onun həyatının acınacaqlı günləri başlayır. Alverçi olan atalığı yüngül yolla qazancı və “şən həyatı” xoşlayırdı. Ailə zirzəmilərdə, daxmalarda yaşasa da o, ailəsinə heç nə vermir, tez-tez anasını və Fatma xanımı döyürdü. Yeddi yaşı olanda ailə Peterburqa köçür. Valideynləri qərara gəlirlər ki, onu dilənməyə göndərsinlər. Qızcığaz nə qədər ağlasa da, yalvarsa da xeyri olmur. Şaxtalı qış günündə onu küçəyə itələyib pulsuz geri qayıtmamağı tapşırırlar.

***


Fatma xanım həmin günləri müsahibələrində belə xatırlayıb: “Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim “uzanmadı”. İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım. Pəncərələr açıldı. Adamlar mənə cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar. İlk "konsertimdən" sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım”.

***

Küçədə oxuyaraq qazanıb evə gətirdiyi pulla valideynləri ona şarmanka alır, beləliklə də küçə müğənniləri ilə nəğmə dərsləri başlanır. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı.



8 yaşlı qızcığazın üzərinə düşən məsuliyyət ağır idi. Səhərdən axşama qədər nəfəsini dərmədən oxuyurdu. Atalığı da bir yandan göz verib, işıq vermirdi. Fatma evə az pul gətirəndə atalığı onu onu döyürmüş.

***

Uzun müddət Fatmanın anası onun əsl adını hamıdan gizlədir. Saratovda onu "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" kimi tanıyırdılar.

14 yaşı olanda pullarını yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ - 1000 rubl toplaya bilir. Saratovun "Spravoçnı listok" qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı idi. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. O, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, "ictimaiyyətdən" olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirir, "cənablar" və "xanımlar"la bir masaya əyləşdirirlərmiş. Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, "Saratovski listok"un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir "təlim"in olmayacağına söz verir. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Konsertə kifayət qədər dinləyici toplaşır və buna görə də, toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət edir.

***

Konsetvatoriyada heç kim qızcığazla işləmək istəmirdi. İsti-soyuq demədən oxuyan Fatma xanımın səsi xırıldayırdı. Hamı düşünür ki, ondan bir şey çıxmayacaq. Fatma xanım müsahibələrində o günləri belə xatırlayır:
“Bəzən şaxtada qavalı üzümə tutub küləkdən qorunurdum. Oxuduqca qavala boğazımdan qan damlaları sıçrayırdı. Yalnız M.Y. Medvedyev qərara aldı ki, mənimlə məşğul olmağı sınaqdan keçirtsin və nəticəsini bir aydan sonra müəyyən etsin. Təsəvvür edin, bir hərf belə tanımıram, rusca çox pis bilirəm. Mənimlə məşğul olmaq üçün böyük səbr lazım idi. İki həftə sonra o, bildirdi ki, mənimlə məşğul ola bilər. Bundan sonra hökumət hesabına oxumağa başladım”.



Konservatoriyada oxuduğu illərdə belə ailəsi Muxtarovanı rahat buraxmayıb. Onu məcbur ediblər ki, tətillərdə qastrollara gedib, pul qazansın. Bu qastrollar zamanı o, bir dəfə Bakıda da olub.

***

1914-cu ildə kanservatoriyanı bitirən Fatma Muxtarova ailə həyatı quraraq valideyinlərini tərk edib. O, həyat yoldaşı ilə birlikdə Moskvaya köçüb. Onu çox sevən həyat yoldaşı Aleksandr Malinin Fatmanı Səttar kişinin caynağından xilas etmək üçün atalığının bütün tələblərini yerinə yetirib-adını dəyişdirib, müsəlmanlığı qəbul edib.

***

Fatma Muxtarova 1932-ci ildə opera ulduzu olduğu, Leninqradda S. M. Kirov adına Opera və Balet Teatrında işlədiyi vaxtlarda atalığı ilə sonuncu dəfə təsadüfən küçədə qarşılaşıb. Atalığı çəkmə silirmiş. Fatma xanım uzun müddət ona dayanaraq baxıb. Birdən o, başını qaldırıb və Fatma xanımı tanıyıb. Fatma xanım o mənzərəni belə təsvir edib: “Sanki o anda gözünün işığı söndü, tez başını aşağı saldı”.

***

F.Muxtarovanın ailə həyatı qurandan sonra işləri yaxşı gedir. S.İ. Zimin onun oxumağını bəyənib öz teatrına dəvət edir. 1919-cu ildə qızı Leyla dünyaya gəlir. Ailədə xoşbəxt olan müğənni səhnədə şöhrətin astanasında idi. Daha sonra onun Saratova, Rastova, Xarkova qastrol səfərləri başlayır.

***

Dövrün qəzetləri isə onun haqqında yazırdılar: "Bu səs insanı xəncər kimi yaralaya da bilər”...

***

F.Muxtarova əvəllər də Bakıda qastrol səfərlərində olub. Ancaq onun Bakıya dönüşü 1928-ci ilə təsadüf edib. O, 25 il Azərbayacan opera səhnəsində bir-birindən gözəl rollar oynayıb.

***

Fatma Muxtarova ilə 15 il birgə çalışan Ağbaba Bünyadzadə onu belə xatırlayır:
“Mənə İlk dəfə Eskamilyo rolu tapşırılmışdı. Fatma xanımın, Karmenin sevgilisini oynayacaqdım. Tamaşanın başlanmasına iki saatdan çox vaxt qalmışdı. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun geyindiyini, tamaşaya hazırlaşdığını gördüm. Bu, onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut etdirdi. Həddən artıq tələbkar idi”.



Fatma Muxtarova səhnə ilə Tiflisdə 1953-cü ildəki axırıncı qastrol səfəri zamanı vidalaşıb. Çünki Bakıda onu təqaüdə göndərmişdilər. Birdən-birə ona təklif etmişdilər ki, təqaüdə getsin, dincəlsin. Fatma xanım isə bunu “sən artıq qocalmısan, sən gərəksizsən, teatra yüksən" fikri kimi qəbul etmişdi. Buna görə də incik qəlblə, heç kimə bir kəlmə belə demədən teatrdan ayrılıb.

***

1953-cü ildə Fatma Muxtarovanın sevimli operası “Qara toxmaq qadın”ı yeni quruluşda hazırlayırdılar. Və Polina rolunun ifaçısı, gənc müğənni Maxova Fatma xanımı roluna baxmaq üçün məşqə dəvət etmişdi. Muxtarova həmişə yaxşı yoldaş olmuşdu və həmişəki kimi yenə qürurla hərəkət etdi. (teatrın isə nə rəsmi, nə də şifahi dəvəti var idi.) Məşqə getdi. Fatma xanım xidmət keçidinə daxil olanda (O, bu keçiddən otuz il keçmişdi) onu administrator saxlayır.

“Mən, Muxtarovayam”- deyib keçmək istəyir. Adminsitrator taxtaya vurulmuş elanı göstərir: "Kənar şəxslərin girişi qadağandır".

“Buradan ancaq mənim tabutum keçəcək”-deyərək aktrisa həmişəlik teatrdan çıxıb gedir və yatağa düşür. Sözünün də üstündə durur. Düz 19 il sonra onun cənazəsi teatrın binasından içəri girir.

***

Səhnəmizin canlı əfsanəsi o qədər incik idi ki, Mastro Niyazinin teatrda məsləhətçi olmaq təklifinə bəhanələrlə cavab vermişdi:
“Bilirsən, Niyazi, aktrisalarda qəribə qısqanclıq olur. Görəcəyəm ki, mənim bir vaxt oynadığım rolları indi başqaları oynayır, azacıq da olsa həsəd aparacağam. Yox, məsləhətçi də işləmək istəmirəm. Yorulmuşam”.

Maestro nəql edirmiş ki, Fatma xanım səhnədən gedəndən sonra səhnə paltarlarını sobada yandırıb...



1963-cü ildə Gürcü operası Bakıya qonaq gəlib. “Daisi” operası səhnədə oynanılacaqmış. Teatrın rəhbərliyi parterin ilk cərgələrini hörmətli qonaqlar üçün saxlayıbmış. Yerlərdən ikisi gürcü qonaqların arzusu ilə Fatma Muxtarovanın idi. Gürcü operaçıları isə Fatma Muxtarova ilə görüşməyi həsrətlə arzulayırmışlar. Ancaq o, gəlməyib.

Ertəsi gün Gürcüstan teatr muzeyinin mudiri Nunu Mesxi və məşhur gürcü opera müğənnisi Batu Kraveyşvili Fatma xanımın evinə gediblər. Qonaqları görən Fatma xanım əvvəlcə onları tanımayıb, kim olduqlarını öyrənəndən sonra isə: “əgər mənə əvvəlcədən xəbər versəydiniz, sizi qəbul etməzdim. İstəyirəm ki, tiflislilər məni həmişə gənc, gözəl xatırlasınlar. İndi gördüyünüz kimi yox”, - deyib.

***

Gürcü rejissoru İ. Klavişvili “Çətin yollarla ” kitabında bir fəsli Fatma xanıma həsr edib. Həmin fəsildən bir məqam: “Fatma Muxtarovanın öz yaradıcılıq prinsipləri var idi. O, bu prinsipləri cəsarətlə, yeri düşəndə lap saymazyana bir tərzdə müdafiə edərdi. Özü də belə hallarda qaba ifadələri işlətməkdən çəkinmirdi. Yavaş-yavaş biz onun qəşəng “sözcüklərinə” öyrəşmişdik. Və heç kəs də incimirdi.

***

“Karmen”in məşqində dirijor A. V Pavlov Arbenin onu saxlayıb dedi: "Madam Muxtarova, siz bu yerdə ritmdən çıxırsınız”. Muxtarova ona sarı çevrildi və bərkdən elə səhnədə dedi: “Maestro, gedin ..”
Dirijor özünü itirdi: “Siz mənə deyirsiniz bunu?”.

"Bəli, sizə" - Fatma xanım halını dəyişmədən cavab verib. Maestro drijor çubuğunu pulta vuraraq deyib: "Eksentrik qadındır. Nə isə, davam edək”.

***

Fatma xanım teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz sənəti ilə bağlı sənədləri, fotoları toplamaqla yaşayıb. Ömrünü, keçmişini həmişə nəvəsi Svetlanaya nağıl kimi danışarmış...

***

Fatma Muxtarova 1972-ci ildə Bakıda vəfat edib.
Oxşar xəbərlər
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi