"Heç kim Ermənistanın törətdiyi bu vəhşiliyə, bu vandal aktına biganə qalmamalı..."
Oxunub: 1297
18 Oct 2020 | 11:45
Təcavüzkar və işğalçı Ermənistan hər dəfə döyüş meydanlarında məğlubiyyətinin acısını çıxmaq üçün
xain təxribata əl atır. Bu dəfə də hədəf mülki insanlar - qadın və uşaqlar oldu. 

Adi dillə desək, Ermənistanın gücü ancaq qadın və uşaqlara çatır. Qarabağda rəşadətli əsgərlərimizin qabağından qorxaqcasına qaçan erməni dığalarının hərbi-siyasi rəhbərliyi növbəti dəfə terror əməli törətdi.

Oktyabrın 17-də düşmən gecə saatlarında Gəncə şəhərinə raket zərbələri endirdi. Bu xain terror hücumu
nəticəsində yenə günahsız dinc sakinlərimiz arasında çoxlu sayda ölən və yaralananlar vardır. Onların
əksəriyyəti uşaqlar və qadınlardır. Bu Ermənistan tərəfindən beynəlxalq konvensiyaların kobudcasına
pozulması deməkdir. Bu hərbi cinayətdir. Dünya birliyi Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətə
laqeyd qalmamalıdır. Heç kim Ermənistanın törətdiyi bu vəhşiliyə, bu vandal aktına biganə qalmamalı,
insanlıq suçunu görməzlikdən gəlməməlidir.

Aydın məsələdir ki, düşmən öz acizliyini ört-basdır etmək üçün, öz məğlubiyyətlərini pərdələmək üçün
Azərbaycanın mülki şəxslərini hədəfə alır. Ermənistandan fərqli olaraq Azərbaycan isə heç vaxt mülki
şəxsləri hədəf seçmir. Bu həqiqəti cənab Ali Baş Komandanımız İlham Əliyev də dəfələrlə vurğulayıb.
Ancaq beynəlxalq ictimaiyyət Ermənistanın bu aqressiyasına, vəhşiliklərinə adekvat reaksiya vermədiyinə görə, biz özümüz öz gücümüzlə təcavüzkarı ram etməyə, ağıllandırmağa çalışırıq. 30 ilə yaxındır ki, sülh danışıqlarından səmərəli nəticələr gözləyən, lakin bütün gözləntiləri puça çıxan Azərbaycan xalqı indi işğal altında olan öz ərazilərini azad etməkdədir.

Bir daha qeyd edirəm ki, işğalçı Ermənistandan fərqli olaraq biz öz gücümüzü erməni şəhərlərinə raket
atmaqla, erməni qadınlarını, uşaqlarını gecə yatdıqları yerdə bombalamaqla göstərmirik. Biz öz
gücümüzü və nəyə qadir olduğumuzu real döyüş meydanlarında göstəririk. Fərqimiz də bax bundadır.
Azərbaycanın döyüş meydanlarında əldə etdiyi uğurları, həyata keçirdiyi uğurlu döyüş taktikalarını,
Azərbaycan Orusunun güc və qüdrətini təkcə Ermənistan deyil, bütün dünya gördü. Və hər kəsə aydın
oldu ki, bu gün Azərbaycan yenilməzdir, onun güclü Ordusu var, onun səriştəli və mübariz Ali Baş
Komandanı var. Odur ki, düşmənin mülki sakinlərimizə atəş açması kimi bu çirkin və iyrənc davranışı
Azərbaycan xalqını əsla sarsıda biməyəcək, Azərbaycan xalqının iradəsini qıra bilməyəcək və bizi bu haqq yolumuzdan döndərə bilməyəcəkdir. Azərbaycanın şanlı Ordusu işğal altında qalan ərazılərimizi erməni vandallarının əsarətindən qurtaracaq və üçrəngli bayrağımız həmin ərazilərdə dalğalanacadır!

Biz düşmənin “atəşkəs” tələsini, hiyləsini də yaxşı başa düşürük. Ermənistanın hərbi-siyasi rəhbərliyi
Azərbaycan Ordusunun əks-hücümları qarşısında duruş gətirə biməyəcəklərini elə ilk günlərdən
anlayaraq atəşkəsə nail olmaq üçün hər kəsə yalvarmağa başladı. Lakin düşmən tərəf öz xislətinə sadiq
qalaraq rəsmi Moskvanın vasitəçiliyi ilə humanitar atəşkəs elan olunmasının səhərisi günü Gəncə və
Mingəçevir şəhərlərinə raket və ağır artilleriya atəşi açdı. Onlar bununla da bir daha sübut etdilər ki,
Ermənistan tərəfi heç bir beynəlxalq qanun və prinsipləri tanımır, hətta öz xahiş və yalvarışları hesabına
əldə olunan humanitar atəşkəsə belə əməl etməyə siyasi iradələri çatmır. Budur erməni xisləti.

Ermənistan beynəlxalq təxribatlara əl atmaqda davam edir. Xarici ölkələrdən muzdlu döyüşçüləri,
terrorçu qatilləri, qanunsuz silahlı qruplaşmaları gətizdirərək, Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb
edirlər. “Atəşkəs” oyunu da Ermənistana bütün bu murdar əməllərini ört-basdır etmək üçün lazım idi.

Çox maraqlıdır ki, bəzi dünya ölkələri Ermənistanın törətdiyi bu terror aktlarına, həyata keçirdikləri bu
müharibə cinayətlərinə heyrətamiz dərəcədə soyuqqanlı münasibət göstərir, seyrçi qalırlar. Onlar sanki
heç bu bəşəri cinayətləri görmürlər. Hələ bunlar azmış kimi bəzi iri dövlətlər işğalçı və terrorist
Ermənistan dövlətini bu və ya digər vasitələrlə müdafiə edir, hətta ona gizli və ya açıq şəkildə silah-sursat
yardımı da göstərirlər. Əgər bu belə olmasa idi, oyuncaq Ermənistan dövləti artıq çoxdan süqut etmişdi.
Lakin biz bir daha Ermənistana və onun havadarlarına bəyan edirik ki, bu haqq savaşında Azərbaycanın
mövqeyi güclüdür.

Bu gün bütün Azərbaycan xalqı ayaqdadır. Hər bir kəs bir əsgər kimi torpaqlarımızın bütövlüyü uğrunda döyüşməyə, bu yolda canından belə keçməyə hazırdır. Mənfur Ermənistan Azərbaycanın bu milli həmrəyliyinin qarşısında heç bir vəchlə duruş gətirə bilməz. Rəşadətli Azərbaycan Ordusu günbəgün zəfərə, qələbəyə yaxınlaşmaqdadır. Hər gün torpaqlarımızın bir hissəsi düşmən tapdağından azad olunur.

Kəndbəkənd, rayonbarayon, qarış-qarış ərazilərimiz işğaldan azad olunur. Qəhrəman əsgərlərimiz
qarşısında tab gətirə bilməyən erməni cəlladları döyüş texnikalarını, silahlarını, həta bayraqlarını da
qoyub rəzilcə qaçırlar. Üstəgəl, biz bu haqq davamızda tək deyilik. Bizim qardaş Türkiyə kimi, Pakistan
kimi, Ukrayna kimi sadiq dostlarımız və mütəfiqlərimiz var. Bütün sülhsevər qüvvələr və dövlətlər bizim yanımızdadır.

Odur ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı tamamilə işğaldan azad edəcəyik. Düşmən tərəf
də bunu yaxşı bilir. Elə ona görə də hər cür təxribata, terrora əl atır. Ötən gecə Gəncədə törədilən
soyqırım aktı da düşmən tərəfin acizliyindən doğan növbəti vəhşilikdir. Lakin Ermənistan bununla heç
nəyə nail ola bilməyəcək. Azərbaycan Ordusunun da, Azərbaycan xalqının da, Ali Baş Komandanımızın da yenilməz əzmi, döyüş ruhu ortadadır. Bu ruhu heç nə ilə sarsıtmaq mümkün deyil. Çünki Ali Baş Komandanımızın da qeyd etdiyi kimi biz Vətən müharibəsi aparırıq, Ermənistan tərəfi isə ədalətsiz müharibə aparır. Bu müharibə bizim üçün müqəddəsdir. Müqəddəs müharibə aparan, öz torpaqlarını azad etməyə qalxan toplumlar həmişə məğlubedilməz olur. Bunu dünyanın hərb tarixi də sübut edir. Bu gün hər bir azərbaycanlı bilir və əmindir ki, Qələbə bizimlədir! Çünki Qarabağ bizimdir!

Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Oxşar xəbərlər
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
GÜNLÜK
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib