Bakı Dövlət Universiteti BƏYANAT YAYDI
Oxunub: 1987
14 Oct 2020 | 10:46
Bakı Dövlət Universiteti  BƏYANAT YAYDI
Dünya qloballaşmaya qədəm qoyduqca, cəmiyyətlərarası inteqrasiya gücləndikcə nədənsə beynəlxalq müstəvidə mövcud problemlər həll olunmaq əvəzinə, daha da çətinləşir və qəlizləşir. Bu problemləri orta əsrlərdə, hətta XX əsrdə də başa düşmək olardı. XX əsrdə iki əsas fərqli sistem - sosialist və qeyri-sosialist sistemləri arasında ziddiyyətlər də arxada qalmış və yeni bir müstəviyə keçid yaranmışdır. Hazırda beynəlxalq hüquq normaları kifayət qədər sahələrə nüfuz etmiş, güclü beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, ATƏT və s.) və geniş beynəlxalq müqavilələr sistemi qurulmuş, həqiqətən sivil və demokratik cəmiyyətlərin mövcud olduğu dövlətlər formalaşmış, mütərəqqi ideyalar daha da inkişaf etmişdir. Bəs onda nə üçün təcavüzkarlıq, soyqırımı siyasəti daha da aktivləşir, adi elementar insan hüquqları ayaqlar altına salınır, dünya da buna susur? 
Başqa sözlə desək, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırımı siyasəti dünya ictimaiyyəti tərəfindən hələ də cavabsız qalmışdır. Təcavüz və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etməsi isə beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Beynəlxalq ictimaiyyətin həmin hadisələrə müəyyən mənada biganə qalması, son nəticədə beynəlxalq hüququn fəaliyyətsizliyi təəssüfləndirici hal kimi xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 nömrəli) qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir, bu da universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. ATƏT-in Minsk qrupu çərçivəsində 30 ilə yaxın müddətdə danışıqlar prosesi hələlik nəticə verməsə də, Azərbaycan ötən müddətdə münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilmişdir. 
2020-ci ilin sentyabr ayının  27-dən yeni istiqamətdə başlanan və bu gün də davam edən Ermənistanın növbəti beynəlxalq cinayətlər siyasətinin ən ağır nəticəsi isə mülki əhaliyə qarşı edilən cinayətlərdir. Burada isə ən ağır forma kimi qeyd olunmalıdır ki, 11 oktyabr 2020-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası ilə razılaşdırılmış humanitar məqsədlərlə atəşkəs imzalanandan sonra Ermənistan Respublikası nəinki buna əməl etməmiş, əksinə onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi “SKAD” tipli raket kompleksindən atəşə tutmuşdur. Bilavasitə Gəncəyə atılan ballistik raket nəticəsində 10 mülki şəxs həyatını itirmiş, 34 mülki şəxs isə yaralanmışdır. Onlardan 6-sı uşaq, 16-sı isə qadındır. Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzünün davamlılığını göstərən bu təxribat, beynəlxalq cinayət hesab edilən müharibə cinayətləri olmaqla, Ermənistanın ilk növbədə BMT Nizamnaməsini, Müharibə aparılmasının adət və qaydalarını müəyyən edən Haaqa Konvensiyalarını, Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarını və həmin konvensiyalara edilən 1977-ci il tarixli Əlavə Protokolları, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu, o cümlədən ayrı-ayrı silah növlərindən istifadə ilə bağlı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquq normalarını, həmçinin mülki əhalinin hərbi əməliyyatların təhlükəsindən müdafiə edilməsi ilə bağlı ümumi hüquq prinsipini kobud şəkildə pozur. Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasına Əlavənin 25-ci maddəsinə əsasən, müdafiə olunmayan şəhərin, kəndin, yaşayış yerinin və ya tikilinin hücuma məruz qalması və ya bombalanması birmənalı olaraq qadağandır. 1949-cu il Cenevrə Konvensiyalarına əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il Protokolunun (I Protokol) 51-ci maddəsinə müvafiq olaraq, mülki əhali hücum obyekti ola bilməz. 85-ci maddəyə müvafiq olaraq, mülki əhalini hücum obyektinə çevirmək, mülki şəxslər arasında hədsiz təlafata, yaralanmaya və ya mülki obyektlərə ziyan dəyməsinə səbəb olcağını bilə-bilə mülki əhaliyə və ya mülki obyektlərə toxunan hücumlar etmək ciddi beynəlxalq hüquq pozuntusu sayılır. Statutun 8-ci maddəsinə əsasən, qəsdən mülki əhaliyə, yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə hücum etmək (b.i), qəsdən mülki obyektlərə hücum etmək (b.ii), müdafiəsiz və hərbi məqsədlər daşımayan şəhər, kənd, yaşayış yerləri və binalara hücum etmək və ya onları hər vasitələrlə atəşə tutmaq (b.v) müharibə cinayətləridir və cəzalandırılmalıdır.   
Bütövlükdə, Ermənistanın bu addımı Müharibə dövründə mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasının və bu cür silahların mülki əhaliyə qarşı istifadəsini qadağan edən beynəlxalq sazişlərin müddəalarına ziddir və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsinə əsas verir. 
Hesab edirik ki, Ermənistan Respublikasını bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyəti bölüşməlidirlər. Təəssüflər olsun ki, bu gün də qeyd olunan silahların təchizatı dayandırılmamışdır, əksinə daha iri həcmdə davam etməkdədir. Təəssüf doğuran digər bir məsələ, bu təchizatın mülki aviasiya vasitəsilə həyata keçirilməsidir. Hansı ki, mülki aviasiyanın bu məqsədlə istifadə edilməsi, “Beynəlxalq mülki aviasiya haqqında” 1944-cü il Konvensiyasına birbaşa ziddir. Konvensiyanın 4-cü maddəsinə müvafiq olaraq, mülki aviasiyanın Konvensiyanın məqsədlərinə uyğun olmayan hər hansı məqsədlə istifadə olunması yolverilməzdir.  Hesab edirik ki, universal və regional kollektiv təhlükəsizliyin üzvü olan, ən azından sülhməramlı missiyanı üzərinə götürən dövlətlər, bu addımların qarşısının alınmasına öz töhvələrini verməli və regionda yaranmış gərginliyin aradan qaldırılmasına nail olmalıdırlar. Eyni zamanda, beynəlxalq cəmiyyət Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməklə öz qanunsuz əməllərindən əl çəkməyə ciddi təsir göstərməli və Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək verməlidir.  
   BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərir. Ermənistan isə ikili standartlarla pərdələnərək özünün işğalçılıq və hələ də davam edən beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığı kimi, beynəlxalq cinayətlər törətmiş Ermənistanın və aidiyyəti şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tamhüquqlu subyekti olaraq beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş subyektiv imkanlara və onların lazımınca realizəsini tələb etmək hüququna malikdir. Ümidvarıq ki, tezliklə beynəlxalq hüquq ikili standartlardan azad olunmaqla cəzasızlıq mühiti də aradan qalxacaq və beynəlxalq-hüquqi məsuliyyət normaları tam gücü ilə fəaliyyət göstərəcəkdir.

Oxşar xəbərlər
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib