“Mülki insanları hədəf alması düşmənin miskinliyindən, çarəsizliyindən və barbarlığından xəbər verir”
Oxunub: 2897
14 Oct 2020 | 09:47
“Mülki insanları hədəf alması düşmənin miskinliyindən, çarəsizliyindən və barbarlığından xəbər verir”

“Türkiyə öz əməlləri ilə Azərbaycana qardaş olduğunu bir daha sübut etdi”

 

Artıq 18 gündür ki, xalqımızın apardığı Vətən Müharibəsi davam edir.

 

Moderator.az olaraq millət vəkili Cavid Osmanovla söhbətimizdə işğaldakı vətən torpaqlarının azad ediməsinə, Qarabağın erməni ordusu və terror dəstələrindən təmizlənməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edən bu müqəddəs müharibə ilə bağlı bəzi məqamları şərh etməyə, fərqli nüanslardan dəyərləndirməyə çalışdıq.

 

-Cavid müəllim, cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın bir sıra şəhərlərini atəşə tutmaqda, mülki insanları, yaşayış məntəqələrini hədəf seçməkdədir. Düşmənin dinc əhalini raket zəbələrinə məruz qoyması hərb meydanında məğlub olan və ciddi zərbələr alan Ermənistanın acizliyi ilə yanaşı, həm də öz məğlubiyyətini dolayısı ilə etiraf etməsi kimi qiymətləndirilə bilərmi?

 

-Təbii. Məlum olduğu kimi, 27 sentyabr tarxində düşmənin bütün cəbhə xətti boyu törətməyə çalşdığı irimiqyaslı təxribatın qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu tərəfindən rəşadətlə alındı və iki həftəlik döyüşlər nəticəsində ordumuz bir rayon mərkəzini – Cəbrayıl şəhərini, 33 kənd və qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Qısa müddət ərzində ordumuz düşmənə ciddi zərbələr vurdu. Müdafiə Nazirliyinin verdiyi məlumatlarda düşmənin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilərə məruz qaldığı öz əksini tapıb. Baxmayraq ki, düşmən bütün vasitələlrə öz itkilərini gizlətməyə çalışır. Lakin bu itkilərin miqyası o qədər böyükdür ki, onları gizlətmək, ört-basdır etmək mümkün deyil.

 

Ermənistan daxilində ciddi sarsıntıların yaşandığı hər kəsə məlumdur. Həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan düşmən ölkədə vəziyyət 27 sentyabr tarixinə qədər də kifayət qədər acınacaqlı idi. 27 sentyabr hadisələrindən günümüzə qədər isə Ermənistanın hərb meydanında ardıcıl məğlubiyyətə uğraması, rəsmi İrəvanın narahatlığını ikiqat artırıb.

 

Aktiv hərbi əməliyyatların elə ilk günündən düşmən hərbçilərimizlə yanaşı, mülki insanlarımızı da hədəfə almağa cəhd etdi. Ilk növbədə cəbhə bölgəsindəki yaşayış məntəqələrini, daha sonra isə cəbhədən yüz kilometrlərlə uzaqda olan şəhərləri – Gəncəni, Yevlaxı, hətta Xızı və Abşeronu da hədəfə aldı. Bu, Azərbaycan ordusunun qalibiyyətinə, onun gücünə tab gətirməməkdən irəli gələn bir hadisədir və Ermənistanın miskinliyini göstərir.

 

-Cavid müəllim, düşmən mülki insanları hədəf seçməklə daha hansı məqsədlərə nail olmağa çalışır?

 

-Mülki insanları hədəf almaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi bir daha özünün nə qədər çirkin, vandal, barbar, faşist xislətli olduğunu ortaya qoydu. Mülki insanlara “Skat” raketləri ilə zərbə endirmək Xocalı soyqırımından sonra xalqımıza qarşı həyata keçirilən ikinci soyqırım idi. Ermənilər mülki insanları hədəf seçməklə xalq arasında bir təşviş, bir həyəcan yaratmağa çalışırdı. Düşmən Xocalı soyqırımı zamanı da xalq arasında təşviş, panika yaratmağa cəhd etmişdi. Azərbaycan xalqı hər zaman mərd xalq olub. Lakin indikindən fərqli olaraq, 90-cı illərin Qarabağ müharibəsində Azərbaycanı irəli aparan, onun düşmən üzərində uğrulu mübarizəsini təmin edən sərkərdəmiz yox idi. Bu gün isə belə bir sərkərdəmiz var və bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Xatırladım ki, İlham Əliyev bu günlərdə bildirmişdi ki, nəyi nə vaxt və nə cür etmək lazım gəldiyini bilirik.

Ermənilərin bu kəs xalq arasında təşviş, panika yaratmaq cəhdləri səmərə vermir. Çünki nə indiki sərkərdəmiz o sərkərdədir, nə Azərbaycan o Azərbaycandır. Azərbaycan bütün parametrlər üzrə, o cümlədən hərbi baxımdan  düşməndən qat-qat üstündür və bu üstünlük göz qabağındadır.

 

-Ermənistanın istər 90-cı illərin əvvəllərində, istərsə də cari ilin 27 sentyabr tarixindən sonra mülki insanları hərbi zorakılığa məruz qoyduğu, bununla da müharibə cinayətləri törötdiyi məlumdur. Sizcə Qarabağ problemi öz qəti həllini tam olaraq tapandan sonra belə xalqımıza qarşı soyqırım cinayətlərində iştirak edən şəxslərin müəyyənləşdirilərək beynəlxalq məhkəməyə, hərbi tribunal qarşısına çıxarılması təmin olunmalıdırmı?

 

-Bildiyiniz kimi, müharibənin də öz qanunları var və istənilən müharibədə mülki insnaları hədəf almaq birbaşa hərbi cinayət deməkdir. Sentyabrın 27-dən – Vətən Müharibəsinin ilk günündən görürük ki, Ermənistan mülki əhalini hər gün hədəfə alır. Hər gün də Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məsələ ilə bağlı müvafiq açıqlamalarına, yeni cinayət işləri açmağına şahid oluruq.

 

Xalqımıza qarşı hərbi cinayət törədən şəxslərin beynəlxalq hüquqi müstəvidə cavab verməsi vacibir. Bu baxımdan Ermənistanın hazırkı hərbi-siyasi hakimiyyətinin qanun qarşısında cavab verməsi üçün ölkəmizin gələcəkdə lazımi addımlar atacağı gözləniləndir və hesab edirəm ki, biz öz məqsədimizə nail olacağıq.

 

-Həm Azərbaycan, həm də Türkiyə telekanallarında düşmən hərbi komandanlığının erməni əsgərlərinin qaçmasının qarşısını almaq üçün onları əllərindən və ya ayaqlarından dəmir dirəklərə, yaxud bir-birinə zəngirləməsi ilə bağlı çoxsaylı görüntülər yer almaqdadır. Sizcə düşmənin ordumuza qarşı zəngirlənmiş əsgərlərlə müqavimət göstərmək istəyi əslində erməni ordusundakı acınacaqlı mənəvi-psixoloji durumun, sıfıra bərabər əhval-ruhiyyənin göstəricisi sayıla bilərmi?

 

-Şübhəsiz. 2016-cı ilin aprel döyüşlərindən sonra erməni ordusu məğlubiyyətə məhkum olduğunu dərk etdi. Son iki həftəlik döyüşlərdə də Azərbaycan ordusunun nə qədər güclü, nə qədər yenilməz olduğunu düşmən əsgərləri gördü. Artıq düşmən də yaxşı başa düşür ki, onların apardığı müharibə haqqa, ədalətə qarşı aparılan müharibədir və məğlubiyyətə məhkumdur. Bu gün Azərbaycan öz torpaqlarında anti-terror əməliyyatı aparır.

 

Ermənistan ordusunda bu cür olayların baş verməsi təsadüfi deyil. Erməni ordusu dəfələrlə döyüş meydanında Azərbaycan ordusunun qarşısından qaçıb. Bu gün baş verən hərbi əməliyyatlara nəzər salsaq maraqlı və təsirli bir mənzərə ilə qarşılaşmış olarıq. Bir tərəfdə işğaldakı torpaqlarını azad etmək üçün əzmlə mübarizə aparan, şəhidliyə sevə-sevə üz tutan Azərbaycan əsgəri dayanır. Hansı ki, əsgərlərimizin yeganə məqsədi işğaldakı torpaqları azad etmək, erməni vandallarını bu torpaqlardan qovmaqdır. Digər tərəfdə isə qorxaq, cılız və azğınlaşmış erməni əsgəri dayanır. Bu baxımdan qeyd etdiyiniz kimi, düşmən ordusunda qaçmasınlar deyə erməni əsgərlərinin qandallanması, zəngirlənməsi adi hala çevrilməkdədir. Bu, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin həm də öz xalqına qarşı çoxsaylı cinayətlərindən biridir.

 

-Cavid müəllim, son iki həftədir ki, Ermənistan ordusunda qadınların, yaşlıların ordu sıralarına cəlb edilməsi halları kəskin şəkildə artmaqdadır. Ermənistanın canlı qüvvə çatışmazlığını qadınlar və yaşlılar hesabına ortadan qaldırmağa cəhd etməsi, öz ümidini buna bağlaması nə dərəcədə məntiqlidir?

 

-Erməni qadınlarının hərbi xidmətə cəlb edilməsi Ermənistan ordusunun verdiyi çoxsaylı itkilərlə bağlıdır. Bununla bağlı erməni qadınlarına da bir çağırış ünvanlandı. Hətta qadınlardan ibarət kiçik bir batalyon da yaratdılar. Hazırda Ermənistan 60 yaşındakı insanları belə müharibəyə cəlb edir, insan resursu çatışmazlığını bu yolla aradan qaldırmağa çalışır. Bunun özü də öz xalqını bilərəkdən məhvə aparmaqdır və növbəti cinayətdən biridir. Bu addımlar bir daha göstərir ki, Ermənistan tükənməkdədir və rəsmi İrəvan Azərbaycan xalqı ilə yanaşı, öz xalqına qarşı da vandallığını davam etdirir.

 

-Vətən Müharibəsinin başlanması ilə müxtəlif dövlət və özəl qurumlar, o cümlədən iş adamları, sıravi vətəndaşlar həm Silahlı Qüvvələrə Yardım Fonduna, həm cəbhəyə gedənlərin ailəsinə çoxsaylı yardımlar edib və bu tendensiya bu gün də davam etməkdədir. Sizcə bu müstəvidə baş verənlər xalq-ordu, xalq-dövlət birliyinin, həmrəyliyinin mövcud durumu haqqında nə deyir?

 

-Bu gün Azərbaycan xalqı heç vaxt olmadığı qədər birlik, həmrəylik nümayiş etdirməkdədir. Hər bir soydaşımız, o cümlədən respublikadan kənarda yaşayan soydaşlarımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Hesab edirəm ki, Azərbaycan xalqı hələ heç vaxt bu qədər həmrəy olmayıb. Bu, bizim qələbəmizin, uğurlarımızın əsasını təşkil edir. Ölkə başçımızın ətrafında xalqın bu cür birlik sərgilməsi, bir daha prezidentimizə olan inamın, etibarın və etimadın təzahürüdür. Bu birlik heç vaxt sarsılmayacaq. Bütün dünya dövlətləri xalqımızın həmrəyliyini, ölkənin birinci şəxsinin ətrafında sıx birliyini görür və çox güman ki, belə bir birliyi özlərində də görməyi arzu edirlər.

 

-Vətən Müharibəsinin ilk günündən Azərbaycana ən çox dəstək verən ölkə Türkiyə oldu və bu mənəvi-diplomatik dəstək bu gün də davam edir. Sizcə indiki həssas məqamda Türkiyənin bu dəstəyi Azərbaycan üçün nə dərəcədə önəmlidir və bu dəstək xalqımızın, dövlətimizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz müsbət təsirini göstərirmi?

 

-Türkiyə 27 sentyabr tarixindən etibarən həm ölkə başısı və hökumət, həm də xalq olaraq Azərbaycana birmənalı dəstək verdi, onun haqq işini müdafiə etdiyini, alqışladığını bəyan etdi. Baş verənlər bir daha ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” şüarının nə qədər haqlı olduğunu göstərdi. Türkiyə özünün Azərbaycana ən yaxın tərəfdaş, dost və qardaş olduğunu təsdiqlədi.

 

Türkiyə ölkəmizə sadəcə siyasi-diplomatik sahədə deyil, informasiya müstəvisində də ciddi dəstək verməkdədir. Türk telekanallarının həm cəbhə xəttində aktiv fəaliyyəti, döyüşləri canlı şəkildə ictimaiyyətə təqdim edilməsi, həm prezident İlham Əliyevlə silsilə müsahibələrin götürülməsi, Azərbaycanın haqq səsinin dünyaya yayılması, xalqımızın haqq, ədalət uğrunda apardığı Vətən müharibəsinin mahiyyətinin beynəxalq aləmə çatdırılmasında mühüm rol oynamaqdadır. Uutmaq olmaz ki, müharibə yalnız səngərdə getmir. Müharibə həm də mediada, diplomatiya müstəvisində gedir.

 

Təəssüflər olsun ki, 27 sentyabr tarixindən etibarən biz bəzi dövlətlrin ədalətsiz mövqeyinə, ölkəmizə təzyiq göstərmək cəhdlərinə də şahid olduq. Bütün bu təzyiqlərə cənab İlham Əliyev əzmlə sinə gərdi və bu gün də gərməkdədir. Eyni zamanda, Türkiyənin prezidentindən tutmuş, sadə vətəndaşına kimi hər kəsin Azərbaycanı birmənalı şəkildə müdafiə etməsi, Azərbaycana hər cür dəstək verməyə hazır olduqlarını bəyan etməsi, beynəlxalq təzyiqlərə adekvat cavab vermək baxımından da atılan önəmli addımlardır. Türkiyə Azərbaycana həm mənəvi, həm diplomatik, həm də informasiya baxımından ciddi dəstək verdi və bu dəstək açıq şəkildə hiss edilməkdədir. Türkiyə öz əməlləri ilə Azərbaycana əsl qardaş olduğunu sübut etdi. Bizim də mövqeyimiz Türkiyəyə münasibətdə qardaş mövqeyidir. Xatırlayırsınızsa, Yunanıstanın ölkəmizə yeni akreditasiya olunan səfirini qəbul edərkən, prezident İlham Əliyev öz mövqeyini açıq şəkildə bəyan etdi və bildirdi ki, Azərbaycan istənilən halda Türkiyənin yanındadır və onun haqlı mövqeyini müdafiə edir. Bütün bu baş verənlər Azərbaycan və Türkiyənin nə qədər dost, nə qədər yaxın qardş olduğunu sübut edir və göstərir ki, həqiqətən də dünyada ikinci belə bir nümunə mövcud deyil.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib