“Vətən Müharibəsi- xalqımızın bir yumruq kimi birləşib verdiyi müqəddəs qərardır”
Oxunub: 2868
30 Sep 2020 | 10:02
“Vətən Müharibəsi- xalqımızın bir yumruq kimi birləşib verdiyi müqəddəs qərardır”
”Bu  müharibə  Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsidir və tamamilə yeni bir vəziyyət yaradır. Bu müharibə  həm də Ermənistanın bundan sonra da Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi xülyasını alt-üst  etdi. Ordumuzun gündən-günə artan zəfər xəbərləri Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.”

“Ordumuzun zəfərləri  həm şəhidlərimizin qanını yerdə qoymur,onların qisasını alır, ruhunu şad edir,həm də çox Vətən torpaqlarını düşməndən azad etmək kimi şərəfli bir tarix yazmaqla  hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşadır.” 

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri  Əli  Məsimli, Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatlarını şərh edərkən, xüsusi qeyd olunması vacib olan məsələrə toxunarkən  bildirib.

Əli Məsimli bu açıqlamasında bildirib ki,”bu ilin son 3 ayında artıq ikinci dəfədir ki,Ermənstan genişmiqyaslı təxribata əl atır. Bu cəbhə xətti üçün xarakterik olan sıradanbir və ya təsadüfi hadisə deyil,çünki təsadüf təkrar olunmur. Hadisələrin gedişi göstərdi ki,Ermənistanın 27 sentyabr hərbi əməliyyatı planlaşdırılmış təxribatdır və  əsas hədəfi sübh çağı sürətli hücuma keçib Azərbaycan cəmiyyətində panika yaratmaq və yeni əraziləri  işğal etmək olub.” 

Əli Məsimli  bildirib ki,” lakin düşmnin bu arzusu gözündə qaldı. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu tərəfindən qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatları həyata keçirilir. Azərbaycan dövləti Ermənistanın bu təxribatını və onun arxasında gizlənən məkrli niyyətləri  də nəzərə alaraq hərəkət edir. Azərbaycan ordusu Ermənistanın bu  təxribatının qarşısını almaq üçün əsgərindən generalına qədər hamısı eyni səngədə bir sırada  durub və  düşmənə layiqli cavab verərək, ona ağır zərbələr endirir. Ordumuz  böyük rəşadət və əzmkarlıqla Azərbaycanın dünya birliyi tərəfindən  birmənalı şəkildə tanıdığı tarixi ərazilərində 30 ildən bəri erməni işğalçıları tərəfindən pozulmuş suveren hüquqlarını bərpa edir.Torpaqlarımızın bir hissəsi işğaldan azad olunub və  bu proses uğurla davam edir. Hərbi əməliyyatlarım  miqyasları və  hadisələrin gedişi göstərir ki, bu artıq bütün cəbhə boyu genişmiqyaslı müharibədir.Bu müharibə  Azərbaycan üçün  Vətən Müharibəsidir, Azərbaycan dövlətinin, xalqının, ordusunun haqq işidir Vətən uğrunda canını qurban verən şəhidlərimiz də var....Allah şəhidlərimizə rəhmət eləsin!Ordumuzun zəfərləri  həm şəhidlərimizin qanını yerdə qoymur,onların qisasını alır, ruhunu şad edir,həm də çox Vətən torpaqlarını düşməndən azad etmək kimi şərəfli bir tarix yazmaqla  hər bir azərbaycanlıya sözlə ifadəsi mümkün olmayan möhtəşəm bir qürur hissi yaşadır.” 

Əli Məsimli  bildirb ki, “xüsusi qeyd olunması vacib olan məqamlardan biri də budur ki, Qarabağ uğrunda mübarizə-xalq,dövlət,ordu birliyindən qaynaqlanan ümumxalq mübarizəsidir.Bu savaşda Azərbaycan xalqı siyasi, etnik mənsubiyyətindən, dünya görüşündən, yaşından asılı olmayaraq uşaqdan böyüyə kimi hamı yumruq kimi birləşib düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması üçün vuruşmağa israrlı olduğunu nümayiş etdirir.Bu savaşda  Azərbaycan xalqı “hər şey Vətən üçün,hər şey qələbə üçün” düşüncəsilə yumruq kimi birləşib əlindən gələni edir.Azərbaycan Prezidentinin  xalqa müraciəti və digər açıqlamaları  dövlətin hər zaman olduğu kimi,belə həssas məqamda da  xalqa arxalandığını göstərdi. On minlərlə insanın könüllü kimi orduya yazılması,eləcə də Ermənistanın bu təxribatı zamanı insanların öz evlərini tərk etməmələri Azərbaycanda xalq-ordu birliyindən və ordumuza olan böyük inamdan xəbər verir.Orduya könüllü kimi yazılanların sayının sürtlə artması təqdirəlayiq vətənpərvərlik faktı olmaqla  yanaşı, həm də ordumuza olan inamdan irəli gəlir.  Azərbaycanın siyasi qüvvələrinin də, o cümlədən siyasi müxalifətin işğalçı düşmənə qarşı aparılan bu savaşda dövlətlə, ordu ilə, Ali Baş Komandanlıqla bir yerdə olduğunu bəyan etməsi təqdirəlayiqdir.Azərbaycandan kənarda yaşayan soydaşlarımız xalqımızın bu haqq işinin dünya ictimaiyyətində çatdırılmasında səylərini artırır. Bir sözlə,xalqımız  bir araya gəlib, Ali Baş Komandanın və  ordumuzun yanındadır.” 

Millət vəkili  onu da qeyd edib ki,” döyüş meydanında əldə olunan ilkin uğurlu nəticələr xalqın böyük ruh yüksəkliyinə səbəb olub.Xalqın haqq tələbi,müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyini getdikcə artırır.Xalq tərəfindən nümayiş olunan ruh yüksəkliyi isə qələbənin zəminidir”.  

Əli Məsmli altından xətt çəkilərək xüsusi qeyd olunması vacib olan məsələlərə toxunarkən bir məqam üzərində xüsusi dayanıb ki,  ”bu  müharibə  Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsidir və tamamilə yeni bir vəziyyət yaradır. Bu müharibə  həm də Ermənistanın bundan sonra da Azərbaycan torpaqlarını işğal altında saxlaya biləcəyi xülyasını alt-üst  etdi. Ordumuzun gündən-günə artan zəfər xəbərləri Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.”

Millət vəkili  deyib ki, xüsusi qeyd olunmalı məsələrdən biri də budur ki, “1994-cü ildəki atəşkəsdən sonra Azərbaycan 26 ildir Qarabağ probleminin ədalətli həllini gözləyirdi. Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Lakin Azərbaycan bu məsələdə beynəlxalq hüququn gücünün işləmədiyini gördü. gücün qanununun beynəlxalq hüququn gücündən daha vacib olduğunu gördü.Ona görə də bu müharibənin  arxasında hansı məntiqin dayanmasından asılı olmayaraq  bir şey tam aydındır ki,Qarabağ nizamlanması prosesində hərbi güc amilinin əhəmiyyəti ön plana çıxıb. Beləliklə, Azərbaycan beynəlxalq hüquqa güvənərək “güclü dövlət-güclü ordu” tandemindən səmərəli istifadə edərək Ermənistanı işğal etdiyi  torpaqları tərk etməyə məhkum olduğu faktı qarşısında qoyub.”

Əli Məsimli onu da xüsusi vurğulamağı vacib bildi ki, “müharibənin gedişi beynəlxalq icimaiyyətə, reallıq hisslərini itirməyən hər kəsə çoxdan məlum olan bir həqiqəti əyani şəkildə ortaya qoydu ki, Ermənistan havadalarının köməyi olmadan Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməz. Ermənistan da daxil olmaqla bütün dünya mediası etiraf edir ki, Azərbaycan ordusu bu savaşda böyük üstünlüyə malikdir.Belə şəraitdə Azərbaycana diplomatik təzyiqlər artacaq. Amma Azərbaycan kifayət qədər ciddi əsaslar hazırlamışdır və hər hansı bir təzyiq halında sənədlərdə təsbit olunmuş haqqını göstərə bilər və bu da mövqeyimizi gücləndirir. Qarabağ problemi  tez bir zaman kəsiyində  həll edilməsə və hərbi hissədən diplomatik nöqtəyə köçürülməsə, artıq dünyanın etiraf etməyə başladığı kimi, müharibə ordumuzun üstünlüyü şəraitində getdikcə genişlənib Azərbaycanın tam və qəti qələbəsi ilə tamamlanacaq.Azərbaycan ordusu yaranmış fürsətdən maksimum istifadə etməklə işğal altında olan torpaqlarımızı düşməndən təmizləmək üçün irimiqyaslı hərbi əməliyyatları davam etdirməli və qısa müddətdə işğal olunmuş torpaqları daha çox hissəsini azad etməli və döyüş meydanında qazanılan uğurları diplomatik  uğur  müstvisinə keçirməli,Ermənistanı işğal altındakı torpaqları Azərbaycana qaytarmaq məcburiyyətində qoymalıdır.”

Əli Məsimli onu da  bildirib ki, “bir çoxları  hesab edir ki, son aylar baş verən  hadisələr Qarabağ nizamlanması prosesini ləğv etdi və bölgədə sülh axtarışları praktik olaraq sıfırdan başlamalı olacaq.Fikrimizcə  Qarabağla bağlı danışıqlar üçün yeni alqoritmlər “kəşf” və təklif edilməsinə yer qalmayıb. Artıq internet əsridir və ötən əsrin 90-cı illərindən fərqli olaraq  hər şey dünya ictimaiyyətinə yaxşı məlumdur.Bu,Ermənistanı əvvəlki şəkildə manupulyasiyalar etməsinə imkan vermir,Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ətrafnda cərəyan edənləri ört-basdır edmək cəhdləri  hər addımda ifşa olunur.Dağlıq Qarabağı ərazisi 4,4 min kv km olmaqla Azərbaycanın  ərazisinin 5,1 faizini təşkil edir. Ermənistan  dünya ictimaiyyəti qarşınında Qarabağ kartı ətrafında manupulyasiya edərək Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi 7 rayonu işğal etmişdir. Rəsmi sənədlərdə Ermənistanın işğal etdiyi ərazilər 20 faizə qədər göstərilsə də, işğal zonasına yaxın yaşayış məntəqələrində normal həyat şəraiti və təsərrüfat işlərini aparmaq imkanlarının olmadığını nəzərə almaqla, 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 25 faizə qədəri erməni təcavüzünün nəticələrini öz üzərində hiss etməkdədir.Ermənistanın təcavüzü nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmişdir.Bu cür təkzibedilməz faktlar fonunda mənasız və nəticəsiz danışıqların limiti çoxdan bitib.Bunu sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə   Azərbaycan Prezidenti ilə və Ermənistan  baş nazirinin çıxışlarının müqayisə edən hər kəs  da əyanı şəkildə gördü ki, erməni tərəfi Azərbaycan tərəfinin ortaya qoyduğu təkzibedilməz faktlar qarşında duruş gətirə bilmir.Azərbaycan prezidenti öz  çıxışında zəngin,tutarlı  faktoloji əsaslara söykənərək Ermənistanın baş nazirni  bir daha dünya ictiamiyyıti qarşısında ifşa etdi.Qarşı tərəfin bəsit məntiqi və sərsəmləmələri isə ancaq gülüş yaratdı. Azərbaycan Prezidenti bir haha qəti mövqe ortaya qoydu ki,mənasız danışqlar dövrü bitib, danışıqlar yalnız bir məsələ ətrafında ola bilər: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.”

Əli Məsimli beynəlxalq və regioanal təşkilatların Qarabağ ətrafında gedən proseslərdə verdikləri bəyanatlara münasibət bildirərkən  qeyd etdi ki, “indi Qarabağda işğalçıya qarşı aparılan əməliyyat dünya ictimaiyyətinin diqqətindədir..Bütün beynəlxalq təşkilatlar hadisəyə xüsusi diqqətlə yanaşırlar, bəyanat verirlər. Həmin bəyanatlarn məzmunu “hərbi əməliyyatlar dayandılması və danışıqlara başlanılması” kimi standart xarakter daşıyır və çox təəssüf ki, 30 il ərzində olduğu kimi,indi də işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmur.Halbuki  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə açıqca göstərilir ki, işğal olunmuş Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməlidir.ATƏT-in Minsk Qrupuna mandat vermişdi ki, bu qətnamələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərsin.Lakin həmin qətnamələrdə irəli sürülən tələblərin ədalətli reallaşma mexanizmi ortaya qoyulmadığından, həm Ermənistan bu qətnamdəki tələblərə məhəl qoymur,həm də ATƏT-in Minsk Qrupu və digər qurumlar bu missiyanın öhdəsindən gələ bilmədilər. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın artmasını,AZərbaycanın yeni torpaqlarını işğal etməyi birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Amma fakt budur ki,BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 ilə yaxındır həyata keçirilmir Ona görə də  indi bu təşkilatların missiyasını Azərbaycanın igid,mərd əsgəri təmin edir. Azad edilmiş ərazilərə sancılan Azərbaycan bayrağının sayı gündən-günə artır. Azərbaycan ordusu həm ölkənin ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlar keçirir,həm də  bununla paralel olaraq dövlətimiz sıx diplomatik təmaslar həyata keçirir. Azərbaycanın mövqeyi aydın və birmənalıdır: Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində etibarlı şəkildə həll oluna bilər! Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanı ona dəlalət edir ki,Azərbaycan hökuməti və Azərbaycan xalqı bu məsələdə artıq  öz seçimini edib.Bu seçim torpaqlarımızı işğaldan azad edilməsinə yönəlməklə  haqqı və tarixi ədalənin bərpa olunması qərarıdır. Vətən Müharibəsi-xalqımızın bir yumruq kimi birləşib  verdiyi müqəddəs qərardır. Ermənistanın avantürist hərbi təxribatı ucbatından başlayan silahlı toqquşmalar artıq situasiya,hər şey köklü şəkildə dəyişib. Beynəlxal ictimaiyyət də artıq getdikcə daha çox dərəcədə fərqindədir ki, bütün həddləri aşmış avanturist,cəzasızlıqn şirnikləşərək azğılaşmış Ermənitsan  təkcə yerləşdiyi Cənubi Qafqaz üçün yox,bütovlükdə  Avropa üçün təhdiddir” Əli Məsimli bu mövzuda  fikrini davam etdirərək sonda bildirdi ki,”yaşadığımız yeni zaman-əzəli Azərbaycan torpaqlarının artıq geri, aid olduğu yerə- doğma Azərbaycana qayıtma zamanıdır.Ermənistan  Azərbaycanın yeganə və qəti şərtini qəbul edərək, işğal altındakı bütün əraziləri boşaltmaq məcburiyyətindədir... Bu tarixi fürsəti qaçırmamaqdan ötrü,AZərbaycan ordusinin həyata keçirdiyi anti-teror əməliyyatlarnı  işğal olunmuş torpaqlarımızın azad edilməsinə qədər davam etdirməli, 30 ildən artıqdır ki,düşmən tapdağnda inləşən  torpaqlarının işğalına son qoymaq lazımdır. Bu üsula Qarabağ probleminin həlli Azərbaycanın önündə öz torpağını öz gücünə azad etməyə qadir xalq,dövlət,ordu birliyi ilə  hesablaşan tamamilə yeni reallığn bərqərar olmasının  əsasını qoyacaqdır. Biz indi bu şərəfli yolda,haqq yolundayıq, haqq bizimlədir. Ona görə də  bütün beynəlxalq və regioanal təşkilatlar təkcə sözdə yox,əməldə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə və bu məzmunda olan sənədlərin altına qoyduqları imzalarına hörmət etməli,onların verdiyi bəyanat və qərarlar da məhz Azərbaycan xalqının öz haqq işi bərədə verdiyi qərara uyğun olmalı və bu qərarın qeyd-şərtsiz reallaşmasına xidmət etməlidir.Yalnız bu yolla dünyanın ən qaynar nöqtələrindən biri olan Cənubi Qafqaz regionunda təhlükəsizliyi,sülhü və əmin-amanlığı etibarlı şəkildə təmin etmək olar”.
Oxşar xəbərlər
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi