Monqol yürüşlərinin əsl səbəbləri və Cəlaləddin Ruminin sirri...
Cəmiyyət
Oxunub: 3160
26 Sep 2020 | 14:03
Monqol yürüşlərinin əsl səbəbləri və Cəlaləddin Ruminin sirri...
Bizi bilən bilir, bilməyən isə özü kimi bilir.

Mövlanə Cəlaləddin Rumi

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında

XII əsrin sonlarında bugünkü Özbəkistan, Qazaxıstan, Türkmənistan, Əfqanıstan, İran və İraqın böyük bir hissəsi Xarəzmşahlar imperiyasının tərkibində idi. Xarəzmdən şərqdə – yenə də indiki Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Çinin bir qismini əhatə edən ərazidə Qarakitay imperiyası yerləşirdi. Mərkəzi Asiyanın bugün bir hissəsi Rusiyanın, bir hissəsi Monqolustanın, bir hissəsi də Çinin tərkibində olan geniş çöllərində isə köçəri türk və monqol qəbilələri yaşayırdılar.
Xarəzmşah Əlaəddin Təkəş (1172–1200) ölüm yatağında ikən oğlu Əlaəddin Muhəmmədə belə bir vəsiyyət etmişdi: “Qurxana (qarakitay xalqının imperatoru) qarşı çıxma və onunla sazişi pozma! Çünki bu dövlət dəhşətli düşmənlərin qarşısında böyük bir səddir”. Amma Xarəzmşah Əlaəddin Muhəmməd (1200–1220) atasının bu sözlərini tez unutdu. 1210-cu ilin sentyabrında Xarəzm ordusu Qurxan Yelü Juluqunun (1177–1213) qoşunlarını məğlub etdi. Qələbə xəbəri Xarəzmə yetişdi. Hamı sevinib şadyanalıq etməyə başladı. Yalnız Seyid Murtəza adlı bir alim böyük kədər içində idi. Ondan bunun səbəbini soruşduqda dedi: “Ey ehtiyatı əldən vermiş insanlar! Bu türklərdən o tərəfdə sayı yəcuc-məcucdan (“Tövrat”a görə, qoq-maqoq) qat-qat artıq olan, qəzəbli, qisascıl və çox qətiyyətli bir xalq yaşayır. Qarakitay dövləti bizimlə onlar arasında, həqiqətən də, Zülqərneyn səddi idi. İndi bu sədd yox olandan sonra müsəlmanları çətin və məşəqqətli günlər gözləyir. Bu gün mən dinimiz üçün yas saxlayıram!”
Xarəzmşah Əlaəddin Muhəmmədin taxta çıxmasından qısa müddət sonra – 1204–1206-cı illərdə Altayda və indiki Monqolustanın ərazisində Çingiz xanın səltənəti təşəkkül tapdı. Onun qurduğu imperiyanın rəsmi adı Yeke Monqol Ulusu idi. Çingiz xan ona tabe olmuş köçəri xalqları köke moğol adlandırdı. 1218-ci ildə monqollar Xarəzmlə müharibələrdə zəifləmiş Qarakitay imperiyasını darmadağın edib Xarəzmşahlar imperiyasının sərhədinə çıxdılar. Xarəzmşah Əlaəddin Təkəşin və xarəzmli Seyid Murtəzanın öncəgörmələri gerçəkləşdi. 1219-cu ilin payızında Xarəzm–Monqol müharibəsi başlandı. 1221-ci ilin yazında Xarəzm Çingiz xanın əlinə keçdi. Həmin ilin dekabrında Xarəzmin son böyük ordusu monqollar tərəfindən Əfqanıstan ərazisində məhv edildi. Xarəzmşah Əlaəddin Muhəmmədin oğlu Cəlaləddin Manquberdi 1231-ci ilədək müxtəlif ölkələrdə – İranda, Azərbaycanda və Anadoluda yerli hökmdarları birləşdirib monqollara müqavimət göstərməyə çalışsa da, onun bütün cəhdləri uğursuz oldu.


Haşiyə: Muhəmməd ən-Nəsəvi (?–1250) Xarəzmşah Cəlaləddini belə təsvir edir: “O, bəstəboy və qarayanız idi. Həm türk, həm də fars dilini bilirdi. Şirlərin şiri, cəsurların cəsuru idi. Bununla yanaşı, Cəlaləddin təvazökar və həlim bir insan idi. O, qətiyyən əsəbləşmir, kobud sözlər işlətmirdi. Az danışan və ciddi idi. Heç bir zaman bərkdən gülmür, yalnız gülümsəyirdi. Ədaləti, təbəələrinin həyatını yaxşılaşdırmağı sevirdi. Lakin tənəzzül dövründə hökmdarlıq etdiyinə görə bəzən zorakılığa əl atırdı. Onun möhürünə bu sözlər həkk olunmuşdu: Yardım yalnız Allahdandır!”
Xarəzmşah Cəlaləddin həm istedadlı sərkərdə, həm də məğlubedilməz bahadır idi. Çingiz xan özü döyüşlərin birində onun qılınc və nizə zərbələri ilə qüvvətli monqol əsgərlərini yerə sərərək sıx mühasirə halqasını necə yardığını görüb öz oğlanlarına söyləmişdir: “Hər bir atanın fəxr edəcəyi əsl oğul belə olmalıdır”.
Başqa bir döyüşdə isə monqol sərkərdəsi Taynal noyon onun şücaətinin şahidi olmuş və demişdir: “Sən harada olursansa ol, xilas olacaqsan. Həqiqətən də, sən əsl kişi və əsl rəhbərsən”.
Şərəfxan Bitlisi (1543–1602): “Cəlaləddinin şəxsiyyəti qarşısında düşmənlərinin keçirdikləri qorxu və ehtiram hissi o qədər güclü idi ki, sultan yalqız qaldıqda belə heç kimin onu təqib etməyə cəsarəti çatmırdı”.
Sultan Cəlaləddinin  Muhəmməd, Manqatuy şah və Qaymaqar şah adlı üç oğlu olmuşdur. 1260-cı ildə Çingiz xanın nəvəsi Hülakü xanın qoşununu Ayn əl-Cəlud döyüşündə darmadağın etmiş məşhur Misir sultanı Quduz xarəzmşahın bacısı oğlu idi.

Qeyd. Xarəzmşahlar dövlətinin tarixini iki dövrə bölmək olar. Birinci dövr 1097–1221-ci illəri əhatə edir. İkinci dövr 1224-cü ildə Cəlaləddinin Hindistandan qayıtması ilə başlanmış və 1231-ci ildə sona çatmışdır. Sultan Cəlaləddinin 1224–1225-ci illərdə qurduğu səltənətin mərkəzi vilayəti Azərbaycan, əsas şəhərləri isə Təbriz və Gəncə olmuşdur. Bu, əslində, elə Azərbaycan dövləti idi. O, yerli hökmdarlardan birinə yazırdı: “Allahın mərhəməti və inayəti ilə millətimiz bir, dinimiz birdir. Dostluq etmək üçün ən münasib adam o şəxsdir ki, səninlə eyni dildə danışır və eyni dinə etiqad edir”.
Yeri gəlmişkən, bugün Azərbaycan dilinə ən yaxın dillərdən biri özbək dilinin Xarəzm ləhcəsidir. Ona özbək dilinin oğuz ləhcəsi də deyilir. Bir neçə  milyon insanın danışdığı həmin ləhcənin əsas şivələrindən biri ovşar şivəsi adlanır.

1230–1231-ci illərdə Cəlaləddin hakimiyyətinin mövcud olduğu ərazilərdə vəziyyət gərginləşərək kritik həddə çatmışdı. Belə ki, monqolların təzyiqi artmış, yerli hakimlərdən bəziləri ondan üz döndərməyə başlamışdılar. Bu ağır şəraitdə təbrizli Şəmsəddin Tuğrai (“tuğra” sözü nişan, gerb, ələm mənalarını ifadə edir) sultana sadiq qalmışdı. O, Təbriz camaatının dərin məhəbbətini qazanmış müdrik, mömin və saf bir insan idi. Ən-Nəsəvi onu bənzəri, tayı-bərabəri olmayan bir şəxsiyyət kimi xarakterizə etmişdir. Təbrizlilər Şəmsəddini özlərinin şəksiz lideri bilir, onun hər bir göstəriş və tapşırığını sorğu-sualsız yerinə yetirirdilər. Şəhər sakinləri hesab edirdilər ki, Şəmsəddinə bağlılığı saxlamaq onların müqəddəs borcudur. Ən-Nəsəvinin yazdıqlarından o da məlum olur ki, Xarəzmşah Cəlaləddin paxıl və iftiraçı adamların şər-böhtanlarına inanaraq Şəmsəddin Tuğrai ilə əvvəllər çox ədalətsiz davranmış, lakin sonradan bu hərəkətlərinə görə peşmançılıq və xəcalət hissləri keçirmişdir. Şəmsəddin 1229-cu ildən etibarən Cəlaləddinin məsləhətçilərindən və hörmətlə yanaşdığı şəxslərdən biri olmuşdur.

Haşiyə. İbn əl-Əsir (1160–1234): “(1231-ci ildə) Tatar sərkərdəsi öz qoşunları ilə Təbriz yaxınlığına çatıb sakinlərə təklif etdi ki, təslim olsunlar. Əks-təqdirdə onları cəzalandıracağı ilə hədələdi. Təbrizlilər də itaət edib çoxlu hədiyyə göndərdilər. Sərkərdə onlara təşəkkürünü bildirdi və tələb etdi ki, şəhər rəhbərləri gəlib onunla görüşsünlər. Təbriz qazisi, şəhər rəisi və bir neçə əyan ordugaha getdi. Lakin Şəmsəddin Tuğrai onların arasında yox idi. Halbuki təvazökarlığına görə heç bir zaman büruzə verməsə də, əslində, hər bir şey ondan asılı idi. Belə ki, təbrizlilər yalnız Şəmsəddinin sözünü eşidirdilər. Tatar sərkərdəsi onun gəlməməsinin səbəbini soruşdu. Şəhər başçıları cavab verdilər ki, Şəmsəddin Tuğrai bu dünyanın adamı deyil və onun dünyəvi hakimiyyətə heç bir dəxli yoxdur”.


1231-ci ilin avqustunda monqollarla növbəti savaşda yaralanmış Cəlaləddin onu təqib edən iki monqol döyüşçüsünü öldürdükdən sonra Anadolunun dağlıq hissəsində azaraq bir kürd kəndinə gəlib çıxdı. Orada qəfil hücuma məruz qaldı və girov götürüldü. Kürdlərin onu öldürmək fikri yox idi. Lakin kənd sakinlərindən biri qardaşının Xarəzm ordusu ilə hansısa döyüşdə həlak olduğunu iddia edərək köməksiz vəziyyətdə olan sultanı bir nizə zərbəsi ilə qətlə yetirdi.
Muhəmməd ən-Nəsəvi yazır: “Bir müddət sonra Əmir Şihabəddin Qazi ibn Əhməd (1220–1244) öz adamlarını həmin dağlara göndərdi. Onlar sultanın əşyalarını, atını, yəhərini, məşhur qılıncını və saçına taxdığı çubuğu tapıb gətirdilər. Cəlaləddinin yaxın adamları Utur xan və Təlsab təsdiq etdilər ki, bunların hamısı xarəzmşaha məxsusdur. Sonra sultanın cəsədini də gətirib dəfn etdilər”. 
Digər rəvayətə görə, kürd hakimi Şihabəddin Qazi ibn Əhməd xarəzmşahın girov götürülməsi xəbərini alan kimi öz döyüşçüləri və Cəlaləddinin yaxın qohumu Utur xanla birlikdə həmin kəndə getmişdir. O, öldürülmüş şəxsin sultan olduğunu Utur xanın vasitəsi ilə dəqiqləşdirdikdən sonra əmr etmişdi ki, buradakı bütün kişiləri qətlə yetirib kəndi yandırsınlar. 

Belə deyirlər ki, Sultan Cəlaləddin Diyarbəkr vilayətinin Harzem (Xarəzm) adlı kəndində dəfn edilmişdir.

Səhihliyi bir qədər şübhəli olan başqa bir rəvayətə əsasən, Xarəzmşah Cəlaləddin Diyarbəkrdə deyil, Dersimdə öldürülmüşdür. Onun məzarı Dersimin Dojik (Tacik?) dağının zirvəsindədir və Sultan Baba türbəsi kimi tanınır. Qeyd etmək lazımdır ki, Sultan Baba türbəsi bugün də zaza xalqının ən müqəddəs ziyarətgahlarından biridir. Deyilənə görə, sultanın kürd dostu Şeyx Həsən onun azyaşlı oğlunu himayəsinə götürüb saxlamış və bir neçə ildən sonra öz qızı ilə evləndirmişdir. Bugün də oğuzların şanlı bəydili boyundan olan Xarəzmşah Cəlaləddinin nəsli kürdlərin arasında yaşamaqdadır. Yenə də həmin bölgədə ağızdan-ağıza ötürülən bir  rəvayətə görə, yerli zazaların əcdadları Dersimə qədim zamanlarda Türküstandan gəlmişlər. Türkiyəli müəlliflərin bəziləri zazaların bu hissəsini qızılbaş adlandırır və onları türkmən əsilli hesab edirlər. Amma, zənnimizcə, bu fikir kifayət qədər əsaslandırılmamışdır.

Fəzlullah Rəşidəddin (1247–1318): ”Adamların bir hissəsi danışır ki, sultan Hakkari dağlarında bir ağacın altında yatmışdı. Oradan keçən bir neçə avara onun bahalı paltarlarına və atına tamah saldı. Onlar Cəlaləddini yatdığı yerdə öldürüb ələ keçirdikləri qənimətlərlə Amid şəhərinə getdilər. Şəhər əyanları sultanın silahlarını və paltarlarını görən kimi tanıdılar. Yerli hakim məsələni araşdırıb həqiqəti öyrəndikdən sonra quldurların hamısını edam etdirdi. Sultanın cənazəsini Amid şəhərində dəfn edib üzərində türbə tikdilər”.

Əlaəddin Ataməlik Cuveyninin (1226–1283) nəql tərzindən isə hiss olunur ki, o, xarəzmşahın kürdlər tərəfindən öldürülməsi barədə məlumata bir qədər şübhə ilə yanaşır: “Sultanın öz sonunu necə qarşılaması barədə müxtəlif əhvalatlar danışırlar. Bəziləri deyirlər ki, Amid dağlarına çatdıqda o, gecələmək üçün bir yerdə dayandı. Burada bir dəstə kürd onun paltarlarını oğurlamaq istədi. Quldurlar nə etdiklərini və hansı ovu tutduqlarını anlamadan sultanı sinəsindən vurub öldürdülər. Əslində, bu təəccüblü deyil: bəzən arslan da sahibsiz itlərin hücumlarından yorulub əldən düşür. Sonra həmin adamlar sultanın paltarlarını geyinib şəhərə getdilər və orada ələ keçdilər. Amid hakimi məsələdən agah olub tapşırdı ki, həmin kürdləri qətlə yetirsinlər və qəbir qazıb sultan hesab etdikləri şəxsin meyitini orada dəfn etsinlər”.

Qeyd. Bu rəvayətlərin əksəriyyətini birləşdirən bir cəhət var: Cəlaləddinin yaxın adamlarına əvvəlcə onun meyiti deyil, şəxsi əşyaları göstərilmişdir. Həmin şəxslər də xarəzmşaha məxsus olan əşyalara əsasən onun öldüyünü təsdiq etmişlər. Bundan sonra cəsəd gizli bir yerdə dəfn edilmiş və qəbrin üstü düzlənmişdir ki, monqollar məzarı tapa bilməsinlər. Başqa iki variantda isə əksinə, deyilir ki, onun qəbri üzərində türbə ucaldılmışdır. Yalnız bir rəvayətə görə, Cəlaləddinin həm yaxın qohumu, həm də silahdaşı Utur xan təsdiq etmişdir ki, öldürülmüş şəxs həqiqətən də xarəzmşahdır.

Şərəfxan Bitlisi yazır: “Cəlaləddin yerli hakim Məlik Əşrəflə barışdı və onun qızı ilə evlənib bir müddət Bitlis şəhərində yaşadı. Məlik Əşrəf tez-tez ona deyirmiş ki, siz buranı tərk etməlisiniz. Çünki tatarlar, Allah eləməsin, bilsələr ki, şəhərdəsiniz, bütün vilayəti xarabazara döndərəcəklər. Bir gecə monqol ordusu Bitlisə yaxınlaşdı. Sultanı yuxudan oyatdılar. O, vəziyyətin ciddi olduğunu görüb Məlik Əşrəfin qızına dedi: sənin atanın məsləhətinə nahaq qulaq asmadım. Mənimlə getmək istəyirsən? Qız həvəslə, öz iradəsi ilə Cəlaləddinə qoşuldu və onlar atlanıb gecənin qaranlığında gözdən itdilər. Şeyx Əlaədövlə Simnani həzrətləri öz mürşidi Şeyx Nurəddin Əbdurrəhman Kəsrəfi (əl-İsfaraini) həzrətlərindən eşitmişdir ki, Sultan Cəlaləddin Uca Allahın xidmətçiləri (övliyaları) dərəcəsinə yüksəlmişdir”.

Fəzlullah Rəşidəddin xarəzmşah haqqında yazısını belə tamamlayır: “Digərləri isə iddia edirlər ki, Cəlaləddin öz libasını və silahını rastlaşdığı adamlara özü vermiş, əvəzində onların qaba paltarlarını geyinərək sufi və dərviş kimi ömür sürməyə başlamışdır”.

Əlaəddin Ataməlik Cuveyni isə öz hekayətini belə bitirir: “Amma başqaları nəql edirlər ki, monqollarla son döyüşdən sonra Xarəzmşah Cəlaləddin dərviş libası geyinərək sufi olmuş və müsəlman ölkələrində abid kimi yaşamışdır. Bir neçə il sonra şəhərlərdə və kəndlərdə davamlı olaraq şad xəbərlər yayıldı ki, sultanı hansısa şəhərdə görüblər”. 

Mövlanə Cəlaləddin Rumi: “Allah ilə olduqdan sonra ölüm də, olum da xoşdur”.

Haşiyə. Rəvayətə görə, Xarəzmşahlar dövlətində doğulmuş Mövlanə Cəlaləddin Ruminin (1207–1273) atası Muhəmməd Bəhaəddin Vələd (1152–1231) Xarəzmşah Cəlaləddinin (1199–1231) bibisi oğludur. Göründüyü kimi, 1231-ci il hər iki Cəlaləddinin taleyində həlledici il olmuşdur. Həmin il Xarəzmşah Cəlaləddin ibn Muhəmməd izsiz-soraqsız yoxa çıxmış, Mövlanə Cəlaləddin ibn Muhəmmədin isə əksinə, səsi-sorağı tədricən bütün İslam aləminə yayılmağa başlamışdır.

Bir məsələni də qeyd edək: türkiyəli tədqiqatçı Əbdulbaki Gölpinarlı faktlarla sübut etmişdir ki, Cəlaləddin Ruminin nəsil şəcərəsi və onun 1231-ci ilə qədərki həyatı barədə rəvayətlərin əksəriyyəti ziddiyyətli və qeyri-dəqiqdir. Məsələn, bir qəzəlində Xarəzm ordusu ilə Qurilər dövlətinin qoşunları arasında döyüşdən (1201–1206) bəhs edir. Digər bir şeirində isə bildirir ki, Səmərqənd xarəzmşah tərəfindən zəbt edilərkən (1212) orada olmuşdur. O, bu zaman şahidi olduğu bir hadisəni də təsvir edir. Halbuki Cəlaləddin Rumi barəsində yayılmış bioqrafik məlumatlara görə, həmin vaxt onun 4–5 yaşı ancaq olardı. Başqa bir misal: onun 1207-ci ildə doğulduğu deyilsə də, son araşdırmalar göstərir ki, Mövlanə Cəlaləddin Rumi Xarəzmşah Cəlaləddin Manquberdi  ilə demək olar ki, eyni tarixdə – 1200-cü ildə anadan olmuşdur.

Deyilənə görə, Mövlanə Cəlaləddin Ruminin əsli Bəlx şəhərindəndir. Bir fərziyyəyə əsasən, onun ailəsi bu şəhəri 1219-cu ildə tərk etmişdir. Həmin tarixdən iki sonra – 1221-ci ilin yazında monqollar Bəlxi yandırmış və şəhər sakinlərinin hamısını son nəfərinədək qətlə yetirmişdilər. Əgər salnaməçilər şəhərin başına gətirilmiş faciənin miqyasını şişirtmirlərsə, böyük ehtimalla, orada Cəlaləddin Ruminin həqiqətən də bəlxli olduğunu təsdiq edə biləcək adam və ya sənəd qalmamışdı. Görünür, elə bu səbəbdən sözügedən məsələni dəqiqləşdirmək mümkün olmamışdır. Çingiz xanın bəlxlilərə belə qəzəblənməsini isə onunla izah edirlər ki, 1220–1221-ci illərdə çox çətin vəziyyətə düşmüş şahzadə Cəlaləddin Manquberdi məhz bu şəhərdə sığınacaq tapıb vaxt qazanmış, sonra isə ətrafına qüvvə toplayıb monqollarla mübarizəni davam etdirmişdir.

Cəlaləddin Rumi 1231-ci ildən 1241-ci ilədək Seyid Bürhanəddin Tirmiziyə müridlik etmiş, onun yanında seyri-süluk (təsəvvüfdə cəhalətdən elmə doğru hərəkət) deyilən mənəvi təlim və tərbiyə yolunu keçmişdir. 1244-cü ildə Şəmsəddin Təbrizi (1185–1248) ilə tanışlıqdan və onunla söhbətlərdən sonra Cəlaləddin sanki yeni bir aləmə daxil olmuş və özünü tamamilə təsəvvüfə həsr etmişdir. Bütün vücudunu İlahi eşq bürümüş Cəlaləddin Rumi Mövlanəyə çevrilmişdır. 

Cəlaləddin Rumi həm türk, həm də fars dilini bilirdi. Lakin şeirlərini əsasən fars dilində yazırdı. Ruminin adı ilə bağlı olan Mövləvilik təriqətini onun oğlu Sultan Muhəmməd Vələd (1226–1312) qurmuşdur. Deyilənə görə, Sultan Vələdin anası Gövhər xatun Xarəzmşahlar xanədanının nümayəndəsi idi. Onun adının əvvəlində “sultan” sözünün olmasını da məhz bununla izah edirlər. Mövlanənin digər oğlunun adı Əlaəddin Muhəmməd, kiçik oğlunun adı isə Müzəffərəddin Alim Çələbi olmuşdur. Cəlaləddin Ruminin Fatimə Məlikə Xatun adlı bir qızı da var idi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə “məlikə” və “xatun” sözlərini adətən hökmdar nəslindən olan qadınların adlarına əlavə edirdilər.

XARƏZMŞAH CƏLALƏDDİN İLƏ MÖVLANƏ CƏLALƏDDİN ARASINDA BƏZİ OXŞARLIQLAR

1.

Xarəzmşah Cəlaləddin Manquberdi 1199-cu ildə dünyaya gəlmişdir.

Mövlanə Cəlaləddin Rumi 1200-cü ildə anadan olmuşdur.

2.

Sultan Cəlaləddin Manquberdi Xarəzmşahlar dövlətinin yeddinci hökmdarıdır.

Mövlanə Cəlaləddin Ruminin əsli Xarəzmşahlar dövlətindəndir.

3.

Xarəzmşah Cəlaləddin Manquberdinin atasının adı Muhəmməddir.

Mövlanə Cəlaləddin Ruminin də atasının adı Muhəmməddir.

4.

Xarəzmşah Cəlaləddin Manquberdinin atasının tam adı Əlaəddin Muhəmməddir.

Cəlaləddin Ruminin isə həm qardaşının, həm də ortancıl oğlunun adı Əlaəddin Muhəmməddir.

5.

Cəlaləddinin Manquberdinin üç oğlu olmuşdur.

Cəlaləddinin Ruminin də üç oğlu olmuşdur.

6.

Sultan Cəlaləddin Manquberdi xarəzmşahlar xanədanının sonuncu nümayəndəsi idi.

Cəlaləddin Ruminin ata nənəsi və həyat yoldaşı guya xarəzmşahlar xanədanından olmuşlar.

7.

Rəvayətlərə görə, Sultan Cəlaləddinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin ən çox hörmət bəslədiyi din xadimi böyük sufi şeyxi Nəcməddin Kubra (1145–1221) idi. Ürgənc şəhərinin mühasirəsi zamanı Çingiz xan onun amanda olduğunu bildirsə də, Şeyx Nəcməddin Kubra ölümə məhkum edilmiş camaatı tərk etməyərək monqollarla döyüşdə şəhid olmuşdur. Şeyxin məzarı Türkmənistanın Daşoğuz vilayətinin Köhnə Ürgənc şəhərindədir.

Rəvayətlərə görə, Mövlanə Cəlaləddin Ruminin atası Sultan Bəhaəddin Muhəmmədin mürşidi Şeyx Nəcməddin Kubra, sonuncunun müəllimi isə Baba Fərəc Təbrizi idi. Kubraviyyənin bəzi ələvi təriqətlərinə (nurbəxşilərə və zəhəbilərə) böyük təsiri olmuşdur. Kubraviyyə təriqətinin digər məşhur nümayəndələri Şeyx Ruknəddin Əlaədövlə Simnani (1261–1336) və onun mürşidi Şeyx Nurəddin Əbdurrəhman əl-İsfaraini Kəsrəfidir (?–1317).

8.

1220–1221-ci illərdə çox çətin vəziyyətə düşmüş Cəlaləddin Manquberdi Bəlx şəhərində sığınacaq tapmış, bəlxlilərdən yardım almışdır.

Mövlanə Cəlaləddin Ruminin əsli qədim Bəlx şəhərindəndir və onun ailəsi oranı 1219-cu ildə tərk etmişdir.

9.

Xarəzmşah Cəlaləddin Xorasan vilayətindən 1221-ci ildə çıxıb getməyə məcbur olmuşdur.

Cəlaləddin Rumi Xorasan vilayətindən 1219–1220-ci illərdə çıxıb getməyə məcbur olmuşdur.

10.

Xarəzmşah Cəlaləddin Manquberdi öz vətənini monqol istilası üzündən tərk etmişdir.

Bir fərziyyəyə görə, Cəlaləddin Rumi də öz vətənini  monqol istilası üzündən tərk etmişdir.

11.

 Cəlaləddin Manquberdinin mənsub olduğu Anuştekinlər nəslində şəxs adlarına “sultan”, “məlikə”, “xatun” kimi titullar əlavə edilirdi.

Cəlaləddin Ruminin övladlarının adlarının əvvəlində və ya sonunda “sultan”, “məlikə”, “xatun” kimi titullar vardır.

12.

Sultan Cəlaləddin Manquberdinin ata nənəsi sənədləri belə imzalayırdı: “Cahan (dünya) məlikəsi (hökmdarı) Türkan xatun”.

Mövlanə Cəlaləddin Ruminin ata nənəsinin adı və ya titulu belə idi: “Cahan məlikəsi (Məlike-i- Cahan)”.

13.

Sultan Cəlaləddinin atası Xarəzmşah Əlaəddin Muhəmmədin  titullarından biri “sultan” idi

Cəlaləddinin atası Bəhaəddin Muhəmmədin fəxri titullarından biri “sultan” idi.

14.

Xarəzmşah Cəlaləddin Manquberdi çox igid bir insan olmuşdur.

Mövlanə Cəlaləddin Rumi də çox cəsarətli bir insan idi.

15.

Cəlaləddin Manquberdinin və onun atası Sultan Əlaəddin Muhəmmədin Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.

Cəlaləddin Ruminin və onun atası Sultan Bəhaəddin Muhəmmədin də Abbasi xəlifələrinə qarşı münasibətləri yaxşı olmamışdır.

16.

Sultan Cəlaləddin 1225-ci ildə Bağdad ətrafında olmuş, Abbasi xəlifəsi ən-Nasirin qoşunlarına qarşı cavab əməliyyatları keçirmiş, xəlifəyə məktublarında onu tənqid etmişdir.

Rəvayətə görə, Mövlanə və atası Bəhaəddin Muhəmməd 1221-ci ildə Bağdad şəhərində olmuşlar. Bəhaəddin şəhərin Cümə məscidində xütbə oxuyub Xəlifə ən-Nasiri tənqid etmişdir.

17.

Xarəzmşah Cəlaləddin Manquberdi həm türk, həm də fars dilini yaxşı bilirdi.

Mövlanə Cəlaləddin Rumi həm fars, həm də türk dilində şeirlər yazmışdır.

18.

Sultan Cəlaləddin Manquberdi 1231-ci ildə öldürülmüş və ya yoxa çıxmışdır.

Cəlaləddin Rumi öz həyatının növbəti və əsas mərhələsinə 1231-ci ildə qədəm qoymuşdur.

19.

Sultan Cəlaləddin Manquberdinin ömrünün sonu indiki Türkiyə ərazisində keçmişdir.

Mövlanə Cəlaləddin Ruminin ömrünün böyük bir hissəsi indiki Türkiyə ərazisində keçmişdir.

20.

Salnamələrə görə, Cəlaləddin Manquberdi 1231-ci ildən sonra dərviş həyatı sürmüş və sufi olmuşdur.

Cəlaləddin Ruminin təsəvvüfə keçidi 1231-ci ildən başlamış, sonda o, böyük sufi şeyxi olmuşdur.

21.

Cəlaləddin Manquberdinin hörmət qoyduğu şəxslərdən biri təbrizli Şəmsəddin idi.

Cəlaləddin Ruminin yaxın dostu və mürşidi Şəmsəddin Təbrizi idi.

22.

Təbrizli Şəmsəddin onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.

Şəmsəddin Təbrizi onu tanıyan insanların hamısının ehtiramla yanaşdığı mömin və alicənab bir şəxs olmuşdur.

23.

Sultan Cəlaləddinin həyatının böyük bir hissəsi monqollarla mübarizədə keçmişdir.

Mövlanə Cəlaləddin Ruminin yaradıcılığında Xarəzm və monqol motivləri vardır.

24.

XIII–XIV əsrlərin böyük sufi şeyxlərindən bəziləri  hesab edirdilər ki, Sultan Cəlaləddin övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.

Təsəvvüf əhli (sufilər) hesab edir ki, Mövlanə Cəlaləddin Rumi övliya dərəcəsinə yüksəlmiş şəxslərdən biridir.

25.

Sultan Cəlaləddin Manquberdiyə aid olduğu iddia edilən məzar dersimlilərin ən müqəddəs ziyarətgahlarındandır.

Mövlanə Cəlaləddin Ruminin Konya şəhərindəki məzarı Türkiyənin ən müqəddəs ziyarətgahlarındandır.


P.S. Belə bir ehtimal var ki, 1244-cü ilin noyabrında Cəlaləddin Rumi ilə görüşmüş Şəmsəddin Təbrizi, əslində, Xarəzmşah Cəlaləddindir. Başqa bir gümana görə, Şəmsəddin Təbrizi Cəlaləddin Ruminin özüdür. Bəs bu iki fərziyyəni bir-biri ilə tamamlasaq hansı nəticəni alarıq? – Bu suala cavab tapmaq üçün 1231-ci ilin avqustuna qayıtmalıyıq. Beləliklə, tək qalmış bahadır atının üzünü onu təqib edən monqollara tərəf döndərir və iti qılıncını sıyırır. Ovçudan ova çevrilən düşmən ölülərini qoyub qaçır. Budur, qəhrəmanımız nabələd olduğu, tanımadığı Diyarbəkr dağlarının ətəyində dayanmışdır. Dünyanın ən sirli, ən sakral yerləri dağlardır. Dağ ucalıqdır, dağ məğrurluqdur, dağ müqəddəsdir. İgid döyüşçü özünün sonuncu zirvəsini fəth etmək üçün atını dəhmərləyib yola düzəlir. Həmin yol onu şahlıqdan, qılıncdan, qandan, dünyanın ötəri işlərindən ayırıb mənəviyyat aləminə aparacaq, əbədi səadətə qovuşduracaqdır. 1244-cü ilin noyabrına 13 il 3 ay qalırdı.

Ardı var...

Araz ŞƏHRİLİ

Oxşar xəbərlər
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"