“Ya rus olsun, ya yəhudi olsun,  nəsə azərbaycanlı olmasın...”- Keçmiş nazir müavini 
Oxunub: 8570
25 Sep 2020 | 16:33
“Ya rus olsun, ya yəhudi olsun,  nəsə azərbaycanlı olmasın...”- Keçmiş nazir müavini 
Azərbaycanda rus dilinin tədrisinin miqyası, rusdilli məktəblərin  qalıb-qalmaması polemikası da son aylar və günlərin gündəmdə olan məsələlərindəndir. Qarabağın azadlığı üçün gözlənilən savaş müzakirəsi də bu mövzunu daha da aktuallaşdırır. Çünki xalqımızın əksəriyyəti belə hesab edir ki, övladlarımız əsrlərlə torpaqlarımızı özü işğal etməsi bir yana, ermənilərə və digərlərinə peşkəş etmiş bir dövlətin dilini bu dərinlikdə mənimsəməməli, onların düşüncəsini, ruhunu da ruslaşdırmamalıyıq. Odur ki,  rusdilli məktəblərin sayı ilə də qürurlanmamalıyıq…
 
"Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa..." 

Moderator.az əməkdaşının mövzu ilə bağlı suallarını sovet dövründə ermənilərin və digər millət nümayəndələrinin  də çoxluq təşkil etdiyi hüquq-mühafizə orqanlarında, yəni rusdilli bir mühitdə çalışmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polkovnik, eyni zamanda peşəkar jurnalist Mehman Mehmanov cavablandırıb.

-Mehman müəllim, siz sovet dövründə, müstəqillik illərində də uzun müddət Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışmısınız. Həm də DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetində jurnalist kimi işləmisiniz. Moskvanın Azərbaycanın bütün həyati sahələri üzərində hakimlik etdiyi 1970-1980-ci illərdə  bir sıra Azərbaycan türklərini, həmçinin bu xalqın tərkib hissəsi olan kürdləri, talışları, tatları, ləzgiləri, avarları və s. belə, milli köklərindən uzaqlaşdırmış rusdilli, kosmopolit bir mühit hökm sürürdü. Lakin Azərbaycandan fərqli olaraq Gürcüstanda, Ermənistanda, eləcə də Baltikyanı respublikalarda ruslaşma prosesi bizdəki kimi dərinə işləməmişdi. Sizcə, buna əsas səbəb nə idi?

-Sovet dövründə bir jurnalist, həm də DİN əməkdaşı olaraq şahidi oldum ki, Azərbaycanda rusdillilərin sayının artmasında ən böyük rol oynayan amillərdən  biri bəzi yüksək vəzifəlilərin ruslara, Moskvaya yarınması və öz xalqımıza üstdən aşağı baxması idi... 

Təxminən 1989-cu ildə qulağımla eşitdim ki, adını çəkmək istəmədiyim, sonradan nazir müavini olmuş bir vəzifəli şəxs rəhbəri olduğu şöbəyə kadr axtararkən  başqa birinə deyir ki, ya rus olsun,  ya yəhudi olsun, nəsə azərbaycanlı olmasın... Məhz  belələrinin sayəsində, belə anti-milli kadr siyasətinin nəticəsində DİN-də də yad millət nümayəndələrinin sayı artmağa başlayırdı... 
Bu cür olayları müşahidə etdikcə Vətənini, xalqını sevən bir cavan zabit,  həm də jurnalist kimi qərara gəldim ki, bu məsələyə bir əncam çəkmək lazımdır...

-Yəqin ki, jurnalist olaraq nəsə etdiniz?

-Bəli.  Dediyim kimi,  həmin illər müşahidə edirdim ki, bir sıra hökumət strukturlarında, o cümlədən DİN-də günəbaxan günəşə baxan kimi daim Şimala, Moskvaya baxan əməkdaşlar xeylidir. Və bunların hamısının rütbəsi, vaxtlı-vaxtında artırılır, pillə-pillə vəzifələrə irəli çəkilirlər... Özü də elə bir vaxtda ki, bizim milislər könüllü olaraq cəbhəyə, qanlı döyüşlərə yollanır, bunlar isə burada kef çəkə-çəkə  kürsülərə yiyələnirlər.  Başladım bir-bir idarələrdən rusdilli, xalqımıza üstdən aşağı baxan yad millət nümayəndələrinin ad-soyadlarını öyrənib toplamağa... 

Diqqət edin: Amaliya Kasparova, Mandulyan, Artyom Xaçaturoviç Poqosyan, Reytabel İziya,  Sukerman Laza, Yelena Kodak, Şevtsov, Vısoçenko, İqonin və s. Həmin siyahını makinada yazdırıb təqdim etdim  o vaxt çox populyar olan “Azadlıq” qəzetinə...  

İmzasız gedən məqalədə vurğulanırdı ki, təəssüf ki, DİN-də xalqımıza təkəbbürlə baxan, dinimizə, dilimizə tamamilə yabançı adamlara xüsusi qayğı göstərilir. Əsas işləri görən, cinayətkarlıqla real mübarizə aparan, səngərlərdə düşmənlə savaşan əsl azərbaycanlılar isə ən arxa cərgələrə atılır... 

Həmin yazı o dövrdə bomba kimi partlayıb sensasiya yaratdı. Hətta o vaxt milli hissləri coşmuş xalq o məqalədə adları çəkilənlərin evlərinə hücum etmək istəyirdi. Odur ki, onların evlərinin yanında milis postları da qoyuldu...

"DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi erməni Mandulyan idi…"

O yad kadrların arasında ermənilər də çox idi. Təsəvvür edirsizmi, 1991-ci ilədək Azərbaycan SSR DIN-in Kadrlar İdarəsində komplektləşdirmə şöbəsinin, yəni bütün əməkdaşların təyinatında əsas rol oynayan şöbənin rəisi erməni qadın Amaliya Kasparova Qaykovna, DİN-in Baş Cinayət Axtarış İdarəsində bölmə rəisi Mandulyan idi… 1985-1986-cı illərdə DİN-in nəzdində Mühafizə idarəsinin rəis müavini Artyom Xaçaturoviç Poqosyan olmuşdu... DİN-də aşağı vəzifələrdə də, vaxtyor işində belə, ermənilər çalışırdı… Həmin Amaliya Kasparovanın əslində soyadı Kasparyan idi - bizim bəzi tamahkar, şəhvətpərəst məmurların qayğısı sayəsində Qarabağ münaqişəsi başlanandan sonra onun soyadındakı “yan” “ov”la əvəzləndi. Ona əlavə ev də verildi. Sonra da evlərini satıb sakitcə köçdü Bakıdan... 

O vaxt çoxları məndən şübhələnməyə, adları çəkilənlər mənə çəpəki, düşmən kimi baxmağa başladı. Bunu özümün etməyim haqda təkcə  müstəqillik illərində nazir müavini olmuş rəhmətlik Zahid Dünyamalıyevə danışdım. O zaman o, əməliyyat-statistika idarəsinin rəisi işləyirdi. Kabinetinə daxil olub dedim ki, Zahid müəllim belə bir iş etmişəm. O da mat-məəttəl baxdı mənə, ancaq başı ilə işarə etdi ki, yaxşı etmisən... 

Artıq elə vəziyyət yarandı ki, DİN-dəki milli ruhlu azərbaycanlılar arasında da bu yadların meydan sulamasına qarşı bir etiraz baş qaldırdı. Və nəticədə DİN-dən savayı digər qurumlarımız da əsasən rusdillilərdən, ermənilərdən təmizləndi... 

Bilirsiz, ermənilərdən savayı, digər millətlərin Azərbaycanda yaşamasının, işləməsinin əleyhinə deyiləm. Ancaq məsələ ondadır ki, “aşına-aşına ocaq başına çıxmaq” kimi olmamalı, belələri ölkədə xüsusi bir  təbəqə kimi bəslənməməlidir... Halbuki, o illərdə kadrlar üzrə nazir müavini, partiya komitəsinin rəhbəri və s. mütləq qaydada rus olmalı idi. Məsələn,  Şevtsov, İqonin, ardınca Barannikov kimilər. Nazirin birinci müavini Vısoçenko idi... Məhz rəhbər orqanlardakı belə hallar  rusdilli mühitin bu gün də güclü qalmasına gətirib çıxarıb...  

Hazırda şükür Allaha ki, digər strukturlarda olduğu kimi, DİN-də də əməkdaşların milli ruhda  çalışıb-işləməsi məsələsi rəhbərliyin diqqət mərkəzindədir... 

-Rusiyanın özündə türkdilli və digər xalqların nümayəndələrinin öz dillərində danışmasına mənfi baxırlar. Hətta bu günlərdə Omsk şəhərində 66 yaşlı qadın marşrut taksidə tatar dilində danışdığına görə rus kişi tərəfindən döyülüb... Bizdə isə rusdilli orta məktəblərin bağlanıb-bağlanmaması hələ indi müzakirə olunur. Hələ bəziləri belə məktəblərin çoxluğu ilə qürurlanır...

-Hesab edirəm ki, rusdilli məktəblər konkret olaraq bağlanmalıdır... Çünki həmin məktəbləri bitirən Azərbaycan övladları da yalnız rusca danışmır, həm də rusca düşünürlər. Bizim üçün ən qorxulusu, Rusiyanın imperiyapərəst dairələrinə isə çox sərf edən məhz bu haldır... Eyni zamanda rusdilli məktəblərin bağlanması ingilisdilli məktəblərin də göbələk kimi çoxalmasına gətirib çıxarmamalıdır.  Məgər Rusiyada, yaxud Britaniyada Azərbaycan dilində çoxsaylı məktəblər açılırmı?..  
 
Bir sözlə, xalq olaraq ilk növbədə özümüz öz dilimizə, mədəniyyətimizə və s. hörmətlə yanaşmalıyıq ki, başqalarından da hörmət umaq...

-Son dövrlərdə sanki bilavasitə  Rusiyanın şovinist siyasi dairələrinin gizli təzyiqi və təbliği, ölkəmizdəki ruspərəst dairələrin, eləcə də “5-ci kalon” deyilən daxili düşmənlərin  fəaliyyəti sayəsində  ölkəmizdə rusdilli mühit yenidən gücləndirilmək üzrədir... 

- Bəli, nə yazıqlar olsun ki, bu gün də ölkəmizi, xüsusən Bakımızı milli ruhdan uzaqlaşdırmaq, yenidən bizə “böyük qardaşlıq” təlimatı keçmək istəyənlər xeylidir.  Sovet dövründə Azərbaycanda, xüsusən Bakıda həddən artıq ruslaşmış, kosmopolitləşmiş bir mühit fəaliyyət göstərirdi.  O zaman şəhərdə ruslardan əlavə, ermənilər də çox idi ki, onlar da rusdilli auranın formalaşmasında böyük rol oynayırdı... Amma təəssüf ki,  bu gün müstəqil dövlət olduğumuz, rusların bir hissəsinin, ermənilərin də çoxunun paytaxtımızdan köçüb getməsinə rəğmən yenə də azərbaycanlılar arasında rusca ünsiyyət qurmağa meyillilik çox güclənib və o dövrdə olduğu kimi, indi də rusdilli kütlənin müəyyən hissəsi doğma Azərbaycan dilində danışan əksəriyyətə üstdən aşağı, təkəbbürlə, hətta bəzən ikrah hissi ilə baxır, onları “geridəqalmış” adlandırırlar. Sanki onlar özlərini ölkənin elitası kimi görürlər...
Qətiyyən rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Rus dili zəngin dildir. Amma Azərbaycanlı olub, Azərbaycanda yaşayan türk, kürd, ləzgi, talış, avar və s. olub bu dili bilməni bir üstünlük, alilik kimi təqdim etmək, özün öz  doğma dilini unudaraq rus dilini bilməyənləri aşağılamağa çalışmaq çox yaramaz bir haldır və xalqın öz soykökündən uzaqlaşmasına xidmət edən bir amildir...

"Kendimizden koptu kendi bağrımız
Zulüm girdabında yandı bağrımız..."

...1920-ci illərdə bolşevik inqilabçı Qəzənfər Musabəyovun bir anormal şüarı qəzetlərin manşetinə çıxarılmışdı: “Mı Rossii neft kaçay, Rossiya nam kultura kaçay!..” Yəni “biz Rusiyaya neft verək, Rusiya da bizə mədəniyyət versin...” Rusiya qədim bir mədəniyyətə malik, “Avesta”ya, “Dədə Qorqud”a, Nizamiyə, Füzuliyə və s. sahib bir xalqa hansı mədəniyyəti öyrətməli idi ki? Biz öz mədəni nailiyyətlərimizi, öz gözəl dilimizdə yazılan şeirləri, dastanları nədən kənara atıb yalnız özgə ədəbiyyat və mədəniyyətləri üstün sayaraq onları əxz etməliyik?.. Təəssüf ki, bir əsr keçsə də, kosmos, yüksək texnologiya, süni intellekt əsrində yaşasaq da, bəzi soydaşlarımızın öz xalqına, dilinə, mədəniyyətinə baxışı dəyişməyib....

Bu gün də rusdillilərin özünü Azərbaycanın elitası sayması təhlükəli haldır. Bu, Qarabağın azadlığı məsələsində də bizə əngəl ola bilər. Torpaqlarımızın azadlığı uğrunda savaşa hazırlaşdığımız bir vaxtda işğalçı Ermənistanın yanında olmağına şəkk-şübhə olmayan Rusiya dövlətinin Azərbaycandakı təsirini gücləndirmək, yenidən rusdillilərə meydan vermək, övladlarımızı rusca təhsil almağa şirnikləndirmək bizi haraya aparır?..
B
iz bu saat bir xalq olaraq, dövlət olaraq taleyimizin ən kövrək, həssas vaxtlarında mütləq birdəfəlik qardaş Türkiyəyə sığınmalıyıq. Axı biz türkük, biz bir millət iki dövlətik...  

Çıxışımı tanınmış Türk şairi Abdurrahim Karakoçun məşhur şeirindən bir bəndlə bitirmək istəyirəm:

Kendimizden koptu kendi bağrımız
Zulüm girdabında yandı bağrımız
Hedef tahtasına döndü bağrımız
Alevler sizdeyse közü bizdedir
Sizdeki yaranın özü bizdedir...

Sultan Laçın

Oxşar xəbərlər
23:17, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
23:17, Bu gün
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
23:16, Bu gün
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT