Müharibə üçün 25 ilin fürsəti - xalq “VUR!” əmri gözləyir
Oxunub: 1294
25 Sep 2020 | 09:53
Müharibə üçün 25 ilin fürsəti -  xalq “VUR!” əmri gözləyir
Azərbaycan Ordusu döyüşə hazır vəziyyətdədir, hərbi təlimlər bir gün də olsun dayandırılmır; xalqın və ordunun döyüşə hazırlığının yüksək olduğu bir zamanda şimal təhlükəsi unudulmamalıdır; Ermənistan-Azərbaycan müharibəsi başlayarsa, “Rus NATO”su hərəkətə keçə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmi işə düşə bilərmi; rusiyalı ekspert “yox” deyir

Ölkədə böyük vətən müharibəsi müzakirələri gedir. Mediada və cəmiyyətdə müharibə ideologiyası günbəgün genişlənir. Görünən budur ki, xalqımız vətən uğrunda savaşmağa hazırdır. Bu nəticəni əldə etmək, xalqı döyüşə hazırlamaq üçün bəzən dövlətə illərlə təbliğat aparmaq, iş görmək lazım gəlir. Azərbaycan nümunəsində isə görünən budur ki, hətta xalq özü müharibə tələb edir, dövlətdən də, bütün siyasi düşərgələrdən də. 14 iyul 2020-ci ildəki Bakı yürüşü buna əyani sübutdur.

Qürurverici budur ki, dövlətimiz də qardaş Türkiyə ilə əl-ələ verərək, bu savaşa hazırlığnı aparmaqdadır. Sərhədyanı kəndlərdə də, Qarabağ cəbhəsi boyunca da əhali hər an baş verəcək Vətən savaşına müqəddəs hadisənin yaxınlaşması kimi baxır. Paralel olaraq ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq təlimlər davam edir. Naxçıvandakı komanda-qərargah təlimlərinin, həmçinin Azərbaycan Ordusunun tank qoşunlarının atəş təlimlərinin ardınca artilleriya işə salındı, dünən isə gecə təlimləri keçirilib. Təhlilçilərin fikrincə, Dağlıq Qarabağı və işğal altındakı digər torpaqları azad etmək üçün unikal bir fürsət yaranıb. Həm daxili, həm hərbi, həm də xarici faktor və amillər Azərbaycana öz ərazilərini təmizləmək üçün hərbi əməliyyatlara başlamaq fürsəti yaradıb. Fikrimizcə, son 25 ildə bu cür unikal fürsət heç zaman olmayıb. Əminik ki, Azərbaycan dövləti, Ali Baş Komandan bu unikal imkanı dəyərləndirir və ən qısa zamanda gərəkən addımlar atılacaq.

Ancaq təhlükəli perspektivlər də diqqətdən kənarda qalmamalıdır ki, başladılan bu, müqəddəs iş qalibiyyətlə, daha az itkilərlə sona çatdırılsın. Odur ki, cəmiyyəti düşündürən suallara cavab tapılmalıdır. Ali Baş Komandanın “VUR” əmrindən sonra Ermənistan və Rusiya ittifaqı necə davranacaq? Ermənistan-Azərbaycan müharibəsi başlayarsa, “Rus NATO”su hərəkətə keçə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmi işə düşə bilərmi? Düzdür, Tovuz döyüşlərində Ermənistan bu təzyiq rıçağından istifadə edə bilmədi. Belə ki, düşmən ölkənin müraciətinə rəğmən, hətta KTMT-nin təcili toplantısını keçirmək belə, mümkün olmadı. Ancaq bu, bizi arxayınlaşdırmamalıdır. Hər halda, unutmamalıyıq ki, Tovuz döyüşlərində Ermənistana bir sıra ölkələrdən, o cümlədən Rusiyadan hərbi təyinatlı yüklər daşınmışdı ki, bu fakt Azərbaycan prezidenti tərəfindən də şəxsən Rusiya prezidentinin diqqətinə çatdırıldı, etiraz ifadə olundu. Odur ki, növbəti sual ortaya çıxır: Azərbaycan illərdir bizə mane olan Rusiya amilini necə həll etməlidir? Bəzi ehtimallara görə, artıq Rusiya maneəsi aradan qaldırılıb. Əslində bu yanaşmada müəyyən qədər məntiq var: savaşla bağlı bu qədər qətiyyətli hazırlıqlar varsa, bəlkə də artıq Rusiya ilə bağlı hansısa anlaşmalar mövcuddur.

Maraqlıdır ki, rusiyalı ekspertlər də bu mövzu üzərində  baş sındırmaqdadır. “Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar mümkündür. Amma Rusiyanın birbaşa hərbi müdaxiləsi olmayacaq”. Bu barədə Axar.az-a politoloq, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin deyib. O qeyd edib ki, Qarabağ və ətraf rayonlar Ermənistanın ərazisi deyil, bu da hərbi münaqişənin KTMT ölkələrinin iştirakına səbəb olmayacağı anlamına gəlir: “Biz Türkiyənin Azərbaycana ardıcıl və birbaşa dəstəyini görmüşük. Onlar birgə təlimlər keçirib. Rusiya ilə Azərbaycan strateji müttəfiqlərdir. Bununla yanaşı, hazırda erməni hərbçiləri Qafqaz-2020 təlimlərində iştirak edir. Paşinyan isə Rusiyanın siyasi müttəfiqi deyil. Bu o deməkdir ki, Bakı-İrəvan xətti boyunca hərbi qarşıdurma Ermənistanın özündə siyasi qüvvələr nisbətinə tam təsir göstərə bilər. Məğlubiyyətin qaçılmaz olacağı təqdirdə isə Ermənistan hakimiyyəti küçə və ”rəngli inqilab" yolu ilə Nikol Paşinyanı hakimiyyətə gətirən öz adamları tərəfindən devriləcək". Hər halda, Paşinyanın devrilməsi yalnız Rusiya hakimiyyətinin işinə yaraya bilər, Qarabağla bağlı vəziyyət isə dəyişməyəcək. Çünki Qarabağ torpaqlarını işğaldan azad etməyə qərar verən heç bir hakimiyyət Ermənistanda duruş gətirə bilməz, bunu ötən onilliklərin təcribəsi də deyir. Deməli, yenə də əsas məsələnin üzərinə qayıtmış oluruq - xarici təhdidləri neytrallaşdırıb, torpaqlarımızı azad etməliyik! 

 Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, müharibə ilə bağlı çağırışlar Azərbaycanda gerçək bir əhval-ruhiyyəni göstərir:  “Ordumuzun hazırlıq səviyyəsi çox yüksəkdir. Qalır mülki vətəndaşların hazırlığı, müdafiə səngərlərinin və sığınacaqlarının yüksək səviyyədə qurulması, silahdan istifadə qaydalarının total şəkildə öyrədilməsi kimi məsələlərə diqqət ayırılması, bu sahədə də lazımi işlər görülür”. Xarici güclərin torpaqlarımızın azad olunması əməliyyatlarına hansı münasibət göstərəcəyinə gəldikdə, F.Mustafa bunları bildirdi: “Başqa dövlətlərin nə düşündüyü ilə hesablaşmalı olsaq, o halda hər bir dövrdə bir tormozlayıcı vasitə tapılacaqdır. Odur ki, öz gücümüzə inanaraq real addımlar atmalıyıq”.

Politoloq Tofiq Abbasov dedi ki, müharibəni aparanlar həmişə ordulardır, amma qərarı verənlər siyasilərdir: “Bu baxımdan, məncə, Ermənistan cidd-cəhdlə çalışır ki, KTMT-ni bu prosesə qatsın, amma Rusiya özü bundan çəkinir. Düzdür, Rusiya Ermənistanın müttəfiqidir, altdan-altdan, bilərəkdən, açıq şəkildə onu dəstəkləyir, silah-sursat verir, bunlar öz yerində. Ancaq Rusiya ”öz abrından qorxur", çünki əgər Moskva KTMT-nin Azərbaycan-Ermənistan qarşıdurmasına qatılmasına qərar versə, onda birincisi, o təşkilatın daxilində böyük proseslərlə üzləşəcək...Yəni dağıdıcı proseslərlə üzləşə bilər. Çünki orada Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan gözəl başa düşürlər ki, Azərbaycanın onlarla problemi yoxdur. Azərbaycanın bilavasitə qonşuları ilə də heç bir problemi yoxdur. Sadəcə, Ermənistan torpaqlarını işğal edib və çalışır ki, “ay-vay” qışqıra-qışqıra bütün dünyanı Azərbaycanın üstünə qaldırsın. Halbuki əyri, yalançı, oğru özüdür. Amma bu, bədnam xasiyyətnaməni Azərbaycanın üzərinə atmaq istəyir. Həmçinin bu proses Rusiyanın özünə də daxildə fəlakət gətirə bilər". 

Politoloq qeyd etdi ki, hazırkı durumda müharibənin başlayacağına inanmır: “Mən savaş ehtimalını çox aşağı faizlə qiymətləndirirəm. Niyə? Birincisi, müharibə qəfildən baş verir, indi isə hər iki tərəf açıq-aşkar şəkildə hazırlaşır. Tovuz hadisələri zamanı dərhal böyük savaş başlasa, yerinə düşərdi və Ermənistan öz payını alardı. İndi isə situasiya bir qədər dəyişib və diplomatiya önə keçib. Sahibə Qafarovanın Moskva səfəri, Rusiya rəsmilərinin məsələyə münasibət bildirmələri vəziyyəti dəyişir. Düzdür, savaş ehtimalı itmir, amma onun indiki durumda reallaşma faizi azalır. Digər tərəfdən, prosesə Türkiyənin qatılması demək olar ki, bölgədə çox ciddi bir transformasiyalar yaratdı. Rusiyanın postimperiya sindromu onun başına, xalq dili ilə desək, ”itin oyununu" açır. Postimperiya sindromu artıq bu ölkəni çox çıxılmaz vəziyyətə gətirib. Onun elitası keçmişlə yaşayır, amma reallıqlar tam fərqlidir. Biz Rusiya ilə Türkiyənin Suriyada, Liviyada toqquşmalarını gördük. Həmçinin Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti ondan xəbər verir ki, Türkiyə dünya siyasətində öz rolunu boyüdüb və irimiqyaslı problemlərin qarşısını ala, belə məsələləri həll edə bilir. Türkiyənin “biz Azərbaycanın yanındayıq və Qarabağ məsələsində biz də maraqlı tərəfik”- deməsi sanki “soyuq duş” effekti yaratdı. Ermənistan heç, təkcə Dağlıq Qarabağ deyil, bu ölkənin özü də qondarma məmləkətdir, onun suverenliyi yoxdur. Faktiki olaraq öz simasını itirmiş, təkcə daxili varidatı ilə yox, həm də öz mənəviyyatı ilə alverə girişmiş ölkədir. Amma söhbət Rusiyadan gedir ki, ondan əl çəkmir və bu ölkəni cidd-cəhdlə dəstəkləyir".

Ancaq T.Abbasov Ankaranın Azərbaycana dəstəyini məmnunluqla qeyd etdi: “Baxın, bir təyyarədə Türkiyənin müdafiə naziri, hava, dəniz, quru qüvvətlərinin komandanlarının, həmçinin Liviyada əməliyyatları aparan baş komandanın Azərbaycana gəlməsi və prezident İlham Əliyevlə görüşməsi artıq yeni bir situasiya yaratdı. Bununla Türkiyə nümayiş etdirdi ki, mən bu oyunbazlığa dözməyəcəyəm!” Politoloq qeyd etdi ki, Azərbaycan təkcə Türkiyəyə deyil, həm də özünə güvənir: “Burada Azərbaycanın digər müttəfiqləri, Pakistan, Ukrayna, başqa ölkələr də var. Amma Rusiya-Ermənistan işbirliyi artıq ”ağını çıxartdı" və bunlar daha ağ elədilər. Ona görə də Türkiyə çox ciddi şəkildə dedi ki, mən də artıq bu prosesdə maraqlı tərəfəm. Türkiyəni anlamaq olar, çünki həmsərhəd ölkədir. Kim istəyər ki, sərhədləri yaxınlığında müharibəli, münaqişəli ocaq olsun? Türkiyə də bunu istəmir. Bu mənada qarşı tərəfin zarafatları pis qurtara bilər. Baxın, Rusiyanın özünün də vəziyyəti yaxşı deyil. Belarusda hansı çətinliklərlə üzləşib, göz önündədir, Ukrayna həmçinin. Balkanlarda Amerika artıq Rusiyaya bir şapalaq vurdu. İsraillə ərəbləri barışdırırlar. Bu, artıq onu göstərir ki, Rusiya diplomatiyası Lavrov və ona bənzər qondarma diplomatlar ucbatından artıq hər iki ayağından axsayır". Siyasi təhlilçi qeyd etdi ki, Tovuz hadisələri bilavasitə iki başqa ölkənin - Rusiya və Fransanı təhriki və Ermənistanın təxribatı ilə baş verdi. Ancaq anladılar ki, yox, dərinə getsələr, özləri biabır ola bilərlər, problemləri arta bilər və vaxtında geri çəkildilər.

Siyasi analitik yekunda bildirdi ki, zaman ertələnsə də, torpaqların erməni işğalından azad edilməsi üçün müharibə qaçılmazdır, ona görə də Vətən savaşına daim hazır olmaq gərəkdir.

Prezident, Azərbaycan Silahlıq Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev son çıxışlarında düşmənə və onun havadarlarına açıq mətnlə xəbərdarlıqlarını edib. Eyni zamanda dövlət başçısının “əgər Ermənistan beynəlxalq hüququ gözləmirsə, biz niyə gözləməliyik” deməsi böyük savaşın nəinki işğal altındakı Azərbaycan ərazilərində başlayacağını, həmçinin işğalçı ölkənin sərhədləri daxilinə keçə biləcəyi ehtimalını yaradır. Hər halda, bu, Nikol Paşinyan hakimiyyətinə ağlını başına yığmaq üçün son xəbərdarlıq da ola bilər. Türkiyədən də xəbərdarlıqlar gəlib: "Ermənistan odla oynamasın" - deyə...
Oxşar xəbərlər
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
02 May 2024 | 10:11
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
02 May 2024 | 10:11
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb