“Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə də sahib çıxmalıyıq”
Oxunub: 2118
25 Sep 2020 | 09:26
“Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə də sahib çıxmalıyıq”
Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova ilə müsahibəni təqdim edirik. Onunla ədəbi dilin müasir dövrdəki vəziyyəti, inkişafı və inkişafına mane olan, onun düzgün istiqamətdə getməsini əngəlləyən səbəblər, dilçilik məsələləri, lüğətçilik və lüğətlər barədə danışdıq.

– Ədəbi dilin müasir dövrdəki vəziyyəti, inkişafı sizi qane edirmi? Ədəbi dilin inkişafına mane olan, onun düzgün istiqamətdə getməsini əngəlləyən səbəblər nədir və onları necə aradan qaldırmaq olar?

– Bu sual mənə əziz müəllimimiz Tofiq Hacıyevin bir fikrini xatırlatdı. Ədəbi dil tarixindən, onun mərhələlərindən danışarkən o belə deyirdi: “Füzulinin zamanında yüksək səviyyəli, ali mədəniyyət sahibi cəmiyyət var idi”. Normalara əsaslanan ədəbi dili şərtləndirən cəmiyyətdir. Ədəbi dil mövcud cəmiyyətin aynasıdır. Təhsili bərbad, KİV-i, xüsusən televiziyası toy bazarına xidmət edən, mədəniyyəti Üzeyirdən üzeyirə eniş edən bir cəmiyyətin ədəbi dili necə ola bilər? Müstəqilliyimizi əldə etdiyimiz bir qərinəyə yaxın vaxtdır, biz hələ də təhsil dilini müzakirə edirik, özü də bilərəkdənmi, bilməyərəkdənmi ana dili uğrunda mübarizə “başqa dilləri öyrənmək lazım deyil” kimi anlaşılır, halbuki ən ucqar kənd məktəbini bitirmiş, bu dildə bir kəlmə də bilməyən tələbə də rus dilini öyrənməyi lazım bilir. Burada söhbət dil öyrənməkdən, bilməkdən deyil, təhsilin, milli məktəblərin vəziyyətindən gedir. “Bizim hələ milli təhsil konsepsiyamız yoxdur “ – son vaxtlar eşitdiym ən ürəkağrıdıcı bəyanatdır.  Yalnız  təhsil, KİV, mədəniyyət  s. sahələrdə köklü islahatlar ədəbi dilə güclü təsir edə bilər. T.Hacıyevin dediyi  “yüksək səviyyəli, ali mədəniyyət sahibi cəmiyyət” ailədən, uşaq bağçasından, ibtidai sinifdən, orta məktəbdən başlayır.

–  Müasir dilçiliyin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz? Azərbaycan dilçiliyini 50 il, 100 il əvvəlki dilçilik elmi ilə müqayisə etsək, hansı nəticəyə gələ bilərik? Sizcə, hansı dövrü dilçiliyimizin “qızıl dövrü” hesab etmək olar?

– Dilçiliyimizin hazırkı vəziyyəti göz qabağlndadır. Görünən dağa bələdçi lazım deyil. Deyəsən, dilçiliyimizin qızıl dövrü elə bizim dərs aldığımız müəllimlərin yaşadığı dövrdür. Biz Səlim Cəfərovun, Muxtar Hüseynzadənin son illərinin şahidi olduq. Onları görmək, səslərini eşitmək özü bir məktəb idi. Əlövsət Abdullayev, Ağamusa Axundov, Musa Adilov, Fərhad Zeynalov elmi yaradıcılıqlarının çiçəklənmə dövrünü yaşayırdılar. Əlövsət müəllim heç vaxt xitabət kürsüsü arxasından mühazirə deməzdi, həmişə auditoriyanın içində olardı. Onun dərsləri ikitərəfli hərəkət idi, müasir dillə desək, “beyin həmləsi” edir, cavabı tələbələrdən almağa çalışırdı. İndi  kurikulumu bizə xaricdən gətiriblər deyirlər, mən düşünürəm ki, o fəal təlim metodlarını biz elə o zaman görmüşük. Türkiyədə konfranslarda olarkən mən Əlövsət Abdullayevin sintaksis sahəsində fundamental araşdırmaları ilə türk bilim adamlarının yaxından tanış olduğunun şahidi olmuşam.  Eləcə də Ağamusa Axundovun fonetika, Tofiq Hacıyevin dil tarixi, Fərhad Zeynalovun türkologiya  sahəsində  araşdırmaları türk dünyasında tanınır və qəbul edilirdi. Həmin dövrdə başda M.Şirəliyev olmaqla Akademiyanın Dilçilik İnstitutunda fəaliyyət göstərən alimləri, Pedaqoji Universitetdən Ə.Dəmirçizadəni, A. Qurbanovu da unutmaq olmaz. “Qızıl dövr”ün nümayəndələrindən Samət Əlizadənin, Kamil Vəliyevin, Firidun Cəlilovun adını çəkə bilərəm. Dilçilik tariximizdə elə dilçilər vardır ki, elə tək ona görə yaşadığı  dövrü  “qızıl dövr” adlandırmaq olar. 1937-ci ildə repressiyaya uğramış Bəkir Çobanzadə  dilçiliyimizə bir ordu  qədər xidmət göstərmişdir. Ə.Dəmirçizadə, M.Hüseynzadə, M.Şirəliyev məhz onun məktəbinin yetirmələridir. Müasir dilçilərimizdən, ilk növbədə, Qəzənfər Kazımov yada düşür.  Xalqın akademik hesab etdiyi dilçimizə rəsmi olaraq o adın verilməsi AMEA-nı şərəfləndirə bilər.

–  Dilimizin saflığı uğrunda aparılan mübarizəni səmərəli hesab edirsinizmi? Sizcə, bu mübarizə hansı istiqamətdə, necə aparılmalıdır?

– Son dövrlərdə dövlət dili haqqında çox sayda rəsmi sənədin qəbul olunması bu məsələnin ən yüksək səviyyədə diqqət mərkəzində olduğundan xəbər verir. Amma dediyiniz mübarizənin nəticələri az nəzərə çarpır. Səbəbi icra və nəzarət mexanizminin olmamasındadır.  Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin fəaliyyətindən çox şey gözləyirik. Ümid edirik bu qurum işini öz sələfindən daha səmərəli qurmağa çalışacaq. Yaxın keçmişdə aparılan monitorinq yaddaşımızda  “dövlət [do:lət] tələffüz olunmalıdır” kimi göstərişi ilə xoşagəlməz iz qoyub. Bu monitorinq zamanı məsul şəxslərin, ali mənsəb sahiblərinin, məmurların deyil, müğənnilərin nitqinin hədəfə alınmasını da unutmamışıq. O ərəfədə mən bir təqdimatda həmin müğənni xanımların möhtəşəm ifalarını dinləmişdim. “Allah”, “Tanrı”, “Xuda” sözlərinin işləndiyinə görə qadağan edilmiş, az qala unudulmuş  xalq mahnılarının toplanıb nəşr olunması ilə bağlı keçirilən bu təqdimatda bir daha monitorinqin təəssüfedici  gedişatını  xatırladım. Bu müğənni xanımlar “siz nə vaxt orfoepiya lüğəti yazdınız, biz düzgün tələffüz etmədik” desələr, tam haqlı olarlar. İsmayıl Şıxlının bir qəhrəmanı demişkən, “elə iş var, onun üçün adamı danlayarlar, elə iş var, onun üçün adamı damlayarlar”. Dil haqqında verilişdə “nujelni” sözünü işlədən millət vəkilinə dözümlülük nümayiş etdirib xalq mahnısında yol verilən əyalət tələffüzünü qabartmaq arzuolunmaz yanaşmadır. Məncə, Monitoriq Mərkəzi ictimaiyyətlə əlaqədə fəaliyyət göstərməlidir, ictimaiyyətin qüvvəsindən istifadə etməlidir. Qeyri-hökumət təşkilatı olan Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin  (FADMM ) təcrübəsi göstərdi ki, monitorinq yalnız nəzarət deyil, həm də əməkdir, zəhmətdir, yeri gələndə küçəbəküçə dolaşıb dilimizə zərbə vuranları aşkar etməkdir, televiziya kanallarını, saytları, filmlərin dublyajını araşdırmaqdır. Dilin qorunması sahəsində FADMM-ın fəaliyyəti təqdirəlayiqdir. Reklamlarda, lövhələrdə ədəbi dil normalarının pozulmasını görən də, bu haqda yazan, danışan da çox olmuşdur. Qeyd edim ki, müntəzəm olaraq biz tələbələri, magistrantları ədəbi dil normalarının pozulmasını aşkar etmək işinə cəlb etmişik, tələbələr bu mövzuda sərbəst işlər yerinə yetirmişlər. BSU-da dəyirmi masa da keçirilmişdir. FADMM bu işi daha mütəşəkkil təşkil edə bilmiş, dil uğrunda mübarizəyə daha geniş təbəqəni əhatə etməyə nail olmuş, mövcud nöqsanlara ən yüksək səviyyədə diqqət cəlb edə bilmişdir. FADMM-in bu fəaliyyəti bəzən dil məsələsi çərçivəsindən çıxır, mənəviyyat, əxlaq məsələsi kimi təzahür edir. Şəhərimizdə “Qırmızı fənərlər küçəsi”nin mövcudluğu məndə utanc və hiddət hissi oyatdı. Nə yaxşı ki, laqeyd olmayan vətəndaşlarımız var deyə düşünürəm.

– FADMM həyatımızın müxtəlif sahələrdə baş verən orfoqrafik, orfoepik, qrammatik və üslubi və s. pozuntuları müşahidə edir, faktları yığır və cəmiyyəti xəbərdar edir. Sizcə, bu mübarizə öz nəticələrini verəcəkmi?

– Artıq öz nəticəsini verir, deyək. FADMM-in orfoepiya sahəsində də müəyyən işlər görəcəyinə ümid edirik. Bu gün orfoepiya haqqında çox danışılır. Şifahi nitqimizi çulğayan yanlış tələffüzün fəsadları artıq dözülməz olmuşdur. Amma bu bəladan yalnız danışmaqla, tənqid etməklə qurtulmaq mümkün deyil. Görkəmli alimimiz, unudulmaz müəllimimiz Ağamusa Axundov Azərbaycan dilinin fonemlər sistemini araşdırarkən fonetikaya təcrübi sahə kimi yanaşmış, hər bir səsi səciyyələndirərkən ossilloqram, kimoqram, rentgen, foto kimi texniki vasitələrə istinad etmişdir. Bu günün fonetistləri bu ənənəni davam etdirməlidirlər. Bu, əlbəttə, elmi müəssisələrin işidir, ictimai təşkilatın buna gücü çatmaz, ancaq bir fonoteka, səs bankı yaratmaq imkan daxilindədir. FADMM-çilərın işgüzarlığını, təmənnasızlığını, hətta fədakarlığını nəzərə alsaq, bu işin öhdəsindən gələcəyinə inanıram. İlk mərhələdə nümunəvi nitqi olan ziyalıların səs yazılarını sistemli şəkildə toplamaq, yanlış tələffüz nümayiş etdirənlərin diqqətinə çatdırmaq olar. Bu səs yazılarını sosial şəbəkələrdə təbliğ etmək olar. Eksperimentə virtual dərslər zamanı fərqlənən müəllimlərimizi, orta yaşlı diktorlarımızı və ziyalılarımızı cəlb etmək olar.

–  Dil və yazar, dil və ziyalı – bu məfhumlar bir-birinə nə qədər bağlıdır? Zaman-zaman bəzi yazıçılar öz əsərlərində söz yaradıcılığı ilə məşğul olaraq yeni sözlər yaratmış və lüğət fondumuzu zənginləşdirmişlər. Sizcə, nədən bu təşəbbüs həmişə uğurlu ola bilmir?

– Dili yaradan onun daşıyıcılarıdır, hamımızıq. Dilin inkişafında, zənginləşnəsində qələm əhlinin rolu böyükdür. Məhz bədii, publisistik əsərlər vasitəsilə köhnəlmiş sözlər və ya neologizmlər daha geniş auditoriyaya çatır, xalqın malı olur, hətta okkazionalizmlər də bəzən qısa müddətdə ümumişlək sözlərə çevrilir. Yeri gəlmişkən deyim ki, burada lüğətçilərin rolu düşünüldüyü qədər böyük deyil. Tez-tez “lüğətçilər bu sözü uydurublar, yeni söz yaradıblar” kimi fikirlər səslənir. Ancaq orfoqrafiya və izahlı lüğət tərtibçisinin özündən söz  uydurmaq hüququ yoxdur (tərcümə lüğətlərində vəziyyət başqadır). Özünə hörmət edən lüğətçi heç vaxt rast gəlmədiyi, mənbə ilə təsdiqlənməmiş sözü lüğətdə verməz. Lüğətçinin xidməti bildiyini yox, bulduğunu yazmaqdır. Bədii ədəbiyyatda izini saxlamış köhnəlmiş sözləri üzə çıxarmaq, dilə gələn yeni sözləri qeydə almaq lüğətçinin birbaşa vəzifəsidir, borcudur. Bəzən öz işini görən lüğətçi haqlı-haqsız tənqidə məruz qalır.

Qeyd etdiyiniz kimi, zaman-zaman yazıçılar söz yaradıcılığı ilə məşğul olmuş, yeni sözlər yaratmışlar.  R.Rzanın yaradıcılığında belə okkazionalizmlər daha çox olmuşdur.  Onlardan bəzisi (məsələn, dözüm) dilin lüğət tərkibinə, hətta lüğət fonduna daxil olmuş, bir başqası (məsələn, zamandaş)  qəbul edilməişdir. Nəyə görə bəzən uğurlu olmur sualının cavabı həyatın özündədir: həyatda heç də hər cəhd uğurlu olmur.  Mən başqa sual üzərində düşünməyi təklif edərdim, niyə uğurlu sözlər dildə özünə yer tapmır? Məsələn, soyuducu və xolodilnik – hər iki söz 4 hecalıdır. Soyuducu dilimizin qanunauyğunluqları əsasında yaranan milli sözdür. İşlətməməyimizin səbəbi dildə deyil, dilxarici amillərdədir. Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə, sözlərimizə də sahib çıxmalıyıq. İbtidai sinifdən bu sözləri işlətməyi, varvarizmlərdən qaçmağı şagirdlərə təlqin etməliyik. Bura yalnız milli mənşəli sözlər deyil, vaxtilə dilimizə keçmiş  və vətəndaşlıq hüququ qazanmış alınma sözlər də daxildir: qələm, kibrit, dəhliz, mətbəx və s. Yeri gəlmişkən deyim ki, mətbəx sözü “Kitabi- Dədə Qorqud”un dilində də işlənmişdir. (ilkxeber.org)
Oxşar xəbərlər
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:30
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO