\"Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır, bir gün növbə onun özünə çatacaq\"
Oxunub: 5453
24 Sep 2020 | 14:55
\
“Moderator.az” saytının hörmətli oxucularına bildirirəm ki, pandemiya dövründə arxiv materiallarımı araşdırarkən İslam dininin fəal təbliğatçısı, tanınmış filosof Heydər Camaldan 2005-ci ildə götürdyüm müsahibə gözümə sataşdı. Qeyd edim ki, bu müsahibənin Rusiyada Azərbaycan və rus dilində nəşr olunan “Moskvada Azərbaycan dünyası” kitabıma salınmasını nəzərdə tutmuşdum. Ancaq müsahibədəki bəzi fikirlərimiz üst-üstə düşmədiyinə görə həmin vaxt kitab üçün bu böyük siyasət adamı və ictimai xadimlə bağlı digər bir yazı hazırladım. Üstündən 15 il keçməsinə baxmayaraq, aktuallığını nəzərə alıb həmin müsahibəni cüzi ixtisarla sizlərə təqdim edirəm. Yazı indiyə qədər heç yerdə çap olunmayıb.

Hörmətlə, Süleyman Əlisa

“Qafqazın gələcəyi – bu, həm də Avropanın gələcəyidir”

- Heydər müəllim, bütün dünya Sizi Rusiya İslam Komitəsinin sədri və böyük filosof kimi tanıyır. Mümkünsə, İslam dini və Rusiyada bu sahədə fəaliyyətiniz barədə fikirlərinizi bizimlə bölüşəsiniz.

- 30 il bundan qabaq dünyada İslam dininə münasibət birmənalı deyildi. Ancaq marksizmin süqutundan sonra İslam faktoru, İslam amili dünyada aparıcı qüvvəyə çevrilməyə başladı və tez bir zamanda böyük bir güc mərkəzinin yaranmasına səbəb oldu. Bu proses indi də davam edir. İslamın belə sürətlə inkişafının əsas səbəbi odur ki, islam dünyagörüşü həm genişdir, həm də ictimai-siyasi və əbədiyyətə mənsub olan digər məsələlərə aydınlıq gətirməyə qadirdir.

Başqa dinlər ictimai və xüsusi məsələlərlə (ailə məsələləri və s.) məşğul olmur. Islam aləmində isə həmişə istisna halında düşünülüb ki, bu məsələlər Allah-taalanın buyruğuna uyğun olsun. Məhz bu səbəbdən marksizmdən sonrakı dövrdə ən xüsusi, əsas hədəfə dəyən görüş İslam dünyagörüşdür. Ona görə də bir çox qüvvələr İslamın inkişafından və onun gələcəyindən qorxaraq müxtəlif üsullarla bunu əngəlləyir, onun dünyadakı roluna kölgə salmaq istəyirlər.

Amerika və Qərb ölkələrində İslama belə münasibət keçmişdə də olub, indi də belədir… Mənim düşüncəmə görə əslində onlar İslamın rolunu çox şişirdirlər. Hələ biz zəifik və istənilən səviyyəyə çatmamışıq. Bir tərəfdən onların İslamı həddindən artıq güclü sayması pis deyil, yaxşıdır, digər tərəfdən düşmənlərimizin fitnəsi ilə islam dünyasında baş verən hadisələr bizi düşünməyə vadar edir, əks effekt yaradır və nəticədə bir çox müsəlman ölkələrinin əhalisi min bir əziyyətə qatlaşıb öz varlıqlarıını qorumağa çalışırlar.

Mən qəti əminəm ki, dünyada baş verən beynəlxalq terror və bu kimi qanlı hadisələr barədə yaradılan rəy polis danışığıdır. Böyük güclər xüsusilə bu terminləri işlədirlər ki, ondan İslama qarşı istifadə etsinlər. Əslində nə baş verir? Guya bəşəriyyətə qarşı təhlükə var, guya günahsız yerə qanlar axıdılır, guya dünya od tutub yanır... Beləcə “bədbəxt bəşəriyyəti” müdafiə etmək üçün təbliğat aparılır. Bu təbliğatın nəticəsi isə yurdundan, yuvasından ayrı düşmüş insanların göz yaşıdır, axıdılan qanlardır və sair. Belə təbliğat gec-tez uğursuzluğa səbəb olur. Artıq dünya müsəlmanları yavaş-yavaş başa düşməyə başlayıb ki, Allah-tala bizə ali bir vəzifə tapşırıb: dinimizi, Quranımızı və İslami dəyərləri qorumaq. Sonda – qiyamət günündə biz bütün bəşəriyyətə qarşı şəhadət verməliyik. Elə Məhəmməd Əleyhəsalam tərəfindən bizə qarşı da şəhadət veriləcək. Bunu Qurani-kərim buyurur, bunu Allah-tala buyurur. İndi şəxsən mənim məqsədim, vəzifəm ondan ibarətdir ki, İslam dini haqqında yeni fikir formalaşsın, dünyada bu barədə yeni dini təfəkkür meydana gəlsin. Məqsədimə çatmaq üçün bir çox layihə üzərində işləyirəm və bu sahədə özümü yeni teoloq kimi görürəm..

- Həmin layihələrin mahiyyəti nədən ibarətdir?

- Müsəlman ölkələrində baş verən hadisələrin gedişi göstərir ki, bu məsələlərdə bizim ən yaxın müttəfiqimiz elə İslam dünyasıdır. Ondan sonra Amerikanının qarşısında duruş gətirən və ona boyun əyməyən Qərbi Avropa. Mən o Avropadan danışıram ki, Birləşmiş Ştatların bir ştatı olmaq istəmir. Orada bir çox insanlar var ki, İslamı sevirlər. Onlar müsəlman olmasalar da, baxıb görürlər, biz sağlam yoldayıq. Həmin zümrədən olan ziyalılar İslam dini ilə bağlı öz dövlətlərinin siyasətinə də bizim köməyimizlə təsir göstərə bilərlər. Ona görə də bizim bir layihəmiz bu istiqamətdə işlərdən ibarətdir. Artıq Avropa da başa düşməyə başlayır ki, ona müttəfiq olan qüvvələr haradadır? Bəlkə Qafqazdadır? Bəlkə İslam dünyasında? Rusiya bu gün yox, sabah dağıla bilər. Bilirsiniz nə əhvalatlar baş verir burada? Bu yaxınlarda Rusiya rəhbəri amerikalı həmkarı Buşla söhbət əsnasında söylədi ki, əgər Amerika müəyyən məqamda Liviyaya zərbə endirəcəksə, bu, bizi qayğılandırmayacaq. Beləliklə, Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır. Bir gün növbə onun özünə çatacaq. Ona görə də biz Qafqaz xalqlarının və İslam dünyasının birliyini yaradaraq ayıq sayıq olmalıyıq. Lakin sadəcə İslam, İslam deyib car çəkməyin də mənası yoxdur. Biz ətrafımızda hansı proseslərin baş verdiyini başa düşüb təşkilatlanmalı və bir “Qafqaz evi” tikməliyik.

- Keçmişə nəzər salanda görürsən ki, İslam ölkələrinin özlərinin bir araya gəlməsi, çəkici bir zindana vurması çox çətin məsələdir. Ya hansısa ölkə onların aralarına nifaq salır, ya da nəyisə bölə bilmirlər...

- Doğrudur, götürək elə vaxtilə hansı yollasa İraqda hakimiyyətə yiyələnən Səddam Hüseyni. O, Amerikanın oyuncağı idi, onun çaldığı havaya oynayırdı və İranla müharibə aparanda ABŞ bu diktatoru özünə dost sayırdı. Hətta Səddamın təyyarələri 1986-cı ildə Amerika gəmisinə raket atsa da, qarşı tərəf dost ölkə kimi onu bağışladı və təkcə ölən matrosların ailələri üçün təzminat istədi. Həmin əhvalatdan dörd il sonra isə Səddam Hüseyn düşmən elan edildi. Onda Səddama möhlət verilsə də, 13 il sonra o, Amerika üçün öz əhəmiyyətini tam itirdi və öldürüldü. Səddam Hüseynin oyuncaq hakimiyyətinin sonu belə də olmalıydı...

Digər tərəfdən biz birləşə bilmirik, 64 dövlətə bölünmüşük. Axı mən başqa Islamdan danışıram. Mən birləşmiş, bir yerdə olan İslamdan danışıram. Hansı ki, mənim düşündüyüm İslam dünyasının o sadə insanları məscidlərdə, küçələrdə və ümumiyyətlə, hər yerdə Allah-təalını yadlarından çıxarmırlar və İslam yolunda canlarını fəda etməyə hazırdırlar. Bilirsiniz, onlar dünya əhalisinin dörddə bir hissəsini təşkil edirlər. Bax, mən həmin müsəlman hümmətindən danışıram. Onların İslamı yaşatmaq və inkişaf etdirmək üçün təşkilatlanmağa ehtiyacı var. Bizim isə bu işi Qafqazda təşkil etmək imkanlarımız genişdir və mən çalışıram ki, arzusunda olduğum bu məsələ həyata keçsin. Onda biz müsəlmanların da gələcəyi parlaq olar, əsl insan kimi mənalı ömür yaşayarıq.

- Heydər müəllim, yazılarınızda İslam dininin zənginliyindən danışır və insanlarda bu dinə böyük məhəbbət hissi aşılayırsınız. İslam insanlara doğru, düzgün yol göstərirsə, bəs onda müsəlman ölkələrinin geridə qalmasının səbəbi nədir?

- Bilirsiniz, İslam ölkələrinin daxilində elə qüvvələr var ki, onlar bizi inkişafdan saxlayır və hətta, geriyə dartırlar. Məsələn, saxta alimlər. Neçə-neçə müctəhidi, axundu buna misal göstərmək olar. Onlardan bəziləri özlərindən elə qanunlar uydururlar ki, bunların şəriətlə heç bir əlaqəsi yoxdur. Düşünürsən ki, bu əmmaməli, riyakar insanlar bunu özlərinə necə rəva görürlər? Belələri İslam, İslam deyə-deyə hamını özlərinin nəzarəti altında saxlamaq istəyirlər. Onlar ya islamı bilmirlər, ya da bilə-bilə bundan öz məqsədləri üçün istifadə edirlər. Belələri, məsələn, lazım olanda ağa qara deyirlər. Sadə insanlar, avam adamlar da inanırlar buna. Düşünürlər ki, bunu müctəhid deyir. Elə bilirlər, axundun, müctəhidin hər şeyə haqqı çatır. Daha düşünmürlər ki, belə hərəkətlər İslamı geri çəkir, insanları cəhalətə sürükləyir.

- Bir daha layihələrinizə qayıdaq. Üzərində işlədiyiniz layihələr Azərbaycana nə verə bilər?

- Gələcək mədəniyyətlərarası mübarizədə təfəkkür üsulu ən vacib silahdır. Yüksək təfəkkür sahibi olmaqla öz geopolitik durumu ilə seçilən Azərbaycanda biz daha çox uğura imza ata bilərik. Ona görə ki, burada iqtisadi imkanlar genişdir, səviyyə yüksəkdir, potensialımız çoxdur. Bölgədə heç bir qlobal layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilmir. Burada həm İslam mədəniyyəti çərçivəsində, həm də Qafqaz birliyi çərçivəsində hələ çox işlər görülməlidir.Çünki Azərbaycanın gələcəyi, ümumiyyətlə, İslam mədəniyyətinin gələcəyi Qafqazla bağlıdır. Qafqazın gələcəyi – bu, həm də Avropanın gələcəyidir. Mən belə hesab edirəm ki, biz azərbaycanlılar gələcəkdə nəyəsə nail olmaq istəyiriksə, gərək öz milli məfkurəmizi təyin edək. Lakin bu vaxta qədər hələ bilmirik biz kimik? Mən bu suala cavab verirəm ki, biz türkdilli Qafqaz millətiyik. Mən istəyirəm ki, biz bu məsələni və islam məsələsini bir tam halda, vəhdət şəkildə anlayaq. Quş iki qanadlı olur. Bir qanadlı quş uçmaz. Qafqaz və İslam da birlikdə ikiqanadl bir quşdur. Bunlar bir-birini tamamlayır. Azərbaycan isə bu məsələdə bir nihardır. Lakin Qafqazda bizdən savayı da türkdilli xalqlar var. Məsələn Qaraçaylılar, balkarlar, noqaylar, qumuqlar və sair. Onlar hamısı türk dilində danışırlar, lakin onlar sırf qafqazlılardır. Onların özləri barədə özünəməxsus anlayışları var. Onlar özlərini Qafqazlı sayırlar.

Azərbaycanlılar qədim və çox şaxəli bir mədəniyyətə malikdir. Bizim formalaşmağımızda həm öz keçmişimizin, həm də Türkiyə və İranın da dərin izləri var. Lakin gələcək Qafqaz gələcəyidir. Bizim ya dörddə bir, ya beşdə bir hissəmizin kökü Qafqazdandır. Qafqazlılar isə həm türk, həm Alban, həm udin, həm Midiya və sair xalqlarla bağlıdır. Qafqazqanlı olsaq da, biz seçim etməliyik. İranla birlikdə gələcəyimiz mənim üçün çox alatorandır. Türkiyə özü daxili çəkişmələr ərəfəsindədir. Rusiya federasiyası sabah ortadan çıxacaq, dağıdıb yox edəcəklər onu. Avropa uzaqdır. Ancaq bizim Qafqaz layihəsi, Qafqaz məfhumu həm Avropa dəyərlərini qəbul edir, həm də İslamı özündə ehtiva edir. Bu layihənin həm qonşu İrana köməyi dəyər, həm də Türkiyəni sıxıntılardan azad edər. Bu, ərəb dünyası üçün də çox vacibdir. Mədəniyyətdə böhranın baş verdiyi bir vaxtda Qafqaz məfhumunu seçərək üzərində işlədiyimiz bu layihənin alternativi yoxdur. Dünyada baş verən proseslərin mədəniyyətin inkişafına ciddi təsirini nəzərə alaraq biz mədəniyyətlərarası dialoqa hazırıq və öz layihəmizi daha da genişləndirəcəyik. Onu da unutmayaq ki, yer üzündə özlərinin hegemonluğunu qorumaq üçün bir çox ölkələrdə də yeni layihələr cızırlar. Məsələn, Buşun layihəsi bombalamaqdır. Bu layihənin istiqaməti məzara tərəf yönəldiyindən axırda Amerikanın milli iflicinə və sonuna səbəb olacaq. Ona görə də gərək biz elə bir layihə işləyib ortalığa qoyaq ki, o dünyaya yeni bir şəfəq saçsın. Mənim nəzərimdə bərq vuran o şəfəqlər Qafqaz dağlarından bizə boylanan Günəşin şəfəqləridir.

Əgər biz bütün bu deyilənləri başa düşsək, onda Qarabağ məsələsini də həll edə bilərik. İnşallah,onda bizim Rusiya ilə, İranla və digər dövlətlərlə də problemlərlərimiz aradan qalxar. Bu iki məqsəd - həm İslam təfəkkürünün aşılanması, həm də Qafqaz ideyasının həyata keçirilməsi, yəni ümumi Qafqaz mədəniyyətinin quruculuğunda iştirak edərək bu istiqamətdə əlaqələri müəyyənləşdirmək və gördüyümüz işin əhəmiyyətini insanlara başa salmaq mənim vacib vəzifəmdir. Mənim demək istədiklərimin mahiyyəti təxminən belədir.

- Heydər müəllim, Azərbaycan mədəniyyətinin qonşu dövlətlərin mədəniyyəti ilə sıx bağlılığı haqqında dedikləriniz başa düşüləndir. Ancaq Qafqaz milləti ilə bağlı fikirləriniz mənim üçün həm yenidir, həm də düşündürücü və gözlənilməz. Bəlkə albanlarla bağlı fikirlərinizi bölüşmək istəyirsiniz?.

- Sizə bir misal çəkim. Məsələn Azərbaycan ordusunda həm Rusiya ənənələri var, həm də türk döyüş ənənələri. Ona görə ki, iki yüz ildən çox Rusiyanın tərkində olmuşuq və ordumuzda köhnə Rusiya-Sovet ənənələri qalır. İndi isə türk zabitləri əsgərlərimizə dərs deyir, döyüş sirrlərini öyrədir və yeni ənənələr gətirirlər. Bu ənənələr baxımından indi mən sizdən soruşuram, biz kimik? Biz türk millətiyik, yoxsa sovetdən qalma bir ölkənin vətəndaşları? Bizdə hansı daha üstündür? Türk ənənəsi, yoxsa köhnə sovet ənənələri, rus ənənələri? Əgər bünövrəmizə baxsaq orada İranın, Midiyanın və yaxud Siz deyən kimi albanların hansısa təsiri var. Biz hansına daha yaxınıq, kimik? Mən bu suala belə cavab verirəm. Biz bir Qafqaz hümmətiyik, bir Qafqaz cəmiyyətiyik. Lakin bu Qafqazlı fikri bir az bizim yaddaşımızdan silinib. Bizim üçün, məsələn, Dağıstan elə bil yad bir ölkədir... Həm də mənim üçün mədəniyyət başqa şeydir, dil başqa şey. Eyni dilli xalqlar müxtəlif mədəniyyətə malik ola bilərlər. Eyni bir mədəniyyətə mənsub olan xalqlar müxtəlif dilli ola bilərlər. Bu elə bil şatrajdır. Şatraj məsələsi, yəni geopolitik şatraj mürəkkəb şeydir. Dünyada cürbəcür tayfalar var ki, əsli, kökü birdir, dili isə başqadır. Məsələn, slavyan dilində danışan qeyri slavyanlar var. Ruslar qeyri slavyanlardır, lakin slavyan dilində danışırlar. Onların kökü fin olub. Məsələn Şimali Amerikada və digər ölkələrdə ərəb dilində danışırlar...

Demək istəyirəm ki, Qafqaz birliyi vacibdir. Ancaq bu birliyə nail olmaq üçün bünövrə lazımdır. Kimdir bu birliyin bünövrəsi? Balaca Çeçenistanmı, çoxtayfalı Dağıstanmı? Bəlkə özünü yeni və kiçik bir imperiya kimi göstərən Gürcüstan? Bəlkə Azərbaycan? Bəs Ermənistanın rolu bu halda nədən ibarət olacaq? Aydın məsələdir ki, Ermənistanın bizim torpaqlarımızı zəbt etməsi Cənubi Qafqazda qeyri-normal, qeyri-təbii hadisələrə gətirib. Axı bu ümumi Qafqaz sistemində özünə yer tapır və başa düşülür. Ona görə mən deyirəm ki, başa düşməliyik, biz türkdilli Qafqaz millətiyik, qafqazlıyıq.. Bir daha deyirəm, erməni məsələsi Qafqaz və İslam birliyinə gedən yolda öz həllini tapacaq. Çünki beynəlmiləl kömək olmazsa, biz bu məsələni həll edə bilməyəcəyik. Məlumdur ki, Ermənistanın arxasında böyük güclər durub. Mən böyük güclər deyəndə təkcə Rusiyanı deyil, Amerikanı, hətta İsraili də nəzərdə tuturam. Mənim təsəvvürümdə Ermənistanla İsrail üzdə müəyyən qədər özlərini rəqib göstərirlər. Lakin bu, bir oyundur. İslama qarşı olan qüvvələr Qafqaz birliyini də istəmirlər. Məsələn, Amerika üçün Qafqaz mədəniyyət oçağı kimi lazım deyil. Orda neft var, qaz var, filiz yataqları var və sair. Xalqlardan qullar kimi istifadə etmək onların keçmiş mərəzidir. Burada mədəniyyəti yeni bir güc mərkəzi kimi qeyri-məqbul hesab edirlər. Ermənistandan isə aranı qızışdırmaq, provakasiya törətmək, qan tökmək və sair məqsədlər üçün bir alət kimi yararlanırlar. Sonra isə gəlib vəd edirlər ki, siz sakit olun, bizə qulaq asın, dediklərimizi, əmirlərimizi yerinə yetirərsizsinizsə, onda biz Qarabağla bağlı nəsə edərik. Biz də səbir edirik. Amma səbrin bir həddi var. Səbr etmək çoxdan qeyri-produktiv, faydasız olub bizim üçün. Hazırda biz çox yumşalmışıq (zəiflik demirəm) və o güvvələrlə mübarizəyə gücümüz çatmır.

Bunun bir səbəbi də bizim xalqın humanistliyidir. Biz asıb-kəsən xalq deyilik. Adətən bizim adamlar başlarını aşağı salıb öz ticarətləri ilə məşğul olublar. Quldurluq, yolkəsənlik bizlik deyil. Ona görə bizə mədəni cəmiyyətin köməyi lazımdır. Avropa üçün müəyyən qədər maraqlıdır ki, burda, Qafqazda sakitlik olsun. Lakin problemin həlli üçün, ürəkdən-candan maraq göstərən yoxdur. Şəxsən mən düşünürəm ki, bu sahədə Islam dünyası bizə kömək göstərə bilər. Bu halda sülalələr altında hakimiyyətdə olan İslam ölkələrindən də mənim gözüm su içmir. Çünki indi bir çox ölkə rəhbərləri, məliklər və s. və s. hansısa ölkənin maraqları çərçivəsində seçilir və ya hakimiyyəti nəsildən-nəslə ötürürlər. Əvvəlcə söylədiyim kimi mənim üçün İslam dünyası məscidə toplaşıb ibadətlə məşğul olan o camaatdır, ürəyində Allaha inam bəsləyən o sadə insanlardır. Belə insanları sayı isə bir milyard yarımdır. Rəqiblərimizin, bizə düşmən kəsilənlərin hər cür hərəkətinə hazır olmaq üçün başa düşməliyik ki, gələcəyimiz və yaxşı yaşayışımız bir tərəfdən Qafqazla, digər tərəfdən İslam dünyası ilə bağlıdır.

Baxıb görürsən ki, keçmişdə də, indi də bu və digər səbəbdən neçə-neçə islam ölkəsində çaxnaşma törədilir, qan tökülür. Bu bir gerçəklikdir. Qarşıda bizi çox ağır günlər gözləyir. Hazırda İrana qarşı nəsə bir cəza tədbiri başlayır. Sonra növbəti hədəf Rusiya olacaq. Köhnə dünya ilə yeni dünya arasında müharibə qaçılmazdır. Allah bilir bunun axırı necə qurtaracaq. Ancaq gələcəkdə informasiya və fikirlər mübarizəsi olacaqdır. Belə ki, kim daha ağıllıdır, kim gələcəyi daha aydın şəkildə görə bilirsə, gələcək onundur. Çox təəssüf ki, son zamanlar fəlsəfə, fikir və kəlam üsulları sahəsində biz zəif olmuşuq. Belə ki, son əsrlərdə İslam dünyasının filosofları çox azdır. Molla Sədradan sonra, Heydər Amulidən və başqa teoloqlardan sonra bizdə hikmət sahibləri çox az olub. Vaxtilə bizim bəzi fikir adamları da qərbyönümlü olmaqları ilə seçiliblər. Məsələn Mirzə Fətəli Axundov kimi ziyalılarımızı buna misal göstərmək olar. Lakin mən düşünürəm ki, XX əsrdə vəziyyət yavaş-yavaş dəyişməyə başlayır. Məsələn Seyyid Qutb, Əli Şəriəti, Əbüləla əl-Mövdudi və digər mütəfəkkirlər dünyaya gəliblər. Bu bir başlanğıcdır və onlar da səhvlərdən xali deyillər. Belə ki, müəyyən məqamlarda qərbyönümlü fikirlər bu mütəfəkkirlərin də yaradıcılığında öz əksini tapıb.

Qeyd edim ki, İslama qarşı mübarizədə informasiya texnologiyaları da mühüm rol oynayır. Televiziyalar səhər-axşam insanların necə düşünməyi, bu dünyanı necə qəbul etməyi barədə təbliğat aparır. Elə verilişlər göstərirlər ki, insanların beyinləri yuyulur. Islam isə camaatlardan ibarətdir. Bu camaat da həmişə öz aralarında söhbətlər edir, müzakirələr aparır və bu söhbətlər əsnasında Quranı-kərimi dərk edir, mənasını anlayırlar. Bununla insanlar özlərini, öz ruhlarını yad təsirlərdən, yad informasiya cəmiyyətindən qoruya bilir. İndi əksər informasiya cəmiyyətlərinin liderləri İslamı yox etmək istəyirlər. Onlar İslamı müdafiə edən hər bir qabaqlayıcı, önləyici təsirlərə qarşı amansız mübarizə aparırlar. Nə qədər İslam var, insanlar qərb təsirlərindən də, sionist təsirlərdən də azad olacaqlar. Ona görə bizim müqəddəs borcumuzdur ki, İslamı qərb və sionist təsirlərdən qoruyaq, inkişaf etdirək.

Əlhəmdülillah, mən azərbaycanlıyam. Əlhəmdülillah Allah-taala mənə müəyyən imkanlar verib və mən öz ağlımla İslam dünyasını təmsil edirəm.

2005-ci il
Oxşar xəbərlər
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI