Azərbaycan ailəsinin intim problemləri: Qadın cinsi fantaziyalarını həyata keçirməyə utanır, kişi isə...
Oxunub: 6102
22 Sep 2020 | 10:18
Azərbaycan ailəsinin intim problemləri:  Qadın cinsi fantaziyalarını həyata keçirməyə utanır, kişi isə...
"Azərbaycan ailəsi” dedikdə, gözlərimiz qarşısında sakit, sadə, mehriban, əxlaq və milli dəyərlərə uyan bir ailə canlanırdı əvvəllər.

Zaman keçdikcə müasirləşmə Azərbaycan ailəsindən də yan keçmədi. Keçmiş dövrlərdə ərini evin "Allahı” hesab edən Azərbaycan qadını sonradan bu mövqedə özü durmaq istədi. Davalar, ailədaxili münaqişələr, təhqir və hədələr adiləşdi ailə üçün.

Zamanla ailələr öz dəyərlərini qoruya bilməyib, dağılmağa başladı. Bu gün statistikaya nəzər salsaq görərik ki, son zamanlar boşananların hər il daha da artır. Buna səbəbi nədir?

Mütəxəsislər boşanma səbəblərini müxtəlif səbəblərlə izah edirlər. Bəzisi ailədaxili münaqişələrin səbəbini kənar şəxslərin müdaxiləsi, bəziləri iqtisadi çətinlik, bəzisi isə seksual aclıqla izah edirlər. Bəs əsl səbəb nədir?

2 ildir ki, ailəsindən kənar yaşayan Azad İsabalayev (ad şərtidir) deyir ki, ailənin saxlanılmasında qadının böyük rolu var. "Əgər kişi çalışır, qadınını, uşaqlarını saxlayırsa, qadının da borcudur ki, həyat yoldaşının arzuladığı, istədiyi kimi olsun. Amma təssüf ki, qadınlar yalnız ailə qurana qədər bizim istədiyimiz kimi olurlar”,- deyən müsahibim qadınların ailə qurandan bir il sonra tamamilə dəyişib başqalaşdığını bildirir.

- Ruhiyyə ilə tanışlığım təsadüfi olmuşdu. Açıq danışacağam. Rusiyada yaşadığım üçün gec evlənmişəm. Qadınlar haqqında düşüncələrim mənfi olduğundan, evlənməyi ağlımdan keçirmirdim. Amma bir gün onu tanıdım. Qarayanız, uzunsaçlı, səliqəli qıza ilk gündən vuruldum. Tanıdıqca daha çox sevirdim. Xəyallarımın qadını idi. Təmizkar, səliqəli, başadüşən, sakit. Evləndim. İlk 3 ay özümü dünyanın ən xoşbəxt kişisi hesab edirdim, Ruhiyyə ehtiraslı qadın idi. Mənim elə bir istəyim olmurdu ki, qarşılaya bilməsin. Sonra hamilə qaldı. Oğlum dünyaya gələndən sonra sanki bizim evliliyə nöqtə qoyuldu. 1 ilə yaxın bir evdə bacı-qardaş münasibətində yaşadıq. Zaman keçdikcə tamam dəyişirdi. Əvvəlcə öz səliqəsinə fikir vermədi. Nə zaman zəng etsəm ya yatmış olurdu, ya da televizor qarşısında. Evə gələndə evi özüm yığşdırırdım. Sonra mənim də paltarlarıma, səliqəmə diqqət yetirməmə başladı. Çirkli geyimlərlə işə getməkdən cana doymuşdum, geyimlərimi də artıq özüm yuyurdum. Axı bir uşağı böyütmək nə problem idi ki, dünyalar qədər sevdiyim qadın özünü bu qədər itirmişdi. Dəfələrlə qarşıma alıb danlayır, başa salırdım. Amma heç bir xeyri olmurdu. Dostlarım deyirdi ki, bundan ayrılma, amma başqasını al həyatına, bu oğlunun anasıdır, ortada qalmasın. Bir ili də dostların məsləhətləiylə yola verdim. Artıq tükənmişdim... ,- deyən A. İsabalayev həyat yoldaşından ayrılmağa qərar verir.

İkinci dəfə ailə qurmaqdan çəkinən müsahibim qeyri-rəsmi olaraq bir qadınla yaşadığını da gizlətmir. "Qadın gərək səni bütün varlığı ilə istəsin. O zaman özünü xoşbəxt hiss edirsən”,- deyir.

Androloq-seksopotoloq Kamil Baxşıyevin sözlərinə görə, Azərbaycan ailəsinin əsas problemlərindən bir seks çatışmazlığıdır:
- Çünki istər kişi, istərsə də qadın düzgün seks haqqında anlayışa malik olmur. Fərdlərn cinsi iştahları müxtəlifdir. Bəzi ailələrdə seks gündə, bəzilərində həftədə 2 dəfə, bəzilərində isə, ayda bir dəfə olur. Əsas hər iki tərəfin istəklərinin üst-üstə düşməsidir. Qadınlarda cinsi hisslərin pik nöqtəsi 30 yaşından başlayır. Kişilərdə isə 20 yaşına təsadüf edir. Amma nəzərə almaq lazımdır ki, 20 yaşında gənclə 35-40 yaşlı kişinin cinsi bacarıqları çox fərqlidir. Yəni bir qədər yaşlı kişilər cinsi münasibətə az-az girsələr də qadını doyurma bacarıqları daha güclü olur.

Müsahibim bildirir ki, Azərbaycan ailələri "pərdəli”, qapalı olduğu üçün kişilər qadınlarından, qadınlar isə kişilərindən istədikləri həzzi ala bilmirlər. Qadın cinsi fantaziyalarını həyata keçirməyə utanır, kişi isə bu fantaziyaların həyata keçirilməsini tələb etməyə. Zaman keçdikcə isə, bir-birinə qarşı olan hisslər sönür və yaxud başqa birinə yönlənir.

Baxşıyev deyir ki, əri ilə ən azı həftədə iki dəfə cinsi əlaqəyə girməyən qadın fəxrlə "mənim ərim məni dəyişməz” deməməlidir. Çox güman ki, həyat yoldaşı artıq onu başqası ilə dəyişib.

- Seksual uyğunsuzluq qarşı tərəfin hisslərinə zərər verir. Cinsi əlaqəyə girən zaman bunu sevgi və istəklə etmək lazımdır. Bu, qarşı tərəfə ağrı və əzab verməməlidir. Cinsi əlaqə zamanı ağrı və acının yaşanması hissləri tamamilə soyuda bilər,- deyən seksopotoloqun fikrincə, bəzi qadınlar həyat yoldaşlarının onlara aid olduğuna əmin olduqdan sonra cinsi əlaqəni ikinci və ya beşinci plana atırlar. Bu da sonda ailənin dağılmasına səbəb olur. Hər bir qadın nəzərər almalıdır ki, cinsi istəkləri təmin edilmiş kişi kimi güclü kişi yoxdur: "Özünü xoşbəxt sayan kişi dağı yerində oynada bilər. Bir çox insanlar seksin önəmli olmadığını düşünsələr də, əslində insanın həyatını dəyişən, həzz verən, yaşamağa həvəsləndirən sevgi ilə həyata keçirilmiş seksdir”.

Psixoloq İkram Rüstəmovun fikrincə, ən güclü sevgilər yataqdan başlayır:

- Bəzən birinin rəsminə vurulursan, onun arzusu ilə yaşayırsan. Həyatında bircə dəfə də olsun ona toxunmaq sənə həzz verir. Qadınla kişi arasında adını "sevgi” qoyduğumuz bütün hisslərin sonunu bir tək seks həll edir. Seks zamanı yaranan hisslər insanı bir-birinə bağlaya və ya soyuda bilər. Təəssüflə qeyd etməliyəm ki, bu gün Azərbaycan ailəsində qadın seks zamanı çox passiv olur. Bu, ya hisslərin yetərsizliyindən, ya da utanc hissindən irəli gəlir. Lakin qadın unutmamalıdır ki, seks ailəni qutarır. Bəzən görürsən, kişi işdən yorğun gəlib, qadın qarşısına bir qab yemək, 1 stəkan çay qoyub, ya uşaqlarla məşğul olur, ya da yatmağa gedir. Kişinin gününün necə keçməsi, istəkləri qadına maraqlı olmur. Ya da yemək və çay verdikdən sonra kişinin yanına oturub, bütün gün yaşadığı problemləri, gördüyü işləri, uşaqlarla davranışını anladır, şikayətlənir. Onsuz da yorğun kişi az qala bütün varlığı ilə qışqırıb "bəsdir” demək istəsə də, başını yelləməklə qadınını eşitdiyini hiss etdirir. Bəzən isə dözmür, bu, mübahisəyə çevrilir. Çox zaman qadının kişiyə rəhmi gəlmir, adı kişidir deyə elə bilir ki, nə olsa dözəcək.

Psixoloq hesab edir ki, qadın ailənin ideal olması üçün əlindən gələni etməlidir. Ərinin xəyanət etməməsini, onun özünü xoşbəxt hiss etməsini istəyən qadın kişini yuksəklərə qaldırmalıdır: "Yoldaşınıza yeməkdən sonra şikayət etmək əvəzinə qayğı, nəvaziş göstərin. Ona sevgi təklif edin”.

İ. Rüstəmov Azərbaycan ailəsində yaranan bir çox problemlərin kökündə cinsi doyumsuzluğun durduğunu deyir.

Deyirlər ki, "sevgi yatağa qədərdir”. Bu, həqiqətən də belədir. Sadəcə olaraq, bəzi insanlar bu deyimin dərinliyinə varmır. Elə düşünürlər ki, kişi və ya qadın arzuladığına qovuşursa, hər şey bitir. Xeyr! Bəli, sevgi yatağa qədərdir. Yataqda sevginin davam edib-etməyəcəyi müəyyən edilir. Kişi və ya qadın arzuladığı insana qovuşandan sonra bu proses ona həzz verirsə, o hisslərin pikini yaşa bilirsə, əsl sevgi burdan başlayır. Yox, əgər iki sevgilinin qovuşması atəşsiz, ehtirassız və həzzsiz keçirsə, sevgi elə o yataqda bitir. (sağlamolun.az)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...