\"Azərbaycan sözündəki “can” onun müstəqilliyidir, o canını itirməyəcək...\"
Oxunub: 2584
21 Sep 2020 | 20:40
\
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Fikrət Qoca ilə müsahibəni təqdim edirik. Onunla ədəbi dilmizin indiki vəziyyəti, dilin inkişafında yazıçıların xüsusi rolu və əlbəttə, küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışdıq.

– Söhbətə başlamazdan öncə Sizi – nəğməkar şair F.Qocanı, gec də olsa, 85 yaş və “İstiqlal” ordeni alması münasibətilə təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Fikrət Qoca poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram əsasdır, aparıcıdır. Yaradıcılığınızda məni ən çox çəkən cəhətlərdən biri də şeirlərinizin son dərəcə səmimi və təbii dilidir. Şair F.Qoca ədəbi dilə qarşı da çox həssasdır. Bu gün yazıçı və dil məsələsinə münasibətiniz?

– Hər bir yazıçının istifadə etdiyi əsas material dildir. Əlbət ki, mənsub olduğu xalqın doğma dili. Dili yaxşı bilən insanlar arasında yazıçılar başqalarından bir qat artıq bilir, duyur, hiss edir. Hətta yazıçının bir əsərində obrazların dili fərqli olur. Obrazın daxilini açan, onu oxucuya sevdirən və ya əksinə, onu gülüş obyektinə çevirən də yazıçının ona verdiyi dildir. Əsərdə dil nə qədər zəngindirsə, yazıçı o qədər maraqlı, istedadlı olur, sevilə-sevilə oxunur.

– Ədəbiyyat söz sənətidir. Hər bir dilin inkişafında yazıçıların xüsusi rolu olur. Bugünkü bədii ədəbiyyatımızın, bədii tərcümələrin dili barədə nə deyə bilərsiniz?

– Güman edirəm yuxarıda bu suala bir qədər cavab verdim. Amma tərcümə məsələsində bəzi əlavələr edim. Yazıçı və yaxud şair tərcümə edərkən özünü tamamən unutmalıdır. O, özünü tərcümə etdiyi sənətkarın yerində, şəraitində, vəziyyətində hiss etməlidir. Tərcümə etdiyi şairə özünü ruhən çox yaxın hiss etməlidir. Yoxsa bu gün Puşkindən tərcümə edir, sabah Mayakovskidən, başqa bir gün isə Yesenindən –  o şəxs özünü gülünc vəziyyətə sala bilər. Onlar hər üçü böyük rus şairi olsalar da, rus dilində yazsalar da, hər biri öz dilində, öz səsi, öz nəfəsi ilə yazıb. Tərcümə ədəbiyyatda çox ciddi bir janırdır.

– Son dövrlərdə cəmiyyətimizdə ədəbi dilimizlə bağlı haqlı bir narahatlıq hökm sürməkdədir. Ziyalıların Bakının əcnəbi dillər tərəfindən “işğalı” ilə bağlı AYB sədri Anar Rzayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və millət vəkillərinə müraciətləri bu narahatlıqların son həddə çatmasının və bu sahədə konktet iş görülməməsinin nəticəsidir. Ədəbi dilə həssas bir insan kimi fikirləriniz maraqlıdır.

– Sərhədləri qaldırırıq, dünyaya açılırıq. Belə vaxtda həmişə birinci tacirlər gəlir. Bər-bəzəkli malların üstündə bəzəkli dillərdə gəlir. Gəlsinlər. Biz dövlətik, qanunlarımız var. Qanunlara uyğunlaşanlar qalacaq, uyğunlaşmayanlar axsaya-axsaya geri qayıdacaq. Unutmayın, biz öz evimizdəyik. Heç nə olmayıbmış kimi hər kəs vaxtı vaxtında öz işini dəqiq görsün. Siz nədən qorxursunuz?! Biz müstəqil ölkəmizin vətəndaşıyıq. Qanunumuz budur, dilimiz də bu. Bu qanunları saymayanın cəzası da budur. O zaman hər daş öz yerində oturacaq. Bizimkilərdən də öz işini vaxtı-vaxtında dəqiq görə bilməyənlər işindən qovulacaq. Cəzasını çəkəcək.

– Bu yaxınlarda “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin Rəsulzadə küçəsində apardığı monitorinq nəticəsində aydın olub ki, buradakı 42 ticarət və iaşə obyektindən 41-də dövlət dilindən istifadə edilməyib. Bir neçə il əvvəl ölkəmizin qoşulduğu “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Paris Konvensiyasına dair Azərbaycan Respublikasının bəyanatında deyilir ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir. Bu, təbiidir. Bəs Bakının mərkəzində ana dilimizi qorumağa nə mane olur? Ana yurdu düşmən tapdağında olan Natəvanın heykəli “XIMI Vogue Life”, “Women`s secret”, “You&Me Fashion”, “New collection”, “Hard rock café” ilə əhatə olunub. Xan qızının aşüftə halı nəyə görə yazıçılarımızın diqqətindən kənarda qalıb?

– Bakının mərkəzini bəyəm xaricilərə vermişik? Qanunumuz var. Reklamlar birinci bizim dildə yazılmalıdır. Yazmayan cəzasını almalıdır.

– Sizcə, əcnəbi dillərin paytaxtı “işğal” etməsi məqsədlidir, yoxsa sırf biznes marağı və etinasızlıqdan qaynaqlanır?

– Əlbət ki, məqsədlidir. Biz də məqsədli şəkildə cavab verməliyik, çünki biz bundan betərini görmüşük. Daha ayıq olmalıyıq. 1979-cu il idi. Bakının mərkəzində yaşayırdım. Günay qızımın 7 yaşı olurdu. Lap qonşuluqda 2 №-li məktəb vardı. Məktəbə getdim. Direktorla görüşdük. Dedim, qızımı sizin məktəbə gətirmək istəyirəm, birinci sinifə.

– Rus dilinə?

– Yox, Azərbaycan dilinə.

– 132-yə apar. Yaxşıdı, yaxşı məktəbdir. Bura 7 illikdi. Onsuz da sonra uşaq ora gedəcək.

– Bura çox yaxındı.

– Fikrət müəllim, bu il birinci sinif olmayacaq.

– Niyə?

– Vallah qapı-qapı gəzmişəm. Hamısı da dağlı məhəlləsidir. Onlara demişəm, bizim məktəbə qoyun uşağınızı, sinif bağlanmasın. Hamısı gətirib uşağını rus dilinə qoyur.

– Ən azı neçə uşaq olsa, bağlanmaz, – dedim.

– Altı uşaq, yeddi olsa, lap əla.

– Ola bilər ki, bir-iki uşaq da altı yaşında oldu.

– Nazirlikdən də dedilər, bizim xəbərimiz yoxdu, nə bacarırsız, eləyin.

Kiçik qızım Gülayın 6 yaşı tamam olmamışdı. Akademiyada çalışan elmlər doktoru rəhmətlik Kamran Məmmədova əhvalatı danışdım. Onun da oğlunun 6 yaşı olurdu. O da oğlu Nicatı gətirdi. Xülasə 5 günə 6 nəfər topladıq. Sinif bağlanmadı. Onda biz müstəmləkə idik. Danışmağa çəkinirdik. İndi müstəqil ölkəyik. İndi nədən qorxursunuz?! Arxanızda müstəqil ölkə var. Əlinizdə yenilməz qanunlar. İrəli! Meydan sizindir. Döyüşməyə yox, hər kəs öz işini anbaan yerinə yetirmək üçün.

– Bir neçə il əvvəl orfoqrafiya qaydalarında bir sıra ərəbmənşəli sözlərdə qoşa y samitlərinin birinin ixtisarını nəzərdə tutan dəyişiklik etmək istəyirdlər. Ədəbi dildə oturuşmuş sözlərin yazılışında səbəbsiz dəyişiklər edilməsi onsuz da ciddi narazılıq yaratmışdı. Son təkliflər cəmiyyətin səbr kasasını dolduran son damla oldu. Bir sıra ziyalıların dövlət başçısına müraciəti sayəsində bu dəyişilkiyin qarşısı alındı. Həmin dövrdə nüfuzlu yazıçılarımızın etiraz səsi duyulmadı. Bu azmış kimi, ziyalıların AYB sədrinə kömək üçün müraciətlərinə də reaksiya verilmədi. Nədən?

– Bu məsələ dilçi alimlərimizin ixtiyarındadır… Daha sonrakı müzakirələrə bizim də qoşulmağımıza ehtiyac olarsa, əlbət ki, iştirak edərik.

– Müstəqillik dövründə Zəhrabəyim ananın oxumuş “obrozovonski” oğulları öz doğma ana dilində deyil, əcnəbilərin dilində danışmağı üstün tuturlar. Telekanallarda da varvarzimlərdən çox istifadə edilir. Sizcə, bunun əsas səbəbini harada axtarmaq olar? Milli natamamlıq kompleksi demək olarmı?

– Millət sözü çox böyük sözdür. Millət olub, var! – Hər zaman olacaq! Millət bizim görə bilmədiyimiz qatlarında hər zaman bütöv olub. Mübarizə aparıb. Qurbanlar verib. Repressiya qurbanlarını, nəhayət, 20 Yanvar şəhidlərini xatırlayın. Bütöv olmasaydıq, biz 70 ildən sonra müstəqilliyimizi bərpa edə bilməzdik. O başqa söz ki, ayıq olmalıyıq. Atalar deyib “ilan vuran adam ala çatıdan qorxar”. Bu gün uşaqdan böyüyə hər bir Azərbaycan övladı vətənimizin müstəqilliyini qorumaq, sarsılmaz etmək üçün çalışır. Çünki bu müstəqillik ayrı-ayrılıqda hər birimizin iftixarı, qürurudur. Əlbət ki, aramızda axmaq, düşüncəsi xəstə insanlar var. Onlar bütün ölkələrdə var. Onlara millət tullantısı demək daha yaxşıdır. Biz müstəqilliyi itirməyin nə demək olduğunu yaxşı bilirik! Azərbaycan sözündəki “can”  onun müstəqilliyidir. O canını itirməyəcək! (ilkxeber.org)
Oxşar xəbərlər
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 13:07
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 13:07
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO