"Adamı təhdid edirlər ki, onun düşündüyünü yazasan"
Cəmiyyət
Oxunub: 1111
19 Sep 2020 | 11:49
Son parlament seçkilərindən sonra ali qanunverici orqanın ölkənin ictimai-siyasi həyatındakı rolunun müsbət istiqamətdə dəyişini demək olar.  Təbii ki, kifayət qədər problemlər, çatışmazlıqlar var, amma ümumən müəyyən irəliləyişin  olduğunu vurğulamaq lazımdır.

Milli Məclisin deputatı Etibar Əliyev “Unikal” qəzetinə müsahibəsində də qanunverici hakimiyyətin mövcud durumundan və proseslərə təsir imkanından danışıb. 

-Etibar bəy, uzun illər ictimai-siyasi fəal, vətəndaş cəmiyyətinin nümayəndəsi, təhsil eksperti kimi fəaliyyət göstərmisiniz. Artıq 6 aydır ki, parlamentdə təmsil olunursunuz. Hansı fərq var, cəmiyyətə hansı müstəvidə daha çox xeyir vermək olur?

-Mənim məşğul olduğum sahə, elm və təhsil sahəsinin tutumu çox böyükdür. Milli Məclisin elm və təhsil komitəsi və İdman və Gənclər Komitəsində təmsil olunuram. Elmin və təhsilin problemləri bitib tükənməzdir. Çalışırıq ki, ölkəmiz elm və təhsil sahəsindəki gerilikləri aradan qaldırsın. Cəmiyyətdə ekspert institutunun nümayəndəsi kimi iştirak etmək daha faydalıdır. Elmlə təhsilin vəhdətinə heç vaxt indiki dövr kimi zərurət yaranmayıb. Artıq imitasiyalar işləmir. Vətəndaş cəmiyyətində də xeyli problemlərimiz var. QHT-lərin sistemli fəaliyyətinə ciddi ehtiyac duyulur.  Hökumət də bu məsələyə önəm verir. Hər halda hər iki sahə mənim üçün doğmadır.

-Milli Məclisdə təmsil olunmağınız Sizə şəxsi və ümumi mənada hansı imkanlar yaratdı, yaxud hansı çətinlikləriniz var?

-Milli Məclisdə təmsil olmaqla mənim yaşayışım, həyat tərzimdə elə bir ciddi dəyişiklik olmadı. Olmayacaq da. Mənim üçün Milli Məclisdə təmsil olunmağın ən böyük üstünlüyü ali Tribunadan söz demək imkanı qazanmaqdır. Və sizi əmin edim ki, bunun üçün bizə tam sərbəstlik verilib. Çətinliklər seçicilərin problemləri ilə bağlıdır. Hansısa problemin  həlli yolu tapılmayanda istər-istəməz özümü pis hiss edirəm. Problemləri pandemiya bir qədər də artırıb. Həftədə azı iki dəfə köməkçimlə ərazidə olur, insanları dinləyirəm. Seçicinin yanında olmaq qürurvericidir. Yeri gəlmişkən onu da qeyd edim ki, indiki çağırışda deputat seçilmiş həmkarlarımın demək olar hamısı seçicilərlə normal təmas qururlar.

-Gəlin etiraf edək ki, deputat olandan sonra Siz daha önə çıxdınız, bəlkə də bəzilərinin hədəfində oldunuz. Hətta kimlərsə, parlamentə düşməyin əyri yollarının olduğunu belə iddia etməyə başladı. Bu barədə nə deyə bilərsiniz?

-Milli Məclisə keçirilən növbədənkənar  seçkilərdə mən öz istəyimlə iştirak etdim. Mən 31 saylı Suraxanı 2-ci seçki dairəsindən 3 dəfə namizədliyimi irəli sürmüşəm. Bu dəfəki seçkidə qərəzi olmayan kimdəsə zərrə qədər vicdan varsa desin: Ən ciddi təbliğat-təşviqat işlərini mən qurmuşdum. 50-dən çox görüş keçirdim. Məni hədəfə götürənlər absurd iddialar irəli sürürdülər. Məsələn, qutuda bülletenlərin az bir hissəsi sayılanda prosesi təhdid yolu ilə dayandırır və kiçik rəqəmi ictimailəşdirirdilər. Bu da insanlarda çaşqınlıq yaradırdı. Bundan da heç nə əldə edə bilmirdilər. Mən düz yolla parlamentə düşmüşəm. Mübarizəmi də sivil yolla aparmışam. Açığını deyim ki, dairənin üzərindən burdan iki dəfə deputat olmuş və seçicilərə daima sayğısızlıq nümayiş etdirmiş bir tipin yükü götürüldü. Adam açıq şəkildə hökuməti təhdid edirdi ki, mən olmalıyam. Və indi də çirkin əməllərlə məşğuldur. Məni belə bir tip və seçkini pozmaq missiyası ilə seçkiyə qoşulmuş başqa birisi maraqlandırmır. Mənə bu prosesdə ən çox nanəciblik nümayiş etdirən bəzi ziyalıların hərəkəti təsir etdi. Halbuki mən onların içindən çıxmışdım. Ancaq mən yenə də onlarlayam. Və hər birinin problemini öz problemim kimi qarşılayıram.

-Əvvəllər söhbətimizdə tez-tez təkliflər səsləndirirdiniz ki, filan dəyişikliklər eləmək olar, qanunvericilik bu cür dəyişə bilər. İndi parlamentdəsiniz, dediklərinizi orada reallaşdırmaq mümkündürmü?

-Yenə də təkrar edirəm, parlamentdə hər bir deputata fikrini sərbəst söyləmək imkanı yaradılıb. Mən yazılı şəkildə 3 təklif vermişəm və 4 dəfə çıxışım olub.  Komitə iclaslarında maraqlı diskussiyalar aparılır. Yenə də böyük sərbəstlik var. Düşünürəm ki, Təhsil və elm, həmçinin idman və gənclərlə bağlı təkliflərimizi qanunlarla gerçəkləşdirə biləcəyik.  Bununla yanaşı, sizin qəzet də daxil olmaqla, bizdən mütəmadi olaraq bu məsələlərlə bağlı münasibət öyrənilir. Milli Məclis rəbərliyi “İctimai dinləmələr” kimi çox faydalı bir işə razılıq verib. Bu dinləmələr daha mükəmməl qanunların qəbul olunmasında öz sözünü deyəcək.

- O fikirlər səslənir ki, parlament müstəqil hakimiyyət qolu kimi çıxış edə bilmir, icraedici hakimiyyətin görünməyən basqısı altındadır. Sualı bir qədər də konkretləşdirsəm, bir deputat kimi azadlığınız istədiyiniz səviyyədədirmi?

-Parlamentin müstəqil hakimiyyətin qolu kimi çıxış edə bilməməsini səsləndirən kəslərlə razı deyiləm. Bilirsiniz, azadlıq hər bir deputata təbii şəkildə verilib. Hansısa yazılı sənəd formasında bunu etmək qeyri-mümkündür . Və “Azərbaycan Respublikası Milli Məclsinin deputalarının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Mütərəqqi qanundur və verilən azadlıqlar və səlahiyyətlər məni qane edir. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin  söylədiyi mühüm fikirləri xatırlatmaq istəyirəm: “Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”. Parlamentin qarşısına qoyulan ən ciddi məsələlərdən biri də Qanunların icrasına nəzarəti təşkil etməkdir və mən bunu təqdir edirəm.

 -Siz eyni zamanda, sosial şəbəkələrdə aktiv deputatlardansınız. Sosial şəbəkənin öz fikirlərini yaymaq baxımından müsbət tərəfi olsa da, tənqid, təhqir, hətta söyüş hədəfi belə olursan. Bu mənada Siz də rahat buraxılmayan şəxslərdənsiniz, bunu necə qarşılayırsınız?

-Maraqlı sualdır. Sosial şəbəkələr, konkret olaraq facebook hər bir kəsin qəzetidir. Senzura rolunu da özün oynayırsan. Mən bu platformaya gələndə düşünürdüm ki, fikirlərimizi, müxtəlif yazılarımızı paylaşmaq üçün bizə gözəl imkan verilib. Ancaq təəssüflər olsun ki, bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilib. Adamı təhdid edirlər ki, onun düşündüyünü yazasan. Bəlkə də bu hal bir neçə ölkədə var. Onlardan biri də bizik. Maarifçi, informasiya xarakterli yazıların həvəskarları çox azdır. Facebook həm də bizim səviyyəmizin göstəricisidr. Xeyli aforizm yazanlar ordusu da yaradıb. 

-Ümumiyyətlə, son dövrlər həm sosial şəbəklərdə, eləcə də cəmiyyətdə gərginlik, aqressiya daha da artıb. Bunu pandemiya ilə əlaqələndirmək olar, amma gərginliyin ictimai-siyasi motivi də gözardı edilməməlidir. Bunu siz də hiss edirsizmi?

-Haqlısınız!  Düşünürəm ki, bütün cəmiyyətlərdə cəmiyyətdəki gərginlik və aqressiyanı sosial şəbəkələrdən əvvəl və sosial şəbəkələrdən sonrakı dövrlərə bölmək olar. Əslində qəzet və televiziya dövründə bu təzahürlər çox hiss olunmurdu. Maraqlı bir misal çəkim. Səhv etmirəmsə, Oldos Haksli yazıb. “Adolf Hitleri Bəşəriyyətin ən böyük diktatoruna radio çevirdi. Ona qədərkilərin vaxtında belə alət yox idi. Və onun köməyi ilə Hitler 40 milyon insanı faşistə çevirdi.” İndi “mühacir”lər var, internet Tv-lər var.  Yeri gəlmişkən həmin mühacirlərdən birini mən tanıyıram. Burda təkər yamıyırdı. Xaricdən ağzına gələni danışır. Ancaq Böyük alim Rafiq Əliyevin dinləyicilərinin auditoriyasına baxın, sonra onunkuna. Heyrətə gəlirsən. Gərginlik, işsizlik, yoxsulluq dünyanın istənilən ölkəsində var. Bizdə iqtisadi, sosial, təhsil  məsələlərini siyasiləşdirmək meyli güclüdür. Bir misal çəkim. Gözəl bir təhsil müəssisəsinin açılışı olur. Bunu mühacirlərdən, yaxud  özünü gərginliyə qərq edənlərdən birinin təqdir etməsinə rast gəlmisinizmi? Neftin qiymətinin 1 dollara düşməsini proqnoz edən adam aqressiv deyil?

-Sizcə, cəmiyyətdə, ictimai-siyasi qüvvələr arasında, ümumilikdə barışıq, normal münasibətlər sisteminin qurulması üçün nələr etmək olar?

-Partiya rəhbərləri ilə Prezident administrasiyasında keçirilən görüşləri təqdir edirəm. Normal münasibətlərin qurulması üçün qarşı tərəflərin hər ikisi addımlar atmalıdır. Bu müharibə şəraitində olan ölkəmiz  üçün olduqca vacibdir. Normal münasibətlərin qurulması üçün Beyin Mərkəzləri yaradılmalıdır.  Nüfuzlu insanlar ictimai rəyə təsir etməlidir. Yazıçılar, şairlər, akademiklər xalqın içinə çıxmalıdırlar. Rayonlarda olmalıdırlar, siyasi partiya rəhbərləri ilə görüşməlidirlər. Çox təəssüflər olsun ki, bizdə şəxsi mənafe ictimai mənafeni üstələyir.
Oxşar xəbərlər
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR