Qarabağda PKK-ASALA-PYD-YPG koalisiyası - Türkiyə və Azərbaycan hərəkətə keçə bilər
Oxunub: 1200
17 Sep 2020 | 09:51
Qarabağda PKK-ASALA-PYD-YPG koalisiyası -  Türkiyə və Azərbaycan hərəkətə keçə bilər
Ermənistanın və Qarabağdakı terrorçuların Azərbaycana qarşı təxribatları böyük savaşı qaçılmaz hala gətirib; Türkiyənin Bakıdakı səfirindən növbəti xəbərdarlıq; Zakir Həsənov komandirlə görüşdü və əmr verdi; politoloq: “Türkiyə PKK terrorçularının Dağlıq Qarabağda yerləşməsinə seyrçi qala bilməz”
Bölgədə maraqları olan bəzi güclərin əlində oyuncağa çevrilmiş işğalçı Ermənistan nə 2016-cı ilin aprel döyüşlərindən, nə də Tovuz cəbhəsində baş verənlərdən dərs çıxartmaq niyyətində deyil. Hər halda, düşmənin bütün davranışları, siyasi, diplomatik və hərbi istiqamətdə nümayiş etdirdiyi cəhdlər bu qənaətə gəlməyə əsas yaradır.

Sentyabrın 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində törədilmiş növbəti təxribat nəticəsində ordumuzun giziri Əliyev Renat Eldar oğlu yaralanıb ki, bu da yalnız Azərbaycan hərbçilərinə deyil, beynəlxalq təşkilatların, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin atəşkəs rejiminin qorunub-saxlanılması və Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə çağırışlara atılan güllələr sayılmalıdır. Lakin İrəvanın növbəti dəfə Qarabağın hüdudlarından kənarda, iki ölkə sərhədində gərginliyi tətikləyən alçaq davranışları varlığı ilə yoxluğu bilinməyən vasitəçilər tərəfindən sükutla izlənilməkdədir. Elə bunun nəticəsidir ki, işğalçı getdikcə azğınlaşır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

Ermənistan və Qarabağdakı terrorçu qruplaşma üzvləri tərəfindən Azərbaycana qarşı yönələn həyasız bəyanatların isə ardı-arası kəsilmir. İşğal zonasında qeyri-qanuni məskunlaşma, ərazilərin əkilməsi, Azərbaycanın digər rayonlarına doğru axan çayların qarşısının kəsilməsi ilə bağlı planlarını nümayişkəranə şəkildə elan edən işğalçılar indi də tariximizin saxtalaşdırılması istiqamətində növbəti avantüralarını tirajlamaqdadırlar. “Tiqranakertdəki qazıntılar beynəlxalq standartlara uyğun olaraq aparılır”. Erməni nəşrlərinin yaydığı məlumata görə, bu həyasız açıqlamanı separatçı-terrorçu rejimin “təhsil, elm və mədəniyyət naziri” adlanan Lusine Qaraxanyan ad-soyadlı adamabənzər məxluq dünən - sentyabrın 15-də Xankəndində keçirdiyi mətbuat konfransında dilə gətirib. O, koronavirus pandemiyasının yayılmasının “arxeoloji qazıntılar”a mane ola bilmədiyini qeyd edib. (Moderator.az) L.Qaraxanyan  çərənləyib ki,  Şahbulaqda hər il aparılan qazıntıların nəticələri guya beynəlxalq jurnal və  konfranslarda təqdim olunur.  “Tiqranakertin ”şəxsiyyəti"nin erməni olduğuna şübhə yoxdur. Tiqranakertin “pasportu”nun müzakirəyə ehtiyacı yoxdur. Biz Tiqranakerti açıq hava altında muzeyə çevirəcəyik"-Qaraxanyan həyasızlığını davam etdirib.

Bununla da ermənilər nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə, hətta ətraf bölgələrə də iddialarını bir daha ortaya qoyublar, özü də adamı heyrətləndirəcək qədər həyasızlıqla... Ancaq bu da erməni həyasızlığının son həddi - dəlil-sübutu deyil. Sentyabrın 15-də Xankəndində qondarma separatçı rejimin təhlükəsizlik şurasının ilk iclası keçirilib və rejimin başçısı Araik Arutyunyan iclasda çıxış edib. Hərbi, siyasi, iqtisadi və informasiya təhlükəsizliyini xüsusi vurğulayan Arutyunyan da faktiki Azərbaycana qarşı 7 şərt-prinsip ortaya qoyub. Bu, şərəfsiz terrorçubaşı qondarma rejimin danışıqlarda tam hüquqlu tərəf kimi iştirakını tələb edib. Əks təqdirdə, “Artsax Respublikası təcavüzkar Azərbaycana qarşı bərabər nisbətdə olmayan əks zərbə vurmağa, eyni zamanda hərbi əməliyyatları onun ərazisinə köçürməyə hazırdır” - kimi sərsəm fikirlər söyləyib. Təbii ki, Arutyunyan özbaşına deyil və onun xaltası böyüklərinin əlindədir, istədikləri zaman Azərbaycana doğru qısqırdırlar.

Nikol Paşinyan: Türkiye'nin politikası Ermeni halkı ve Ermenistan devleti  için tehdit oluşturmaya devam ediyor - Ermeni haber ajansı
Diqqətçəkən budur ki, Tovuz döyüşlərindən sonra Nikol Paşinyan da Azərbaycana qarşı 7 şərt irəli sürmüşdü və cavabı çox gecikmədi. Qarabağ separatçısına isə rəsmi cavab verməyə ehtiyac yoxdur. İki gün əvvəl Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyan da Azərbaycana ünvanlı cəfəng ittihamlar səsləndirmişdi. Görünən budur ki, bütün davranışlar böyük savaşa aparır və düşmən bunu çox istəyir.

Yazı çapa hazırlanarkən digər bir xəbər yayıldı. Məlumata görə, livanlı ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin “Cümhuriyet” qəzeti yayıb. Qəzet yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.

“Paşinyan demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”, - qəzet belə yazır.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərlər Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bugünlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi “işin görünən tərəfidir”. “Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”, - məlumatda bildirilir.

Erməni-PKK işbirliyi açıq müstəvidə - TƏHLİL » www.tezadlar.az
Əslində PKK-nın işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi barədə məlumatlar yeni deyil və ötən illərdə də dəfələrlə bununla bağlı yazılıb. PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar və görüntülər daha əvvəllər də yayılmışdı. Məsələ burasındadır ki, Türkiyənin sarsıdıcı zərbələrindən sonra PKK artıq özünə yeni “yuva” tapmağa qərar verib ki, bu da nəzarətdən kənar ərazi olan Qarabağ torpaqlarıdır. PKK-nın tərkibində kifayət qədər erməni döyüşçülər də var və bu fakt Ermənistanın əlinə işləyir. İşğalçı ölkə terrorçu təşkilatlarla işbirliyinə gedərək Azərbaycan və Türkiyəyə qarşı ASALA-PKK-PYD-YPG terrorçu təşkilatlarının koalisiyasını yaratmaqdadır. Suriya ərazisində Türkiyəyə qarşı döyüşən ermənilər bunun qarşılığını Qarabağda görmək istərdilər heç şübhəsiz.

Hikmət Hacıyev: Azərbaycanda koronavirusla bağlı rəqəmlər şəffafdır
Hikmət Hacıyev

Prezidentin köməkçisi Hikmət Hacıyev bugünlərdə bəyan etmişdi ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. Bununla bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərə də reaksiya yoxdur. Beləliklə, Qarabağ terrorçu yığnağına çevrilməkdədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır: “Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilə bilər. PKK rəhbərliyi düşünür ki, bu yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Bu köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək, bölgədəki separatçıların gücünü artırmağa çalışacaq. PKK ilə erməni terrorçu ASALA təşkilatı arasında əməkdaşlıq uzun illərdir davam edir. Yəni bir-birilərinə yad deyillər. PKK ilk dəfə deyil ki, ermənilərə yardım əlini uzadır”. Politoloq qeyd etdi ki, PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərdə yerləşməsi bizim üçün yeni durum yaradır: “Rəsmi Bakı yeni yaranan təhlükəni beynəlxalq təşkilatlar vasitəsilə həll edə bilməyəcək. Heç bir beynəlxalq təşkilat PKK terrorçularının işğal altındakı bölgələrdə yerləşməsinə mane olmayacaq. Əksinə, illərdir Türkiyəyə qarşı terror planlarında PKK-ya bu və ya digər şəkildə dəstək verən bir qisim dövlət terrorçuların Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşməsini bəyənəcək. Ona görə də beynəlxalq təşkilatlarda söz sahibi olan həmin dövlətlərdən Ermənistan + PKK cütlüyünə qarşı addım atacağını gözləməyə dəyməz. Əksi olsaydı, həmin dövlətlər Livan ermənilərinin işğal altındakı torpaqlarda yerləşməsinə qarşı bəyanat verərdilər. Halbuki bu köç bölgədə müharibə ehtimalını daha da artırır. Minsk Qrupu həmsədrlərinin isə bu mövzuda nə bir bəyanatı, nə də bir cümləsi var”.

Bakı Xəbər - İctimai Siyasi Qəzet
E.Şahinoğlu düşünür ki, PKK-nın işğal altındakı torpaqlarda yerləşməsi və ərazimizdə hərbi düşərgələr formalaşdırması gələcəkdə terrorçu təşkilatın Türkiyə ilə bərabər Azərbaycana qarşı da təxribatların baş verməsi ehtimalını artırır: “Bu durum işğal altındakı torpaqların azad olunması məqsədilə Azərbaycanla Türkiyənin birgə hərbi əməliyyat keçirməsi üçün şərait yaradır. Çünki PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir”. “Atlas” rəhbəri əlavə etdi ki, PKK-nın işğal altındakı torpaqlarımıza yerləşməsi Azərbaycanla  Türkiyənin erməni və kürd separatçılarına qarşı birgə əməliyyatını tezləşdirə bilər: “Türkiyə PKK terrorçularının Dağlıq Qarabağda yerləşməsinə seyrçi qala bilməz. Elə Azərbaycanın özü də PKK terrorçularının işğal altındakı torpaqlarımızda yerləşməsinə seyrçi qalmamalıdır. Çünki böyük terror təcrübəsi olan PKK-çılar bundan sonra bizim əraziləri və vətəndaşlarımızı da hədəf seçə bilərlər. Ermənistan hakimiyyət rəsmən terrorçularla əməkdaşlıq yolunu seçib. Ona görə də bizim cavabımız adekvat olmalıdır”.

Şübhə yoxdur ki, işğalın davam etməsi Azərbaycanla yanaşı, Türkiyəni də ciddi şəkildə narahat edir. Ermənistanın həyasız davranışlarına növbəti reaksiya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoraldan gəlib: “Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir. Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir”. (APA) O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır. Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib. Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da bizim üçün elə Vətəndir. Ən böyük öncəliyimiz Qarabağ məsələsinin diplomatik yollarla həllini tapmasıdır. Lakin qarşımızdakıların da bunu bilməsi lazımdır ki, hər kəsin bir yerə qədər səbri var. Azərbaycan bu məsələdə yetəri qədər səbir göstərdi”.

Türk Ordusu Qarabağa girir? – Qarabağdakı PKK yaraqlılarına qarşı  antiterror əməliyyatı | KONKRET
Qardaş ölkənin Bakıdakı səfiri əslində Türkiyə rəhbərliyinin mövqeyini növbəti dəfə nümayiş etdirib. Rəsmi Ankara Azərbaycan ərazilərinin azad olunması ilə bağlı birmənalı, qəti və konkret mövqe ortaya qoyub. Elə Türkiyə-Azərbaycan birgə təlimləri də məhz bunu hədəfləyib. Bu mənada şübhə yoxdur ki, günün birində iki qardaş ölkənin ordusu Qarabağı PKK-PYD-ASALA-YPG tör-töküntülərindən təmizləmək üçün ildırım sürətilə hərbi əməliyyatlara başlaya bilər. Əslində antiterror koalisiyasının üzvləri olan hər iki ölkənin buna haqqı çatır.

Bu arada sentyabrın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Oxşar xəbərlər
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO