"Aşura günü müşahidə edilən pozuntuların müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik"
Müsahibə
Oxunub: 2569
11 Sep 2020 | 09:28
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilə müsahibəni təqdim edirik::

- Mübariz müəllim, Sizinlə olan sonuncu müsahibəmizdən təxminən bir ildən bir qədər artıq vaxt keçir. Ötən bu müddət ərzində ölkədəki dini durumu necə dəyərləndirərdiniz, dini durumu tam qənaətbaxş hesab etmək olarmı? Xüsusilə son 6-7 aylıq pandemiya dövründə dini durumla bağlı məsələdə hansısa bir dəyişiklik, ölkənin din siyasətinə kənardan və ya daxildən hansısa açıq və gizli təhdidlər varmı?

- Dini sfera cəmiyyətin dinamik proseslərinin yaşandığı sahələrdəndir. Bu sahə yalnız daxilində baş verən hadisələrin deyil, eyni zamanda sosial, siyasi və iqtisadi proseslərin təsirinə məruz qalır. Son bir ildə dünyada, o cümlədən də bizə yaxın coğrafiyada bir sıra mühüm hadisələr baş verdi ki, onların Azərbaycanın dini mühitinə də müəyyən təsirləri oldu. Bildiyiniz kimi, bu gün COVİD-19 pandemiyası qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaratmaqla yanaşı, həm də  bir sıra sahələrə, o cümlədən dini sahəyə də təsir edib. Bütün dünyanı cənginə alan öldürücü virus təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Pandemiya ilə əlaqədar ilk gündən Prezident cənab İlham Əliyevin təşəbbüsü və  tədbirlərin, eyni zamanda, prosesin gedişatında qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi kimi ali məqsədin dayandığının şahidi olduq.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyasının ölkədə yayılması ilə bağlı Azərbaycan xalqına çağırışları, məhz onun təşəbbüsü ilə xalq arasında xeyirxahlıq və ümid fondu kimi tanınan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər xüsusilə qeyd edilməlidir. Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli qərarı ilə yas mərasimləri, 17 mart 2020-ci il tarixli qərarı ilə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi, 30 mart 2020-ci il tarixli qərarı ilə isə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri qadağan olundu. Lakin vurğulamalıyıq ki, ölkəmizdəki dini icmalar və ruhanilər sözügedən qərarlardan öncə məsələyə münasibət bildirmişdi. Belə ki, cari ilin mart ayının 5-i və 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dini konfessiya rəhbərlərinin, İdarənin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin iştirakı ilə iclaslar keçirilərək din xadimlərinə yas mərasimləri və ehsan süfrələrində iştirak etməməklə bağlı tövsiyələr verilib, ibadət evlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat qəbul edilib.

Ötən müddətdə Ramazan ayı mərasimləri, Qurban bayramı, Pasxa, Pesax və digər əlamətdar günlər ibadət evlərində keçirilmədi. Lakin nəzərinizə çatdırmalıyam ki, bu hal yalnız Azərbaycanda baş vermədi. Hətta, hər bir mömin üçün vacib əməllərdən sayılan Həcc ziyarəti çox məhdud çərçivədə, yalnız Səudiyyə Ərəbistanında olan azsaylı müsəlmanlar tərəfindən yerinə yetirildi, dünya müsəlmanlarının Kəbə evini ziyarət etmələrinə icazə verilmədi. Pasxa günündə Vatikanın Müqəddəs Pyotr meydanına zəvvarların ziyarəti qadağan olundu. Eyni zamanda, digər müsəlman ölkələrində yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs məkanların fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edildi.

Mövcud şəraitdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması, yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilib. Komitə rəhbərliyi və əməkdaşlarının cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunması, insanları mənəvi cəhətdən sıx birləşməsi istiqamətində müsahibələri,çağırışları, açıqlamaları yayımlanıb. Bu müddət ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşları tərəfindən sosial şəbəkələr vasitəsilə virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə riayət etmək, dindarlarımızı Operativ Qərargahın bu barədə tövsiyələrini dinləməyinin vacibliyi barədə çağırışlar edilib. Dövlət Komitəsinin nəzdində olan qurumlar–Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu da bu istiqamətdə fəaliyyət göstəriblər.

Bu yöndə QMİ ilə birlikdə İdarənin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri, həmçinin, dini konfessiyaların rəhbərlərinin iştirakı ilə onlayn iclaslar keçirilib. Tədbirlərdə dini rəhbərlərə dünyanın üzləşdiyi pandemiya şəraitində insanları birliyə və virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etmək, müxtəlif dini konfessiyaların nümayəndələrinə, din xadimlərinə koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri üçün sosial şəbəkələr, yaxud televiziyalara canlı yayım vasitəsilə qoşulmaqla dini maarifləndirmə işlərini aparmaları tövsiyə edilib. Eyni zamanda bu xüsusda Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə onlayn maarifləndirmə tədbirləri baş tutub.

- Hazırda Azərbaycanda Məhərrəmlik ayıdır, məhərrəmliyin ən vacib məqamlarından olan Aşura artıq geridə qalıb. Kütləvi olmasa da, ancaq Aşura günü yenə də ölkədəki karantin rejimini pozmağa, Aşura mərasimini keçirməyə cəhdlər oldu. Şəxsən özüm bunun şahidiyəm. Sizcə bunlar məqsədli, idarəolunan bir hərəkət, davranış idi, yoxsa bilməməzlikdən, yaxud, qaydaları sadəcə, pozmaqdan irəli gələn bir hal idi?

- Məhərrəmlik mərasimləri əsrlərdir ki, Azərbaycan xalqı tərəfindən qeyd edilir. Xalqımız daim İslam dininə, Məhəmməd peyğəmbər və onun ailəsinə hörmət və ehtiram göstərib. Müstəqilliyimizi yenidən qazandıqdan sonra vətəndaşlarımızın dini ayinləri yerinə yetirmələri üçün bütün şərait yaradılıb. Məscidlər, ziyarətgahlar və digər ibadət evləri möminlərin ixtiyarına verilib. Hər il dini mərasim və əlamətdar günlər, həmçinin, təziyə məclisləri ibadət ocaqlarında sərbəst və heç bir məhdudiyyət olmadan yerinə yetirilib. Ümummilli lider Heydər Əliyev özü şəxsən bu mərasimlərdə iştirak edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə ibadət evlərini ziyarət edib, onların təmiri və bərpası üçün göstəriş veriblər.

Bu il məhərrəmlik mərasimləri pandemiya dövrünə təsadüf etdi. Bildiyiniz kimi, karantin rejimi ilə əlaqədar Operativ Qərargahın qərarları ilə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi və dini ritual xidmətlər qadağan edilib. Karantin rejimi dövründə dini ayin və mərasimlərin keçirilmə qaydaları məsələsi avqust ayının 20-də QMİ və DQİDK tərəfindən videokonfrans formatında təşkil edilən Məhərrəm ayına həsr olunan iclasın əsas mövzusu olub.

Tədbirdə qəbul edilən QMİ-nin Qazılar Şurasının müraciətində bir sıra önəmli məqamlar öz əksini tapdı. Aşura kimi, ənənəvi olaraq böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasimin insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada biləcəyini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyi, QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamlarının bu tövsiyələri dindarlara çatdırmaları bildirildi.

Vurğulandı ki, hər kəs pandemiyaya dair hökümətimiz tərəfindən müəyyən edilmiş bütün zəruri qaydalara əməl etməli, verilmiş tövsiyələri hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin qarşısının alınması, tezliklə sovuşması üçün əlimizdən gələni əsirgəməməliyik. Həmçinin Dövlət Komitəsi tərəfindən televiziya kanallarında din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və mütəmadi qaydada şərait yaradılması məsələsi diqqətdə saxlanılıb, ölkəmizin Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verilməsi təlqin olunub, eyni zamanda DQİDK və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər üçün “Pandemiya şəraitində dini mərasimləri” adlı, eləcə də bölgələrdə onlayn maarifləndirici tədbirlər keçirilib…

- Bəs, pozuntular?…

- Bəzi pozuntular olsa da, ümumən bu Aşura ilə bağlı mərasimlər karantin rejimi qaydalarına uyğun təşkil olundu. Möminlərimizin mütləq əksəriyyəti təziyələrini evlərində ailələri ilə birlikdə qeyd etdilər. Din xadimləri internet resursları vasitəsilə canlı yayımlar etdilər, İmam Hüseyn şəhadətinin mahiyyəti, o cümlədən İslam dininin prinsipləri barədə maarifləndirmə işi apardılar. Aşura günü müşahidə edilən pozuntulara gəlincə, yer seçimlərinə və məclis üslublarına əsasən onlardan bəzilərinin müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik. Ancaq Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, İslam dini və onun ali dəyərlərindən siyasi məqsədlərlə istifadə edilməsi qəbuledilməzdir.


Etikxeber.az
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama