Məlum olduğu kimi, son vaxtlar prezidentin köməkçisi Hikmət Hacıyev media və QHT təmsilçiləri ilə silsilə görüşlər keçirməkdədir. Hansı ki, bu görüşlər istər KİV nümayəndələri, istərsə də vətəndaş cəmiyyəti institutları tərəfindən məmnunluqla qarşılanmaqdadır.
Maraqlıdır, Ermənistanla
müharibə şəraitində media və QHT rəhbərləri ilə keçirilən bu görüşlər düşmənin işğalçılıq
siyasətinin beynəlxalq müstəvidə daha ciddi ifşa edilməsi, ermənilərin sosial
media və informasiya müstəvisindəki təxribatlarının daha çevik önlənməsi və s.
baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu
görüşlərin bütövlükdə dövltəçilik mənafeyimiz baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğuladı:
“Prezidentin köməkçisi
Hikmət Hacıyevin istər QHT, istərsə də media təmsilçiləri ilə keçridiyi görüşlər,
bu görüşlər zamanı səsləndirdiyi fikirlər və tövsiyələr milli maraqlarımızın
daha effektiv müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın
işğalçılıq siyasətini davam etdirdiyi, təmas xəttində zaman-zaman müxtəlif təxribatlar
törətməyə cəhd etdiyi bir zamanda, media və vətəndaş cəmiyyətlərinin
ayıq-sayıqlıq sərgiləməsi, düşmən təxribatlarını zamanında ifşa etməsi, beynəlxalq
ictimaiyyəti erməni təxribatları ilə bağlı vaxtında məlumatlandırması olduqca
vacibdir. Hansı ki, Hikmət Hacıyevin media və QHT nümayəndələri ilə keçirdiyi
görüşlərdə məqsəd KİV və vətəndaş cəmiyyəti institutunun bu yöndəki fəaliyyətini
daha da gücləndirmək, onların daha əlaqəli və koordinasiyalı şəkildə fəaliyyətini
təmin etmək, onlara mənəvi baxımdan stimul verməkdir.
Bu gün ölkəmizin işğalçı
Ermənistanla yalnız səngərlərdə deyil, həm də informasiya müstəvisində mübarizə
aprdığı bir gerçəkdir. Bu isə o deməkdir ki, səngərdə qərarlaşan əsgərlərimizlə yanaşı,
media müstəvisində, QHT sektorunda çalışan vətəndaşlarımız da üzərlərinə düşən
məsuliyyəti dərindən drək etməli, bu mübarizənin taleyinin onların hər birindən
əsaslı dərəcədə asılı olduğunu dərk etməlidir.
Bu da sirr deyil ki, gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, şəhid və qəhrəmanlarımızın təbliğ
edilməsində, vətənpərvərlik şüurunun inkişaf etdirilməsində həm medianın, həm də
QHT-lərin mühüm rolu var. Odur ki, media və QHT-lərlə prezidentin köməkçisi səviyyəsində
əlaqənin təmin edilməsi, onlara dövlət qayğısının gücləndirilməsi, rəsmi dövlət
qrumları ilə vətəndaş cəmiyyəti institutları, media arasında əməkdaşlığın
inkişafı milli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Hikmət
Hacıyevin təşəbbüsü və liderliyi altında bu sahədə konkret addımlar
atılmaqdadır.
Bunu da qeyd edim ki, məhz
Hikmət Hacıyevin Türkiyəyə məlum səfəri zamanı iki dövlət arasında birgə media
platformasının yaradılması məsələsi gündəmə gəlib ki, bu da hər iki dövlətin
maraqları baxımından olduqca əhəmiyyətlidir. Birgə media platformasının
yardılması iki dövlət arasıdna münasibətlərin inkişafını yeni müstəviyə
qaldırmaqla yanaşı, Azərbaycan və Türkiyəyə yönəlik düşmən qüvvələrin təxribatlarına
daha tutarlı cavab verməyə əsas verəcək.
Mən bu şərəfli işdə Hikmət
müəllimə uğurlar arzulayır, onun bu böyük, son dərəcə məsuliyyətli işin öhdəsindən
laqiqincə gələcəyinə inanıram”.
Seymur ƏLİYEV