"Media birdəfəlik Hikmət Hacıyevə həvalə olunsa, o, bu işin öhdəsindən layiqincə gələr"
Müsahibə
Oxunub: 5252
05 Sep 2020 | 10:20
Baş nazirinin  keçmiş birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov gündəmin bir sıra aktual mövzuları ətrafında fikirlərini bölüşüb:

Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edərkən qardaş Türkiyəyə açıq dəstəyini ifadə edib. Ölkə başçısının bu addımı Türkiyə ictimaiyyəti tərəfindən çox müsbət qarşılanıb...

- Mən o çıxışa qulaq asdım, cənab Prezident Yunanıstan səfirini qəbul edərkən çox ciddi iradlarını bildirdi. İlk dəfə idi ki, səfirlərlə görüşündə mən belə iradları eşidirdim. Ölkə başçısı açıq şəkildə bildirdi ki, Yunanıstan, işğalçı Ermənistan və Kiprlə hərbi əməkdaşlıqla bağlı razılığa gəliblər. Cənab Prezident bu addımına görə Yunanıstan tərəfinə çox sərt iradını bildirdi. Ölkə başçısının digər ən ciddi iradı isə SOCAR-la bağlı oldu. Mənim də yaxşı yadımdadır, 2014-cü ildə TANAP və TAP layihələri həyata keçiriləndə SOCAR Yunanıstanın “DESFA” şirkətinin səhmlərini almaq istəyirdi. Hətta, bunun xahişini də Yunanıstan tərəfi etmişdi. Ona görə də tender keçirildi və SOCAR tenderi uddu. Ancaq sonradan Yunanıstanda hakimiyyət dəyişildi və yeni hökumət SOCAR-ı qanunsuz olaraq kənarlaşdırdı. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti hümanistlik nümayiş etdirib Yunanıstana qarşı heç bir addım atmadı. Cənab Prezident bu məsələni də səfirin diqqətinə çatdırdı. 

Bütövlükdə, ölkə Prezidenti bir daha qardaş Türkiyəyə öz açıq dəstəyini verdi. Bununla cənab Prezident bütün dünyaya göstərdi ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlət dost və qardaş ölkələrdir. Azərbaycan və Türkiyə hər zaman bir-birlərini açıq müdafiə edir. Siz diqqət etsəniz görərsiz ki, cənab Prezident harada olursa, Türkiyəni hər zaman müdafiə edir. Bu isə çox əhəmiyyətli və cəsarətli addımlardır. Bunu hər dövlətin başçısı bacarmır. Hesab edirəm ki, bununla cənab Prezident çox doğru və Azərbaycan xalqının ürəyincə olan addım atır. 

Qardaş Türkiyə də öz növbəsində Azərbaycana qarşı açıq dəstəyini nümayiş etdirir. Cənab Prezidentin Yunanıstan səfirinə dediyi sözlərdən az sonra Türkiyənin dövlət rəsmiləri təşəkkürlərini bildirdilər. Bu, qardaşlığımızın nümunəsidir. 

Tovuz hadisələri zamanı Türkiyə dövlət və hökumət rəsmilərinin Azərbaycana açıq dəstəyi, Türkiyə Ordusunun Azərbaycana gəlməsi və sairə addımlar çox məsələdən xəbər verir. Artıq Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun uzun illərdən bəri apardıqları sülh danışıqlarının heç bir əhəmiyyəti qalmayıb. Bu danışqlar nə qədər davam etdirilsə də, Azərbaycana heçnə verməyəcək. Cənab Prezident də bunu çox yaxşı anlayır. Ona görə də bizim yeganə xilas yolumuz Türkiyə ilə birgə hərəkət etməkdir. Ölkə başçısı Minsk qrupu dövlətlərinə real vəziyyəti göstərmək istəyir. Biz gec-tez tarixi torpaqlarımızı işğaldan azad etməliyik. Ermənistan sülh yolu ilə torpaqları qaytarmaq istəmir, o zaman Azərbaycan ordusu məcbur qalıb müharibə yolu ilə öz ərazilərini geri qaytaracaq. Bunun üçün yüksək səviyyədə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı həyata keçirilir, ən müasir silahlar alınır. Ona görə də müharibə hər an gözləniləndir. Hətta mən düşünürəm ki, biz bu məsələdə bir qədər gecikmişik. Tovuz hadisələri zamanı Ermənistan Rusiyanın dəstəyi ilə təxribat törətdi və Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Burada Türkiyə dövləti bizə çox böyük dəstək verdi. Hesab edirəm ki, artıq Azərbaycan və Türkiyə arasında hərbi ittifaq müqaviləsi imzalanmalıdır. Bununla bağlı parlament də öz sözünü deməlidir. Onsuz da müharibə hər an gözləniləndir. Türkiyə ilə ən yüksək səviyyədə hərtərəfli əməkdaşlığa ehtiyac var.     

- Sizcə, Azərbaycanda Türkiyə ilə yaxınlaşmanı istəməyən və qardaş ölkə ilə hərbi əməkdaşlığa qarşı çıxan qüvvələr nə qədər güclüdür?

- Düzdür, Azərbaycanda elə qüvvələr var və onlar çox çalışırlar ki, Azərbaycan-Türkiyə yaxınlaşmasının qarşısını alsınlar. Cənab Prezident bir neçə dəfə deyib ki, "beşinci kalon" Azərbaycanın inkişafına çox mane olur. Son proseslərdə artıq "beşinci kalon" özünü ifşa etdi. Məlum oldu ki, Azərbaycanda "beşinci kalon" kimlərdir. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları onların ifşası ilə ciddi məşğuldur. Əminəm ki, gec-tez onların adları ictimaiyyətə də açıqlanacaq. Bəzi deputatların da çıxışlarına baxanda görürsən ki, Rusiyaya meyillidirlər. Bu cür şəxslər təkcə parlamentdə deyil, bir çox sahələrdə var. Bunlar qəbuledilməzdir. Qanında azərbaycanlı qanı olan hər bir insan yaxşı bilməlidir ki, Azərbaycanın ən yaxın dostu Türkiyədir. Son dövrlər Türkiyə açıq şəkildə Azərbaycanın arxasında dayanaraq öz sözünü deyir. Türkiyə NATO-nun üzvü olan dövlətdir. Bu gün Türkiyə Ordusu NATO-da ən güclü ordulardan  biri  kimi  qəbul olunur. Bütövlükdə baxanda, artıq baş verən proseslər özünün kulminasiya mərhələsinə çatır. 

Digər tərəfdən isə İsrailin də Azərbaycana olan dostluq münasibətlərini qeyd etmək lazımdır. Bu gün İsrail də Azərbaycanın yanındadır. İsrail hərbi sahədə Azərbaycana çox böyük dəstək verir. Azərbaycanın hərbi-sənaye sahəsinin inkişafında İsrailin böyük rolu var. Sevindirici  haldır  ki, son  vaxtlar  Türkiyə  və  İsrail  arasında  yaxınlaşmalar  var.Mən  hesab  edirəm  ki, bu  iki  dövlət  arasındakı  müsbət  yaxınlaşmalarda  ölkə  prezidenti  cənab  İlham  Əliyevin  də  böyük  əməyi  var.

- Bu yaxınlarda AMEA prezidenti Ramiz Mehdiyev Rusiyanı tənqid edən şəxsləri Azərbaycan dövlətinin müstəqilliyini itirə bilməklə hədələdi, təhdid etdi. Sizə elə gəlmirmi ki, Rusiyanın Azərbaycandakı "beşinci kalonu"nun başında məhz Ramiz Mehdiyev dayanır?

- Son  hadisələr  göstərdi  ki, Azərbaycan  ilə  Rusiya  arasında  strateji  münasibətlərin  olmasına  baxmayaraq, Rusiya  Ermənistana  silah  verməkdə  davam  etdi. Cənab  Prezidentin  qeyd  etdiyi  kimi  yalnız  bir  gün  qabaq silahların daşınması  dayandırıldı.  Mən bir dəfə öz çıxışımda demişdim ki, hər hansı vətəndaş hansı vəzifə tutmasından asılı olmayaraq bizi Rusiyanın belə  hərəkətlərinə  qarşı  çıxış etməkdə günahlandırırsa, mən o insanları qəbul etmirəm. Bu cür adamlar hər zaman qarşılarında bizi görəcəklər. Sabah cənab Prezident bəyan etsə ki, Azərbaycan Türkiyə ilə bərabər formada addımlamaq üçün hərbi əməkdaşlıq müqaviləsi imzalayır, əmin olun ki, əhalimizin 99 faizi bu qərarı tərəddüd etmədən dəstəkləyəcək. Azərbaycan xalqı Türkiyəni sevir. Biz Türkiyə ilə münasibətlərin ən yüksək səviyyədə olmasının, hərbi-siyasi əlaqələrin daha da genişləndirilməsinin tərəfdarıyıq. Bu, Azərbaycan-Türkiyə konfederasiyası formasında da ola bilər, digər formalarda da. Yəqin ki, cənab Prezidentin bu məsələ ilə bağlı öz mövqeyi  var. Azərbaycanın müstəqilliyi illərində Türkiyədə təhsil almış kifayət qədər hərbçilərimiz var. Hesab edirəm ki, Azərbaycan Ordusunda rəhbər vəzifələrə Türkiyədə təhsil alan hərbçilər də gətirilməlidir.  Onlar kifayət  qədər  təcrübəli  və  milli ruhlu  adamlardır. 

Bu gün Rusiyanın Azərbaycanda artıq nə maraqları ola bilər? İndi Rusiyanın Azərbaycanda heç bir hərbi bazası yoxdur və bundan sonra da mümkün olan məsələ deyil. Müstəqilliyini  çox  böyük  qanlar bahasına  əldə etmiş Azərbaycan xalqı heç vaxt Rusiya hərbçilərinin ölkəyə gəlməsinə razı olmaz  və  Azərbaycan Prezidenti də buna əsla imkan verməz. Rusiyanın Azərbaycandakı son hərbi bazası olan Qəbələ RLS-i də məhz cənab İlham Əliyev ölkədən çıxarıb. Ona görə də Rusiya  meyilli  qüvvələr reallığı anlamalıdırlar. Bilməlidirlər ki, onlar Azərbaycanda heç nəyə nail ola bilməyəcəklər. Bu gün Azərbaycan Prezidentinin əsas siyasəti odur ki, Qarabağ erməni işğalından azad olunsun. Ümumiyyətlə, Qarabağı ermənilər işğal etməyib, Rusiya işğal edib. Tovuzda törədilən son təxribatlar da bir daha sübut etdi ki, Rusiyanın hərbi dəstəyi olmasa, Ermənistan bir gün belə tab gətirə bilməz. 

Tovuz təxribatının törədilməsində əsas məqsəd Rusiyanın  və  Ermənistanın həmin ərazidən keçən beynəlxalq layihələri nəzarəti altına keçirmək istəyi idi. Amma onlar buna nail ola bilmədilər. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Düşünürəm ki, Qarabağ məsələsinin də həllinə çox az vaxt qalıb. Yəqin ki, yaxın bir neçə ayda Qarabağla bağlı müsbət addımlar atılacaq.  Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın bir əmrini gözləyir ki, ayağa qalxıb öz sözünü desin. Millətimiz hamılıqla cənab  İlham Əliyevi dəstəkləyir. Dövlət başçısı çox ciddi islahatlara start verib. Əgər ölkə başçısı yaşlı adamları vəzifədən kənarlaşdırırsa, onlar da başa düşməlidir ki, artıq onların dövrü bitib. İndi yeni dövr başlayıb, cavan kadrlar irəli çəkilir, bütün sahələrdə islahatlar aparılır, korrupsiyaya qarşı çox ciddi mübarizə həyata keçirilir. 

Ona görə də dövlətə dirəniş göstərmək istəyən adamlar yalnız özlərinə pislik edirlər, özlərini biabır edirlər. Onlar dövlətə qarşı heçnə edə bilməzlər. Azərbaycan 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü hquq-mühafizə orqanları və ordusu var, beynəlxalq aləmdə tanınan güclü dövlətdir. İndi Azərbaycanı dünyada təkcə neft-qaz ehtiyatlarına görə deyil, həm də dövlət başçısının tutduğu mövqeyinə görə tanıyıb hörmət edirlər. Ona görə də dövlətə qarşı kimsə baş qaldırsa, yalnız özünü və ətrafını məhv edəcək. Ona görə də məsləhət görərdim ki, dövlətə meydan oxumaq istəyən həmin insanlar gedib nəvə-nəticələri ilə vaxt keçirsinlər, dövlət başçısına mane olmasınlar.  

- Sizcə, indi Milli Məclisin yenidən buraxılması realdırmı?      

- Məncə, indi parlamentin buraxılması real deyil. İndiki məqamda ən realı Qarabağ məsələsinin həllidir. Bəlkə də tarixdə indiki qədər şansımız olmayacaq. Əvvəlcə Qarabağ məsələsini həll edək, sonra dövlət başçısı parlamenti də buraxa bilər. Artıq cəmiyyətdə yeni demokratik qüvvələr peyda olub. Yəqin ki, gələcəkdə onlar da seçkilərdə iştirak edəcəklər. Hesab edirəm ki, parlamentin buraxılması məsələsinə yalnız Qarabağ problemi həll edildikdən sonra baxılmalıdır. Bu, mənim şəxsi fikirlərimdir. Bu gün Milli Məclisin deputatları Qarabağ məsələsində yekdildir, hamılıqla cənab Prezidentin addımlarını dəstəkləyirik. Bu baxımdan da Qarabağ məsələsi ilə bağlı deputatlarda hər hansı fikir ayrılığı ola bilməz. Hər kəs ölkə başçısının mövqeyini dəstəkləyir. Ümumiyyətlə, Qarabağ məsələsindən sonra parlamentin səlahiyyətlərinin artırılması da mümkün ola bilər. Yəqin ki, bu məsələlərə gələcəkdə baxılacaq.

Azərbaycanda media sahəsində aparılan islahatları necə qiymətləndirirsiniz? 

- Bütün sahələrdə olduğu kimi, media sahəsində də islahatlar aparılmalı idi. Bu vacib məsələ idi. Çünki mediamızın da yeniləşməsinə və milliləşməsinə ehtiyac var. Mediada islahatlara ehtiyac yaranıb. Bizim Elçin Şıxlı, Mehman Əliyev, Arif Əliyev, Qulu Məhərrəmli kimi vətənpərvər və peşəkar jurnalistlərimiz var. Eyni zamanda mediamızda sizin kimi cavan və milli jurnalistlər var. Bu insanlara şərait yaradılmalıdır, dəstək verilməlidir. Mediamızın inkişaf etdirilməsi üçün bu şəxslərdən faydalanmaq lazımdır. Yəni, Azərbaycan mediası ələkdən keçirilməli və milliləşdirilməlidir. Mediamızda milli olmayan mövqeysiz insanlar çoxdur. Onlara dəstək verilməməlidir. Çünki o adamların bəzı   dövlətlər  qarşısında müəyyən öhdəlikləri var. 

Bəzi KİV-lərdə mütləq araşdırmalar aparılmalıdır. Hansısa xarici dövlətin təsiri  altinda  olan  KİV-i gəlib Azərbaycanda istədiyini edəcəksə, buna qarşı mütləq addımlar atılmalıdır. Hər bir dövlətin öz daxili siyasəti var. Biz digər dövlətlərin daxili siyasətinə qarışmadığımız.     
   
İndi media sahəsi də Prezidentin köməkçisi Hikmət Hacıyevə həvalə olunub. Mən onun çıxışlarına baxıram. Hikmət Hacıyev kifayət qədər savadlı və qabiliyyətli milli kadrdır. Onu hələ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olandan tanıyıram. Bacarıqlı və sadə insandır, milli keyfiyyətlərə malikdir. Hətta, media sahəsi birdəfəlik ona həvalə olunsa, əminəm ki, Hikmət Hacıyev bu məsələnin də öhdəsindən layiqincə gələ bilər. Ona uğurlar arzu edirəm. 

- Bir neçə gün əvvəl Qurban Məmmədov canlı efir vasitəsilə sizin adınızı çəkərək, Əli Həsənovun ona ev bağışlaması barədə ittihamlara cavab verib...

- Qurban Məmmədovun həmin çıxışını mən də izləmişəm. Orada “Sfera.az” saytında gedən bir yazıdan bəhs olunur. Həmin yazıda mənim də fikirlərim yer alıb. Ancaq mən Əli Həsənovun Qurban Məmmədova ev verməsi barədə heç bir fikir səsləndirməmişəm. Bununla bağlı mənim heç bir fikirlərim olmayıb. Bu, saytın özünün  yazdığı fikirlərdir. Mən həmin saytın sualına cavabımda bildirmişəm ki, Əli Həsənovla bağlı istintaq gedir, yol verilmiş qanunsuzluqlar aşkarlanaraq üzə çıxarılacaq. (demokrat.az)
Oxşar xəbərlər
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI