Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR
Araşdırma
Oxunub: 6775
04 Sep 2020 | 14:02
Laçındakı çaylarımız üzərindəki SES-ləri  bu erməni oliqarxlar işlədir...-FOTOLAR
Bu günlərdə özünün “prezident” “seçilməsi”nin 100 günlüyü münasibətilə keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan  bəyan edib ki, Qarabağda su elektrik stansiyaları tikilməsinin əleyhinə gedənlər bizim düşmənlərimizdir. O, bundan sonra da Kəlbəcər, Laçın, Qubadlı və s. ərazilərdəki çaylar üzərində SES-lər tikilməsinin davam edəcəyini bildirib. 
Xatırladaq ki,   hələ bu ilin yanvar ayında, yəni Qarabağda Bako Saakyanın hakimlik etdiyi dövrdə Kəlbəcərdə yaşayan erməni politoloq Aleksandr Kananyan SES-lərin tikilməsi, onların ekologiyaya ziyan vurması ilə bağlı, tikintilərin dayandırılması tələbiylə aclıq aksiyası elan etmiş, bir  müddət ona bir neçə digər şəxs, o cümlədən erməni məktəblilər də qoşulmuşdu... 

Moderator.az-ın apardığı araşdırmalardan bəlli olur ki, işğal altındakə Azərbaycan ərazilərində, xüsusən  Kəlbəcər və Laçın rayonlarındakı çaylar üzərində aparılan tikinti işləri gündən-günə artır. Məsələ ondadır ki, illərlə Ermənistanda və Qarabağdakı torpaqlarımızda bəslənib harınlamış müxtəlif erməni oliqarxları bu işlərdən xeyli qazanc götürürlər...

Erməni nəşrlərinin yazdığına görə, işğalçı Ermənistanın  keçmiş və indiki liderləri Azərbaycanın işğal altındakı torpaqlarında  işləyən su elektrik stansiyalarını idarə edən şirkətlərin səhmdarlarıdır. Onların bir çoxu bu gün artıq məmur deyil, ancaq çalışdıqları dövrdə hidroelektrik biznesinə başlayıblar və hələ də su elektrik stansiyalarının sahibləridirlər... 

Torpaqlarımızda ermənilərin nəzarəti altında fəaliyyət göstərən 31 su elektrik stansiyasından 16-ı  Laçın rayonu ərazisindədir. Onlardan 9-u tikilməkdədir. Həmin SES-lərin əksəriyyəti Laçın rayonunun şimal-qərb hissəsindən axan 75 km uzunluğundakı Zabux çayının üzərində yerləşir. “Aqavno” adlandırılmış Zabux çayı  üzərində 9 su elektrik stansiyası var, bunlardan ikisi tikilməkdədir. Bu çayda  SES istismarı üçün ilk "lisenziya" 2011-ci ildə verilib...

Bəs Laçındakı SES-lərin  sahibləri  hansı ermənilər və şirkətlərdir?

Adlar saysız-hesabsızdır. Onların arasında işğalçı Ermənistanın sabiq baş nazirləri, nazirlər və nazir müavinləri, digər vəzifə sahibləri, onların oğul-qızları və ya arvadları,  eləcə də separatçı rejimin keçmiş rəhbər işçiləri və onların tör-töküntüləri var... Bundan əlavə, bu biznesdə "Daşnaksütyun" partiyasının liderləri də fəaldırlar...

Məlumat üçün yalnız bəzi erməni oliqarxları və şirkətlərin adlarını çəkirik.

“Energo Group”

2017-ci ildə qeydiyyata alınan “Energo Group” – biri tikilən və üçü  artıq işləyən hidroelektrik stansiyasına faktiki malik olan şirkət Laçında fəaliyyət göstərir.
Şirkətin yeganə sahibi bu gün 1 SES (“Kaysaxbyur” -2”) işlədən “Kaysaxbyur” MMC-dir. MMC "Kaytsakhpyur" 2017-ci ilin avqust ayında təsis edilib. Şirkətin aksiyalarının 33 faizi  Lusine Asaaoğlyan adlı bir qadın məktəb direktorunda, daha 33 faizi isə əvvəllər “kənd təsərrüfatı” və ”iqtisadiyyat” “nazir”i olmuş hazırda “Artsaxenerji” aksioner cəmiyyətinin direktoru olan Andranik Xaçaturyanın arvadı Narine Amiryana məxsusdur.

Şirkətin direktoru 26 yaşlı Sergey Arutyunyandır. O, “Ermənistanın  Elektrik Şəbəkələri” QSC-nin baş direktoru Karen Arutyunyanın oğludur.

“Energo Group”a məxsus  “Kaysbyur- 2” SES-i Hoçaz çayı üzərində - Laçın rayonun Şəlvə və “Draxtadzor” adlandırılmış  Qoşasu(bəzi mənbələrə görə Ağcakənd) kəndləri arasında yerləşir. Quraşdırılma gücü 11.152 meqavat (MVt) və orta illik gücü 55.78 milyon kilovat/saat olmaqla Laçın ərazisində ən güclü SES-dir. SES-in istismarı üçün “icazə” 2019-cu ilin dekabrında 2034-cü ilə qədər- 15 il müddətinə verilib.

"IMAST" MMC


Bu şirkətin himayəsində olan Zabux çayı üzərindəki su elektrik stansiyalarından birini Ermənistanın keçmiş baş naziri və vergi müfəttişliyinin keçmiş rəisi Ovik Abramyanın  oğulları və tələbə yoldaşı  idarə edirlər.
SES  “Hak” adlandırılmış Minkənd kəndi ərazisində, Zabux çayı üzərində  quraşdırılıb. Gücü 1․864 MVt-dır. Şirkətin səhmdarları keçmiş  baş nazir Ovik Abramyanın oğlu Arqam Abramyan (50%), Sisyan rayonunun keçmiş vergi rəisi, O.Abramyanın tələbə yoldaşı Nairi Baxşyanın oğlu Karen Baxşyan (25%) və "Armsvisbank" ın icraçı direktoru Qorq Maçanyandır (25%). Karen Baxşyan eyni zamanda “İmast MMC”-nin direktorudur. 

2006-cı ildə qeydiyyatdan keçmiş şirkətin qurucusu Laçın şəhərinin faktiki keçmiş meri Artur Saakyandır. Şirkət su elektrik stansiyasını 2015-ci ildən 2030-cu ilə qədər qanunsuz istismar etmək üçün “icazə” alıb. SES-in orta illik hasilatı 14,3 milyon kilovat-saatdır.

“Kontinent” MMC  

Şirkətə Laçın rayonunun Mişni və Hoçaz kəndlərinin ərazisindəki "Hoçanz-1" SES-in istismarı üçün 2019-cu ildən 2034-cü ilə qədər “icazə” verilib.
Şirkətin sahibləri Qohar Tamazyan və Sergey Zakaryandır. Onlar səhmlərin 50% -nə sahibdirlər.

Qohar Tamazyan sabiq baş prokuror müavini, Ermənistan istintaq komitəsi sədrinin keçmiş müavini Aram Tamazyanın qızı, iş adamı İsaak Seyranyanın həyat yoldaşıdır.

"Hoçants-1" SES-in gücü 5-76 MVt, orta illik istehsal gücü 43-46 milyon kilovat-saatdır.

Bundan başqa  Laçın rayonunun Ağanus və “Tsaxkaberd” adlandırılmış Güləbird kəndi ərazisində - Həkəri çayı üzərində qurulmuş  və "Hakari" MMC-nin idarə etdiyi 2019-cu ildə istufadəyə verilmiş və 2034-cü ilədək “icazəsi” olan  SES (quraşdırılma gücü 8․04 MVt, orta illik istehsal gücü 45-82 milyon kilovat-saatdır) də fəaliyyət göstərir.

Hazırda “Daşnaksutyun” partiyası liderləri Laçında 4 (“Sünik-1”, “Sünik-2”, “Sünik-3”, “Sünik-4”) SES idarəsində iştirak edir. 

Zabux çayı üzərindəki “Sünik-1”in sahiblərindən biri də Ermənistanın keçmiş təhsil naziri,  hazırda parlament üzvü olan Leon Mkrtçyandır. 
Laçın ərazisindəki SES-lərin idarəçiliyində “NK Enerji”(əvvəlki adı “Terter SES”), “Proton”, “İzotop delta” “Alfamaq”  və digər erməni şirkətlər də iştirak edir ki, onların da səhmləri müxtəlif keçmiş və indiki vəzifəli və ya iş adamı olan ermənilərin əlindədir...

Növbəti yazımızda Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən SES-lər və onların erməni sahibləri haqda məlumat verəcəyik.
P.S. Torpaqlarımızda qurulan SES-lərin sayını və gücünü ekoloji vəziyyətlə tarazlaşdırmaq və onların sahiblərini Azərbaycan Respublikasının milli(!) oliqarxlarıyla əvəzləmək haçan çatacaq?..

Sultan Laçın

Oxşar xəbərlər
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
02 May 2024 | 10:11
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
02 May 2024 | 10:12
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
02 May 2024 | 10:11
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
02 May 2024 | 10:14
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb