Azərbaycanı müdafiə edən ombudsman “Yeni Müsavat”a danışdı
Oxunub: 2613
22 Sep 2013 | 12:01
Azərbaycanı müdafiə edən ombudsman “Yeni Müsavat”a danışdı

 

Moldovanın ombudsmanı Aurelia Qriqoriunun iyul ayında Ermənistan parlamentinin tribunasından ermənilərin Xocalıda soyqırım törətdiyini söyləməsi, yəqin ki, hələ unudulmayıb. Həmin günlərdə moldovalı insan haqları müvəkkili həmin çıxışı ucbatından İrəvanda qaldığı otel otağında ermənilər tərəfindən girov saxlanılmışdı. Və ermənilərin ölüm təhdidləri ilə üz-üzə idi. Aurelia Qriqoriunun “Yeni Müsavat”a verdiyi geniş müsahibəni diqqətinizə çatdırırıq.

- Hörmətli Aurelia xanım, Siz hazırda Azərbaycanda hər kəsin tanıdığı və rəğbət bəslədiyi bir insansınız. Ona görə də əvvəlcə ondan başlayaq ki, Siz özünüz Azərbaycan haqqında nə bilirsiniz və bizim ölkəmizə münasibətiniz necədir?

 

- Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Bu, qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkədir. Azərbaycan qanunun aliliyini real olaraq, gündəlik tətbiq etməyə can atmaqla, demokratik inkişaf yolunu seçib. Xüsusilə də, Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək istərdim. Əlbəttə ki, hər şey hamar deyil. Ancaq problemlərin, səhvlərin müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi sevindiricidir.

 

- Sizin Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxış Azərbaycan cəmiyyətində də məmnunluq qarışıq çaşqınlıqla qarşılandı. Çünki Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyə qədər heç vaxt hər hansı xarici ölkənin və ya beynəlxalq qurumun təmsilçisi Azərbaycanın haqlı hesab edə biləcəyi mövqedən çıxış etməmişdi. Bu səbəbdən də, Sizin ədaləti və reallığı əks etdirən həmin çıxışınız, Azərbaycan cəmiyyəti üçün də gözlənilməz xarakter daşıyırdı. Həmin çıxışa ehtiyac duymanızın əsas səbəbləri bizim üçün də çox maraqlıdır.

 

- Azərbaycanı ziyarət etməklə mən Azərbaycanda insanların Dağlıq Qarabağ münaqişəsindən, qaçqınlardan və soyqırımdan ağrıyla bəhs etmələrinə şahid oldum və bundan çox təsirləndim. Təəccüblüdür ki, Azərbaycanda bu mövzularda danışılanda biz müxtəlif beynəlxalq nümayəndəliklərin təmsilçilərinin həyəcanlı reaksiyasını eşidirik. Ancaq sizin ölkənizin hüdudlarından kənarda bu mövzudan israrla yan keçməyə çalışırlar. Əlbəttə ki, bu fakt anlaşılmazlıq yaradır. Mən ombudsman olaraq, dondurulmuş münaqişələr mövzusuna insan haqlarının pozulması prizması üzərindən nəzər salmağa çalışdım. Mənim tərəfimdən, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulmasına dair konkret faktlar səsləndirilmişdi. İnsan haqlarının pozulması hallarına daha çox məhz Ermənistan tərəfindən yol verildiyindən mən də həmin faktlar üzərində geniş təfsilatı ilə dayandım. Əlbəttə ki, bu, tədbirin ev sahiblərinin xoşuna gəlmədi. Amma mən əminəm ki, hüquq pozuntularının identifikasiyası olmadan yola davam etmək mümkün deyil. Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasının və BMT-nin Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilmədən Qafqazda demokratiyanın insan haqlarının mütləq şəkildə qorunmasıyla inkişaf etdirilməsi də qətiyyən mümkün olmayacaq.

 

- Sizin Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxışdan sonra baş verən xoşagəlməz olaylar Azərbaycan cəmiyyətində ciddi narahatlıqla qarşılandı. Həmin günlərdə Azərbaycanda hər kəsin diqqəti Sizin taleyinizin necə olacağına yönəlmişdi. Hər kəs böyük həyəcanla və səbirsizliklə Ermənistandan sağ-salamat çıxarılmanız barədə məlumatı gözləyirdi. Aurelia xanım, tribunaya qalxmazdan öncə söylədiklərinizin belə qorxulu nəticələr verə biləcəyini nəzərə almışdınızmı? 

 

- İrəvanda, 40-dan artıq ölkənin nümayəndələrinin iştirakıyla keçirilən bir beynəlxalq forumda çıxış edərkən mən hətta təsəvvür belə etməzdim ki, bu il Avropa Nazirlər Kabinetinə sədrlik edən Ermənistan tərəfindən mənim ünvanıma belə güclü hədə-qorxu hücumu olacaq. Halbuki beynəlxalq konfransın mövzusu da elə məhz qanunun aliliyinin Avropa standartlarının müzakirə edilməsi ilə bağlı idi. Ancaq Ermənistan nümayişkaranə şəkildə göstərdi ki, onun üçün beynəlxalq sənədlərin və İnsan haqları barədə Konvensiyanın tələbləri deyil, məhz milli ambisiyalar əsas prioritetdir.

 

- Aurelia xanım, əgər ehtiyac duysanız, eyni məzmunlu çıxışı bir daha təkrarlayarsınızmı? Çünki etiraf etmək lazımdır ki, çox cəsarətli və cəsur bir çıxış idi. Yaxşı xatırlayıram, Sizin dostunuzla - cənab Todur Zanetlə Ermənistandakı vəziyyətiniz barədə məlumat alarkən, o, böyük həyəcanla mənə Sizin həyatınızın ciddi təhlükədə olduğunu bildirmişdi.

 

- Birincisi, mənim üçün narahat olan, həyəcan keçirən bütün dostlarıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, mən dostum Todur Zanetə də mənə göstərdiyi öz dəstəyinə görə minnətdaram. Mənim o çıxışımı təkrarlamağıma gəldikdəsə, dediklərimin hamısı BMT-nin qətnamələrinə əsaslanır. Və mən BMT-nin qətnamələrini müdafiə edirəm. Ona görə də, şübhəsiz ki, mən həmin çıxışımı təkrarlayardım. Təəssüfləndiyim yeganə məqam ondan ibarətdir ki, öz çıxışımı orada tam şəkildə səsləndirə bilmədim. Çünki iclasa sədrlik edən şəxs mənim sözümü kəsdi və mən öz çıxışımın son hissəsini ixtisar etmək məcburiyyətində qaldım. Ona görə də, sonradan mən Dnestryanı bölgədə insan haqlarının qorunması barədə danışmadığıma görə dəfələrlə öz ünvanıma iradlar eşitməli oldum. Bununla belə, mən məmnunam ki, dondurulmuş münaqişələr zonalarında insan haqlarının qorunması qarşısındakı problemlərə, o cümlədən də Dağlıq Qarabağ və işğal edilmiş ətraf ərazilərlə bağlı problemə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə nail ola bildim. Rumıniyanın xarici işlər naziri, Avropa Parlamentinin Rumıniyadan olan deputatı və Almaniya Bundestaqının bir neçə deputatı Ermənistanın BMT Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməsi tələbi ilə çıxış etdilər. Və hesab edirəm ki, bunda mənim fəaliyyətimin də payı var.

Mənə Apostola bərabər Böyük Knyaz Vladimir pravoslav ordeni təqdim olunarkən, Ukrayna Kilsəsinin mitroforu Vitaliy Ata (Dançak) mənim üçün unudulmaz nitq söylədi. Nitqində Vitaliy Ata qeyd etdi ki, həmin orden mənə insan haqlarının müdafiəsi sahəsində göstərdiyim cəsarətə və Moldova Respublikasının Ombudsmanı mandatının sona çatmasıyla bağlı verilir. Çıxışının davamında o, “Hörmətli Aureliya Andreyevna, Sizin məhz həmin vaxtda, məhz İrəvanda olmanız və məhz həmin çıxışı etməniz Tanrının istəyinə uyğun idi. Və insanlar buna görə Sizə çox minnətdardırlar. Sizin qarşınızda baş əyirəm” dedi.

 

- Aurelia xanım, Ermənistanda Sizinlə bağlı baş verənlər haqqında təfsilatı ilə bizə məlumat versəydiniz, bu, çox maraqlı olardı. Sizə qarşı təzyiqlərin, hətta təhdid olunmanızı bilirik. Ancaq Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxışdan sonra Sizə qarşı baş verənlər haqqında geniş məlumatımız yoxdur. Həmin hadisələr haqqında Sizin vasitənizlə Azərbaycan cəmiyyətini məlumatlandırmaqdan məmnun olardıq...

 

- Etdiyim çıxışdan sonra başıma gələnlər haqqında artıq bir neçə dəfə müsahibələrimdə danışmışam. Həmin hadisələr məndə dərin psixoloji sarsıntı, zədə buraxıb. Düzünü desəm, mən həmin hadisələri daha çox mümkün qədər tez bir zamanda unutmaq istərdim. Ancaq sualınızı cavabsız da buraxmaq istəməzdim və bu, doğru olmazdı. 

İyulun 4-də mənim facebook səhifəmə təhdidlər daxil olmağa başladı. Həmin təhdidlərdə deyilirdi ki, “Xocalını bütün xırdalığına qədər sənə göstərərik”, “Saçlarından tutub meydana sürüyərik” və s. Eyni zamanda, həmin təhdidlər mənə otel otağındakı telefon vasitəsilə deyilmişdi. Məndən erməni xalqı qarşısında üzr istəməyi tələb edirdilər. Telefon zənglərinin hər birində ünvanıma söylənən çoxsaylı senzuradankənar təhqiramiz ifadələr haqqındasa heç xatırlamaq belə istəmirəm. Təşkilatçılar mənə israrla şam yeməyi ilə müşayiət ediləcək qəbula gəlməməyi məsləhət görürdülər. İyulun 5-də mətbuatda mənim şəklimlə yanaşı, Ermənistana gələn bütün hüquq müdafiəçilərinin, vəkillərin və ombudcmanların güllələnməklə fiziki cəhətdən məhv edilməsinə dair çağırışlar çap edilmişdi. Fotonu və çağırışı elə yerləşdirmişdilər ki, buna cəhd edənlər, yəqin ki, səhv salmayacaqdılar. Otelin girişində bir neçə qrupdan ibarət karabinçilər gəzişirdilər. Mənə Ermənistan ombudsmanının təşkil etdiyi şam yeməyinə də getməməyi məsləhət gördülər. Telefonla və sosial şəbəkələr üzərindən edilən təhdidlər isə ara vermədən daxil olmaqda davam edirdi. Bütün bunların fonunda üstəlik, məni hava limanına çatdırmaqdan da imtina etmişdilər. Moldova Konstitusiya Məhkəməsinin sədri Viktor Popa məni otelin kandarında buraxaraq, hava limanına getdi. Bundan dərhal sonra facebookda mənə xəbərdarlıq mesajı göndərildi ki, “Bu, məni gözləyən sonuncü ”sürpriz" deyil". Yalnız Avropa Birliyi ölkəsinin - Rumıniyanın diplomatlarının müdaxiləsindən və Gürcüstanın konsulunun birbaşa köməyindən sonra mənim Ermənistanı tərk edə bilməyim mümkün oldu. 

 

- Həmin çətin və ağır günlərdə ailənizin reaksiyası necə olub. Moldovaya döndükdən sonra ailəniz və dostlarınız Sizinlə bağlı baş verənləri necə dəyərləndirdilər?

 

- Mən ərim Dmitriyə və anama çox minnətdaram. Çünki onlar mənim həmin çıxışla bağlı bir saniyə belə, təəssüflənməyim üçün heç bir, hətta ən xırda əsas belə, vermədilər. Mənim bütün çoxsaylı doğmalarımın, yaxın və uzaq qohumlarımın hamısı məni dəstəklədilər. Hətta mənim çoxdan xarici ölkələrdə yaşayan qohumlarım və dostlarım da zəng edərək hər birisi məndən öz mövqeyimdən geri çəkilməməyi xahiş edirdilər.

 

- Beynəlxalq qurumlar Sizi Ermənistanda düşdüyünüz situasiyadan xilas etmək üçün hansı tədbirləri gördülər?

 

- Beynəlxalq təşkilatlar yalnız mənim ərimin onlardan mənim Ermənistanı əngəlsiz və təhlükəsiz şəkildə tərk etməyimə yardım göstərilməsi xahişi etməsindən sonra müdaxilə etdilər. Qeyd etməliyəm ki, Rumıniya səfirliyi kömək barədə xahişə dərhal reaksiya verdi. Halbuki həmin vaxt Moldiva uzun müddət hər hansı konkret fəaliyyət barədə qərar verməkdə tərəddüd etmişdi. Əvvəl də qeyd etdiyim kimi, mənə real diplomatik kömək yalnız Rumıniya və Gürcüstan tərəfindən göstərildi.

 

- Azərbaycan dövlətinin Sizin çətin günlərinizdə göstərdiyi fəaliyyət Sizi qane etdimi?

 

- Sizin özünüzün də qeyd etdiniz kimi, mənim çıxışım sizin ölkəniz üçün tamamilə gözlənilməz xarakter daşıyırdı. Azərbaycan hökuməti tərəfindən reaksiya bir neçə gündən sonra, yəni mənə qarşı təqiblər və pozuntular Moldovada da davam etdirilərkən verildi. Qeyd etmək lazımdır ki, Azərbaycanın xarici işlər nazirinin mənim Ermənistandan qayıtmağımdan sonrakı taleyimin sizin hökumətiniz tərəfindən diqqətlə izlənildiyi barədə çıxışı mənə real dəstək xarakteri daşıdı. Çünki məhz həmin ərəfədə çıxışım zamanı söylədiyim mövqe ilə bağlı mənə qarşı təqiblər təşkil olunmuşdu və əsassız əks-təbliğat başladılmışdı. Bundan əlavə, Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova Avropanın və dünyanın ombudsman strukturlarına mənim müdafiə edilməyimlə bağlı müraciət ünvanlamışdı. 

 

- Aurelia xanım, Sizin vaxtilə Bakıda səfərlərdə olduğunuz məlumdur. Maraqlıdır, növbəti dəfə Azərbaycana nə vaxt səfər edəcəksiniz?

 

- Mən bu il oktyabrın sonları və noyabrın əvvəllərində Bakını ziyarət etməyi planlaşdırıram. Məni 31 oktyarb-1 noyabr 2013-cü il tarixində Bakıda keçiriləcək beynəlxalq humanitar forumda iştirak etmək üçün rəsmən dəvət ediblər. Proqram üzrə 3 noyabr tarixinə qədər Bakıda səfərdə olmağım nəzərdə tutulub.

 

- Sizə suallarımız, əlbəttə ki, həddindən artıq çoxdur. Ancaq biz çox istərdik ki, nə vaxtsa Sizdən üz-üzə canlı müsahibə alaq. Əgər nə vaxtsa Bakıya gəlsəniz, Sizi “Yeni Müsavat” qəzetinin və saytının ofisində qarşılamaqdan çox məmnun olardıq. Ümid edirik ki, bizim bu istəyimizi nəzərə alaraq, Bakıya səfər etdiyinizdə “Yeni Müsavat” qəzetinin və saytının da redaksiyasına təşrif buyuracaqsınız.

 

- Bakıda keçiriləcək beynəlxalq forumun iştirak proqramı həmin tədbirin təşkilatçıları tərəfindən hazırlanıb və bu proqram çox sıxdır. Ona görə də, yəqin ki, mən “Yeni Müsavat”ın redaksiyasına gəlməyim üçün əvvəlcədən planlaşdırılmış tədbirlərin bəzilərindən yayınmalı olacağam. Ancaq mən çalışacağam ki, sizin redaksiyanızı ziyarət edə bilim.

 

Oxşar xəbərlər
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
GÜNLÜK
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin