“Qoca adam gedər oturar evində, niyə farağat durmur?”
Oxunub: 3012
24 Aug 2020 | 13:26

“Qoca adam gedər oturar evində, niyə farağat durmur?”
Pandemiya dalğası ictimai, siyasi, sosial mənzərənin kölgəsində gizlənən neqativləri meydana çıxarır. Gündəmin impulsunu vəzifə adamlarının, xüsusilə Ramiz Mehdiyevin nəvəsinə etdiyi toy mərəkəsi və onun səs-küyü zəbt edib.  Qanunları çeynəyən qanun yazanlar və hökumət nümayəndələrinin özbaşına, məsuliyyətsiz hərəkətləri  pislənir. Dövlət özünü xalqdan üstün tutan, qanunlara məhəl qoymayan məmurlara yaddan çıxarmayacaqları "toy"u tutur. Nə baş verir?
 

MMP sədi Hafiz Haçıyev məsələ ilə bağlı maraqlı açıqlamalarda bulunub.

- Hafiz müəllim, pandemiya ilə bağlı Nazirlər Kabinetinin toy- yas mərasimlərinin keçirilməsinə qoyduğu qadağa elə hökumətin nüfuzlu simaları tərəfindən pozuldu və dərhal da əks reaksiyalar verilərək toy sahibləri cəzalandı. Sizin də həmişə sərt tənqid etdiyiniz Ramiz Mehdiyev və onun kürəkəninin keçirdikləri toyun əks-sədasının bu cür sərt olacağı nə dərəcədə gözlənilən idi?

- Əgər bu məsələyə Hafiz Hacıyev qarışıbsa, qanunların tapdanmasının əleyhinə gedirdimsə, dövlətin təhlükəsizliyi, insanların sağlamlığına biganə qalmayan dövlət başçımız varsa, əlbəttə ki, bu reaksiya verilməli idi. Belə bir nəticəni gözləyirdik. Mənim bir məqsədim var ki, Azərbaycanda əminəmanlıq, dövlətçiliyin möhkəmləndirilməsi gücləndirilsin, harınlamış məmurlar, dövlət başçısına xəyanət edən insanlar sıradan çıxarılsın. Son toy olayı açıq şəkildə Ramiz Mehdiyevin dövlət bàşçısına əzələ nümayişi idi. Yəni “mən saymıram, elə "5-ci kolon"un başında mən durmuşam və cənab Prezident sizin qoyduğunuz qanunlar mənim üçün heç bir şeydir" fikrini millətə təlğin etmək istəyirdi. Özünün ətrafına yığdığı, hansı ki, dövlətdən milyardları oğurlayıb altına yığan Ziya Məmmədovlar, Elmar Məmmədyarovlar, Eltonlara, Eldar Mahmudov, Eldar Həsənovlara stimul vermək istəyirdi ki, “siz narahat olmayın, görürsüz mən qanunları saymıram, icazə verilmədiyi halda nəvəmə toy edirəm”. Mən təəssüf edirəm ki, dövlət orqanlarının üzvləri olan insanlar da o toyda iştirak elədilər. Bizim Ombudsman iştirak elədi, YAP-ınn idarə heyətinin üzvləri iştirak elədi. Bu isə arzuolunmaz faktdır. Rəhmətlik Heydər Əliyevin bir sözü var idi, deyirdi ki, "sən mövqeyini bildir". Bunlar da mövqe bildirdilər. Ramiz Mehdiyev istər Prezident Aparatında olanda, istərsə də indiki işində dövlət başçısına nə qədər xəyanətlər edib. Axı İlham Əliyevin hakimiyyətə gəlməsini həzm edə bilmirdi və cənab Prezidentin ünvanına xoşagəlməz ifadələr işlətmişdi, qisasçılıq hissi ilə alışıb-yanırdı.

Mehriban Əliyevanın 1-ci vitse-prezident olmasına qarşı da çox böyük narazılıq ifadə etdi. Yadınıza gəlirsə, Mehriban xanımı 1-ci vitse-prezident olaraq təqdim ediləndə o ayağa qalxmamışdı. Ramiz Mehdiyev şəxsən mənim yanıma adam göndərirdi ki, onun yanında olum və dövlət başçısının, Mehriban xanımın əleyhinə çıxışlar edim. Mehriban xanımın ən yaxın qohumlarına çatdırdım ki, bu adam artıq xəyanət yolunu seçib. Bu gün Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə erməni qədər ziyan vurub.  Onun arvadı, qohumları ermənidir. Amma bu gün ondan qorxan nə qədər Azərbaycanda çirkli, rüşvətxor, anası erməni olan insanlar var hamısını hakimiyyətdə verləşdirib. Nazir qoydurdu, müavin elədi, aparatın hamısı Ramiz Mehdiyevin adamlarıdır. Ramiz Mehdiyev elə bir sistem qurmuşdu ki.. Abel Məhərrəmov o gün dedi ki, "bu, sizin xidmətlərinizdir” Belə çıxır ki, rəhmətlik Heydər Əliyevin, bu gün bizim Prezident İlham Əliyevin heç bir xidmətləri olmayıb, görülən işlərin hamısını Ramiz Mehdiyev edib? ..Ramuz Mehdiyevin xasiyyəti onun xəyanətdən əl çəkməsinə imkan verməyib, bu gün də vermir və əl çəkməyəcək də...

- Gəlin məsələyə belə yanaşaq, deyək ki, Ramiz Mehdiyev nəvə toyuna qatılan bir babadır. Belə olduğu halda nəyə görə hədəfdə o olmalıdır. Bilirik ki, toy edən adam da cəzalanıb. Ramiz Mehdiyevin haqqında "nə qərar verilməlidir" fikri müzakirə olunur. Hətta Siyavuş Novruzov deyib ki, çağırılıbsa necə getməmək olar. Bu yanaşmalara fikriniz nədir?

- Bu yanaşmalar düzgün deyil. Siyavuş Novruzov bir müddət əvvəl müsahibəsində demişdi ki, "onun əlindən öpənlər..." Siyavuş müəllim bilməlidir ki, onun əlindən gözükölgəli Siyavuş Novruzov kimi adamlar öpə bilər. Bu adamlar həmişə üzdə bir söz, dalda başqa söz deyiblər.

Bu toy başqasının olsa da, əsas rolda Ramiz Mehdiyev olub. Ağsaqqaldır da, düzdür, Allah ona ağsaqqallıq qismət eləməyib, yaraşmır ona ağsaqqal demək. Gərək o deyəydi ki, dövlət başçısının qərarı var, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var. Kasıb 3 nəfər yığılıb tövlədə bir dənə üzel taxanda dərhal aparıb onları sıraya düzürlər. Belədirsə Ramiz Mehdiyev niyə çöldə qalmalıdır. Ramiz Mehdiyev nə qədər çöldə qalacaqsa, Azərbaycanda dövlət çevrilişi geniş vüsət alacaq.

“Sən necə Ombudsmansan ki, qeyri-qanuni keçirilən tədbirdə iştirak edirsən?”
 

Bu gün Siyavuş müəllimə töhmət verdilər, bu çox azdır. Yaxud Ombudsman, sən nətər qanunların keşiyində dayana bilərsən, sən necə Ombudsmansan ki, qeyri-qanuni keçirilən tədbirdə iştirak edirsən? İndi də Siyavuş Novruzov deyir ki, Ramiz Mehdiyev bizi aldatdı ki, Prezident İlham Əliyevin icazəsi var və özü də iştirak edəcək. Uşaqsız sizi aldadalar? Belə gülünc vəziyyətə niyə salırsız özünüzü?

İndi Ramiz Mehduyev Azərbaycanda dövlət çevrilişi etmək istəyənlər içindədir. Onun çox gizli səsyazmaları var. Türk ordusunun azərbaycana gəlməsinin əleyhinə çıxan da onun komandası oldu. Ramiz Mehdiyevin kadrlarından biri bu gün Prezident Aparatında oturan ən qatı adam Zeynal Nağdəliyevdir.  Görürsüz, rayonları iflic edib.

Başqa yolu yoxdur. Bu gün Mehdiyevin kürəkəninə 15 sutka verildi, onun özünün ağzının üstündən vuruldu, dedilər otur yerində. Amma bu oturmayacaq, bunun xisləti elədir ki, kini-küdurəti yatmayacaq. Ramiz Mehdiyev ev dustağı edilməlidir.

Məm AMEA-nın üzvlərinə müraciət edirən: qoy onlar gedib belə adamın ideologiyası altında işləməsinlər. Onun nəfəsini duymasınlar, hamısı məsələ qaldırıb onun istefasını tələb etsinlər. Elə faktlar var ki, hələ ki, demək istəmirik. İndi geosiyasi cərəyan keçir. Bizim mübarək olmamış Ramiz Mehdiyevin müxalifəti Əli Kərimlilər, Cəmil Həsənlilər Belarusda baş verənlərin Azərbaycana yönəldilməsinə çalışırlar. İndi isə düşünürəm ki, Mehdiyevin kürəkəninə verilən cəza az idi. Onlara cinayət işi açılmalı, bu günə qədər oğurladıqlarının hamısı əlindən alınmalıdır. İlanı yaralayıb buraxmağa dəyməz.

- Hafiz müəllim, həmin toyda Abel Məhərrəmov xalqa istinadla danışdı və Ramiz Mehdiyevə müraciətlə dedi ki, - "Ramiz müəllim, biz xırda adamlarıq, sizi xalq sevir, dəstəkləyir". Sosial şəbəkələrdə isə insanların məsələ ilə bağlı reaksiyası bəllidir. Sizcə bu hadisədən sonra Abel Məhərrəmovun dediyi o xalq Ramiz Mehdiyevi necə dəstəklədi?
 

- Abel Məhərrəmovu kim gətirib o vəzifəyə qoymuşdu? Bir dənə köhnə kostyumu var idi, "ximçistkada" təmizlədib geyinirdi. Heydər Əliyev gətirib ona çörək verdi. Xalq Ramiz Mehdiyevin nəyini dəstəkləyir? İndi 5 milyon qərbi azərbaycanlı onu sevmir. İkinci, onun hansı işinə görə onu dəstəkləməkdir. Rüşvətxoru, korrupsiyanı, Azərbaycanda hər an vətəndaş müharibəsi təhlükəsini yaratmasına, dövlətə zərbə vurmasına görəmi xalq onu dəstəkləməlidir? Azərbaycanda korrupsiyanın çiçəklənməsinin başında duran odur. Ona görə də Abel bu çıxışına görə YAP-dan xaric edilməlidir. Onun oğlu Eldar Həsənovla iş birliyində olub. Xaricdəki hoqqaları açılmalıdır. Dünənə qədər mənim Abel Məhərrəmova dünənə qədər hörmətim var idi. İndi sən nə danışırsan Abel Məhərrəmov, sənin fikrincə Heydər Əliyev, İlham Əliyev heç bir iş görməyib də, hamısını Ramiz Mehdiyev görüb? Abel Məhərrəmovun dediyi o xalqın rəyini harda öyrəndi, harda sorğu keçirdi? Bəli, onu dəstəkləyənlər var - Ziya Məmmədovlar, onun deputat qohumları, Ramiz Mehdiyevin təyin etdiyi deputatlar.. Gördünüz, 2-3 nəfər istisna olmaqla bir nəfər də danışmadı. Bu baxımdan deyirəm ki, Abel Məhərrəmovun özündən bir izahat alınmalıdır - sən o sözü nəyə əsasən deyirsən. Hansı xalqın onu sevdiyini, hansı xidmətlərinə görə sevdiyini sübut eləməlidir. Mən dediklərimi sübut edirəm. Deyirəm ki, Ramiz Mehdiyev cimayətkardır. İstənilən məhkəmədə sübut eləməyə hazıram. Abel Məhərrəmov nəyə əsasən danışır. Bunlar hamısı dövlətin gəkəcəyi üçün mühüm fikirlərdir.

Mütləq Ombudsman istefa verməlidir, Siyavuş Novruzov YAP-dakı vəzifəsindən getməlidir. Kim kimnəndir bilindi, bundan artıq nə olmalıdır? Abel Məhərrəmovun oğlu səfirdir, təcili geri çağrılmalıdır. Və bu həssas dövrdə dövlət başçısına xəyanət edənlər bir-bir açılıb xalq qarşısına çıxarılmalıdır. Bunu mən deyirəm, buna görə də Ramiz Mehdiyev məni öldürtməklə hədələyir. Bu barədə hüquq-mühafizə orqanlarına məlunat vermişım. Amma mən susmayacam, dövlətimin, dövlət başçmızın yanındayam.

- Siyasi partiya olaraq siz və daha bir neçə partiya öz  münasibətinizi bildirdiniz. Adında "Xalq" sözü olan və xalqın adından çox danışan AXCP-dən necə, verilən hər hansı reaksiyaya rast gəldiniz?

- Mən onlardan hər hansı reaksiya görmədim. Bunlar hamısı Ramiz Mehdiyevin psevdo-müxalifətidir. O müxalifətin başında Kərimov Əli, Həsənov Cəmil durur. Əksinə, həmin bu müxalifət bunları müdafiə edir. Xaricdə açılan internet televiziyaları,  Kərimlilər hamısı Ramiz Mehdiyevi müdafiə edirlər. Onlar bütün neqativləri dövlət başçısının üstünə yükləyirlər. Necə ki, Abel Məhərrəmov kəşf edib ki, Ramiz Mehdiyevi xalq sevir, sevməyənləri də başqa adamların ayağına yazırlar. Ona görə də Kərimovun müxalifəti Ramiz Mehdiyevin istəyi qədərdir. Bunlar bir komandadır. Burda iş bölgüsü aparılmışdı. Qarışıqlıq salan Kərimov Əlinin dəstəsi olmalıydı, hakimiyyətə Eldar Həsənov gələcəkdi, Abbas Abbasov orda iştirak edirdi bunların da "xaç ataları" Ramiz Mehdiyev idi, hakimiyyəti böləcəkdilər. Parlamentdə Ramiz Mehdiyevin təyin etdiyi deputatların hamısı Ramiz Mehdiyevə dəstək verəcəkdi.

Onu da deyim ki, Kərimov Əlilər yox, bizik müxalifət. Müasur Müsavatdan başqa hakimiyyətdə olan bu insanların üstünə gedib onları ifşa edənlər varmı? Yoxdur. AXCP nə edir, yalnız düşmənin dediklərini təkrarlayır. Onlar ancaq dövlət başçısının əleyhinə, hakimiyyətin dəyişməsinə görə vuruşan insanlardır. Buna da nail ola bilməyəcəklər. Neçə ki Hafiz Hacıyev kimi dövlət başçısını həyatından çox istəyən insanlar var, onlar buna nail ola bilməyəcəklər.
 

- Hafiz müəllim, sosial-siyasi sferadan cərəyan edən proseslərə adekvat suallardan biri də budur və siz də ona toxundunuz. "Qoca" dediyiniz bu şəxs sadaladığınız təhlükələri yaratmaq üçün o gücü, "silahı" hardan alır?

- Bu gün bu qüvvələr ideoloji silahdan istifadə edirlər. Bu gün beyin müharibəsi gedir. Ramiz Mehdiyev kimi adam sakit otura bilmir. Deyirsiz ki, necə edə bilər. Yaxşı, Eldar Həsənovu necə hakimiyyətə gətirirdi? İstintaqda ciddi məsələlər var, ortaya çıxacaq. Məsələn, Ramiz Mehdiyev deyir ki, oğlum Aparatda mənim yerimdə oturmalıdır. Yəni vəzifələri bölüşmüşdülər.  İdeoloji müharibənin başında o durur və ona dəstək olan başqa dövlətlər də var. Onlar Ramiz Mehdiyevdən tələb edirlər ki, necə səni bu günə qədər Prezident Aparatında oturtmuşuq, indi zəhmət çək bizə xidmət elə. Onun Dağıstanın keçmiş prezidenti Ramazan Abdulatipov ilə olan telefon danışıqları da üzə çıxıb, onun xarici ölkələrə təyin etdiyi səfirlərə hansı tapşırıqlar verməsi - hamısı ortadadır. Bizim Abel Məhərrımobv Ramiz Mehdiyevə verdiyi tərifi elə-belə demir ki... Mehdiyev Məhərrəmova deyib ki, Azərbaycanda yaxşı akademik yoxdu, mən gedəcəm yerimə də səni qoyacam. Ona görə Abel Məhərrəmiv şirnikib orda danışıb. Məsələ budur. Onlar ağılsız deyil ki, gedib boş yerə ona ləbbey deyirlər. Ona görə ki, hamısını hakimiyyətə qaytarmağa söz verib. Ramiz Mehdiyevin başına niyə yığşırlar, bunların hamısı açılmalıdır. Siz düşünməyin ki, yaşlı adamdı, yazıqdı. Qoca adam gedər oturar evində, niyə farağat durmur? Ona görə ki, bu adam dövlət başçısına xəyanət etməkdən ötrü ölür.

- Hafiz müəllim, yaranmış bu gərgin durumu necə izah etmək olar. Hakimiyyətdə qanunlara tabe olmamaq, hakimiyyətdə parçalanma kimi hallar hansı durumdan xəbər verir və bu reaksiyalar nəyi göstərir?

- Vəziyyət çox gərgindir. Qorxmadan, çəkinmədən xəyanət edənlər vəzifədən kənarlaşdırılmalıdır. Bu gün olduğu kimi xalqa göstərməlidir ki, hələ Azərbaycanın qanunları işləyir, Azərbaycan Prezidenti xalq tərəfindən dəstəklənir. Cəsarətlə deyirəm ki, ölənə qədər onunla bir yerdə olub onun ətrafında olan o "xişnik”ləri, xəyanətkarların axırına çıxacağıq. Amma bu iş çətin olacaq. Dövlətimiz bizim üçün əzizdir, dövlətimizin başında duran insan da bizim üçün əzizdir. Həmişə də onun yanındayam. Dövlətçiliyimizi qorumaq üçün hakimiyyət təmizlənməlidir. Yoxsa, necə deyərlər, bu xəmir hələ çox su aparacaq.


Versus.Az
Oxşar xəbərlər
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...