"Hazırkı Türkiyənin “Kızıl ordunu karşıma alamam” deyən Dəmirəl Türkiyəsindən fərqi budur"
Oxunub: 5556
14 Aug 2020 | 14:35
Rusiya tərəfindən İsgəndər raket sisteminin ermənilərə verilməsi ancaq və ancaq Bakını vurmaq üçün veilmişdir.

Son günlər ölkənin gündəmində 2 mühüm hadisə önə çıxdı. Bunlardan biri Türkiyənin Müdafiə Naziri və Silahlı Qüvvələri komandanlığının tam tərkibdə ölkəmizə səfəri, digəri Azərbaycan prezidentinin Rusiya prezidenti ilə telefon danışığı oldu. Putinlə Tovuzda hərbi əməliyyatların getdiyi 17 iyuldan başlayaraq Rusiyanın Ermənistana 400 ton müasir silah və hərbi texnika göndərməsi məsələsi müzakirə olunub, onun diqqətinə Azərbaycan cəmiyyətində yaranmış narahatlıq və narazılığın çatdırılmasının ictimayətə açıqlanmasına ilk dəfə rast gəldik. 

Bu hadisə kimi, hazırkı şəraitdə Türkiyə tərəfinin inanılmaz qətiyyətli mövqedən çıxış edərək, hərbi rəhbərliyin hansısa ölkəyə belə geniş heyətlə səfəri də bir ilkdir. Bununla Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Türkiyənin qətiyyətli mövqeyində prezident Erdoğanın cəsarəti və prinsipallığı mühüm rol oynayır. Hazırkı Türkiyənin 90-cı illərdə “Kızıl ordunu karşıma alamam” deyən ehtiyatlı Dəmirəl Türkiyəsindən fərqi həm də budur. Son illər Hərbi sənayesini inkişaf etdirib, müasir silahlarla ordusunu modernləşdiriən Türkiyə Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa üstünlük verib və Rusiya bu prinsiplərə zidd addım atdıqda (Suriya və Livyada olduğu kimi) onun qarşısında durmağı bacarıb. Uzun illərdir çoxsaylı görüşlər keçirib bir-birini yaxşı tanıyan Erdoğanla Putin ən kritik anlarda və mübahisəli məsələlərdə anlaşa biliblər. Sıra indi Qafqazlara gəlib. Azərbaycan ərazilərinin işğalının davam etməsinə Azərbaycanla bərabər Türkiyə də dözə bilmir. İşğal olunmuş ərazilərin azad edilməsi, Türkiyə üçün qardaşa yardımla bərabər, hər iki ölkə üçün həm də strateji məsələdir. İşğalın davam etməsi Azərbaycanın dövlət kimi varlığına tahdid, Türkiyənin Azərbaycana və Orta Asiyaya tam gücü ilə açılmasına əngəl yaradır. İşğal bitərsə, Türkiyə Gürcütan və İrandan keçən yollardan, daha tez və qısa yolla Naxçıvan üzərindən Orta Asiyaya çata bilər. 

Münaqişələrin həllində bəzən,vəziyyəti kəskinləşdirib onu həll etmək metodu tətbiq edilir. Min illik dövlət təcrübəsi olan Türkiyənin vəziyyəti gərginləşdirib, işğala son verməkdən, 27 ildir müxtəlif bəhanələrlə boyun qaçıran Rusiya ilə forpostu Ermənistanı danışıqlar masasına otrutmaqdan başqa seçimi qalmayıb. Türkiyənin bu qətiyyətli mövqeyi ilə Azərbaycan dövləti və cəmiyətinin ayaqlaşması şərtdir. Əks halda Türkiyə “sülh prosesini” pozan və “bölgəni müharibəyə sürükləyən” ölkə durumuna düşə bilər. Başa düşmək lazımdır ki, Türkiyə demokratik ölkədir və sabah keçiriləcək seçkilərdə qalib gələn başqa partiya indiki hökümətin tutduğu qətiyyətli mövqeni sərgiləməyə bilər. Tarixi şanslar 100 idən bir olur və bu şans da əldən buraxılsa, o zaman Azərbaycan üzləşdiyi acı taleyi ilə barışmalı olacaq. 

Rusiyanın Ermənistana silah göndərməsi və skandalı üzə çıxaran jurnalistin sorğusuna Rusiya səfirliyinin sayğisiz cavabı təəccüblü olmadı. Səfirliyin cavabını  imperialist təfəkkürlə idarə olunan Rusiyanın bir vətəndaşa deyil, Azərbaycan dövlətinə münasibəti kimi də dəyərləndirilə bilər. 
Bu Rusiyanın Azərbaycana qarşı ilk hərəkəti deyil. 1992-93-cü illər Qarabağ savaşında Rusiyanın 15,164,167-ci diviziyalarının şəxsi heyətinin ermənilərin tərəfində döyüşməsi faktlarını, jurnalist Nevzorovun Ağdərədə vuruşan Pskov desant diviziyasının əsgərləri ilə rastlaşdığı haqqında dedikləri və Gümrüdəki hərbi hissə komandirinin müsahibəsi də təstiqləyir. Döyüşlərdə əsir götürülən 13 rus əsgərinin məsələsi 1993-cü ildə iki ölkə arasında müzakirə edilən məsələlərdən biri olmuşdu. 
1994-cü ildə Bişkekdə imzalanan atəşkəsdən sonra Rusiyanın Azərbaycanı iqtisadi blokadaya alması və əvəzində Ermənistana 1 milyard dollarlıq silah,sursat və hərbi texnika hədiyə etməsi iki ölkə arasında münasibətləri gərginlik yaratmışdı. 

O zaman Azərbaycanın etirazlarına Rusiya qeyri-müəyyən cavablar verib, məsuliyyəti hansısa qrupların üzərinə atmağa cəhd etdi.Bu məsələnin Dövlət Dumasında araşdırılmasını tələb edən general Roxlin qətlə yetirildi. Baş verənlər Yeltsin zamanında yaranmış hakimiyyət boşluğu ilə izah edilsə də, indi hakimiyəti öz əlində tam cəmləyən Putin dönəmində bu bəhanələrə imkan yox. 2016-ci ildən Rusiya İsgəndər raket sistemləri daxil müasir silahlarla Ermənistanı silahlandırmağa başlayıb.. Rusiyanın Ermənistana İsgəndər raket sistemini verməsi Azərbaycana qarşı düşmənçilik hərəkətidir. Bunun başqa adı yoxdur. Çünki bu silah Ermənistana bilavasitə Bakını hədəf almaq məqsədi ilə verilib. Döyüşlər həmişə lokal olaraq döyüş bölgəsində getdiyindən,tərəflərin bu cür silahlara ehtiyacı yoxdur. Lakin bu cür uzaq mıənzilli silah ermənilərə ancaq və ancaq Bakını vurmaq üçün veilmişdir. Bax Rusiyanın əsil mahiyyəti budur. Məhz Rusiyanın dəstəyinə arxalanan avantürist erməni siyasiləri və hərbçiləri Mingəçevir su anbarını, Bakını və Xəzərdəki neft platformalarını vura biləcəklərini bəyan edirlər. 

Hazırda göndərilən silahlar 2016-cı il aprel döyüşlərində Ermənistan ordusunun qarşısında aciz qaldığı İHA-lara qarşı istifadə olunan müasir müdafiə sistemləridir. Tovuz hadisələri zamanı Rusiyanın Ermənistana Vaqner qruplaşması muzdlularını göndərməsi də unudulmamalıdır. Minsk Qrupunun həmsədrlərindən olan Rusya münaqişənin həllinə yardım etmək əvəzinə, tərəflərdən birini silahlandırmaqla məşğuldur. Azərbaycan tərəfindən bu günədək Rusiyanın maraqlarına zərər verəcək heç bir addım atılmasa da, Rusiya imperialst siyasətini davam etdirməkdə. Forpost Ermənistan Rusiyanın Qafqaz, İran, Türkiyə və Orta Şərq siyasətini həyata keçirməsi üçün istifadə etdiyi ərazidir. Qafqazda sabitliyin yaranmasının qarşısını almaq məqsədilə münaqişə zonaları yaradan Rusiya, Ermənistanı özünə daha sıx bağlamaq məqsədilə Azərbaycan ərazilərinin işğalına yardım edərək, onun bölgədə həyata keçirilən beynəlxalq layihələrdə iştirakının qarşısını aldı.  

Azərbaycan cəmiyəti Rusiyanı mədh edib, Qarabağ məsələsini həll edəcəyini hər vəchlə gözə soxmağa çalışanlardan  bu xain hərəkətə münasibət bildirməsini gözləyir. Hələ Rusiyanın orden medallarını sinələrində gəzdirənlərin verilən mükafatdan imtinasını demirəm. Necə ki, bunu 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalına etiraz olaraq məşhur Vaxtanq Kikabidze etmişdi. 

İşğal altındakı torpaqların azad edilməsi üçün uyğun şərtlər yaranmaqda, Rusiya Belarusda baş verənləri həyəcanla izləməkdədir. Rusiyanın Belarusa qoşun yeridərək Ukrayna və Litvanı təhdid altında saxlamaqla gələcəkdə SSRİ-ni bərpa etmə planı suya düşmüş kimi görünür. Qonşularına qarşı izlədiyi aqresiv yayılmaçı siyasət, post sovet məkanında anti Rusiya əhval ruhiyyəsini gücləndirməkdə. Rusiyadakı etiraz dalğaları Putinin vəziyyətinin çox da sağlam olmadığını göstərir. Hətta bəzi ekspertlər Putinin hakimiyyətinin uzun sürməyəcəyi qənaətindədir. 

Belə şəraitdə ərazi bütövlüyümüzün təmin olunmasının yubadılması bağışlanmaz səhv olar. 

Cəmiyyətdə yaradılmış Rusiya qorxusuna son verib, milli həmrəyliyi təmin edərək konkret addımlar atılmalıdır. Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması cəmiyyətin əksəriyyətinin istəyidir. Qanunvericilik və s. məsələlər kimi  müəyyən prosedurların həyata keçirilməsi zaman alacağınından, vaxt itirmədən  Türkiyə ilə hərbi əməkdaşlığı dərinləşdirib, son illərdə uğurlu hərbi əməliyyatları idarə etmiş Türk hərbçilərinin dəstəyilə Müdafiə Nazirliyi müasir standartlara cavab verən, effektiv idarə və koordinasiya edilən quruma çevrilməli, Azərbaycan ordusu istənilən an və şəraitdə döyüşə hazır savaş ordusu vəziyyətinə gətirilməlidir. Bundan sonra düşməni danışıqlar masasına oturmağa məcbur, bu mümkün olmadığı təqdirdə darmadağın edərək əraziləri işğaldan azad etmək mümkündür. 

O zamana qədər isə Azərbaycanın icazəsi olmadan Ermənistandan Qarabağa gələn hərbi və siyasi rəhbərliyin məhv olunacağı bəyan edilməli və həyata keçirilməlidir. Onlarla bərabər separatçı rejimin başındakı cinayətkarlar da eyni aqibəti yaşamalıdır. !!!

Oqtay Qasımov, Siyasi analitik
Oxşar xəbərlər
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb