Nadir şah Əfşarın nəvələrinin izi ilə...
Cəmiyyət
Oxunub: 2517
13 Aug 2020 | 15:30
Nadir şah Əfşarın nəvələrinin izi ilə...
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən
Özlərini ərəblərin və yəhudilərinKureş, qədim yunanların və romalıların isə Kirus adlandırdıqlarıilk Əhəməni imperatoru Böyük Küruşun nəslindən hesab edən Ərsakilərlə Sasanilər arasında qarşıdurmadan 5 əsr sonra Qureyşin soyundan olan ailələr arasında eyni süjet xətli dramatik hadisələr baş verdi. 750-ci ildə Muhəmməd Peyğəmbərin əmisi Abbas ibn Əbdul Müttəlibin törəmələri – Abbasilər Ərəb xilafətinə hakim olan Əməvilərə qarşı üsyan qaldırdılar. Abbasilərin ilk xəlifəsi Əbul Səffah, eyni ilə ilk Sasani hökmdarı Ərdəşir kimi, keçmiş sülalənin bütün nümayəndələrini kütləvi şəkildə qırdı. Əməvi şahzadələrindən yalnız bir nəfər – Əbdürrəhman özünün ağlı, cəsarəti və əzmi sayəsində onu öldürmək istəyən düşmənlərdən yayınaraq təkbaşına səhranı, sonra isə gəmi ilə dənizi keçərək İspaniyaya çıxa bildi və çoxlu macəralardan sonra orada yeni Əməvilər dövlətini qurdu.
Tarixdə buna bənzər hadisələr az olmamışdır.Onlardan biri haqqında qazax şairi Sayın Nazarbekulı məlumat verir («Огни Мангистау» qəzeti):“1747-ci ildə Nadir şah Əfşarı qətlə yetirdikdən sonra sui-qəsdçilər onun bütün övladlarını öldürmüş, yalnız nəvəsi Şahruha toxunmamışdılar. Bu faciəli hadisələr zamanı Nadirin yaxın adamları şahın iki oğlan nəvəsinin həyatını xilas edərək Qazaxıstana qaçırıb köçəri qazax tayfalarına sığınmışdılar. Bers tayfasının başçısı Nadir şah Əfşarın nəvəsi Məlini oğulluğa götürüb ona Kulməliadını vermişdir. Əfsanəvi qazax bahadırı və akını (aşığı), Rusiya işğalına qarşı xalq üsyanının iki əsas rəhbərindən biri – Mahambet Utemisulı (1803–1848) həmin Kulməlinin oğlunun oğlu olmuşdur. Nadir şahın digər nəvəsi Mətini isə Aday tayfasından bahadır Toxtamışın nəvəsi Dospambet övladlığa götürərək Kulməti adlandırmış, öz uşaqları ilə onun arasında heç bir fərq qoymadan böyüdüb boya-başa çatdırmışdır.Kulməti Manğıstau qazaxları arasında öncəgörmə qabiliyyətinə malik olan, xəstələri müalicə etməyi bacaran, mömin,igid və güclü bir insan kimi ad çıxarmış, el arasında övliya Məti adı ilə tanınmışdır”.

Haşiyə. Nadir şah Əfşarın nəvələrinin aparıldığı Qazaxıstanın indiki Manğıstau vilayətinin ərazisi XIII əsrədək Əfşar tayfasının yurd yerlərindən olmuşdur. Manğıstau rayonunun Ötes kəndinin yaxınlığındakı Seysem ata qəbristanlığında çoxlu əfşar məzarı vardır.

Nadir şahın hər iki nəvəsinin adının əvvəlindəki“qul” sözünə gəlincə,Sayın Nazarbekulıyazır: “Bəzən bunu onların qazaxlar tərəfindən guya əsir götürülmələri ilə izah etsələr də, bu, əslində, səhv fikirdir”. Qazax şairinin ehtimalına əsasən, “Nadirinatası İmamqulunun, oğlanları Rzaqulunun, Murtəzaqulunun, İmamqulunun,eləcə də şahın özünün Nadirqulu və Təhmasibqulu kimiadlarında qulu sözünün olması onu göstərir ki, həmin sözdən adqoymada istifadə bu ailədə bir ənənəidi. Beləliklə, mümkündür ki, Məlinin və Mətinin adları,əslində, Məliqulu və Mətiqulu formasında olmuşdur. Nadir şahın nəvələrinə sığınacaq verən qazaxlarşahzadələrin adlarındakı sözlərin yerlərini ona görə dəyişmişdilər ki, düşmənləri onları asanlıqla tapa bilməsinlər”. Lakin bu fərziyyə belə bir sual doğurur: “Uşaqların adlarını tamamilə dəyişmək daha təhlükəsiz olduğu halda, qazaxlar niyə adlardakı sözlərin yerlərini dəyişməklə kifayətlənmişdilər?”Həmin suala belə cavab vermək mümkündür: “Ola bilsin ki, onlar qüdrətli bir hökmdarın şəxsən qoyduğu adları başqa adlarla əvəz etmək istəməmişdilər.”Bu fikirdə müəyyən bir məntiq olsa da, zənnimizcə, uşaqların adlarındakı “qul” sözü şahzadələrin əsirlikdə deyil, qəriblikdə olduqlarını bildirir,himayəsi altında yaşadıqları ailələrin doğma övladları ilə onlar arasında incə bir xətt çəkirdi.

Hekayəsinin davamında Sayın Nazarbekulı bildirmişdir ki, onun özü də həmin Kulmətinin nəslindəndir.
Bers tayfasından Joldığali Muxaciyev öz ata-babalarından nəql edir (“Qojalar.KZ” saytı): “Ulu babamız Kulməlinin atasının atası Nadir İran məmləkətinin padşahı olmuş, 1740-cı ildə isə Xivə və Ürgənc xanlıqlarını fəth etmişdir. Nadir şahın Orta Asiyaya hücumundan az bir müddət sonra (ehtimala görə, elə 1740-cı ildə) Bers tayfasının bahadırları Buxara ətrafında hərbi yürüşdə olarkən 5 yaşlı kimsəsiz bir oğlan uşağına rast gəlirlər. Döyüşçülərdən biri soruşur ki, a bala, adın nədir? Uşaq, Məli deyə cavab verir. Sonra onun üst geyiminin astar hissəsində bir yazı görürlər. Orada qeyd olunmuşdu ki, bu oğlan Nadir şah Əfşarın övladlarındandır. O zamanlarda şahlara xüsusi bir ehtiram var idi. Vəziyyətin ciddiliyini anlayan Jayık Bers uşağı özü ilə götürüb Tumaşa bağışladı. O, isə balacanı öz oğlu Jaubasarın bağrına basaraq– “bala tapdın” – deyib xeyir-dua verdi. Kulməli böyüdükdən sonra iki qadınla evləndi. Onlardan biri qazax, digəri isə kalmık qızı idi. Qazax arvadından Şıbıntay və Utemis, kalmık arvadından isə Kobılabay və Aytbay adlı oğlanları oldu. Kulməlinin nəvələrinin sayı qırxı keçmişdi”.

Tanınmış qazax yazıçısı və şairi Auezxan Kodar («Тамыр» jurnalı):“Mahambetin babası Kulməli hələ uşaq ikən Bers tayfasından Tumaş adlı bir şəxs tərəfindən əsir götürülmüş və onun ailəsində böyümüşdür. Həmin vaxtdan Kulməlinin törəmələri Bers tayfasının ayrıca bir qolu sayılır. Kulməlinin nəslinə indi də ehtiramla yanaşan qazaxlar deyirlər ki, bu soydançoxlu bəy, şeşen (natiq) və şair çıxmışdır. Mahambetözünü Nadir şahın nəslindən hesab etsə də, qazax ədəbiyyatşünaslığı həmin məsələnin üstündən sükutla keçir. Bunun əsas səbəbi isə odur ki, sözügedən məlumatların hamısına səhihliyi şübhəli olan əfsanələr və rəvayətlər kimi yanaşılır”.
Qazax antropoloqu Noel Şayaxmatovunrəyinin nəticə hissəsinə nəzər salaq («Портрет по черепу» əsəri): “Mahambet Utemisulı avropoid irqinin Pamir–Fərqanə qrupuna aiddir”. Qeyd etmək lazımdır ki, özbəklərin bir hissəsini də əhatə edən həmin qrup azərbaycanlıların, türkmənlərin və qumuqların əksəriyyətinin mənsub olduğu avropoid irqinin Kaspi tipinə çox yaxındır.

Haşiyə.2003-cü ildə bahadır Mahambetin 200 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş və həmin il onun şərəfinəMahambet Utemisulı ili adlandırılmışdır. Qazax ədəbiyyatında siyasi lirikanın və realizm üslubunun əsasını Mahambet Utemisulı qoymuşdur. Şairin yaradıcılığının mühüm hissəsiniistibdada və zülmə qarşı mübarizənin vəsfi təşkil edir. “Mənim berkutum,” “İsabəyin döyüşü,” “Yürüşə çağırış,” “Bizim işimizə qara nər gərək”, “Müharibə”kimi şeirlərində  o, qazax xalqını azadlıq uğrunda mücadiləyə, savaşa səsləyir. 

Kulməli ilə Kulməti barəsində qeyd etdiyimiz məlumatlar, əsasən, onların törəmələri arasında yayılmışdır. Qazax tarixçilərinin və ədəbiyyatşünaslarının əksəriyyəti isə həmin xəbərləriəfsanələrə və rəvayətlərə bənzədir. Yeri gəlmişkən, Qazaxıstanda bugün də ağızdan ağıza ötürülən daha bir rəvayətə görə, Mahambet Utemisulının əsli qızılbaşlardandır. Qazax ziyalılarından bəziləri bunu belə izah edirlər ki, Mahambetin mənsub olduğu Bers tayfası Səfəvilər dövləti ilə mehriban münasibətlər saxladığına görə, şairə el arasında “kızılbas” (qızılbaş) deyirmişlər. Bu ehtimal çox inandırıcı olmasa da, onu birmənalı şəkildə inkar etmək üçün əsasımız yoxdur.

Qeyd

Kızılbas–Qazaxıstan Respublikasının Qərbi-Qazaxıstan vilayətinin Taskala rayonunda kənd;
Kızılbaş – Rusiya Federasiyasının Omsk vilayətinin İzılbaş kazak kəndinin keçmiş adı;
Kızılbaş – başqırdların Tabın tayfasının Barın oymağının bir nəsli;
Katay – başqırdların Tabın tayfasının Barın oymağının digər nəsli;
Kızılbaş–Katay – başqırdların Tabın tayfasının Teleu oymağının bir nəsli;
Katay – DNT testindən keçmiş üzvlərinin hamısı R1a–Z2123 haploqrupunun daşıyıcısı olan başqırd tayfası. R1a–Z2123 qədim arilərin haploqrupu hesab edilir;
Kızıl-Baş – Rusiya Federasiyasının Xakasiya Respublikasında çay.

Sözügedən rəvayətlərdə zahirən bir-birini təsdiqləyən, əslində isə, inkar edən iki maraqlı məlumat vardır:

-Mahambet Utemisulı Nadir şah Əfşarın kötücəsidir;
-Mahambet Utemisulı qızılbaş əsillidir.

Əsas ziddiyyət bundan ibarətdir ki, Nadir şah Əfşar qızılbaş döyüşçüsü və sərkərdəsi olsa da, 1736-cı ildəqızılbaş hərəkatının təməli, özəyi olan Səfəvilərihakimiyyətdənsalmış, bu sülalənin 435 illik şeyxliyinə, 235 illik şahlığına son qoymuşdur. Nadir şahın oğlu Rzaqulu mirzə isə Şah II Təhmasib Səfəvini və onun iki azyaşlı övladını vəhşicəsinə qətlə yetirmiş, lakin atası tərəfindən ciddi bir şəkildə cəzalandırılmamışdır. Amma bir məsələni də qeyd edək ki, bütün bunlara baxmayaraq, ətraf xalqlar həm Əfşar, həm də Qacar dövlətlərini uzun müddət adət üzrə “qızılbaş məmləkəti” adlandırmışdılar.
Beləliklə, bu qənaətə gələ bilərik ki, Mahambet Utemisulının qızılbaşlardan hesab edilməsinin bəlkə də başqa, daha əsaslı bir səbəbi olmuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün Nadir şahın hansı nəvələrinin Qazaxıstana qaçırıldığını müəyyənləşdirmək lazımdır.

Ənvər Çingizoğlunun və Aydın Əfşarın (“Avşarlar” əsəri)məlumatına görə, Nadir şah Əfşarın nəvələrindən birinin adı Möhbəli mirzə olmuşdur. Möhbəli mirzənin anası Fatimə Sultan bəyim Səfəvi şahı Hüseynin qızı idi. Bəlkə də Mahambet Utemisulının babası məhz həmin Möhbəli mirzədir. Ola bilsin ki, Nadir şahın nəvəsinin Möhbəli adı qazax dilində təhrifə uğrayaraq Məli formasına düşmüş, sonra isə atalığı ona Kulməli (qul Məli – əsirlikdə, yaxud qəriblikdə olan Məli)adını vermişdir. Əgər gümanımız doğrudursa, Məlinin nəvəsi Mahambetin qızılbaş kimi tanınmasının əsas səbəbi, sözsüz ki, onun ana babasının Səfəvi şahı olmasıdır. Lakin unutmaq olmaz ki, bu fikrin özü də yalnız bir ehtimaldır. Amma Joldiğali Muxaciyevin bəhsin əvvəlində qeyd edilmiş məlumatı Məlinin, əslində, elə Möhbəli olması barədə fərziyyənibir qədər qüvvətləndirir. Belə ki, Muxaciyevin sözlərinə görə, Bers tayfasının döyüşçüləri Nadir şahın nəvəsi Məlini 1740-cı ildə Buxara şəhəri ətrafında aparılmış hərbi əməliyyatlar zamanı tapmışdılar və həmin vaxt uşağın 5 yaşı var idi. Məsələ burasındadır ki, “Avşarlar” əsərindəki məlumata əsasən, Möhbəli mirzə 1735-ci ildə doğulmuşdur. Bu isə o deməkdir ki, 1740-cı ildə həm Nadir şahın nəvəsi Möhbəlinin, həm də qazaxların tapdıqları və özünü Nadir şahın nəvəsi Məli kimi təqdim etmişoğlan uşağının 5 yaşı olmuşdur. Amma elə həmin “Avşarlar” əsərində və digər mənbələrdə göstərilir ki, Möhbəli mirzə 1747-ci ildə Nadir şahın digər nəvələri ilə birlikdə qətlə yetirilmişdir. Bir məsələni də vurğulayaq ki, Şahruh mirzədən savayı Nadir şahın digər törəmələrinin həyatda olmadığı barədə istər yalan, istərsə də doğru məlumatın yayılması onun qatillərinin, xüsusi ilə hakimiyyəti zəbt etmiş qardaşı oğlu Əliqulu şah Əfşarın işinə, şübhəsiz ki, yarayırdı.Əliqulu şah anlamalı idi ki, əmisinin nəslindən kiminsə sağ qaldığı bəlli olarsa, müxalifləronu axtarmağa başlaya bilərlər. Sözsüz ki, balaca şahzadənin özü, yaxud bənzəri tapılsaydı, hakimiyyətdən narazı qüvvələr onun ətrafında birləşərəkxalqın gözündə legitimlik əldə edəcəkdilər.
Tarixlərin üst-üstə düşməsinə rəğmən, Joldığali Muxaciyevin nəql etdiyi hekayətlə bağlı müəyyən suallar yaranır:

-hadisə 1740-cı ildə baş vermişdisə, qazaxlar nə üçün uşağı Nadir şaha mükafat, pul müqabilində qaytarmaq istəməmişdilər?
-qazaxlar Məlini 1740-cı ildə tapmışdılarsa, Məti onların əlinə nə vaxt keçmişdir?

Bu məsələlər isə öz növbəsində dəlalət edir ki, həmin uşaqlar Qazaxıstana çox güman ki, məhz Sayın Nazarbekulının göstərdiyi tarixdə – 1747–1748-ci illərdə gedib çıxmışdılar.
Qazax rəvayətlərinin təqdim etdiyi məlumatların səhihlik dərəcəsini yoxlamağın bir yolu da oradakı hadisələrin, adların və tarixlərin etibarlı hesab olunan mənbələrdəki faktlarla müqayisə edilməsidir. Məsələn, Joldığalı Muxaciyevin məlumatına görə, qazaxların arasına düşərkən Kulməlinin5 yaşı olmuşdur. Sayın Nazarbekulının ehtimalına əsasən, ölümdən xilas edilərkən şahzadələrdən biri 7,digəri isə 10 yaşında idi. Başqa fərq ondan ibarətdir ki, Joldığalı Muxaciyev bu hadisənin 1740-cı ildə, Sayın Nazarbekuli isə 1747-ci ildə baş verdiyini güman edir. Beləliklə,Nadir şah Əfşarın nəvələrinin siyahısına nəzər salaq:

Rzaqulu mirzənin oğlanları:
1.Şahruh mirzə (1734–1796);
2.Möhbəli mirzə (1735–1747) – 12 yaş;
3.Əhmədqulu mirzə (1736–1747) – 11 yaş;
4.Humayun mirzə (1741–1747) – 6 yaş;
5.Bisütun mirzə (1744–1747) – 3 yaş;
6.Mahmud mirzə (1744 – 1747) – 3 yaş.

Murtəzaqulunun (onun digər adı Nəsrullah mirzədir) oğlanları:
1.Yulduz xan (1739–1747) – 8 yaş;
2.Mustafa Sultan xan (1742–1747) – 5 yaş;
3.Teymur xan (1743–1747) – 4 yaş;
4.Söhrab Sultan xan (1743–1747) – 4 yaş;
5.Murtəzaqulu xan (1745–1747) – 2 yaş;
6.Oğuz xan (1745–1747) – 2 yaş;
7.Oqatay xan (?–1747) – ? yaş;
8.Əsədullah xan (1747–1747) – bir neçə ay;
9.Nəsllah xan(?–1747) – ? yaş.

Göründüyü kimi, Rzaqulu mirzənin Əhmədqulu mirzə və Humayun mirzə adlı oğlanları 1747-ci ildə 11 və 6 yaşlarında olmuşlar. Murtəzaqulu mirzənin Yulduz xan adlı övladını da nəzərdə saxlaya bilərik. Ad bənzərliyinə və digər cəhətlərə görə ən uyğun olanı isə bundan əvvəl qeyd etdiyimiz kimi, Rzaqulu mirzənin Səfəvi şahzadəsi Fatimə Sultan bəyimdən olan oğlu Möhbəli mirzədir.
Söhbətimizin sonunda qazax şairi Sayın Nazarbekulının ulu babası Mətinin adı ilə bağlı fikir yürüdək.Ehtimal edə bilərik ki, dilimizdəki Mehdi adı XVIII əsr qazaxlarınınləhcəsindəMəti şəklinə düşmüşdür. Lakin qeyd etməliyik ki, Azərbaycan dilində də Məti şəxs adı vardır. Amma Nadir şahın Mehdi və ya Məti adlı nəvəsi, yaxud azyaşlı oğlu olmuşdurmu? Bu sual əlavə araşdırma tələb edir.
P.S.Bütün bunlarla yanaşı, istisna deyil ki, uşaqlaraMəli və Məti adlarıməhz qazaxlar tərəfindən verilmiş(adların bənzərliyi göstərir ki, müxtəlif ailələrin himayəsi altına keçənədək onlar bir yerdə qalmışlar), lakin sonradan həmin məsələ unudulmuşdur. Belə olan haldaKulməli və Kulməti adları altında qazaxlar arasında yaşamış şəxslər Nadir şah Əfşarın hansı nəvələri idilər sualı, çox güman ki, cavabsız qalacaqdır.

Araz ŞƏHRİLİ

Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO