"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
Siyasət
Oxunub: 3245
11 Aug 2020 | 17:02
RUSİYA: SOYUQLUQDAN DÜŞMƏNÇİLİYƏ

Rusiya öz ucsuz-bucaqsız ərazisinin soyuqluğunu içində-çölündə nə varsa, kim varsa, hamısına hiss etdirir. Rusiya ilə yaxınlaşmaq olmur, yaxınlaşanlar belə özünü rahat yaşamın içində görmürlər. Rusiyaya yaxın sayılan Belorus, Ermənistan, Orta Asiya dövlətləri həmişə məhz bu məkandan gələn qeyri-sabit havanın siyasi proqnozunun qorxusu altındadırlar.
Rusiyadan normal məsafədə uzaqlaşmaq da olmur. Xəritədə Rusiyanın başının üstündə olanlar ondan bir baş üstün olduqlarına görə Skandinav ölkələri kimi nisbətən qayğısız şəkildə mədəni yaşamlarını sürdürürlər. Rusiyanın başı ilə bərabər olan Baltikyanı dövlətlər özləri üçün Qərbin bariz dəstəyi ilə geriyə qayıdış qorxusunu nisbətən az düşünsələr də, əbədi müdafiə səngəri qazmağa məhkumdurlar. Lakin Rusiyanın qolunun, ayağının, bədəninin altında olanlar üçün hər zaman bir əzici Rusiya kabusu canlı olaraq qalır. Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan konkret olaraq Rusiyanın qolu, bədəni, ayağı ilə yönəltdiyi zərbələri dəf etməklə öz mövcudluğunu qorumağa çalışan dövlətlərdir. Çox zaman adı çəkilən dövlətlərin siyasi millətçiləri və siyasi vətənpərvərləri üçün “qorxunc Rusiya nağılı”nı etinasız oxuma alışqanlığı daha çox fəlakətlərə qapı açır. Ancaq yerləşdiyi coğrafiyanın üzərində Rusiyanın real ağırlığını dərk edən insanlar üçün qorxunc Rusiya nağılı deyil, qorxunc Rusiya hekayəsi var və bu hekayənin süjet xəttini anlayanlar daha ehtiyatlı davranış sərgiləyərək öz milli dirəniş modelini yarada bilirlər. Qorxunc Rusiya hekayəsində son 400 illlik tarixdə öz oynadığı baş rolu çəkinmədən söyləyən Rusiya, indi ikinci dərəcəli üzvlərin birini digərinin üzərinə yönləndirməklə, hər iki tərəfi özündən asılı duruma salmağı hədəf seçib.
Postsovet dövrünün başlanğıcından bəri anlaşılır ki, Ermənistan cahanın cümləsini qarışdırmaq üçün baş üzvlərin diqtəsi ilə digər ikinci dərəcəli üzvləri zəiflətmək funksiyasını gerçəkləşdirmə təyinatı alıb. Bu rola təyin olunan Ermənistan öz tərzi-hərəkəti ilə başqalarının taleyini tamamlamaq istəyir. Tamamlanması düşünülən dövlətlər isə Azərbaycan və Gürcüstandır. Rusiya Gürcüstanla savaşda birbaşa özü baş rolda olduğunu bəyan etsə də, maraqlıdır ki, Azərbaycanla münasibətdə indilik ikinci dərəcəli üzvdən də aşağıda gördüyü, köməkçi bədən üzvü kimi baxdığı Ermənistanı irəli verməklə yaratdığı problemləri dərinləşdirməyə çalışır.
Azərbaycan üçün mürtəce Rusiya hər zaman müstəmləkəçiliyə qarşı dirəniş ruhunu qorumaq üçün bir vasitə olmuşdur. Hazırda isə mürtəce Rusiya dövləti qorumaq üçün ciddi bir səfərbərlik motivasiyasıdır. Azərbaycan üçün mütərəqqi bir Rusiya da bir vaxtlar mövcud olub. Bu mütərəqqi Rusiya İrandan gələn cəhalət küləyinin məmləkətimizi uçurub dağıtmaması üçün vaxtilə bir modern təhsil mühitini və bu mühitdən yetişən düşüncə adamlarını meydana gətirib. Məhz bu düşüncə adamlarının çoxalması hesabına Azərbaycan Şərq bataqlığında boğulmaqdan xilas ola bilib və ortaya modern dövlət modeli qoyulub. Ancaq hazırkı dünyamızda mütərəqqi Rusiya modeli mürtəce Rusiya modelinə uduzmaq ərəfəsindədir və bəşəriyyətin gələcəyi ilə bağlı narahatçılıqların da bir səbəbini bu amildə axtarmaq lazım gəlir.
Rusiya ikinci müstəqilliyimiz başlayan tarixdən Ermənistan üzərindən Azərbaycanla gizli savaşa girib. Hamımıza aydındır ki, bu savaşın Xocalı soyqırımından başlayaraq davam edən faciələrinin arxasında birbaşa Rusiya hərbi və siyasi faktoru durur. Və son Tovuz hadisələri də onu göstərdi ki, Ermənistanı bu prosesə təhrik edən məhz Rusiyanın siyasi və hərbi dairələridir. Çünki Ermənistan özünün həm insani, həm də hərbi resurslarının yetərsizliyini yaxşı bilir və prezident İlham Əliyevin də dönə-dönə vurğuladığı kimi hərhansı təkbətək savaşda Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyini dərindən anlayır. Ona görə də, əvvəlcədən düşünüldüyü kimi, Tovuz təxribatının arxasında ilk öncə Gürcüstanın və Serbiyanın adları hallansa da, yenə də ağırlıqlı olaraq Rusiyanın bilavasitə iştirakı təsdiq olundu. Hava məkanında minlərlə kilometr fərqli marşurutlar dəyişərək Ermənistana silah və sursat çatdırılmasını, yeni modern rus silahlarının birbaşa döyüş əməliyyatlarında tətbiqinə çalışılmasını təkzibedilməz faktlar üzə çıxardı. Gürcüstanın öz qonşusuna olan münasibətində göstərdiyi dəyanətli həssaslıqla qarşılaşan Rusiyanın Qazaxıstan, Türkmənistan və İran üzərindən Azərbaycana qarşı onun düşmənini dəstələməyi reallaşdırması bu ölkənin bölgə ilə bağlı uzunmüddətli təhlükəli strategiyasının olması faktini bir daha təsdiqlədi. Rusiya ilə siyasətində qarşılıqlı etimadın güclənməsi, Ermənistana hər cür dəstək verməsinə rağmən balanslı davranışın qorunması üçün çalışan rəsmi Bakı özünə qarşı düşünmənçilik kursunun dəyişmədiyini daha aydın görməyə başlamışdır. İlk baxışda Tovuz hadisələrinin gedişində Kollektiv Təhlükəsizlik qurumunun üzvü olan Ermənistanın təklifi ilə müzakirə açmağı düşünmədiyini göstərən Rusiya əl altından Azərbaycana qarşı hücumun taktiki və texniki tərəflərini müzakirə etdiyini büruzə vermiş oldu.
Təbiidir ki, Qərblə inteqrasiya və əməkdaşlıq münasibətlərində Rusiya faktorunu diqqətdən qaçırmayan rəsmi Bakı, məhz bu amili nəzərə alaraq Türkiyənin bölgədə fəal diplomatik və hərbi rolunun artırılması üçün cəsur bir qərar qəbul edərək təlim toplanışı üçün ilk dəfə bu cür geniş tərkibdə Türkiyə ordusunu ölkəyə çağırdı və on günlük möhtəşəm bir birlik və qardaşlıq mənzərəsini dünyaya nümayiş etdirdi. Doğrudur, sosial şəbəkələrdə vətənpərvərliklərinin formal tanıtımı üçün böyük Məhəmməd Əmin bəyin rəsmini profil şəkli yerinə yapışdıranlar onun irsini oxuyub anlamadıqları üçün Türkiyə ordusunun burada qalması və Qarabağı azad etməsi barədə bəsit duyğu istismarını gündəmə tolazlasalar da, əslində bu ordu on gün içində lazım olan mesajı dünyaya vermiş oldu. 1918-ci ildə Rəsulzadə Bakının işğaldan azad olunması ərəfəsində Azərbaycan hökumətinə israrla teleqram göndərirdi ki, Bakıya birici Azərbaycan ordusunun bölmələri daxil olmalıdır. O günün şifrəsini indiyə tərcümə etməli olsaq, bu o deməkdir ki, Qarabağı bütün hallarda Azərbaycan ordusu azad etməlidir və ictimai rəydə bu rolun primitiv şəkildə Türkiyə ordusunun üzərinə yüklənməsi yanlış düşüncənin məhsuludur. Bu təlimlərlə sadəcə Azərbaycan Rusiyaya öz alternativlərindən birini göstərdi. Həm də göstərdi ki, Rusiyanın bu cür düşmənçilik addımları Azərbaycanı təkləmək yerinə, onu daha çiddi müttəfiqlik münasibətlərinin yaratmaq istiqamətində real işlər görməyə məcbur etmişdir. Siyasi əməkdaşlıq baxımından Azərbaycanın Avropa Birliyi ilə daha dərin münasibətlərə can atması imkanlarını genişləndirdi.
Azərbaycanda belə təsəvvürlər hələ də yayğındır ki, torpaqların işğaldan azad olunması məsələsində Rusiyanın xeyir-duasını alaraq davranmaq vacibdir. Lakin Tovuz hadusələri bir daha göstərdi ki, Rusiyadan hansa xeyir və hansısa xoşməramlı dua gəlməyəcəyək. Ona görə də Azərbaycan ABŞ və Avropa Birliyi ilə müttəfiqliyin ən yüksək forması barədə düşünməlidir.
Rusiyanın indiyədək hiss etdiyimiz soyuq üzü Tovuz təxribatından sonra açıq-aşkar düşmən üzünə çevrilməkdədir. Diplomatiyanın dostcasına gülümsəmələrinə aldanmayaq, biz bu düşmən üzünün qarşısında dirəniş göstərən böyük bir müttəfiq və ya müttəfiqlər gücü ilə durmağa çalışmalıyıq. Ortada dövlətimizin taleyi söhbət mövzusu olanda bizim geri çəkiləcək yerimiz qalmır. Daxili həmrəyliyimizin zəruriliyini məhz bu təhlükə qarşısında anlamalıyıq.
Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur...

Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO