Ona \"dəmir pələng\" deyirdilər
Oxunub: 1344
06 Aug 2020 | 16:25
Ona \

Böyük Vətən müharibəsi illərində yüzlərlə azərbaycanlı hərbçi öz sərkərdəlik istedadını nümayiş etdirib; onlardan 12 nəfəri diviziya komandiri, 37 nəfəri briqada və alay komandiri, 9 nəfəri isə divizion komandiri vəzifələrinə yüksələrək, general və admiral hərbi rütbələrinə layiq görülüblər. Qanlı-qadalı müharibə cəbhələrində şöhrət qazanmış azərbaycanlı qəhrəmanlardan danışarkən dərhal gözlərimiz önündə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun surəti canlanır.

 

Azərbaycan xalqı, dövlətimiz ağır müharibə cəbhələrində şanlı döyüş yolu keçən sərkərdə oğullarını unutmur, onların adları daim əbədiləşdirilir.

 

Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Həzi ibtidai təhsilini də elə bu şəhərdə alır. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda işləməyə başlayır. O, savadını artırmaq üçün kursu bitirib Lənkəran şəhər məktəblərinin birində pioner baş dəstə rəhbəri işləyir. 1924-cü ilin oktyabrında Bakıya - Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir.

 

1929-cu ilin avqustunda Bakıya qayıtdıqdan sonra Həzi Zaqafqaziya Hərbi Dairəsi Hərbi Şurasının əmri ilə Borisoqlevski-Leninqrad süvari məktəbində təhsilini davam etdirir. Orduda komandir olmaq arzusu Həzinin varlığına hakim kəsilmişdi. Bununla yanaşı, o yaxşı bilirdi ki, məqsədinə çatmaq üçün gərgin zəhmət, möhkəm iradə tələb olunur. Beləliklə, hərb sənətinə bütün varlığı ilə bağlanan Həzi döyüş texnikası ilə daima yaxından maraqlanırdı. Çalışırdı ki, hərbi texnikaların incəliklərini və üstünlüklərini daha dərindən öyrənsin.

 

Həzi iki illik ali hərbi təhsilindən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasında vzvod (taqım) komandiri kimi fəaliyyətə başlayır. 1930-cu ilin əvvəllərində o, Lənkərana gəlir və Xavər adlı xanımla nişanlanır. 1933-cü ildə ailə həyatı quran Həzinin Tofiq və Arif adlı iki oğul övladı dünyaya göz açır.

 

1938-ci ildə Həzi Aslanov Ukraynanın Kiyev şəhərində hərbi xidmətini davam etdirirdi. Burada o özünü bacarıqlı bir komandir kimi göstərir. Elə həmin ildə Kotovski adına 3-cü Bessarabiya süvari diviziya məktəbinin rəisi vəzifəsinə təyin edilir. 1939-cu ildə Sovet-Fin müharibəsi başlayan kimi könüllü olaraq Həzi Aslanov Kareliyaya yollanır və döyüşlərdə böyük rəşadət göstərir. Aslanov bu şanlı döyüşlərdə iştirak edənlərin ön sırasında idi.

 

Faşist Almaniyası Sovet İttifaqına hücum edərkən Həzi Aslanov Ternopol vilayətində xidmət edirdi. Desant taboruna komandirlik edən Aslanovun döyüşçüləri faşistlərin ilk zərbələrini dəf edib, onlara qarşı igidliklə vuruşurdular.

 

1941-ci il iyunun 23-nə keçən gecə alman qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi Aslanov tam hazırlıqlı sərkərdə kimi özünün bacarığını göstərir. O, beş ay müddətinə döyüşçüləri ilə birlikdə Donbas ətrafında düşmənin şiddətli hücumlarının qarşısını mərdliklə alır. Həzi Aslanov bu döyüşlərdə özünəməxsus döyüş taktikası işlədərək düşmənin ağır tələfat verməsinə nail olur.

 

1941-cı ilin dekabrında Moskva ətrafında gedən döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq Həzi Aslanova hərbçi şöhrəti qazandırdı. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə məhz Həzi Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər.

 

Həzi Aslanov 55-ci əlahiddə tank alayı ilə feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində böyük məharət göstərmişdir. Onun tankçıları döyüşə-döyüşə 40 km-dən artıq yol gedərək, Stalinqrad ərazisində strateji əhəmiyyətli dəmir yolu xəttini düşməndən geri aldılar. Sovet tankları düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardaraq, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Aslanovçuların Kotelnikovo yaxınlığında gedən döyüşlərdə göstərdikləri böyük şücaətləri nəticəsində düşmənin 30 əks-hücumu dəf edildi. Həzi Aslanovun döyüş taktikası nəticəsində almanların bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıldı.

 

Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri vardır.

 

Stalinqrad döyüşlərində cinahlardan zərbə ustası kimi şöhrət qazanan böyük sərkərdəmiz özünü müasir hərb elmin zirvələrinə yiyələnən mahir bir komandir kimi göstərdi. Bununla bağlı o yazırdı: “Üzbəüz həmlə nə qədər cəlbedici görünsə də, mən həmişə üstünlüyü düşmənin cinahlarına zərbə endirməyə verirəm. Düşmənin cinahlarını axtarmaq, ona ən zəif yerlərindən zərbə vurmaq asan deyildir, bunun üçün hər bir komandirdən böyük əmək, zirəklik və mətinlik tələb olunur.”

 

Peşəkar hərbçilər müharibə illərində müsahibə verərkən qeyd edirdilər ki, tank hissəsi komandiri Həzi Aslanovun keçirdiyi böyük, həm də uğurlu döyüş əməliyyatları uzun müddət tədqiq və tətbiq edilməlidir.

 

1942-ci il dekabrın 22-də podpolkovnik Həzi Aslanov Stalinqrad uğrunda göstərdiyi rəşadətli döyüşlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bu barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanında yazılırdı ki, cəbhə komandanlığının döyüş tapşırıqlarını nümunəvi surətdə yerinə yetirdiyinə, qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin.

 

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov daima öz hərbi biliyini artırmağa çalışırdı... O, 1943-cü ilin dekabrın 17-dən 1944-cü ilin yazınadək bir illik təhsil proqramını üç aya mənimsəyir. 1944-cü ilin yazında Həzi Aslanov Moskvaya Zirehli Tank Qoşunları Akademiyasına kursa göndərildi. Tezliklə 13 mart 1944-cü ildə qəhrəman həmyerlimizə tank qoşunları general-mayoru hərbi rütbəsi verildi. Bundan sonra o, yenidən 35-ci qvardiya tank briqadasına qayıtdı. General Həzi Aslanov Volqa çayından başlamış bütün gərgin döyüşlərdə yenidən özünü bacarıqlı, yenilməz sərkərdə kimi göstərdi. O, 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür aldı.

 

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun tankçıları Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk döyüşlərində fəal iştirak edirdilər. 1944-cü ildə isə onun 35-ci qvardiya tank briqadası Belorusiyanın, Pribaltika respublikalarının azad olunmasında xüsusilə fərqləndilər. Artıq briqada belə adlanırdı: 2-ci dərəcəli Suvorov ordenli və Qırmızı bayraqlı 35-ci qvardiya briqadası. Döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə Həzi Aslanov ikinci dəfə "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. General Həzi Aslanovun tank briqadası 23-30 iyun 1944-cü ildə "Baqration" əməliyyatında xüsusilə fərqlənərək Minsk və Borisov şəhərlərini düşməndən azad etdi. 7 iyul 1944-cü ildə 3-cü Belorusiya cəbhəsinin komandanı İvan Daniloviç Çernyaxovski tərəfindən "Baqration" əməliyyatının gedişində şəxsi igidliyinə görə Həzi Aslanov 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildi.

 

General-mayor Həzi Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, erməni fitnəkarlığı nəticəsində bu təltif yerinə yetirilmədi. Yalnız ölümündən 47 il sonra, 21 iyun 1991-ci ildə tədqiqatçı-jurnalist Musa Bağırovun uzun illər apardığı böyük mübarizəsi, zəhməti və səyləri sayəsində Həzi Aslanova İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

 

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Litvanın Yelqava şəhəri yaxınlığında ağır yaralandı və hospitala çatdırıldı. Hərbi hospitalda tibb-sanitar xidməti komandiri, mayor Georgi Rafailoviç Beqiaşvili Həzi Aslanova ilkin tibbi yardım göstərdi. Bir gün sonra onun Moskvaya köçürülməsi tapşırılsa da, Azərbaycan xalqının qəhrəman oğlu həyata əbədi gözlərini yumdu...

 

Qəhrəman sərkərdəmizin cənazəsi 1945-ci il 26 yanvar tarixində təyyarə ilə Bakıya yola salındı. Həmin gün Bakının küçələri izdihamla dolu idi... İnsanlar qəhrəman Həzini son mənzilə yola salmaq üçün Dağüstü parka sarı irəliləyirdilər.

 

Azərbaycan xalqının şanlı oğlu Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və rəşadətinə görə üç dəfə Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, iki Qırmızı Ulduz ordeni və saysız medallarla təltif olunmuşdu.

 

Fərəh Sabirqızı


Yazı Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.

Oxşar xəbərlər
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO