İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər...
Cəmiyyət
Oxunub: 1409
03 Aug 2020 | 16:48
İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər...
İKT-dən və sosial media platformalar, onlardan geniş istifadə özündə nə qədər müsbət məziyyətlər daşısa da, mənfilikləri də olmamış deyil. Məsələn, düşmən tərəfə, bizim elektron rabitə xətlərimizə ardıcıl hücumlar həyata keçirmək, mülki vətəndaşlarımıza birbaşa təsir etmək üçün fürsətlər verir desək, yanlış olmaz.

Hələ 2016-cı ilin aprel döyüşləri zamanı (eləcə də, sonrakı mərhələdə), özəlliklə, 12 iyuldan Tovuz rayonu istiqamətində baş verən məlum hadisələr bir daha göstərdi ki, Azərbaycanda və ondan kənarda yaşayan sosial media (digər onlayn platforma) istifadəçilərinin müəyyən qismi, erməni xüsusi xidmət orqanlarının və çox təəsüf ki maşa kimi istifadə olunan bəzi azərbaycanlı journalist və blogerlərin… apardığı dezinformasiya, əks-təbliğat və “qara piar” kimi kampaniyalarının qurbanı oldu; hətta onlar bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuedilməz kontentin təbliğatçısına çevrildi. 
Bəlli olduğu kimi, piar fərdin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının, şirkətin və b.-nın ictimai informasiyasının verilməsi və onunla işbirliyinə əsaslanan irəliyə hərəkət üzrə kompleks tədbirləri ehtiva edir; işin içinə fərqli rənglər girincə, şəkil dəyişir. Biz daha çox “qara piar”dan danışır, onunla qarşı-qarşıya olduğumuzu ifadə edirik.  Rəqib partiyanın, qrupun və b. ləkələnməsi, məhv edilməsi üçün “qara texnologiya”lardan istifadə edilməsi, onun adından təhqiredici və ya təhlükəli bəyanatların verilməsi, yayılması “qara piar”dır. “Qara”nın yanında başqa arzuolunmaz rənglər də var: “sarı piar” (diqqəti cəlb etmək məqsədi ilə təhqiramiz elementlərdən istifadə; “boz piar” (qaynağını gizli saxlayan təbliğat); “özünüpiar” (öz-özünün anonim tərifidir); “qəhvəyi piar” (neofaşist və faşist təbliğatı ilə yaxın bir olay); “viruslu piar” (hazırkı formada “viruslu” anlayışı muxtar xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirləri bölüşmək anlamında işlədilir)… Daha, “qara piar”a zidd olan anlayışın nümayişi üçün meydana gəlmiş “ağ piar”, sosial məsuliyyət ifadəsi “yaşıl piar”,
pozitiv, müsbət modellərin formlaşdırırılmasına (dəstəyinə) hesablanmış təbliğat  “sosial piar” sıradışı kimi görünür. Sıradışı deyərəkən, məhz ölkədışından ölkəiçinə çamur atmaqçün tətikdə duranların dünyasını (dünyasızlığını) nəzərdə tuturam, təbii.

Əlbəttə, biz burada “piar”ın növləri haqqında danışmağa köklənməmişik; terminin çalarlarına, rənglərinə yalnız ona görə bir qədər diqqət yetirdik ki, Azərbaycana, xalqımıza və dövlət maraq-larımıza qarşı neçə çalar, necə rəng bir-birinə qarışıb  aydın görünsün. Yəni, qaramı? Qara və də boz-bulanıq bir “piar” dalğası ilə üz-üzə qalmışıqsa, biz də “ağ”ımızı, “yaşıl”ımızı, “sosial”ımızı irəli sürmək haqqına sahibik. Bu mənada, bəzən, qüsura baxmayın, “ortada yeyib, qıraqda gəzən”lərin susqunluğu, biganələyi, hətta, deyərdim, gizlənməsi başa düşülən deyil. Mövqe sahibi olmaqla, mövqesizlik yalnız şəkilçi ilə fərqlənmir – bu ürək işidir, etibar, vəfa işidir və insanlıq əyarıdır. Görünür, mövqe və mövqesizlik də, “qara piar”a qarşı fəaliyyət də, məhz hüquq, qanun relslərinə çıxarılmaqlaöz haqq etdiyi mərtəbəni, münasibəti görməlidir. Doğrudur, müvafiq qanunvericilik aktları mövcuddur, amma əlavələr, düzəlişlərlə yeni dövrün tələb və gerçəkliklərini əhatə etmək ümumi işin, dövlət və toplum maraqlarının xeyrinə olardı.
Bəli, həm Azərbaycan-Ermənistan dövlət sərhəddində, həm də xarici ölkələrdə son günlər baş verən qarşıdurma və toqquşmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranların, bunu uydurulma və saxta “məlumat”lara istinadən 7/24 rejimində təbliğ edənlərin əsas fəaliyyəti, sonuc etibarı ilə Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləməyə xidmət edir. 

Etiraf edək ki, hazırkı dünyanın gerçəklikləri ənənəvi xarakter daşımır; yeni çağırışlar, yeni imkan və həm də, yeni problemlər (imkansızlıqlar) var. 

Virtual savaşda əsl hədəf qarşı tərəfin düşüncəsinə təsir etməkdir. Bu baxımdan unikal platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün (də) geniş imkanlar yaradır.
Azərbaycana düşmən kəsilən şəxslər sosial media seqmentində yalan və böhtana əsaslanaraq, faktları təhrif etmək “metod”u ilə istədikləri sonucu əldə etməyəcəklərini bilsə də (qısa müddətli də olsa), “stəkanda fırtına” yaratmağa, bununla da aldıqları qrantlara görə “halallıq” qazanmağa çalışır. “Çamur ağ köynəyə yapışmasa da, izi qalacaq” düşüncəsində (düşüncəsizliyində) olanlara elə öz yoğurduqları çamurlar yaraşır, əslində; qoy, çamur içində olduqlarını fərq etməyə sərf edəcəkləri vaxt və enerji qədər, “qara piar” (digər arzuolunmaz rənglərdəki piar) imkanından itkiyə uğrasınlar, heç olmasa… 
Əlbəttə, durum vahim deyil, ümidsiz heç deyil! Müdrik və qədirbilən xalqımız bu cür nankorların layiqli cavabını dərhal verib, verir və daha verəcəkləri cavablar vardır. Bununla belə, Ermənistanın (ermniyanlıların) bundan gələcəkdə (də) ölkəmizə qarşı istifadə edəcəyindən heç kəsin şübhəsi olmamalıdır. Xocalı soyqırımı kimi şahidli, sənəd-sübutlu bir bəşəri cinayətin guya azərbaycanlıların özü tərəfindən törədildiyini tirajlayanlar, bu gün cəbhədə və xaricdə baş verən (anti-Azərbaycan) prosesləri də bizlərin üzərinə yıxmaq istəyir (istəyəcək).

Artıq Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdiyi qanunlara nəzər saldıqda aydın şəkildə görünür ki, Azərbaycanda bu sahədə xeyli boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca yararlanaraq, öz məkrli fəaliyyətlərini davam və inkişaf etdirir. Açığı, bundan heç də geri qalmayan başqa bir gərginlik də bizi sarmaqda, (yumşaq desək) müşahidə etməkdədir. Ölkəiçi məişət və cinsi zorakılıq hallarının, narkotik vasitə və psixotrop maddələr istifadəsinin, əxlaqsızlıq və yüngül həyat tərzinin, o cümlədən toplumumuz üçün təhlükə ərz edən digər məsələlərin onlayn platformalarda aktiv təbliğ olunduğunu (acı təssüflə) görməkdəyik.

Son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun (“Facebook Aktı” da adlandırılır) sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr, paylaşımları silməklə yanaşı, müəlliflərin “İP” ünvanları ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidir. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat bilgilərini də tələb edə bilər.

Sonuncu qanun internetdə nifrət və ədavət yayan cinayətlərə, eləcə də uşaq pornoqrafiyasının yayılmasına qarşı cəza mexanizmlərini nəzərdə tutur. Qanuna görə sosial şəbəkələr açıq-aydın cinayət tərkibli paylaşımlar barədə Federal Kriminal İdarəsinə məlumat vermək öhdəliyi daşıyır.
Bundan başqa, xəsarət yetirməklə hədələmə, ictimai yaxud yazılı şəkildə edilmiş təhqirlər və ictimai şəxslərin diffamasiyası cinayət məcəlləsi ilə tənzimlənən qanun pozuntuları sırasına daxil edilir. Qanuna əsasən, internetdə ölümlə hədələmə 3 ilədək, digər hədə-qorxular isə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, cinayət tərkibli paylaşımların “bəyən”ilməsi də internet istifadəçiləri arasında geniş yayılarsa, məhkəmənin qərarı ilə ictimai barışığın pozulması halı kimi qiymətləndirilə, cəzalandırıla bilər. Nəhayət, təcili yardım fəaliyyəti göstərən həkim və digər tibb işçilərinə edilən verbal hücumlar 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Artıq bir neçə ildir ki, qardaş və qonşu Türkiyə Cümhuriyyətində internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması yönündə hüquqi müstəvidə ciddi tədbirlər görülməkdədir. Belə ki, 4 may 2007-ci ildə “İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul edilib.

Bu sahədə bir sıra başqa addımlar da atılıb və son olaraq, Türkiyə Böyük Millət Məclisi tərəfindən (daha bu günlərdə) sosial mediaya aid tənzimləmələri özündə ehtiva 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilib.

Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısının alınması qanunun tələbi olacaq. “Twitter”, “Facebook” və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiyaya məruz qalabilərlər. 

Buyurun, inkişaf etmiş Avropada, qardaş və qonşu ölkədə, digər yaxın-uzaq, böyük-kiçik ölkələrdə internetin məziyyətlərini müşahidə edən çatışmazlıq və nöqsanlar, toplum həyatını zədələyən hallar qanunlara əlavə və dəyişikliklərə gətirib çıxarıb. Bəs biz bu dəyişiklikləri etməmək üçün “qara piar”çılardan, qanunsuz çağırışçılardan çoxmu sığortalanmışıq? Başa düşürəm ki, sualın ritorikası hamı tərəfindən hiss olunmaqdadır…

Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Oxşar xəbərlər
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
GÜNLÜK
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...