Ermənilərə özbək şapalağı: “Belə çıxır ki, biz də Çindən Avropaya qədər ərazilərə iddia etməliyik?”
Oxunub: 2636
03 Aug 2020 | 16:10
Ermənilərə özbək şapalağı:  “Belə çıxır ki, biz də Çindən Avropaya qədər ərazilərə iddia etməliyik?”
 “Sizin 30 ildir bu konfliktin həllinə dair vasitəçilik səyləriniz, mandatınız və limitiniz çoxdan bitib, yoldaşlar!”
 
Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Baxriev son zamanlar Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində etdiyi silahlı hücumlarla əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə müraciət ünvanlamışdır. 
 
Həmin müraciəti təqdim edir: 
 
Biz dünya ziyalıları, jurnalistlər, şairlər, ictimaiyyət nümayəndələri Qarabağda ermənilərin ələ keçirdiyi ərazilərin, şəhər və kəndlərin, tarixi abidələrin dağıdıldığını, dağ və meşələrin yandırılması və təbiətə qarşı bu barbar hücumları gördükdə olduqca məyus olur və hiddətlənirik. Bu cür halların baş verməsi, həyata keçirilməsi bir daha sübut edir ki, işğalçılar bu ərazilərdə özlərini müvəqqəti hiss edir və bu ərazilərin onlara məxsus olmadığını bilirlər. 
 
Xüsusilə son zamanlar regionda baş verən ekoloji fəlakət, Azərbaycan əhalisinin işğalçı Ermənistan tərəfindən su mənbələrindən məhrum etməsi məsələnin əsl mahiyyətini ortaya qoyur.
 
Bildiyimiz kimi, Azərbaycan ərazisində axan çayların əksəriyyətinin mənbələrnin işğal olunmuş ərazilərdədir, yaxud oradan axaraq keçir və bu çaylar zaman-zaman tullantılarla çirkəndirilir. Araz çayının uzun müddət çirklənməsi qiymətli balıq növlərinin itməsinə və balıq ehtiyatlarının tükənməsinə səbəb olmuşdur. 
 
Azərbaycan, işğal olunmuş ərazilər üzərində nəzarəti həyata keçirməsi qeyri-mümkündür və bu, ölkənin beynəlxalq konvensiyalar üzrə öhdəliklərini yerinə yetirməsini mümkünsüz edir. 
 
Bildiyimiz kimi, Ermənistan bugünə qədər BMT-nin Transsərhəd Su Kanallarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına qoşulmamışdır.
 
Azərbaycanın Tərtər adlı rayonunda eyni adlı çay üzərində inşa edilmiş və 100 min hektardan çox əkin sahəsinin suvarılması üçün nəzərdə tutulmuş, həcmi 560 milyon kubmetr olan “Sərsəng su anbarı” da daxil olmaqla, işğal altındakı ərazilərdə yerləşən 10 su anbarının acınacaqlı vəziyyətinə səbirlə baxmaq mümkün deyil. 
 
Uzun müddət davam edən təmirsizliyin Sərsəng su anbarını qəzalı vəziyyətə gətirməsi, Azərbaycan Respublikasının dağətəyi ərazilərdə və düzənliklərdə yerləşən yaşayış məntəqələrinin 400 min nəfərə yaxın əhalisi üçün təhlükə yaradır, habelə onların susuz qalmasına səbəb olur. İşğalçılar başa düşürlər ki, bu ərazi onlara məxsus deyil və  bu səbəbdən yaranmış bu ekoloji təhlükə onları əsla maraqlandırmır. 
 
Mətbuatdan əldə etdiyimiz məlumata görə, qış aylarında ermənilər qəsdən su anbarından suyu açır, Azərbaycan kəndlərinə su basmaları nəticəsində ziyan vuraraq bundan dinc əhaliyə qarşı amansız şəkildə istifadə edir. 
 
Yayda suya ehtiyac olduğu zaman suyun qarşısına kəsərək, insanlara qarşı əsl ekoloji və humanitar cinayət həyata keçirirlər. 
 
Bu isə bölgədə kəskin su qıtlığı, habelə əkin sahələrinin sıradan çıxması ilə nəticələnir. Bütün bunların nəticəsi olaraq, 2016-cı ildə Avropa Şurası Parlament Asambleyası sərhəd bölgələrin azərbaycanlı əhalisi üçün qəsdən sudan məhrum edilməsi barədə qətnamə qəbul etdi. Amma nə faydası?
 
Qətnamə Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal çıxarılması və orada müstəqil mühəndis və hidroloqlar tərəfindən tədqiqatların aparılmasını tələb edir. İşğal olunmuş ərazilərdə zəngin mineral ehtiyatları - 163 faydalı qazıntı yataqları mövcuddur ki, bu gün də Ermənistan tərəfindən bu sərvətlər amansız şəkildə istismar olunur."
 
“Associated Press” beynəlxalq xəbər agentliyinin platformasında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın son arteleriya atəşləri nəticəsində dağıdılmış bir evin görüntülərini izlədim. 
 
“Həftənin fotoşəkili” adlanan bu mənzərəni gördükdə mən öz qəzəb hisslərimi boğa bilmədim. Dağıdılmış evinin bir hissəsində dayanan azərbaycanlı yaşlı qadının qəzəb və qorxu ilə dolu gözləri səmaya baxaraq özlüyündə nəsə deyirdi. Güman edirəm ki, o, Allaha qəzəblə şikayət edirdi. 
 
Yayımlanan fotoşəkildə yazılır: “Ermənistanın hərbi qüvvələri tərəfindən atəşə tutulduqdan sonra Azərbaycanın Tovuz rayon sakininin dağıdılmış evi, 14 iyul 2020-ci il”. Artilleriya atəşləri nəticəsində mərmi bir qadının evinə dağıdıb.
 
Özbək mətbuatından isə mütəmadi olaraq Qarabağda dağıdılmış müsəlman məscidlərinin fotoları - Ağdam və Şuşa məscidlərində gəzən donuzların görüntülərini görəndə (bəli, ermənilər məsciddə donuz saxlayır, onları donuzxanaya çevirir) ruhum qəzəb və etiraz atəşi ilə yanır. 
 
Əsrlər boyu azanın səsləndirildiyi bu mehrablarda, böyük babalarımızın, şeyxlərimizin Quran surələrini oxuduğu və Allahla təmasda olduğu bu müqəddəs yerlərin fəryadı eşidilir. Bu yerlərdə müsəlmanlar ruhu incidilir və təhqir edilir. 
 
Erməni işğalçıları orada mal-qara saxlayır, azərbaycanlılar və bütün müsəlman dünyası üçün müqəddəs yerləri ləkələyirlər. Bu, dünyada istənilən bir millətin və din nümayəndəsinin qəbul etmədiyi bir reallıq, insanların inancının və dini baxışlarının təhqir olunmasıdır.  
 
Mən azərbaycanlıların səbrinin sonsuz olmadığını və gec-tez tükənəcəyi barədə fikirləşməyə başladım. 
 
Bəzi siyasi təhlilçilər hesab edirlər ki, Qarabağ problemi Zaqafqaziyada azərbaycanlılarla ermənilər arasındakı etnosiyasi münaqişədir və əslində isə bu açıq açığına Ermənistanın Azərbaycana təcavüzüdür. 
 
Svante Kornellin yazdığı kimi, “bütün Qafqaz münaqişələri arasında Qarabağ münaqişəsi ən böyük strateji və regional əhəmiyyətə malikdir”. Qarabağ məsələsi bütün qitə və dünya üçün vacibdir, çünki onun kənara atılması bəşəriyyətdə sonsuz müharibələrə və qanlı toqquşmalara səbəb ola bilər. Çünki planetimizdə dövlətlərin mövcud, dünya birliyi tərəfindən tanınmış ərazilərindən kənarda müxtəlif etnik qrupların mövqeyinə əsaslanan və bir-birilərinə ərazi iddiaları olan bir çox dövlət və xalqlar var. 
 
Əgər dünya "xalqların öz müqəddəratını təyinetmə hüququnu təmin etmək" adı altında ərazi bütövlüyü prinsipini qurban verəcəksə və uzun müddət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ələ keçirilməsinə, işğalına dözəcəksə, onda dünyada mövcud dövlətlərin ərazilərinə yeni-yeni başqa dövlətlərin iddiası ortaya çıxacaq, münaqişələr yaranacaq və müharibələr sonsuza qədər davam edəcəkdir. 
 
Milyonlarla Azərbaycanlı öz ata-baba yurdlarında, onlara məxsus olan ərazilərdə yaşayır və indi bu torpaqlar  xarici dövlətlərin əraziləri sayılır. Belə çıxır ki, onlar da öz müqəddəratlarını təyin etmək hüququna malikdirlər? Və bu zaman düşünün, dünyada nə qədər yeni münaqişə ocaqları yarana bilər.
 
Bundan başqa, mən öz millətimizi nümunə göstərmək istəyirəm. Onda belə çıxır ki, Özbəklər bir vaxtlar Çindən Avropaya qədər uzanan Əmir Temur imperiyasının ərazisinə, yaşadıqları ərazilərə iddia edə bilərlər?
 
Xəbər lentlərini oxudum: "Vəziyyətin gərginləşməsi, Azərbaycan və Ermənistan sərhəddində təxribat nəticəsində son iki gündə 11 Azərbaycan əsgəri və bir mülki şəxs həyatını itirib”. Azərbaycan ordusunun general-mayoru və polkovniki ölənlər arasında idi. Ermənistan tərəfi də dörd ölü əsgər və bir neçə yaralı olduğunu bildirdi.
 
Həm də beynəlxalq təşkilatlar həmişə olduğu kimi müraciətlərlə kifayətlənirlər: “BMT, ATƏT, ABŞ və Rusiya atəşkəsə əməl etməyə çağırır, BMT-nin baş katibi Antonio Guterres dərin narahatlığını ifadə etdi ....”, “ATƏT İrəvan və Bakını atəşləri dayandırmağa çağırdı". "Avropa Birliyi, eləcə də Rusiya Xarici İşlər Nazirliyi, bazar ertəsi günü qarşıdurmaları dayandırmaq üçün müraciət etdi”. “ABŞ Dövlət Departamenti sərt şəkildə hadisələri qınandı ... "
 
Bütün bu müraciətlər deklarativ istəklər olaraq qalır və dörddə bir əsrdən çoxdur ki, səslənir.
 
Qondarma "Minsk qrupu" ?! 
 
Azərbaycan xalqı və biz artıq beynəlxalq təşkilatların regionda sülh haqqında  hekayələrinə inamımızı tamam itirmişik. Təxminən 30 ildir ki, bütün dünya qarşısında, dünya birliyi tərəfindən tanınan Azərbaycan Respublikasının qanuni ərazisinin beşdə biri - 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, bir milyon azərbaycanlı etnik təmizlənmənin qurbanı olub, evlərindən və vətənlərindən məhrum edilib. 
 
Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək üçün Qarabağda yaşayan bir ovuc etnik erməni üçün qondarma "Dağlıq Qarabağ Respublikası" adlı oyuncaq qurum yaradılıb və guya bu addım orada yaşayan insanların sərbəst seçimidir. Bəs, Azərbaycanın Qarabağ ətrafı işğal olunmuş və heç zaman etnik ermənilərin yaşamadığı 7 rayonun adını nə qoyaq? Bu ərazi sahəsinə görə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən daha böyükdür. 
Yoldaşlar, əziz dostlar, nə çağırırsınızsa, çağırın, nə adlandırırsınızsa, adlandırın. Bunun əsl adı işğal və bir dövlətin digər qonşu dövlətin ərazisinə iddiası və ərazisini zəbt etməkdir. Bu münaqişə deyil, bu əsl təcavüz, işğal və etnik təmizləmədir.
 
Bu problemi həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu haqqında danışmağa sözümüz qalmayıb.
 
Minsk Qrupuna üzv ölkələrdə Qarabağda yaşayan 120.000 etnik ermənidən qat-qat çox erməni yaşayır. Əgər ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində ikinci bir erməni dövləti qururlarsa, niyə başqa ölkələrdə bu hal olmasın? Bunun arxasında hansı məntiq dayanır?
 
Sən əgər cinayətkarı öz adıyla çağırmısansa, bir dəfə də olsa real məsələyə münasibət bildirməmisənsə, onda sənə verilən bu mandat artıqdır. 
 
Heç olmasa 30 il davam etdirdiyiniz bu tamaşadan sonra etiraf edin ki, bacarmadıq. 
 
Uzun illərdir ki, stereotiplər və bəyanatlarla daim sülhə səsləyənlər, barışığa səs verənlər üçün bir sualımız var: Nə üçün məsələnin əsas mahiyətini ortaya qoyub, Ermənistandan terrorçu ordusunun Azərbaycan ərazilərindən çıxarmasını, işğala son qoyması barədə çağırış etmirsiniz? Hər şey, faktlarla ortadadır: Azərbaycan torpaqlarının yüzdə iyirmi faizi işğal edilib, zəbt olunmuş ərazilərdə şəhər və kəndlər dağıdılıb, abidələr  məhv edilir, mülki insanlar qətlə edilib, sürətli məskunlaşma həyata keçirilir.
 
Bu qədər ədalət hissinizi itirimisiniz? Bu qədər görmə və dərk etmə hissləriniz aşılanıb? 
 
Bir dövlət və bir millət üçün bundan artıq nə fəlakət ola bilər? Ona məxsus torpaqları almısan, insanlarının evini, malını, mülkünü zəbt etmisən, onların həyatlarını, min illərlə yaratdığı abidələrini, mədəni irsini, tarixini məhv etmisən, saxtalaşdırmısan. İndi hansı sülhdən danışırsınız? Gedin işğalçı, terrorçu, uşaq qatili Ermənistanla dil tapın, ortaq məxrəcə gəlin təklifini verirsiniz. Məncə,  bu sivil və normal dünya üçün bir təhqirdir. 
 
Məncə artıq Sizi dinləmək əvəzinə Azərbaycan özündə güc tapıb, bu təcavüzü, işğalı özü, öz gücü ilə aradan qaldırmalıdır. Tam əminəm ki, özünü sivil dünyanın bir hissəsi hesab edən, özünə hörmət edən heç bir dövlət təcavüzkar Ermənistanın yanında dayanmayacaqdır. 
 
Minsk qrupuna isə bir mesajımız var: Sizin 30 ildir bu konfliktin həllinə dair vasitəçilik səyləriniz, mandatınız və limitiniz çoxdan bitib, yoldaşlar!
 
Tovuz hadisələri zamanı Türkiyə Xarici İşlər Nazirliyi daha açıq bir açıqlama verdi: "Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində etdiyi silahlı hücumları qətiyyətlə pisləyirik ... Türkiyə bütün mümkün yollarla Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək."
 
Ukrayna Azərbaycanın bütövlüyünü dəstəkləyir - "vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına" çağırırdı.
 
Türk Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatını qınadı.
 
Mən bu sətirləri yazarkən ABŞ-dan bir xəbər gəldi: “ABŞ Senatı Ermənistanın Azərbaycan ərazisini ələ keçirməsini işğal adlandırdı”. 
 
Siyasətçilərdə əbədi bir söz var: "Münaqişənin hərbi yolla həlli yoxdur". Və otuz ildən çoxdur ki, bu çağırış səslənir. 
 
Əcəba Ermənistan bu əraziləri dinc danışıqlar yolu ilə ələ keçirdi? Ki, sülh və danışıqlar yolu ilə də geri qaytarsın? 
Unutmaq olmaz ki, əbədi və sonsuz heç nə yoxdur. azərbaycanlıların səbrinin də sonu vardır. Bu məsələnin sülh yolu ilə həll ediləcək deyə düşünənlərin sayı təbii olaraq gündən günə azalır və bir qədər sonra tamamilə bu ümidlər yox olacaqdır. 
 
Özbəkistan daim  beynəlxalq hüququn prinsiplərini, dövlətlərin ərazi bötövlüyünü dəstəkləyib və dəstəkləyəcək. Biz ədalətin yanındayıq. Qardaş Azərbaycan xalqını bu təcavüzdə yalqız qoymayacağıq və onlarla çiyin-çiyinə dayanacağıq.
 
Karim BAXRIEV,
Özbəkistan Jurnalistlər Birliyinin 
İctimai Şurasının sədri, 
şair və tərcüməçi.
Daşkənd şəhəri, 3 Avqust 2020-ci il
Oxşar xəbərlər
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO