Təhsil
naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını və qonaqları salamlayıb,
təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzulayıb. Nazir
müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi
və müdrikliyi sayəsində formalaşdığını bildirib və ulu öndərin hər zaman təhsil
sahəsinə diqqətlə yanaşdığını nəzərə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev
tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan
danışan təhsil naziri respublikada əlverişli təlim mühitinin yaradılması
istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan
edildiyini nəzərə çatdırıb.
Ümumi
orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha
səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib. Təhsil naziri
müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata
qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə
artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin
olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər
haqqında məlumat verib.
Təhsil
naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını
söyləmiş və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
“Bilik
günü” münasibəti ilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli
vacib məsələlərlə bağlı fikirlərini bildirib, yeni dərs ilində təhsil
ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.
Sonra
məktəb direktorları və müəllimlər onları maraqlandıran məsələlərdən söz açıb,
müvafiq təkliflərlə çıxış ediblər. Təhsil naziri qeyd olunan məsələlər haqqında
fikirlərini bildirib və təhsil işçiləri tərəfindən irəli sürülən bütün uyğun
təkliflərin nəzərə alınacağını vurğulayıb.
Konfransda
Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr seçilmiş və konfransın
qətnaməsi qəbul olunub.
Sonda
konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə müraciət qəbul edilib.