Dünən Təzə Pir Məscidində hakim Milli Azadlıq Hərəkatının tanınmış
simalarından, Yeni Azərbaycan partiyasının qurucularından olan sabiq mətbuat və
informasiya naziri Sirus Təbrizlinin 3 mərasimi keçirilib.
Onların arasında Diaspora ilə Üz Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xarici İşlər Nazirinin müavini Mahmud-Məmməd Quliyev də vardı. Mərasimdə diqqəti çəkən məqamlardan biri də Sirus Təbrizlinin YAP-dakı veteran dostlarının orada olması oub. Belə ki, Heydər Əliyevin hakimiyyəti dönəmində hökumətdə müxtəlif vəzifə tutan və millət vəkili olan şəxslər bir masa ətrafında cəmlənib. Sabiq nazir Əli Nağıyev əməkdaşımızla söhbətində Sirus Təbrizli ilə bağlı xatirələrini danışıb. Dedi ki, Sirus Təbrizli ilə ilk dəfə 1992 -ci ilin iyununda tanış olub: “Biz həmin dövrdə yaş senzi ilə bağlı keçirdiyimiz mitinqlərdə birlikdə olmuşuq. Sonradan YAP-ın yaradılması prosesində birgə iştirak etdik. Mən iyunun 13-də bir qrup görkəmli ziyalılarımızla- Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Ziya Bünyadovla Naxçıvana Heydər Əliyevin yanına getdik. Biz xahiş eləmişdik ki, partiya yaradaq və sədri olsun. O, nə “hə”, nə də “yox” dedi. Biz anladıq ki, prinsipcə razıdır.Sonradan mən iyunun 22-də yenidən qayıtdım. Heydər Əliyev bildirdi ki, partiya ilə bağlı Sirus Təbrizli ilə əlaqə saxlayım. Bildirdi ki, Sirus Təbrizli partiya üçün ad fikirləşib. Mən Bakıya qayıdanda yenidən Sirus Təbrizli ilə görüşdüm. Bir sözlə onu YAP-ın quruculuğunda xidmətləri olan bir şəxs kimi tanıyıram. Dost olmamışam, amma silahdaş olmuşuq. Münasibətlərimiz reallığa söykənib”. Əli Nağıyev Sirus Təbrizliyə qarşı YAP-da haqsızlıq edilməsi barədə sualımıza belə cavab verdi: “Mən o dövrdə Bakıda yox idim. Proseslərin içində də deyildim. Partiya rəhbərliyinin adından danışa bilmərəm. Amma bu gün mövzu bu deyil”.
“91-lər”in digər bir təmsilçisi,
sabiq deputat Südeyif İmamverdiyev də Sirus Təbrizli itkisinin ağır olduğunu
dedi: “O, Milli Azadlıq Hərəkatında öz sözü ilə tanınıb. YAP-ın qurulmasında,
Heydər Əliyevin hakimiyyətə gəlişində müstəsna xidmətləri olub. Onun ölümü
böyük itkidir”.
Pərviz Həşimli