Ruhi şəxsi həyatından danışdı
Oxunub: 17328
09 Sep 2013 | 13:37
Ruhi şəxsi həyatından danışdı
“Mən arzu edərdim ki, övladlarım yalnız zahiri baxımdan deyil, həm də ağılda, savadda, bacarıqda atalarına oxşasınlar” 


Xeyli müddət idi ki, onunla şəxsi həyatı, işi, gələcək planları ilə bağlı  müsahibə götürməyə çalışırdım. Ancaq alınmırdı. Hər dəfə meribancasına bir səbəb gətirib, "gələn dəfə, əzizim" deyirdi.  Həmkarlarım da onun mediadan uzaq durmağa çalışdığını, şəxsi həyatı ilə bağlı isə ümumiyyətlə danşmağı xoşlamadığını söyləyərək, mənə işimin zor olduğunu deyirdilər.  Nəhayət, baş tutdu. Hamımızın biznes-ledi kimi tanıdığımız Ruhi xanımdan uzun müddətdən sonra olsa da, istədiyim müsahibəni ala bildim.  

Beləliklə, Ruhinin "Qafqazinfo"ya müsahibəsini təqdim edirik:

- Ruhi xanım, sizi mətbuatda çox gec-gec görürük. Deyəsən, müsahibə verirməyi o qədər də xoşlamırsız? 

-Düzünü deyim ki, yox. Ən son xeyli müddət öncə “Qafqazinfo”ya müsahibə vermişdim. Əlbəttə, mətbuata da, jurnalistlərə böyük hörmətim var. Onların arasında çoxlu yaxın dostlarım, rəfiqələrim var.  Elə onlar da son aylarda dəfələrlə  məndən müsahibə almaq istəyiblər, razılıq verməmişəm. Bilmirəm necə oldu amma, sən «saqqızımı” oğurladın. Görünür, səni hamıdan çox istəyirəm(gülürük). 
Amma bu o demək deyil ki, mətbuatdan qaçıram. Sadəcə əvvəla, gündəmdə olmağın və ya başqa nəyinsə xətrinə günaşırı mətbuata çıxıb, el diliylə desək, oxucuların «gözünün yağını» aparmağı düzgün hesab etmirəm. 
İkincisi də, bilirsiz xeyli müddət idi ATV telekanalında böyük bir layihə həyata keçiridik. “Özünə bax” zövq yarışmasını nəzərdə tuturam.  Demək olar ki, hər gün çəkilişlərdə idik. Bu səbəbdən də müsahibə verməyə nə vaxtım var idi, nə də halım. 

- Ancaq “Özünə bax” layihənizdən öncə də mətbuatda,  ekranlarda çox az-az görünürdünüz...
- O zaman məni bu həyatda ən çox sevindirən bir səbəb vardı- ana olmağa hazırlaşırdım (gülümsünür). Əgər şou-biznesi, mügənniliyi nəzərdə tutursunuzsa, onunla daha əvvəldən vidalaşmışdım. Bunun da səbəbi müqəddəs Kəbəni ziyarət etmyim, Hacc ziyarətinə gedib-gəlməyim idi. Allah hər kəsə qismət eləsin. Əlbəttə, bu adın məsuliyyətini daşımaq asan deyil.  Hacc ziyarətində olan insan  hərəkətlərində, geyimində, danışığında daha diqqətli olmalıdır. Ən azı ona görə kənardan baxanlar deməsinlər ki, «hacıxanımdır, bunun hərəkətinə və ya geyiminə bax».  Odur ki, şou-biznesdən uzaqlaşmağa qərar verdim. 

- Bu o deməkdir ki, Ruhi xanımı müğənni kimi  bir daha oxuyan görməyəcəyik? 
-Bilirsiz necədir, dünyaca taninmiş, nüfuzlu insanlar var ki, müəyyən status daşımasından aslı olmayaraq incəsənətə, musiqiyə olan sevgisindən mahnı bəstələyib və ya ifa ediblər. Bu da fikrimcə, insanın daxili aləminin zənginliyindən irəli gəlir.  Mən bunu əvvələr də demişəm, içimdə oxumağa bir istək, necə deyim, qığılcım gördüm və başladım oxumağa. Amma mən heç vaxt sırf müğənnilik karyerasi qurmaq barədə düşünməmişəm. Çünki bu sənət insandan çox böyük məsuliyyət tələb edir. Düşünürəm ki, hər kəs müğənni ola bilməz və buna cəhd etməməlidir. İstedadı, səsi və ən əsası musiqini yaşamaq qabiliyyyəti yoxdursa, əlinə mikrafon almamalıdır.  Bəli, mənim fikrimcə,  müğənni olmaq üçün oxuduğun hər mahnını yaşamalısan. Onun dilinlə deyil, qəlbinlə oxumalısan, mahnıya özünü qoymalısan. Bu da asan iş deyil. Hər kəsə nəsib olan da bir iş deyil. Bunun üçün musiqi istedadı, savadı ilə yanaşı, Allah insana geniş ürək də verməlidir. Ona görə də  xaricdə müğənnilərə böyük dəyər verilir, onlara xüsusi hörmətlə yanaşılır. Bizdə isə təəssüf ki, belə deyil, hətta tam əksinədir. Bu da onunla bağlıdır ki, bir çox hallarda istedadı, musiqi duyumu olmayanlar müğənnilik edirlər.  Əlbəttə, istedalı müğənnilərimiz də çoxdur. Məsələn, bu yaxınlarda Zülfiyyə xanımın Mir Yusiflə olan bir duetini dinlədim. Yay aylarıdır deyə Novxanıda yaşayırıq, şəhərdən bağa qədər- o uzun yolu həmin mahnını dəfələrlə dinlədim. İnanın, sanki mahnıyla yaşadım. Bax əsl müğənni oxuduğu mahnını dinləyiciyə yaşatmağı  bacarmalıdır. Ona görə də, müğənni olmaq həm böyük sərvətdir, həm də böyük məsuliyyət tələb edir. Mən çox məsuliyyətli, hər şeyə ciddi yanaşan insan olduğuma görə müğənni adını boynuma götürə bilmədim.
Düzdür, ifa edə bilərəm... Ancaq istisna hallarda, öz yaxınlarım üçün. Məsələn bu yaxınlarda öz balalarım üçün mahnı oxumuşam. Xanım İsmayılqızının bəstəsidir, Məhəmmədimlə Həsəninmə həsr olunmuş  bir mahnıdır. Yəni belə balalarımla bağlı, ya çox dəyər verdiyim başqa biri ilə, nə iləsə bağlı mahnı olarsa, daxilimdən gələrsə zümzümə edərəm. Amma müğənni kimi deyil, sadəcə Ruhi kimi...

- Ruhi xanım həm müğənnilik etdiyiniz dövrdə, həm də sonrakı illərdə daima söz-söhbətin, dava-dalaşın, qarşırıqlı ittihamların bol olduğu şou-biznes cameəsində sizə fərqli münasibət olub. Yəni, sizinlə bağlı kiminsə, necə deyərlər artıq-əksik danışdığının şahidi olmamışıq. Bu nə ilə əlaqəlidir? Bəlkə sizdən çəkinirlər?
- Yox, əlbəttə, niyə çəkinməlidirlər? Hörmət edirlər desək, daha düzgün olar. Tanıyanlar bilir, sənə də məlumdur ki, mən ünsiyyətdə olduğum hər bir insana, çox böyük hörmətlə yanaşan, ona bacardığım yaxşılığı etmək istəyən biriyəm. İnanın, bunu kiməsə xoş gəlsin deyə etmirəm, sadəcə  təbiətim belədir. Həyatım boyu bilərəkdən heç kimə pislik etməmişəm, yuxarıdan aşağı baxmamışam və yəqin ki, bundan sonra da belə olacaq.

Təbii ki, özümə qarşı da o hörməti tələb edirəm. Çünki mən sənə hörmətlə yanaşıramsa, sənin də mənə ən azı sayqısızlıq etməyə haqqın yoxdur. Və açığı indiyə qədər heç kimdən də hörmətsizlik görməmişəm.

İkinci bir tərəfdən, mənim müğənni dostlarımla bölüşəcəyim nə isə olmayıb,  elə indidə yoxdur ki, dava da salaq. Toy davasına çıxmamışam, reytinq dalınca qaçmamışam, nə bilim gündəmə gəlmək üçün kiminsə «bostanına daş atmamışam» və sair. Dahasını demək istəmirəm... Yəni müğənnilər arasında söz-söhbət belə məsələlər üstündə olur ki, bunlar da mənə yaddır. Mən düşünürəm ki,  hər bir xanım ilk növbədə xanımlığını düşünməli, onu qorumalıdır. Çünki, xanım adının arxasında çox böyük məsuliyyət dayanır. Xanım anadır, xanım bacıdır, xanım həyat yoldaşıdır. Buna görə də şəxsiyyətindən, kimliyindən asılı olmayaraq xanımlara hər bir kəs hörmət qoymalıdır. Təbii ki, sən də özünü xanım kimi aparmalısan...

- Xanımları ən çox qayğılandıran məsələlərdən bir də gözəl görünməkdir. Ruhi xanım, Azərbaycanın ən gözəl xanımlarından birisiniz. Maraqlıdır, gözəl qadın olmaq bir xanıma gözəllikdən başqa nə verir?
- Gözəllik başa bəladır, deyirlər(gülür)... Əslində isə mən düşünürəm ki, gözəl qadınlar rəbbimizin çox sevdiyi bəndələrdir ki, ona gözəlliyi lütf edir. Hesab edirəm ki, qadının daxili ona layiq olmasa idi Allah ona digər qadınlardan daha üstün gözəllik lütf  etməzdi.  Sualınızın ikinci hissəsinə gəldikdə isə deyim ki, gözəllik  müəyyən mənada qadına xoşbəxtlik verə bilər. Amma bir gözəlliklə də xoşbəxt olmaq olmur. Məsələn nə qədər gözəl olsa da, qadın əgər ailəlidirsə və ana ola bilmirsə, onu həyatda heç nə xoşbəxt edə bilməz.
Eyni zamanda qadın gözəl və ya eybəcər olmasından asılı olmayaraq, sevilməlidir. Bir qadın gözəldir, amma sevilmirsə, heç nə ilə xoşbəxt olmur. Gərək yanında  o sevgini hiss etdirəcək adamlar olsun ki, xoşbəxt olasan. Övladın, doğmaların və səni sevəcək, eləcə də sənin sevəcəyin insan. Ona görə də mən həmişə dualarımda birinci növbədə sevdiklərimə- övladlarıma, doğmalarıma, anama, qardaşıma, özümə və həmçinin məni sevən hər kəsə  can sağlığı diləyirəm. İkinci də Allahadan ana olmağı arzulayan hər qadına bunu qismət etməsini arzulayaram. Bu hiss o qədər gözəl hissdir ki... Aybəniz, anasan sən?

-Yox, subayam.
-İnşallah Allah qismət edər. O hiss o qədər böyük bir hissdir ki, ona heç bir şey qalib qələ bilmir. Qadın üçün ən böyük xoşbəxtlik ana kimi övladını qucağına almaqdır. 

-Yeri gəlmişkən, Ruhi xanım deyəsən, sadəcə özünüzü səliqəyə salmısınız, makiyajsızsınız.
- Saytınızın oxucuları bir zaman yazmışdılar ki, məni makiyajsız görmək istəyirlər, mən də onların istəyini nəzərə alıb, belə gəldim (gülür)...

-Sevgidən söz dümüşkən, Ruhi xanım, əks cinslər arasında olan sevgi sizin üçün nə deməkdir? 
- İstənilən halda sevmək və sevilmək insanı xoşbəxt edir. Bəlkə də, övladlarım dünyaya gəlməmişdən öncə bu cür sevgidən çox danışa bilərdim. Amma pafoslu çıxsa da gerçəkdən ana-övlad sevgisi bütün sevgilərdən üstündür, əvəzediməzdir. Övlad sevgisinin yanında bütün sevgilər kiçilir. Əvvəllər bütün sevgisini övladına verən qadınları çox qınayırdım. Deyirdim, “övlad var, var da, insan öz həyatını da yaşamalıdır» və s.  Amma indi, Aybəniz, görürəm ki, mən çox yanılmışam... Həm də lap çox... Bilmirəm, bəlkə də mən çox gənc yaşımda ana olsaydım belə düşünməzdim. Artıq hər şeyi götür-qoy edə biləcək yaşda ana olduğuma görə, övlad sevgisini çox dəyərləndirirəm. Bu elə bir hiisdir ki, bütün sevgilərin, bütün istəklərin  önünə keçir. Şəxsən mən övladlarıma görə hər şeydən və hər şeydən keçərəm. Övlad sevgisini nə iləsə əvəzləyən, nəyəsə satan qadınları mən çox aciz, cılız hesab edirəm. Odur ki, Aybəniz, incimə mən daha böyük bir yox, iki sevgi yaşadığım halda, ondan aşağıda qalan əks cinslər arasında olan sevgi haqda geniş danışa bilmyəcəm...

- Bəs bəzən sevgini bitirən xəyanətə münasibətiniz necədir? Xəyanətlə qarşılaşmağı gözə alırsınızmı?
- Hər bir insan xəyanətlə qarşılaşa bilər. Axı xəyanət yalnız sevgililər arasında, kişi-qadın münasibətlərində olmur. Yaxın dost bildiyin, güvəndiyin insanlar da sənə xəyanət edə, arxadan zərbə vura bilər. Məncə ən böyük xəyanət də elə budur. Belə xəyanətləri bağışlamaq çətindir, bəlkə də mümkün deyil. Ancaq kişi-qadın münasibətlərində xəyanət həmişə olub, yəqin ki, bundan sonra da olacaq. Bizim millətin mentaliteti elədir ki, kişilər tərəfidən edilən xəyanətlərə adi hal kimi baxılır. Qadınlarmız mənə qəzəblənsələr də, şəxsən mən də o düşüncədəyəm, kişinin xəyanəti bağışlana bilər. Amma qadının xəyanəti..., bilmirəm çətindir, kişi o qədər onu sevməli, o qədər dəyər verməlidir k, onu bağışlaya bilsin. Hərdən mənə deyirlər ki, sən qadın kimi düşünmürsən, kişi kimi düşünürsən. Ancaq mənim fikrimcə, ərinə, ailəsinə xəyanət edən qadın bağışlanılmağa layiq deyil... Əlbəttə deyə bilərsiniz ki, qadın da xəyanəti bağışlamamalıdır. Belə qadınlar da var və mən oların düşüncəsinə də hörmətlə yanaşırım.  Amma mənim şəxsi fikrim belədir ki, qadın ailəsini, davamlı münasibətini, övladlarını düşünürsə, kişinin ötəri hisslərindən baş verən xəyanətlərə göz yummalıdır, özünü bilməməzliyə vurmalıdır. Kişi kişidir də, çox şey edər, çox söz deyər... Kişini başa düşmək olar. Çox təəssüf edirəm ki, bizim  bəzi qadınlar bu haqda eşitdikdə, dayana bilmirlər. Evdə dava-qırğın salır, səhərdən axşamacan bu haqda danışır, nəticədə illərdir bir evdə yaşadığı insana aralarında heç bir hörmət qalmır. Halbuki qadın- kişi münasibətində sevgidən də vacıib olan hörmətdir. Gərək onun aradan qalxmasına imkan verməysən.  Hörmətsiz sevgi ehtiras deməkdir, o  da 2-3 aya bitir. Ancaq qarşılıqlı hörmətə söykənən həqiqi sevgi heç zaman bitmir. Sevdiyindən uzaq da olsan, birgə də olsan, onun xəyanətini də görsən, yalanını da görsən, yenə də sevirsən. 

-Belə çıxır ki, qadın kimi qısqanc xanım deyilsiniz?
- Əvvəllər çox qısqanc idim, amma övladlarım əlimdən hər şeyi aldılar... Qısqanclığımı, çılğınlığımı, dəliliyimi, hər bir şeyi, heç nə qalmadı, Ruhi oldu bomboş. Məhəmməd bir az aldı, Həsən də bir az... (gülür).  Sevgisini övladlarına verən qadında nəyə, kimə qısqanclıq qala bilər?

- Həyatınızın ən keşməkeşli dönəmi nə zaman olub?
-Övladlarım dünyaya gəlməmişdən öncə. Psixoloji olaraq gərgin olmuşam, bəzi zərbələr almışam. Buna görə hətta həyatdan küsən vaxtlarım da olub. Ancaq oğlanlarım dünyaya gələndən sonra gücləndim, rahatlaşdım, həyata baxış tərzim dəyişdı. Düşündüm ki, bu qədər əsəb, bu qədər stress, bu qədər özünə qapanmaq nəyə lazım imiş? İndi məni böyük ölçüdə qorxudan, narahat edən heç bir şey yoxdur. Ancaq eyni zamanda övladlarımla bağlı ən adi  narahatçılıqdan bərk qorxuya düşürəm. Azca qızdırmaarı olanda, özümü itirirəm, qorxudan əl-ayağım əsir. Yəni, övlad insanın nəinki həyat tərzini, dünyaya baxışlarını, maraqlarını, istəklərini, hətta qorxusunu belə dəyişə bilir. İşdə, də yatanda da, istirahət edən də onlar haqda düşünürsən.

- İstirahət demişkən, bu yay dincəlməyə hara getmişdiniz?
-  Heç bir yerə, Elə Bakıda oldum. Daha dəqiqi yayı Novxanıda, bağda keçirmişəm. Əsində övladlarımı da götürüb, xaricə istirahətə getməyi düşünürdüm. Çünki onlardan ayrı uzun müddət dayana bilmirəm. Ancaq Həsənin səhətində müəyyən problemlər olduğundan, həkimlər hardasa yaş yarıma qədər təyyarəyə mindirməyi, uzaq səfərə aparmağı məsləhət gömədilər.  Mən də buna görə, harasa istirahətə gtməkdən daşınıb, bu yayı övladlarıma həsr etdim. Ancaq deyim ki, övladlarımın yanında keçirdimyim hər dəqiqə, mənə istənilən yerdə keçirəcəyim istirahətdən daha xoş təsir bağışlayır, daha çox güc verir.  

-Yeri gəlmişkən, oxucular da bilsin ki, Məhəmməd və Həsən əkizdilər. Amma bir-birindən xeyli fərqlənirlər. Adətən onları kimə oxşadırlar?
-Hamı onları daha çox atalarına oxşadır...Mənə oxşamadılar (gülümsünür)... Görənlər, qohum-əqraba Həsənin atasına daha çox oxşadığını bildirilər. Mən isə Məhəmmədi atasına daha çox oxşadıram. Sadəcə Məhəmmədin sarışın olmağı görənləri ilk baxışda aldadır. Amma baxışlarına, sifət ciziləriniə və sairə görə Məhəmməd daha çox atasına oxşayır.  Elə uşaqları bir-neçə dəfə görən, diqqətlə baxanlar da bunu təsdiqləyir. 

-Uşaqların hər ikisinin sizə deyil, atalarına oxşaması sizi narahat etmir ki? 
- Yox, niyə narahat etsin. Oğlan uşaqlarıdır, atalarına oxşamaları daha yaxşıdır. Mən arzu edərdim ki, yalnız sifətdən, zahiri baxımdan deyil, həm də ağılda, savadda, bacarıqda atalarına oxşasınlar. Hansı ana istəməz ki, övladları ataları kimi savadlı alim, bacarıqlı iş adamı olmasın. İnşallah belə də olar. Atalar deyib, ot kökü üstə bitər. Onların gələcəkdə atalarının fəxr edəcəyi bir övlad kimi yetişməsi üçün ana kimi nə lazımdırsa etməyə çalışacam. 



- Övladlarınız gələcəkdə necə, hansı peşənin sahibi kimi gömək istərdiniz? 
- Əlbəttə, bütün analar kimi ik növbədə canlarının sağ, dərddən-bəladan uzaq  olmalarını Allahdan diləyirəm. Eyni zamanda onların Allahı heç vaxt yaddan çıxarmayan imanlı, vicdanlı və şərəfli bir insan olmalarını arzulayır,  onlarda ən yüksək keyfiyyətləri görmək istəyirəm. Hansı peşəni seçmələri önəmli deyil. Əsas odur ki, yalnız ailəsinin deyil, həm də dövlətinin, millətinin adını ucaldam, intellektli bir şəxsiyyət kimi yetişsinlər. Hər halda  bundan sonra mən bütün həyatımı onların vətənə layiqli bir övlad  kimi yetişməsinə sərf edəcəm. Və onların seçiminə hörmətlə yanaşıb, bacardığım dəstəyi verəcəyəm.

-Birdən incəsənəti seçsələr necə, yenə dəstək verəcəksiniz? Adətən incənət xadimləri övladlarını bu sahədən uzaq tutmaq istəyirlər...
-Mən elə düşünmürəm, hansı sahəni  seçmək insanın daxilindən gələn bir istəkdir. Onun arzularıyla bağlıdır. Bir insanı istədiyi peşədən uzaqlaşdırmaq onun arzularını boğmaq, ideallarını məhv etməkdir. Ona görə də mən valideynlərin övladlarının seçiminə hömətlə yanaşmasının, onlara dəstək verməsinin tərəfdarıyam. Təbii ki, özüm də belə edəcəm.

-Bəs özünüz incəsənətə gələndə ailənizin reaksiyası necə  olmuşdu, sizə dəstək vermişdilər?
-Nə danışırsız, nə dəstək, evdə müharibə olmuşdu (gülür). Aylarla məni danışdırmadılar, küsdülər. Təbii ki, onlar başqa şeylərdən qorxurdular...
Amma gərək öz övladlarını tanıyaydılar, ona inanaydılar. İnsanın qabında nə varsa, odur. Nə isə, hər halda sonra yanıldıqlarını gördülər.

-Yeri gəlmişkən, Ruhi xanım, bilirik ki, şəxsi həyatınızla bağlı çox danışmağı xoşlamırsız. Ancaq, oxuculara maraqlıdır, şəxsi həyatınızda hər şey qaydasındadırmı?
-Şükür Allaha ki, hər şey qaydasındadır və dəyişən bir şey yoxdur, necə var elə də gedir. Özümə qarşı insanların o qədər sevgisini hiss edirəm ki, bu da məni xoşbəxt edir. Yəni, xoşbəxt olmağım üçün nə lazımdırsa həyatımda var. Ən əsası anayam. İnan səmimiyyətimə, tam rahatlıqla deyirəm ki, neqativ olan nə var idisə övladlarım yox etdi. Indi bütün fikrim-zikrim onlardır. Düşünürəm ki, aha onların bir yaşı oldu, iki yaşı olanda filan bağçaya, təlimə göndərim, böyüyəndə filan məktəbdə oxusunlar, bu dilləri bilsinlər və sair. İndidən  Həsəni idmana yönləndirmək haqda düşünürəm... Məhəmmədlə bağlı başqa planlar qururam. Beləcə vaxtın, ayların hardan gəlib-getdiyini belə hiss etmirəm.  

- Bəs işə necə vaxt ayıra bilirsinizmi? Bilirik ki, şəxsi biznesiniz var, eləcə də müxtəlif  layihələr həyata keçirirsiniz. Biznes-ledi olmaq çətin deyi ki?
- Desəm ki, çətinliyi yoxdu, əlbəttə, doğru olmaz. Hər bir iş, fəaiyət  zəhmət tələb edir. İstər bu biznes sahəsi olsun, istərsə də başqa sahə. Xüsusən biznesi qoruyub saxlamaq, onu qurmaqdan daha çətindir.  Bununla belə mən özümün biznes-ledi kim təqdim olunmağımı o qədər də doğru saymıram. O qədər böyük şirkətləri olan, çox geniş işlər görən biznesmen xanımlar var ki, onların yanında mən özümü belə adlandırmağı düzgün hesab etmirəm. Mənim kimi xanımları fikrimcə, iş qadını adlandırmaq daha doğru olar. Eyni zamanda bilirsiniz ki, mən yalnız biznes sahəsidə fəaliyət göstərmirəm. Həm ictimai fəaliyyətlə məşğul oluram, həm də müxtəlif laihələr həyata keçirirəm. 2007-ci ildən YAP-ın Nəsimi rayon Qadınlar Şurasının üzvüyəm.  Eyni zamanda bir müddət bundan öncə dostlarımla birlikdə yeni qeyri-hökumət təşkilatı yaratmışıq- “Çıraq” Gənc İstedadlar Dəstək İctimai Birliyi. Dostlarım da mənə etimad göstərib, birliyə sədr seçiblər. Hansı ki, bu təşkilatın xətti ilə Bakıda və regionlarda istedadı olan gənclərə həm maddi, həm mənəvi kömək edirik.  Televiziyada həyata keçirdiyimiz layihəni isə yəqin ki, bir xanım kimi izləyirsiz.  Yəni, gördüyünüz kimi işə də kifayət qədər  çox vaxt ayrıram. 

- Dediklərinizdən sonra gördüm ki,  mən sualı səhv qoymuşam. Əslində bu qədər işi necə çatdırdığınızı soruşmalıyam. Çətin deyilmi?
- Dediyim kimi, əlbəttə müəyən çətinlikər olur. Ancaq bu çətinlikləri, çox sağ olsunlar,  dostlarımla birlikdə aradan qaldırırıq. Ətrafımda çox gözəl insanlar,  yaxşı dostlarım var və bütün bu işləri görməkdə mənə yaxından kömək edirlər, dəstək  olurlar. Məni tək qoymurlar, uğurlarımda onların da payı çoxdur. Bir də ki, insan gərək gördüyü işi sevsin. Əgər bir işi sevə-sevə görürsənsə, əziyyətini hiss etmirsən. Əlbəttə yoruluram.  Ancaq evə gəlib,  Məhhəmmdlə Həsəni qucağıma aldıqda büitün yorğunluğum keçir. 

-Layihələrdən söz düşmüşkən, sizin təşkilatçılığınızla keçən «Best Model of Azerbaijan” gözəllik müsabiqəsindən hələ də danışılır. Müsabiqənin təşkilatçılığını yenidən öz üzərinə götürmək istəmirsiniz ki?
- Acığı belə təklif var. Hətta təklifdən çox, israr edirlər ki, təşkilatçılığı yenidən öz üzərimə götürüm.  Bu yaxınlarda Türkiydə Hakan Akkayanın ad günündə Erkan Özermanla qarşılaşdıq. Bilirsiniz ki, məndən sonrakı «Best Model of Azerbaijan” müsabiqələri çox aşağı səviyyədə təşkil olunub. Erkan bəy də deyir, səni yenidən bu layihədə öndə görmək istəyirik. İstəyirik yenə sən bu layihənin keyfiyyətini qaldırasan. Düzdür, mən ona söz vermədim, bildirdim ki, işlərim çoxdur. Uşaqlarla çox məşğulam. Ancaq bilmirəm, fikirləşirəm, bəlkə də oldu.

- ATV telekanalında həyata keçirdiyiniz «Özünə bax» zövq yarışması  necə yarandı? Layihənin davamı olacaqmı? 
 - O layihə mən hələ ana olmamışdan əvvəl düşünülmüşdü. Dostlarımız bildirmişdilər bu layihədə səni də görmək istəyirik. Mən bildiyiniz kimi, həm Texnalogiya Universitetində tikiş ixtisası üzrə təhsil almışam, həm də hazırda Rəssamlıq Akademiyasında sənətşunaslıq üzrə ikinci təhsilə yiyələnirəm. Yəni, moda mənə yad sahə olmadığından, təklifi qəbul etdim. Əslində mən özüm də neçə il idi ki, Azərbaycanda belə bir layihənin həyata keçirmək arzusunda idim, onun təşkili haqqında fikirləşirdim. Hətta Türkiyədə olarkən, anoloji yarışmanın təşkilatçıları ilə bu məqsədlə bir neçə dəfə görüşüb, söhbət də  etmişdik. Ancaq həm ana olmağa hazırlaşdığımdan, təxirə salmalı oldum. Nəhayət, bu il ATV telekanalı ilə birlikdə layihəni həyata keçirməyə müvəffəq olduq. Və çox şadam ki, «Özünə bax-1» çox böyük diqqət qazandı və uğurla yekunlaşdırdıq. Təbii ki, burda layihənin yaradıcı kollektivinin,  münsiflər həyyətində iştirak edən hər bir şəxsin, eləcə də ATV-nin rəhbərliyinin, şəxsən Vüqar Qaradağlının da böyük rolu var. Buna görə də onların hər birinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Sualınızın ikinci hissəsinə gəldikdə isə bildirim ki, bəli, layihənin davamı olacaq və yaxın günlərdə yenidən fəaliyyətə başlayacağıq. 

-Gələcək planlarınızda nə var?
- Planlar çoxdu. Hamısını sadalamaqla oxucuları yormaq istəmirəm. İnşallah zaman-zaman mətbuatdan, televiziyada xəbər tutacaqlar. Yaxın gələcək üçün olan planlarımla bağlı deyim ki, inşallah ayın 16-da “Özünə bax-2” layihəmiz start götürür. Həftədə 3 dəfə ATV kanalında canlı olaraq, izləyicilərin qarşısıa çıxacağıq. Layihənin həm formatında, həm də münsifər heyətində çox böyük dəyişikliklər var. Çox maraqlı, dəyərli insanlar olacaq yanımızda. Həm moda, həm jurnalistika sahəsində çalışan insanlar iştirak edəcək. Dəyişməz sima mən olacam. İnanıram ki, “Özünə bax-2” daha böyük populyarlıq qazanacaq. Hər halda biz, eləcə də ATV telekanalının rəhbərliyi bunun üçün nə lazımdarsa edirik. İnşallah, hər kəsin maraqla izləyəcəyi bir proqram hazırlayacağıq. 
Oxşar xəbərlər
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
"Əlbəttə, Zurabişvilini aradan götürməliyik..."-Rus politoloq
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb