“...1969-cu ildə Süleyman Dəmirəlin SSRİ DTK-nın dəstəyi ilə yenidən hakimiyyətə gəldiyi və Türkiyəni kütləvi aksiya və iğtişaşların bürüdüyü bir vaxtda antikommunist isteriyasına qapılmış minlərlə gənc “Allahu Əkbər” qışqıraraq qadağan olunmuş və yarım-leqal şəkildə fəaliyyət göstərən Kommunist Partiyasının binasına daş və “Molotov” kokteylləri atmaqla hücuma keçir... Kütlənin tam aqressivləşdiyi bir məqamda az kənarda süni şəkildə yaradılan ani bir epizod gənclərin diqqətini yayındırır və onların xeyli hissəsi dağılır...
Həmin olayla bu günlərdə Azərbaycan-Ermənistan sərhədindəki gərgin döyüşlərdən sonra Bakıda on minlərlə gəncin ordumuza dəstək, ümummilli səfərbərlik və Qarabağın azad edilməsi tələbi ilə keçirilmiş dinc aksiyası zamanı Milli(!) Məclis qarşısında yaradılmış və parlamentə hücumla, beləliklə də dünyaya xalqımızın torpaqlarının azad edilməsi uğrunda yekdillik mesajını çatdıracaq möhtəşəm bir aksiyanın dağıdılmasıyla nəticələnmiş təxribat arasında paralel aparmaq mümkündür...”
“Beşinci kalon” deyilənlər əslində məhz həmin şəbəkə ilə bağlı olan emissar və xəyanətkarlardır...”
Əməkdaşımızın araşdırma yazısını bütövlükdə yaxın müddətdə Moderator.az-da oxuya bilərsiniz.
Sultan Laçın