Həmişə ana söyüşü söyən Çexov: Son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
Maraqlı
Oxunub: 3732
15 Jul 2020 | 17:16
Həmişə ana söyüşü söyən Çexov:  Son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar

Bu gün böyük rus yazıçısı Anton Pavloviç Çexovun anım günüdür. 

Moderator.az Kulis.az-a istinadən bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Antоn Pavloviç Çeхоv 29 yanvar 1860-cı ildə Rusiyanın cənubundakı Azov dənizinin liman şəhəri Taqanroqda Antoni bayramında altı uşağı olan bir ailənin üçüncü uşağı kimi dünyaya gəlib. 1879-cu ildə Çexov məktəbi bitirib, ailəsi ilə birlikdə Moskvaya gedir. Burada Moskva Dövlət Tibb Universitetinin tibb fakültəsinə qəbul olur.

***

Çexov çoxuşaqlı ailə olub. Bütün qardaşları və bir bacısı Mariya istedadlı olublar. Mariya Konservatoriyanı bitirib, qardaşının biri Nikolay rəssam olub, 28 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Bir qardaşı İvan müəllim, ən böyük qardaşı Aleksandr yazıçı idi və Çexovu yazıçılığa o həvəsləndirib. Çexov həmişə deyirdi ki, o məndən qat-qat istedadlıdır, lakin o yüngül həyat tərzi keçirirdi, yeyib-içib gəzməyi sevirdi və keçirdiyi həyat onun bütün yaradıcılığını cılızlaşdırıb heç nə etdi. Amma o da yazıçıdır.

***

Ataları Pavel Yeqoroviç Çexov çox qəddar insan olub. O alverlə məşğul idi, öz dükanı vardı. Atası öz dükanında uşaqlarını satıcı kimi işlədirdi və tələb edirdi ki, çəkidə, ölçüdə müştəriləri aldatsınlar. Çexov həddi-buluğa çatanda deyir ki, təsəvvür edin balaca bir uşağı ömür boyu aldatmağa, baş əyməyə, müştəriləri cəlb etmək üçün min cildə girməyə öyrədiblər. Çexov 16 yaşındaykən bütün ailəsi 1876-cı ildə Moskvaya köçüb və dükanın borcu çox olduğundan ata onu Taqanroq şəhərində tək qoyub, gənc yaşında o dükanı idarə etməyə məcbur edib. Uşaqlıqda onların gecə yuxusu da olmayıb, çünki kilsə xorunda gündə dini mahnılar və dualar oxuyublar. Kilsə məhz gecə vaxtı 12-dən sonra boş qalırdı. Ata da bunları oyadıb məşq etmək üçün soyuq kilsəyə aparırdı. Bu səbəbdən onların hamısı vərəm xəstəliyinə düçar oldu və qardaşların əksəriyyəti vərəmdən öldülər. Bu sıradan birincisi-rəssam Nikolay Çexov 28 yaşında vəfat etdi. Bircə bacısı 50-ci illərə qədər yaşadı. Ona görə də Çexov həmişə deyirdi, uşaqlıqda mənim uşaqlığım olmayıb. Ömür boyu damcı-damcı özümdən, şəxsiyyətimdən o qul hissini sıxıb çıxartmışam.

Gallery

Çexov heç vaxt çar fərmanlarını oxumaz, çar haqda filmlərə də baxmaz, heç çarlar haqda kitabları da əlinə almazmış. Bir sözlə çar onun üçün zərrə qədər də olsun maraqlı olmayıb. Elə çar özü də Çexovu sevməyib. Buna görə də Çexovla Çar heç vaxt bir-biri ilə söhbət etməyiblər.

***

Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. O, iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. 25 illik yaradıcılıq tarixində Çexov 300-dən artıq əsər yazıb. Onlar arasında kiçik yumoristik hekayələrdən tutmuş ciddi povest və pyeslərə qədər var. Onun əsərlərinin çoxu dünya ədəbiyyatının klassikası hesab olunur. Onun əsərləri dünyanın 100-dən artıq dilinə tərcümə edilib. Pyesləri, xüsusilə də "Qağayı", "Üç bacı", "Albalı bağları" əsərləri 100-dən çox dünya teatrında səhnəyə qoyulub.

***

Yığıncaqların birində süfrəyə dəniz ilbizi qoyurlar. Çexov naməlum qidaya maraqla baxır, hətta onlardan birini götürüb qoxlayaraq dillənir: bu nə qəribə yeməkdir gətiribsiniz. Bunu eşidən Tolstoy cavab verir: Ay Anton Pavloviç, siz allah bilmirsiniz bu nədir? Bu ki, dəniz ilbizidir. – Mənim ona qarşı allergiyam var – Çexov məğrur-məğrur dillənir. – Siz bilərsiniz – Tolstoy bunu deyib, ilbizlərin üstünə limon sıxır və bir-birinin ardınca yeyir.
Çexov Tolstoyla çay içib gedir. Tolstoy isə evinə qayıdanda gündəliyində yazır: “O, necə də yaxşı insandır”.
Gallery

Çexov alman dilini bilirdi, bununçün də almanlar onun dünyasını dəyişdiyi Almaniyanın Badenvayler şəhərində heykəlini qoyurlar. Bəlkə də Çexov yaxşı yazıçı olduğu üçün məhz ona heykəl qoyublar, bəlkə də bu onun alman dilini yaxşı bilməsinə görədir. Lakin fakt odur ki, bu gün Almaniyada Hitlerin bircə heykəli də yoxdur, Çexovunsa var.

***

Günlərin bir günü Anton Çexovla gələcək həyat yoldaşı Olga Knipper qonaq otağında oturub çay içirlər.
Sizin nə kobud soyadınız var, - Çexov gənc qıza deyir. Soyadınızda adamın qulağını cırnaqlayan nəsə var. Sanki, hardasa qağayı qışqırır. Elə bil, almanlar öz aralarında söyüş söyür. Bunun ardınca Çexov bir neçə dəfə yüksək səslə qışqırır: “Knipper, Knipper”!
- Ya da, elə bil bazarda alverçilər müştəri səsləyir. Ya da nəyisə reklam edirlər. Yaman biabırçı soyaddır! – Çexov deyir.
Bunun qarşısında özünü itirməyən Olqa cavab verir: İndi ki, mənim soyadımı bəyənmirsiniz, onda sizinkini də biabır edəcəm. Bir müddət sonra o Çexova ərə gedir və ölənə kimi hər iki soyadını saxlayır.
Gallery

Deyilənə görə, Çexov ana söyüşü söyməyi sevib. Onun ətrafındakı adamlar və kəndlilər də ana söyüşü söydüklərindən heç kim ona bu barədə irad tutmurdu. Onların danışıq tərzi beləydi və bir-birləriylə əla yola gedirdilər.

***

Çexov araq içirdi. Bunu hamı bilirdi və hər bayram ona bir şüşə araq hədiyyə edirdilər. Bu Çexovun xoşuna gəlirdi, o gülür, əl sıxır və olduqca sevinirdi. Şampan şərabı isə ondan ikrah oyadırdı, onu içəndə mədə qıcqırması, baş ağrısı, ağzında xoşagəlməz tam yaranırdı. O Almaniyada olanda bu ölkəylə bağlı bütün təəssüratlarını korlamaq üçün ancaq şampan şərabı içirmiş. Şampan şərabı isə həqiqətən onun səhhətini korlayır.

***

Çexov bütün Rusiya boyu tez-tez və uzun səyahətlərə çıxarmış. O vaxtın adəti idi, hamı səyahət edirdi, Tolstoy qatarla, Qorki ayaqyalın, başqa birisi paraxodla, bir başqası karetayla. Çexovsa arabada səyahət edirmiş, köhnə-küləş bir arabaymış, yağış yağanda su onun yaxasından içəri dolurmuş. Belə hallarda o qəmli-qəmli deyərmiş: Rusiyamız necə də kədərlidir, bunun ardınca gözünün yaşı yağışa qarışırmış. Çexov utancaq idi və göz yaşını kimsəyə hiss etdirməzmiş. Yağış kəsəndən sonra isə, Çexov yol boyu söyüş söyər, qarğış tökər və əsasını havada yellədərmiş. Bunu görən arabaçılar səksənib xaç çəkərdi. Buna görə də Çexovu “Əli əsalı, dəlisov həkim” adlandırır, uşaqları onunla qorxudurlar.
Gallery

Çexov seksi sevirdi. O hər gecə yataqdan sıçrayıb qalxar və seks zamanı yaşadıqlarını yazmağa başlayarmış. “Onun ayaqları əyriydi”, yaxud “Onun bir döşü daha böyük idi”, ya da ki “O yataqda elə zingildəyir ki, adamın əsəblərinə toxunur”, bəzən də “Onun tər qoxusu az qalsın məni öldürəcəkdi”, ya da buna bənzər bir şey yazarmış.

***

Çexovun boyu 186 santimetr olub. Rəssam İosif Braz onun kresloda oturan yerdə rəsmini çəkib və boy-buxunlu Çexovu xəstə, cansız bir insan kimi təsvir edib. Əslində, elə deyil. Çexov bütün rus yazıçıları arasında ən gözəli olub. Çexovun məhəbbəti haqqında çox şeylər yazıblar. Çünki bütün qadınların ona yazdığı məktubları ölümündən sonra bacısı məhv edib, müəyyən hissəsini seçərək çap eləyib. Lakin Çexovun qadınlara yazdığı və onlardan aldığı məktubların əksəriyyəti işıq üzü görməyib. Çexov həmişə sevdiyi qadınların hörmətini saxlayıb, istəməyib ki, onların adına bir ləkə gəlsin. Çexovun əslində bir sevgisi olub. Gözəl Lidiya Staxiyevna Mizinova onun bacısı ilə konservatoriyada oxuyub. Olduqca gözəl qadın olub. Çexov da ona vurulmuşdu, o da Çexova. Çexov bilərəkdən bu münasibətin inkişafına imkan verməyib. O, başa düşürdü ki, əgər onunla evlənsə, bu gözəllikdə qadın təbii ki, onun bütün diqqətini özünə cəlb edəcək. Bu nə ailəsinə diqqət yetirə biləcək, nə yaradıcılıqla məşğul ola biləcək. Və belə bir fərziyyə də var ki, guya Çexovun övladı olmayıb. Əslində, olub. Guya onun dostu yazıçı Kiselyovun ailəsindən uşağı götürüb Çexovun ailəsində tərbiyələndirirdilər. Donald Reyfild "Anton Çexovun həyatı” kitabında ilk dəfə açıq-aşkar sənədlərə arxalanaraq qeyd edir ki, həmin onların ailəsində böyüyən uşaq Çexovun övladı olub. Ondan əlavə Çexovun məşuqəsindən qızı da olub.
Gallery

Çexovun ətrafı daim insanlarla əhatəli olsa da o, həmişə qapalı olub. O, gündəliyində bu haqda yazırdı: "Qəbirdə necə tənha yatacamsa, eləcə də mən həyatda tənha yaşayıram...” Çexov ölənə qədər barmağında üzük olub. O üzüyün içəri tərəfində belə bir yazı var: "Tənha adam üçün həyat səhradır”. Çexov 28 yaşında hələ məktublarında yazırdı ki, "Mən qonaqsız qala bilmirəm. Tənha qalanda məni vahimə bürüyür, sanki tək nəhəng okeanın ortasında sınıq-salxaq qayıqda üzürəm”.

***

Çox adam deyirdi ki, Çexov mənim dostumdur. Amma Çexov həyatında bir adam haqqında deməyib ki, o mənim dostumdur.

***

Çexov gimnaziya və tələbəlik illərində vərəm xəstəliyindən əziyyət çəkib. 1884-ci ildə onun sağ tərəfdəki ağ ciyərində qanaxma baş verib.

***

Tədqiqatçılardan biri hesab edir ki, yazıçının həyatında həlledici rolu Saxalinə səyahət oynayıb. O, yolların palçıqlı vaxtı, başdan ayağa islanmış vəziyyətdə, içinə su keçmiş keçə çəkmələrlə min kilometrlərlə yolu atla getmişdi. Yazıçı özü və qohumları onun xəstəliyini məhz bu hadisə ilə əlaqələndirmişdilər. Vərəm xəstəliyinin daha da güclənməsinə səbəb olan ikinci amil isə yazıçının Yaltadan Moskvaya şəxsi işlərilə bağlı gəlməsi olub.

***

Çexov böyük realist idi. O əcəli gələndə öləcəyini dedi və öldü də. Xəstəliyin öhdəsindən gəlmək mümkün olmayacaq dərəcədə qəflətən güclənməsi səbəbindən yazıçı 1904-cü ilin yayında Çexov Almaniyaya kurorta gedir. O, yad şəhərdə, yad insanların arasında və yad yataqda 15 iyul 1904-cü ildə dünyasını dəyişir. O can verəndə müəmmalı şəkildə “İlbiz” sözünü işlədir.

Gallery
Çexovun dediyi sözün sirri sonra açılır. Əslində, açılmır, daha da sirrə bürünür. İsti olduğundan yazıçının nəşi Almaniyadan Moskvaya qatarla ilbiz taxtalarının arasında gətirilir. O, 22 iyulda Uspenski kilsəsindəki monastr qəbristanlığında, öz atasının qəbri yanında dəfn olunur.

***
Həyat yoldaşı Olqa Leonardovnanın dediyinə görə, öldüyü gecə Çexov yuxudan oyanaraq ilk dəfə özü onu həkimə aparmağı xahiş edib: "Sonra o, şampan şərabı istədi. Anton Pavloviç oturdu və bərkdən həkimə almanca dedi (o, alman dilini çox az bilirdi): “Ich sterbe”. Sonra tələbələri və mənim üçün rusca təkrar etdi: "Mən ölürəm!" Sonra bokalı götürdü, üzünü mənə çevirdi, özünün qəribə təbəssümü ilə gülümsədi və dedi: “Mən çoxdandır şampan şərabı içmirəm…”. Sakitcə axıra qədər içdi, yavaşca sol böyrü üstə uzandı və tezliklə əbədi olaraq susdu.”

Gallery


Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tоlstоy Çeхоvun yaradıcılığı haqqında belə deyib: "Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi"

Oxşar xəbərlər
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB