Azərbaycan mətbuatında Ceyhun Hacıbəyli – Nəsiman Yaqublunun araşdırması...
Oxunub: 2988
14 Jul 2020 | 13:13
Azərbaycan mətbuatında Ceyhun Hacıbəyli – 
 Nəsiman Yaqublunun araşdırması...
Azərbaycanın görkəmli ictimai-siyasi və mətbuat xadimi Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci ilin fevralın 3-də Şuşa şəhərində anadan olub. İbtidai təhsilini Şuşada, orta təhsilini isə Bakıda alıb.
C.Hacıbəyli 1908-ci ildə Ə.Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində müəllim işləyib.
O, Peterburq Universitetinin hüquq fakultəsində bir il oxuduqdan sonra 1909-cu ildə Fransaya gedib və Sorbonna Universitetində təhsil alıb.
1916-cı ildə Fransada təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb, “İttihad” və “Müsəlmanlıq” qəzetlərində redaktor olaraq çalışıb.
1918-ci ilin 28 mayında Azərbaycan istiqlalının elanından  sonra C.Hacıbəyli Ş.Rüstəmbəyli ilə birlikdə “Azərbaycan” qəzetini nəşr edib( qəzet  Azərbaycan dilində onun, rus dilində isə Ş.Rüstəmbəylinin redaktorluğu ilə çıxıb).
1919-cu ilin yanvarında C.Hacıbəyli Azərbaycan Nümayəndə Heyətinin tərkibində məsləhətçi kimi həmin il  keçiriləcək Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola düşüb.
1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildiyindən bir daha vətənə qayıda bilməyib.
C.Hacıbəyli 1962-ci ilin oktyabrın 22-də Parisdə vəfat edib.

Tanınmış ictimai-siyasi xadim olan Ceyhun Hacıbəyli Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutmaqdadır. O, həm də Azərbaycanın böyük bəstəkarı Ü.Hacıbəylinin doğma qardaşıdır.
C.Hacıbəyli 1891-ci ilin fevralın 3-də Şuşada anadan olmuş və ibtidai təhsilini tanınmış jurnalist və incəsənət xadimi Haşım bəy Vəzirovun (1866-1926) müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda almışdır.
1908-ci ilin yanvarın 12-də H.Z.Tağıyev teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyuldu. Tamaşada iştirak edən Ceyhun bəy İbn-Səlam rolunu oynayırdı.
C.Hacıbəylinin musiqi istedadı olsa da, bu sahə ilə məşğul olmamışdır.
C.Hacıbəyli orta təhsilini Bakıda tamamladıqdan sonra qardaşı Üzeyir bəylə Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində müəllim vəzifəsində çalışmışdır.
Sonradan C.Hacıbəyli milyonçu M.Muxtarovun (1855-1920) vəsaiti ilə Peterburq Universitetinin hüquq fakultəsində oxumuşdur. Bu universitetdə təhsil aldıqdan sonra 1909-cu ilin yayında Fransanın paytaxtı Parisə getmiş, Sorbonna Universitetində və Siyasi Biliklər məktəbində oxumuşdur.
C.Hacıbəylinin bu dövrdə nəşr edilən “Revyü dyu Mond Myuzulman” jurnalında müxtəlif mövzuda yazıları çap olunmuşdur.
C.Hacıbəyli 1916-cı ildə Parisdə təhslini başa vurduqdan sonra Bakıya qayıtmış və “Kaspi” qəzetində çoxlu sayda məqalələr çap etdirmişdir (“Kaspi”, №18, 22, 24, 28, 34, 1917-ci il).
1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra C.Hacıbəyli rus dilində nəşr edilən “İttihad” və “Müsəlmanlıq” qəzetlərinin redaktoru olmuşdur.
1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra C.Hacıbəyli yeni formalaşmaqda olan dövlətin təbliğat sisteminin əsasını qoyanlardan biri oldu. 1918-ci ilin sentyabrın 15-dən onun və Ş.Rüstəmbəylinin redaktorluğu ilə birlikdə iki dildə − Azərbaycan və rus dillərində çap olunan “Azərbaycan” qəzeti nəşr edilməyə başladı.
Bu qəzetin nəşri haqqında C.Hacıbəyli 1951-ci ildə Almaniyanın Münhün şəhərində Ə.F.Düdənginskinin redaktorluğu ilə Azərbaycan və rus dillərində nəşrə başlayan (ilk sayı Azərbaycan və rus dillərində qarışıq çap olunmuşdu) “Azərbaycan” jurnalında yazırdı: “Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları bilaistisna bu birliyə dəvət edirik. Zatən “Azərbaycan” başlanğıcda həmən birliyin simvolu idi. “Azərbaycan” milli bir orqan idi və felən rəsmi hökumət məhafilinin (heyətinin) rəy və mülahizatını izhar edəcəyinə, kəndi (öz) yolunu sərbəstcəsinə cızıb kəndi öz qənaətini bəyan edərdi. 
Bu xüsusda vaxtında nəşriyyat işləri ilə məşğul nazirlərimizdən rəhmətlik Nəsib bəyin geniş nəzərliyini, təbiətinin nazikliyini və ona məxsus qiraətini (məlumatlılığını) hörmətlə analım. Kəndisi (özü) firqəsi olduğu halda, hökumətin rəsmi orqanını firqəsi olmayan bir şəxsə həvalə etməsi həddi zatında simvolik bir jest idi. Onun üçün millət firqənin önündə gəlirdi”.
“Azərbaycan” qəzetinin ilk sayı 1918-ci ilin sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap edildi. 
“Azərbaycan” qəzetinin redaksiyası Gəncədə “Bulatov”  küçəsindəki 26 saylı evdə yerləşirdi.
“Azərbaycan” qəzetinin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində, eyni sayda, A-2 formatda çap edilmişdir. Qəzetin rus variantı müəyyən istisnalar olmaqla, Azərbaycan nüsxəsindən materialların tərcüməsi olaraq çap edilmişdir. Qəzetin ilk sayında redaktor imzası yerində “Heyəti-Təhriyə” (Redaksiya Heyəti) yazılmışdır.
Qəzetin birinci sayında Azərbaycan və rus dillərində nəşr edilən “Bakının süqutu” yazılarında Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın Bakının azad olunması haqqında teleqramı çap edilmişdi.
Bakının alınması münasibəti ilə Azərbaycan Nazirlər Şurasının Sədri F.X.Xoyskinin Nuru Paşaya cavab teleqramı da elə həmin sayda dərc edilmişdi.
İlk sayda şair M.Hadinin türk əsgərinin şücaətinə həsr etdiyi “Türk nəğməsi” şeiri, “Müharibə meydanında”, “Gəncə xəbərləri”, “Azərbaycan hökumətinin qərarları”, ayrı-ayrı nazirliklərin əmrləri, Daxili İşlər Naziri Behbud xan Cavanşir tərəfindən imzalanmış elanlar da verilmişdi.
Qəzetin rus dilindəki səhifələrində də Hökumətin qərarları, Bakının alınması ilə bağlı xəbərlər, Nuru  Paşa və F.X.Xoyskinin təbrikləri, Gəncə xəbərləri, xronika və s. çap olunmuşdur.
Qəzetin ilk saylarında redaktor imzaları olmasa da, yazıların toplanılmasında, çapa hazırlanmasında C. Hacıbəyli və Ş.Rüstəmbəylinin xidmətləri böyükdür. “Azərbaycan” qəzetinin 2-ci sayı sentyabrın 19-da, üçüncü sayı sentyabrın 22-də rus dilində çap olunmuşdur. Qəzetin sentyabrın 25-də Gəncədə  sonuncu − 4-cü sayı çıxmışdır (üç səhifə rus, bir səhifə isə Azərbaycan dilində). 
“Azərbaycan” qəzetinin Bakıda ilk (ümumi sayı 5-ci) sayı 1918-ci ilin oktyabrın 3-də , rus dilində oktyabrın 7-də işıq üzü gördü.
“Azərbaycan” qəzeti Bakıda hər iki dildə müstəqil nəşr edilməsinə baxmayaraq, 6-cı saya qədər Azərbaycan, 5-ci saya qədər isə rus dilində “Heyəti-Təhriyə” imzası ilə çap olunub. Qəzet yalnız 6-cı saydan Azərbaycan, 5-ci saydan isə rus dilində “Mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli” imzaları ilə nəşr edilib. 
1918-ci ilin noyabrın 28-dən qəzet Azərbaycan dilində C. Hacıbəylinin, rus dilində isə Ş. Rüstəmbəylinin redaktorluğu ilə nəşrini davam etdirib.
“Azərbaycan” qəzeti noyabrın 28-dən “Müdiri Ceyhun Hacıbəyli”, noyabrın 29-dan isə “Müdir və baş mühərriri Ceyhun Hacıbəyli”, noyabrın 29-dan  rus dilində çıxan sayından isə “Qəzet redaktoru Şəfi bəy Rüstəmbəyli” imzası ilə nəşr olunurdu.
C.Hacıbəylinin redaktorluğu dövründə “Azərbaycan” qəzetinin 88-ci sayı çap olunmuşdu. Bu saylarda Azərbaycanla, dünya, region ölkələri ilə bağlı yazılara rast gəlmək mümkündür. Qəzetin səhifələrində Azərbaycan Milli Şurasının fəaliyyəti, 1918-ci ilin dekabrın 7-dən işə başlayan Azərbaycan Parlamentinin iclasları geniş işıqlandırılmışdır.
1919-cu ilin dekabrın 28-də Azərbaycan hökuməti Parlamentin Ağsaqqallar Şurası üzvlərinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün nümayəndə heyətinin tərkibini müəyyənləşdirdi və C.Hacıbəyli də oraya daxil edildi.
C.Hacıbəyli Sülh Konfransına getməsi ilə bağlı qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü sayında yazırdı: “Möhtərəm qarelərimizə” (oxucularımıza − red.) “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəni qəzetimizin müdiri sifətiylə ifaya məşğul ikən vətən övladlarının xahiş və əmrinə məti olaraq, Cahan Sülh Konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü”.
“Azərbaycan” qəzeti C.Hacıbəylinin redaktorluğu ilə sonuncu dəfə 1919-cu ilin yanvarın 15-də(88-ci sayı)  çap edildi.
Bu,C.Hacıbəylinin  Azərbaycanda son fəaliyyəti oldu və o, bir daha vətənə qayıda bilmədi. Bu haqda isə sonradan  1951-ci ildə mühacirətdə nəşr etdiyi “Azərbaycan” jurnalında bu sözləri yazacaqdı: “Bundan 32 il əvvəl idarə etdiyim milli “Azərbaycan” qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək yeni bir vəzifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan dövlətini başqa mədəni millətlər və Sülh Konfransına toplanmış böyük dövlətlər tərəfindən rəsmi surətdə tanıtdırmışdıq. Misyonumuzun üç ay sonunda bitəcəyini zənn edirdik”.
C.Hacıbəylinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti 1919-cu ilin əvvəllərində böyük çətinliklə Parisə getdi.Onlar qısa müddət ərzində Azərbaycanla bağlı 3 kitab və 12 informasiya bülleteni çap edib Avropa  ictimaiyyətini məlumatlandırdılar.
1919-cu ilin sonlarında C.Hacıbəylinin fransız dilində nəşr edilən “Revyü dyu Mond Myuzulman” jurnalında “Birinci Müsəlman Respublikası − Azərbaycan” məqaləsi çap olundu.
İki çap vərəqi həcmində olan bu məqalədə yığcam, lakin çox məzmunlu formada Azərbaycanın tarixi, coğrafiyası və inkişafı haqqında məlumat verilmişdi.
1920-ci ilin yanvarın 11-də Azərbaycan de-fakto olaraq dünya dövlətləri tərəfindən tanındı. Bu böyük hadisənin baş verməsində C.Hacıbəylinin də böyük xidməti olmuşdur.
1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra nümayəndə heyətinin digər üzvləri kimi C.Hacıbəylinin Azərbaycana qayıtması mümkün olmadı. C.Hacıbəyli Fransada qalıb Azərbaycanın Rusiya bolşeviklərindən azad edilməsi uğrunda mübarizə apardı.
C.Hacıbəyli Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı məqalələr yazıb Fransa ictimaiyyətini bilgiləndirirdi.
1920-ci illərdə o, Ü.Hacıbəylinin “Arşın mal alan” əsərini fransız dilinə tərcümə edib tamaşaya qoydu. C.Hacıbəyli 1926-cı ildə “Azərbaycan teatrı” adlı məqalə yazaraq “Revyü dyu Mond Myuzulman” jurnalının 3-cü sayında çap etdirib fransız oxucularına H.Cavid, C.Cabbarlı kimi məşhur dramaturqların yaradıcılığı haqqında məlumatlar verdi (1).
O, 1928-ci ildə “Aziatik” jurnalında çap olunan “A.Bakıxanov” məqaləsində fransız oxuculara Azərbaycanın görkəmli alimini tanıtdı. 
C.Hacıbəylinin 1931-ci ildə “Aziatik Revyu” jurnalının 27-ci cildinin 90-cı sayında dərc edilmiş 1905-1910-cu illər Azərbaycan mətbuatı haqqındakı məqaləsi çox əhəmiyyətli idi.
Bundan əlavə, o, Almaniyanın Münhen şəhərində Azərbaycan və rus dillərində nəşr olunan “Azərbaycan” jurnalında müxtəlif yazılar da çap etdirdi.O, bu yazılarında Azərbaycanın tarix və mədəniyyətini təbliğ etməklə yanaşı, sovet rejiminin işğalçı mahiyyətini də tənqid atəşinə tuturdu.
Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan 648 və 649 saylı fondlardan Ə.M.Topçubaşov və C.Hacıbəyli arasında olan yazışma və qeydlərdən də onların mühacirətdəki fəaliyyətini öyrənmək mümkündür.
İkinci Dünya müharibəsi illərində C.Hacıbəyli Almaniyada Azərbaycan Milli Birlik Məclisinin yaradılmasında yaxından iştirak etdi və Ə.Şeyxülislamovla, Ə.F.Düdənginski ilə birlikdə həmin təşkilatın rəhbərlərindən  oldu.
İkinci Dünya müharibəsindən sonra C.Hacıbəyli Azərbaycan mühacirlərinin fəallaşması istiqamətində çalışdı. Onun 1945-1950-ci illərin əvvəllərində tanınmış legioner və mühacir Ə.F.Düdənginski ilə yazışmaları bu mənada faydalıdır.
Onların arasında ilk yazışmalar 1947-ci ilin oktyabrın 10-dan başladı. Bu yazışmalarda bolşevizmə qarşı mübarizə məqsədi ilə ABŞ dövlətinin yaratdığı Amerikan Komitəsinin fəaliyyəti, Münhendə nəşr olunan “Azərbaycan” jurnalının fransız dilində çap edilməsi, Azərbaycan təşkilatları arasında fikir ayrılığının və müxtəlif yanaşmaların olması problemlərinə toxunulurdu .
C.Hacıbəyli Sovet rejiminə qarşı aparılan “soyuq müharibə” dövründə də fəallıq göstərdi. O,1951-ci ilin noyabrında Almaniyanın Visbaden şəhərində keçirilən konfransda Azərbaycanın təmsilçisi olaraq iştirak etdi.
1952-ci ildə ABŞ dövləti Sovet rejiminə qarşı təbliğat işini gücləndirmək məqsədi ilə Münhen şəhərində SSRİ-ni Öyrənmə İnstitutu yaratdı. Bu İnstitutun müxtəlif dillərdə “Dərgi” jurnalı çap olunurdu. C.Hacıbəyli həmin İnstitutla sıx əməkdaşlıq edirdi. Bunun nəticəsi idi ki, həmin institut 1959-cu ildə C.Hacıbəylinin “Azərbaycanda İslam əleyhinə təbliğat və onun vasitələri” adlı kitabını rus dilində çap etdi.
Azərbaycanlı mühacirlərin İstanbulda nəşr edilən “Mücahid” jurnalında (redaktoru Ç.Göygöl idi) C.Hacıbəylinin ölümü münasibəti ilə “Azərbaycanlıların böyük itkisi” başlıqlı matəm xəbərində yazılmışdır : “Kədərlə öyrəndiyimizə görə, Azərbaycan Milli Hökumətinin Versal Sülh Konfransına göndərmiş olduğu nümayəndə heyəti üzvlərindən və Azərbaycan Milli Qurtuluş Birliyi Avropa başkanı, Milli Azərbaycan Hökuməti rəsmi orqanı “Azərbaycan” qəzetinin baş yazarı, ünlü Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin qardaşı, Azərbaycanın tanınmış siyasət adamı, yazar, bəstəçi və Qarabağın tanınmış şəxsiyyətlərindən Hacı Əbdülhüseyn bəyin oğlu və doktor Timuçin Hacıbəylinin atası Ceyhun bəy Hacıbəyli Parisdə 23 oktyabr 1962-ci il tarixində qısa bir xəstəlikdən sonra vəfat etdişdir.

Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor

Oxşar xəbərlər
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
GÜNLÜK
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO