Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
Oxunub: 1522
11 Jul 2020 | 18:39
Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
Bugün Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndəsi, şair, dramaturq, tərcüməçi, həkim Abbas Səhhətin anım günüdür.

Abbas Əliabbas oğlu Mehdizadə (1874, Şamaxı – 11.07.1918, Gəncə) –  ruhani ailəsində doğulub.  1894-cü ildə Məşhəd və Tehranda tibb təhsili alıb. 

1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət, tədricən həkimlik sənətindən uzaqlaşaraq, məktəblərdə dərs deyib və məhz bu dövrdən etibarən peşəkar ədəbi fəaliyyətə başlayıb. 

1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şerləri gün üzü görüb və yaradıcılıq örnəkləri yayıldıqca, ona oxucu diqqəti, məhəbbəti qazandırıb.

“Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, böyük aydınımız Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub (“Füyuzat” jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə ardıcıl qaydada çıxış edib. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan ədib, o dövr Azərbaycan oxucusunu rus (Krılov, Puşkin, Lermontov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edib. Həmin tərcümələr bugün də öz bədii (sənətkarlıq) dəyərini saxlayır, sevilə-sevilə oxunur.

1912-ci ildə şairin öz şerlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb Günəşi” adlı toplusu gün üzü görüb. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, şeir pərisi və şəhərli” adında romantik poeması nəşr olunub.
Abbas Səhhətin yaradıcılığına Nizami, Hafiz, Sədi kimi Şərq klassiklərinin böyük təsiri olub. O, türk xalqlarının ədəbiyyatı ilə də yaxından maraqlanıb, özəlliklə, Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərib.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində “Ümummüsəlman Qərbçiliyi” ideyasını dəstəkləyib. Ən gözəl əsərlərini 1908-ci ildə baş vermiş İran inqilabına həsr edib. 

Abbas Səhhətlə Mirzə Ələkbər Sabirin yaxın dostluğu XX yüzil ədəbiyyat tariximizdə diqqət göstərilmiş, örnək alınmş dostluqlardan olub. Hər ikisinin Şamaxıda yaşaması bu dostluğun güclənməsində böyük rol oynasa da, onları yenilikçilik ruhu, yaradıcılığa, ədəbiyyatın öz estetik dəyərləri ilə inkişafı məsələsinə baxışları, xəlqi duyğuları özünəməxsus şəkildə yaxınlaşdırıb. Sabirin əsərlərini toplayaraq, ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirməsi (1912) Abbas Səhhətin ən önəmli xidmətlərindən sayılır.

Mirzə Ələkbər Sabirin 27 iyun 1911-ci ildə Tiflisdən Abbas Səhhətə yazdığı məktub məhurdur. 

Məktubu oxuyanda təsirlənməmək mümkün deyil: 

"Qardaşım Səhhət!
Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf oldu.
Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaxşıraq idi; özüm öz bədbəxtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil (və Həmidə xanım) cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdiyimə görə, çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da xəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov adlı doktor var, – İran konsulunun məxsusi həkimidir, Rusiyada və Yevropada təhsil etmişdir, Osmanlı türkcəsilə də gözəlcə danışır, – getdim onun yanına, məni müayinə etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim:
- Doktor Kasparyansdan.
Dedi:
- Kasparyans iyi bir doktordur, lakin bir qədər ixtiyarlaşmış.
Doğrusu, onun bu ibarəsi gayətdə mənim xoşuma getdi. Türklərə məhəbbətimin kəsrətindən xəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır.
Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı.
Dedi ki:
- Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir xörək qaşığı içərsən. Bir az vəqtdə bütün-bütünə səhhətyab olarsan, şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən.
Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş aldım. Çünki bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir danə həb atdım. O qədər məni ishala apardı ki, daha taqətim qalmamışdır. Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram. Yenə də doktor Kasparyansa ricu etmişəmsə də, lakin həyatımdan bilkülliyyə qəti-ümidəm. Axır nəfəslərim olduğun dərk edib də, bu məktubla sənə əhvalımı xəbər verirəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmud bəyə səlam et. Mehdibəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm, lakin əlim daha qələm tutmayır. Əhli-əyalımı sizə, sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təbə etdirərsiniz. Baqi vəssəlam.  Qardaşın: Ə.Sabir”.
*
Abbas Səhhət fəal maarif və mədəniyyət xadimlərindən olub. Məktəb, kitabxana açılmasına çalışıb; Mahmud bəy Mahmudbəyovla birgə “Yeni məktəb” (1909), “Üçüncü il” (1909), “Türk ədəbiyyatına ilk qədəm” (1914) dərsliklərini yazıb. 
Sağlığında yayınlanmış kitabları:
“Sınıq saz” (Bakı, 1912), “Kasıblıq eyib deyil” (2 pərdəli komediya; Bakı, 1912),
“Qərb Günəşi” (Tərcümələr toplusu; Bakı, 1912), “Neft fontanı” (1 pərdəli komediya; Bakı, 1912), “Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik” (M.Mahmudbəyovla ortaq; Bakı, 1912), “Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi” (Bakı, 1914). İstər Sovet vaxtı, istərsə də, müstəqillik illərində, Abbas Səhhətin kitabları kütləvi tirajlarla nəşr edilib, əsərləri dərsliklərə daxil edilib; bir çox əsəri xarici dillərə tərcümə olunub.
44 yaşında (insultdan) gözlərini həyata əbədu yuman mütəfəkkirin 100 illik yubileyi, respublika səviyyəsində geniş miqyasda keçirilib (1974), Gəncədə abidəsi qoyulub. 
Adına küçə, kitabxana, məktəb, xəstəxana və b. ünvanlar var.
Bu anım yazısını, ədibin dillər əzbəri olan “Vətənim” şeiri ilə bağlayır, ruhuna əbədi şadlıq diləyirəm! 
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
02 May 2024 | 06:45
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:15
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
02 May 2024 | 06:45
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb