Azərbaycan təhsili pandemiya sınağından necə çıxdı - təkliflər
Oxunub: 1318
11 Jul 2020 | 12:03
Azərbaycan təhsili pandemiya sınağından necə çıxdı -  təkliflər
İşlər görülüb, addımlar atılıb, nəticə isə...

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı. Bundan sonra isə ölkənin təhsil sistemi məktəbdənkənar məsafədən təhsilə cəlb edildi. Bu vəziyyət hamı tərəfindən birmənalı qarşılanmasa da, müəyyən çətinliklərin yaşanmasına baxmayaraq daha bir təhsil mövsümünü geridə qoyduq.

Xatırladaq ki, Təhsil Nazirliyinin onlayn tədris proqramı olan “Virtual məktəb” layihəsi qeydiyyat üçün aprelin 2-dən aktivləşdirilib. Qeydiyyat zamanı texniki qüsurlar olsa da, qısa müddətdə 900 min şagird qeydiyyatdan keçib. Amma biz tədris ilini geridə qoyduğumuz bu günlərdə ilk dəfə həyata keçirilən distant təhsil sınağından necə çıxdığımıza nəzər yetirəcəyik.

Dünya Bankı həyəcan təbili çalır - pandemiya dünyada təhsili təhdid edir

Dünya Bankının ekspertləri müəyyən ediblər ki, koronavirus iki əsas amil vasitəsilə bütün dünyada təhsil sahəsindəki irəliləyişi təhdid edir. Birincisi, demək olar ki, bütün səviyyələrdə məktəblərin tam bağlanmasıdır. İkincisi, bu, pandemiyaya qarşı mübarizə tədbirlərindən irəli gələn iqtisadi tənəzzüldür.

Dünya Bankı: Gələn il Azərbaycanda xidmət sektoru 4,1% artacaq
“Pandemiya dünyanın demək olar, hər yerində məktəbləri bağlayaraq təhsilə dərin təsir göstərib ki, bu da bütün təhsil sistemləri üçün ən böyük sarsıntıya çevrilib. Koronavirusun vurduğu zərər daha da ciddi olacaq, çünki səhiyyə sahəsindəki fövqəladə vəziyyət dərin qlobal tənəzzülə çevriləcək”, - deyə məruzədə bildirilir. Qeyd olunur ki, bu hadisələrin təsirlərinin qarşısını almaq üçün ciddi səylər olmasa, məktəblərin bağlanması şagirdlərin təlimində itkilərə, məktəbdən uzaqlaşmaya və bərabərsizliyin artmasına gətirib çıxaracaq. İqtisadi şok təhsilə olan tələb və təklifi azaltmaqla zərəri daha da dərinləşdirəcək.

Nəticələri necə aradan qaldırmaq olar?

Tədqiqat müəlliflərinin fikrincə, ölkələr tez bir zamanda davamlı öyrənmənin  dəstəklənməsinə keçsələr, zərərin azaldılmasını, hətta tədrisin bərpasını yeni imkanlara çevirə bilərlər. Ekspertlər bu məqsədə nail olmaq üçün tədbirlər təklif edir, onları üç kəsişən mərhələyə bölürlər:

- aradan qaldırılma siyasəti;

- davamlı idarəetmə;

- təkmilləşdirilmə və sürətləndirmə.

Birinci mərhələdə dövlətlərə təhsil alanların sağlamlıq və təhlükəsizliyinin qorunması şərti ilə məktəblərin fəaliyyətinin bərpası ilə uğurla məşğul olmağı, məsafədən təhsil vasitəsilə tələbələrin öyrənmə itkilərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi məsləhət görürlər. “Eyni zamanda, ölkələr məktəblərin yenidən açılmasının planlaşdırılmasına başlamalıdırlar. Bu, məktəbdən uzaqlaşmanın qarşısının alınması, sağlam məktəb şəraitinin təmin edilməsi və tələbələrin məktəbə qayıtmasından sonra əsas sahələrdə tədrisin sürətlə bərpasına kömək edən yeni metodlardan istifadə deməkdir”,-deyə araşdırmada qeyd edilir.

STM Mobile
Müəlliflər təhsil sistemlərinin bərpasına  diqqət yönəltməyi tövsiyə edirlər, lakin keçmişin təkrarlanmasına deyil, yeni imkanlara fokuslanmağın vacibliyini irəli sürürlər. Çünki COVID-19-un yayılmasına qədər bir çox ölkələrin məktəb sistemlərində vəziyyət çox aşağı səviyyədə tədrislə, yüksək səviyyədə isə bərabərsizlik və yavaş tərəqqi ilə səciyyələnirdi.

Beynəlxalq tədqiqatın müəllifləri hesab edirlər ki, bu gün ölkələrin “yenidən daha yaxşı qurulmaq” imkanı yaranıb: onlar böhrandan sonra ən effektiv bərpa strategiyalarından qiymətləndirmə, texnologiya və təhsilin maliyyələşdirilməsi, pedaqogika və valideynlərin təhsil prosesində iştirakı kimi sahələrdə uzunmüddətli təkmilləşdirmələrdə əsas kimi istifadə edə bilərlər.

Azərbaycana keçmədən öncə qeyd edək ki, bəzi  dünya ölkələri də distant təhsil sınağından üzüağ çıxa bilməyib. Pandemiya dövründə  çox az sayda  müəllimin güclü rəqəmsal və İKT bacarıqları olduğu üçün tədris materiallarının qısa müddətdə rəqəmsal formata çevrilməsi problem olmuşdur.  Cənub-Qərbi Asiya və Afrikanın bir çox ölkələrində yaşayış məntəqələrinin yalnız 20% -nin və ya daha az hissəsinin  internet bağlantısı var,  fərdi kompüterdən danışmağa isə dəyməz.

Distant təhsil və imtahanlar: bu iş necə olacaq?
Perudan olan Krusado Silveria müəllimlərin yalnız 35 faizinin kompüter və internetə çıxışının olduğunu bildirib. “Buna görə də nazirlik təhsilanlar  üçün siniflər və məzmunu, eləcə də ”Aprendo en casa" kimi onlayn platformaları təmin etmək məqsədilə televiziya və radio kanalları kimi aşağı texnologiyalı həllərdən istifadə etməyə qərar verib.

Kamerunun Təhsil Nazirliyinin informatika və İKT üzrə pedaqoji müfəttişi Michael Nkventi Ndonfak  müəllimlərin yalnız 20-25% - nin internetə çıxışı olduğunu,  əksəriyyətinin İKT sahəsində bacarıqlara malik olmadığını bildirib. Müəllim və tələbələrin artıq tanış olduqları radio və televiziya platformaları vasitəsilə təhsilə çıxış əldə etməsinə imkan verən qoruyucu tədris proqramının hazırlanması üçün milli hökumət  tərəfindən hədəf qrupu yaradılıb.

Uqanda hökuməti  isə UNESKO-nun proqramına əsaslanır- məqsədli fondlar çərçivəsində bütün ölkə miqyasında etibarlı müəllim hazırlığı sistemi yaradılıb. Müəllim hazırlığı üzrə təhsil müəssisələri İKT sahəsində səriştəyə malik olmayan müəllimlər üçün İKT proqramı vasitəsilə potensialın artırılması üzrə seminarların keçirilməsi üçün yaradılıb.

Azərbaycanda distant təhsil 2009-cu ildən var - təbii ki, sənədlərdə

Bəs distant təhsil nədir? Distant təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması formasıdır. Distant təhsil - müəllim və tələbələrin bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur.

Distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsi ilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdı. Azərbaycanda isə distant təhsilin rəsmi yaranma tarixini “Təhsil haqqında” yeni qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab etmək olar. Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması da qəbul olunmuşdur.

Təhsil Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, nazirliyin keçirdiyi teledərs layihəsi hər gün 100 nəfərə qədər insanın çalışdığı komanda hesabına başa gəlir. Təhsil Nazirliyi martın 9-dan başlayaraq bu prosesə start verib. Prosesdən çıxış yolu olaraq müxtəlif modellər müzakirə olunanda nazirlik əlçatanlıq, əhatə baxımından teledərs formatına  öncəlik verib. Ona görə martın 11-dən başlayaraq dərslərin yayımına başlanıb. Həftənin 5 günü bütün dərs və sinifləri əhatə edən teledərslərin yayımı həyata keçirilib. Bu, iki dildə-Azərbaycan və rus dilində olub. Müəllimləri də təlimatlandıran xüsusi qrup fəaliyyət göstərib.

Kamran Əsədov: Bu gün ölkəmizdə 5 minə yaxın xarici ölkələrdən ...
KAMRAN ƏSƏDOV: “Həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar”

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, pandemiya dünyada təhsil sisteminə təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi: “Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlandı.

Dövlətimizin pandemiyaya qarşı mübarizədə addımları əsasən 3 istiqaməti əhatə edir:

Birincisi, virusun yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində addımlar;

İkincisi, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dalğalanmanın təsirlərinin minimallaşdırılması, sosialyönümlü paketlər;

Üçüncüsü, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, bu məzmunda qlobal dialoqun və əməkdaşlığın təşkili.

Bu istiqamətdə təhsil sistemin daha aparıcı mövqeyə malik oldu. Belə ki, ilk mərhələdə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Bu da ölkəmizdə virusa yoluxanların sayının digər dünya ölkələri ilə müqayisədə az olmasına gətirib çıxardı. Çünki ölkə təhsili öz ətrafında 2 milyondan çox şəxsi birləşdirir və gün ərzində təhsil müəssisələrinə bu qədər insan daxil olur. Bu da böyük hərəkət qüvvəsi deməkdir".

K.Əsədov dedi ki, təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlanıb: “Dərslərin nümayişi üçün televiziyanın seçilməsi təsadüfi deyildi. Belə ki, ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsi sahəsində çətinliklər olduğu üçün onların müəyyən hissəsinin dərslərdən yararlana bilməməsi ehtimalı var idi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının ”Mədəniyyət" kanalı və “ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Zaman göstərdi ki, bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESKO-nun rəsmi saytında (//en.unesco.org/covid19/educationresponse/solutions ttps://l.facebook.com/l.php?u=https%3A%2F%2Fen.unesco.org%2Fcovid19%2Feducationresponse%2Fsolutions%3Ffbclid%3DİwAR1QudB8Xus_İ4b4SkAhLvyP8LU9KkqasBva9lwjkQVE1gPTYvFyhfa2İVU&h=AT2Dlhg1SCDLuLrP4liWuUPZpC1yFmgLbcOuJ8o3V26UsZAHF5__CHXuHRQd_fT-agYp3ZTZVAqXeF76a6wXWY5itwhKbkBo_-PLaWdLzua_MJu0ZkCHrlwnhXaQqFQzrZUY) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunub".

Müsahibimizin sözlərinə görə, pandemiya müəllim peşəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etdi. K.Əsədov söylədi ki, müasir inkişaf dövründə müəllimə ehtiyac azalır, təhsilalanlar sərbəst öyrənmə imkanlarından yararlana bilir kimi fikirlər zaman-zaman səslənsə də, bu sayaq situasiyalar onun əksini göstərdi: “Belə hadisələr bir daha sübut edir ki, müəllimlik alternativi olmayan bir peşədir. Cəmiyyət bir daha əmin oldu ki, Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirmiş, şagirdlərə mükəmməl bilik, savad verməklə yanaşı, onların milli-mənəvi dəyərlər, azərbaycançılıq ruhunda tərbiyəsinə, layiqli vətəndaş kimi formalaşmasına bütün həyatını sərf ediblər. Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar”.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”
Osman Gündüz: “Distant təhsil üçün bütün şagirdlərin, tələbələrin evində sürətli internet olmalıdır...”

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz  isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan hələlik distant təhsilə keçmək üçün hazır deyil. Onun fikrincə, məhz bu səbəbdən də Təhsil Nazirliyi distant təhsilə keçməzdən öncə teledərs layihələrinə üstünlük verdi: “Distanta hazır olmaq üçün infrastruktur lazımi səviyyədə olmalıdır. Tələbələrin evində dayanıqlı, sürətli internet olmalı, müəllimlər pedaqoji baxımdan buna yetərincə hazırlıqlı olmalıdılar. Ümumiytələ, MDB məkanına daxil olan ölkələr, o cümlədən Azərbaycan pandemiyanın baş verməsi ilə əlaqədar distant təhsilə hazır deyil. Sonradan bəzi təhsil müəssisələri texnikli universitetlər, vatsapa qruplar, müxtəlif texniki vasitələrdən istifadə etməklə vəziyyətdən çıxmağa çalışdılar. Bu, çətiniklə əmələ gələ biləcək bir sistemdir”.

O.Gündüz hesab edir ki, postpandemiya dövrü üçün Təhsil Nazirliyi ortaya başqa bir model qoymalıdır. Təhsil Nazirliyi yığışıb, müzakirə edib, ortaya bir model qoymalıdır.(musavat.com)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?