YAP Ramiz Mehdiyevi niyə müdafiə etmir - deputatdan açıqlama
Oxunub: 2116
09 Jul 2020 | 09:30
YAP Ramiz Mehdiyevi niyə müdafiə etmir -  deputatdan açıqlama
Hakim partiyanın şöbə müdiri: “Hesab etmirəm ki, onu müdafiə etmək üçün xüsusi bir kampaniyaya ehtiyac var”

Son bir neçə həftədir ayrı-ayrı media orqanlarında, sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı yazılar yazılır, tənqid edilir. Maraqlı məqamlardan biri Ramiz Mehdiyevi əsasən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan bəzi şəxslərin, həmçinin hakimiyyəti dəstəkləyən siyasətçilərin, deputatların hədəfə almasıdır.

Sabiq administrasiya rəhbərinin keçmiş fəaliyyəti təftiş edilir, hətta onun hakimiyyətə qarşı planlarda yer aldığı da iddia olunur. Məsələnin get-gedə böyüməsi iyulun 7-də Ramiz Mehdiyevin xüsusi açıqlama ilə çıxış etməsinə gətirib çıxardı. R.Mehdiyev açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir: “Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir. Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünkü inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidq-ürəklə xidmət etmişəm.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev - İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm..."

Ramiz Mehdiyevin hazırda hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olduğu məlumdur. Bəs YAP ona hücumlara niyə seyrçi qalır və akademiki müdafiə etmir?

Aydın
Yeni Azərbaycan Partiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda çox pis bir ənənə formalaşıb, vəzifədən çıxan insanın üzərinə hücum çəkmək, nələrisə onun barəsində xatırlatmaq və sair xoşagəlməz tendensiya yaranıb: “Bu, düzgün deyil. İnsan vəzifədə işləyərkən müsbət və mənfi tərəfləri olur. Mənfiləri də məhz insan vəzifədə olan zaman demək lazımdır. Vəzifədən getdikdən sonra bu, artıq bir tarixdir. Gələcəklə yaşamaq, gələcəyə istiqamətlənmək lazımdır. Yoxsa dünənin heyfini bu gün çıxmağa çalışmaq düzgün yanaşma deyil. Bu, məsələnin bir tərəfi, digər tərəfdən isə Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir. Ulu öndər Heydər Əliyev hələ ikinci dəfə siyasi hakimiyyətə gəlməmişdən onu müdafiə edən, onun Azərbaycan üçün böyük işlər görəcəyi təbliğatını ziyalılar arasında aparan şəxslərdən biri olub. Təsadüfi deyil ki, Ulu öndər hakimiyyətə gəldikdən qısa müddət sonra vaxtilə özünün diqqəti ilə formalaşan və onun yüksək tələblərinə cavab verən Ramiz Mehdiyevə əvvəlcə Prezident Aparatında Ümumi şöbənin müdiri, sonra isə Prezident Aparatının rəhbəri vəzifəsini verdi. Ramiz müəllim ona göstərilən etimadı doğrultdu. Tək Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində Prezident Administrasiyasının rəhbəri yüksək vəzifədir, o, Prezidentin tapşırıqlarının necə yetirilməsinə gündəlik nəzarət edən simadır. Ramiz müəllim həm Ulu öndər Heydər Əliyevin dövründə, həm prezident İlham Əliyevlə işlədiyi dövrdə vəzifəsinin öhdəsindən uğurla gəldi. Heç də təsadüfi deyil ki, cənab prezidentimiz İlham Əliyev Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına prezident seçiləndən sonra onu Təhlükəsizlik Şurasının üzvü təyin etdi, eyni zamanda Azərbaycanda ən böyük mükafat olan Heydər Əliyev Ordeni ilə təltif etdi. Bilirsiniz, Elmlər Akademiyasının prezidenti heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmur. Bu, şəxsən Ramiz müəllimin qazandığı yüksək nüfuzun nəticəsidir”.

“Vəzifədən getmiş insanların sonradan bu şəkildə müzakirəsinə çox vaxt itirməməliyik”
Deputat qeyd etdi ki, Ramiz Mehdiyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, hüquqi demokratik dövlətin formalaşmasında, insan hüquq və azadlıqlarlının qorunmasında, bir sistemdən digərinə ağrısız və şok terapiyası olmadan keçilməsində böyük rol oynadı: “Mən özüm Prezident Aparatında işləyəndə dəfələrlə sektor müdiri kimi onun qəbulunda olmuşam. Eyni zamanda sonradan da deputat olanda bir neçə dəfə müəyyən məsələlərlə bağlı onun qəbulunda olmuşam. Onun yanaşması, adamı səbirlə dinləməsi, təcrübəli bir insan kimi məsləhətlər verməsi məndə həmişə böyük hörmət doğurub. Hesab edirəm ki, Ramiz müəllim Azərbaycan xalqının nə cür dövlət xadimləri yetirə bilməsinin bir nümunəsidir. Mən dünən onun bəyanatı ilə tanış oldum. Onun fikri ilə razıyam ki, vaxtilə hakimiyyətdən uzaqlaşdırılanlar, yaxud da bu və ya digər səbəbdən daha yüksək iddialı olanlar bu gün ona qarşı hücuma keçiblər. Ramiz müəllim dövlətçilikdə xidmətləri olmuş, eyni zamanda bu gün də yüksək vəzifədən getdikdən sonra cənab İlham Əliyevin siyasi kursuna sədaqətli olan insanlardan biridir. Mənim yadımdadır, bir dəfə onun qəbulunda olanda maraqlı bir fikir söylədi ki, ”çox təəccüblüdür, bir çoxlarını vəzifəyə təyin edəndə, həmin  şəxslər  vəzifədə olanda hakimiyyətə, siyasi kursa sədaqətli olurlar, vəzifədən çıxarılan kimi bəzilərinin üzü dönür olur ən sərt müxalifətçi". Çox təəssüf ki, kadrların içərisində belələri də olur".

A.Mirzəzadə hesab etmir ki, Ramiz Mehdiyevi müdafiə etmək üçün xüsusi bir kampaniyaya ehtiyac var: “Ramiz müəllim dünən özü bu məsələyə cavabını verdi. Biz xidməti olan insanları qorumağı bacarmalıyıq. Vəzifədə olarkən dövlət üçün, xalq üçün çalışmış insanların vəzifədən getdikdən sonra hörmətini saxlamağı bacarmalıyıq. Biz eyni zamanda gənclərimizə mesaj vermiş oluruq ki, sənin də xidmətinə nə zamansa yüksək qiymət veriləcək. Biz bütün enerjimizi yaradıcılığa, dövlətimizin möhkəmlənməsinə, Ermənistana qarşı hərtərəfli mübarizəyə yönəltməliyik. Bu baxımdan ayrı-ayrı şəxslərə qarşı kampaniyaların aparılmasını qəbul edə bilmirəm. Kimsə nədənsə narazı ola bilər, bu, artıq subyektiv məsələdir. Amma bu gün bizim əsas məsələmiz bu və ya digər şəxsi müzakirə etmək deyil, əsas məqsədimiz dövlətimizin möhkəm ayaq üstə durmasıdır, torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparmamızdır, koronavirusla mübarizədə uğurlar qazanmağımızdır. Məsələn, bu günlər Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması Azərbaycanın nüfuzu, azərbaycançılığın beynəlxalq birlikdə qələbə qazanması deməkdir. Heç bir dövlət eyni vaxtda iki beynəlxalq təşkilata sədrlik edə bilmir. Bunu Azərbaycan edə bilir. Biz diqqətimizi belə məsələlərə yönəltməliyik”.

“Bəzi siyasilər hətta Ramiz Mehdiyevi Əli İnsanovla, Rəsul Quliyevlə, Eldar Mahmudovla hakimiyyətə qarşı gizli işbirliyi qurmaqda ittiham edirlər. Ramiz Mehdiyevin belə bir işbirliyində olması mümkündürmü?” sualına A.Mirzəzadə belə cavab verdi: “Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub. Onun hakimiyyəti dəyişməyə nə marağı ola bilərdi. Ramiz müəllim Ulu öndərə sədaqətlə xidmət edən insanlardan biri olub. O, daim Prezidentə, dövlətçiliyə sədaqətlə xidmət etmək nümunəsini göstərən insanlardan biri olub. Kiminsə ona qarşı subyektiv münasibəti, hesab edirəm, müzakirə mövzusu ola bilməz. Biz, ümumiyyətlə, vəzifədən getmiş insanların sonradan bu şəkildə müzakirəsinə çox vaxt itirməməliyik. O başqa məsələ ki, cinayətə görə, ya ciddi səhvlərə görə işdən azad edilən insanların müzakirəsi gedə bilər. Ancaq məncə, hər vəzifədən çıxarılanın sonradan fəaliyyətində bir qüsur axtarmaq heç də yaxşı hal deyil. Ramiz müəllimsə uzun müddət Ulu öndərin silahdaşı olub. Cənab Prezident İlham Əliyev yüksək səviyyədə xidmət etmək nümunəsini göstərən insanlardan biri olub. Bu isə Azərbaycan elminə rəhbərlik edir, bu sahədə yeniliklər edir”.(musavat.com)
Oxşar xəbərlər
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?