İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər
Oxunub: 1401
07 Jul 2020 | 17:51
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər
Növbəti televiziya mövsümü sona çatır. COVİD-19 bütün sahələrə olduğu kimi, teleməkana da təsirsiz ötüşməyib. 

APA-nın məlumatına görə, bu təsir özünü televiziyalara münasibətdə də göstərib. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə pandemiya yeni tendensiyanı ortaya çıxarıb – daha çox sosial şəbəkələrdən məlumat almağa üstünlik verən izləyici, oxucu yenidən ekran qarşısına qayıdıb, televiziyanı daha ciddi xəbər mənbəyi kimi qəbul edib.

Azərbaycan Televiziyası (AzTV) üçün də gərgin bir mövsüm geridə qalıb. Bəs ictimai fikir nədən ibarətdir – ana televiziya adlandırılan AzTV öz işinin öhdəsindən nə qədər gələ bildi? Tanınmış ictimaiyyət nümayəndələri növbəti mövsümdə telekanaldan nələr gözləyirlər?

Sorğuda iştirak edən Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli  bildirib ki, Azərbaycan Televiziyası son 1-2 ildə, hətta heç bir televiziyada olmadığı qədər yeniliklərə imza atıb: “Xüsusilə maarifləndirici proqramları - “Hədəf”, “Çıxışa doğru” kimi verilişləri qeyd edə bilərəm. Televiziyanın yeni formatları nümunə yaradır. Maarifçilik pandemiya dövründə çox əhəmiyyətlidir. AzTV bu baxımdan infodemiyaya şərait yaratmaması ilə seçilir. 

İnanıram ki, son mövsümdə yenilikləri ilə teleməkanda iz buraxan AzTV bu istiqamətdə işini davam etdirəcək. İnternet telekanalların göbələk kimi artdığı indiki şəraitdə xaricdən Azərbaycana qarşı yönəlmiş informasiya təzyiqində AzTV-nin əks-cəbhə kimi rolu olduqca vacibdir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı  qeyd edib ki, Azərbaycan Televiziyasında cüzi də olsa, dəyişiklik hiss edir. Onun sözlərinə görə, müəyyən çalışmalar, cəhdlər var: “Ancaq gözləntilərim ondan ibarətdir ki, plüralizm təmin olunsun, televiziya daha cəsarətli olsun. Başa düşürəm, AzTV dövlət televiziyasıdır. Amma yuxarılardan gələn direktivləri olduğu kimi tətbiq etmək olmaz, jurnalist bu işi bildiyi kimi – peşəkar etməlidir. Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil. Televiziyanın fəaliyyəti həqiqəti bilmək və doğru qərarlar qəbul etmək baxımından idarəçilərə də kömək etməlidir. AzTV-dən növbəti mövsümdə daha cəsarətli və rəngarəng olmağı gözləyirəm”. 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib ki, çoxillik, zəngin efir ənənələri olan Azərbaycan Televiziyası son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymağı bacarıb. O vurğulayıb ki, bu mərhələ üslub fərqi, yeni yanaşma tərzi, hadisələri obyektiv təqdim etmə forması ilə eyni zamanda, informasiya istehlakçısının zövqünü təmin etməklə seçilir: “Düşünürəm ki, bu, Azərbaycanın ən böyük auditoriyaya malik olan kanallardan birinin əldə etdiyi ciddi nailiyyətdir. AzTV  həm əyləncə və şou proqramlarında yeni keyfiyyət mərhələsinə keçdi, həm də xəbər və analitik veriliş siyasətində xeyli dəyişikliklər əldə edə bildi. Eyni zamanda, bu böyük kollektivin gəncləşməsi prosesini, yeni çağırışlara uyğunlaşmasının şahidi oluruq ki, bütün bunlar tamaşaçının da diqqətindən yayınmır. Əminəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan Televiziyası daha böyük uğurlara imza atacaq”. 

Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Azərbaycan Televiziyası bu mövsümdə də çox sayda ilklərə imza atıb, böyük bir tamaşaçı auditoriyasını ekran qarşısına cəlb edib: “AzTV bu mövsümdə həm də fədakarlıq nümayiş etdirdi – bütün dünyanı silkələyən COVİD-19 pandemiyası şəraitində bu bəladan maksimum az itki ilə çıxmağımız üçün səfərbər olan, atdığı addımlarla vətəndaşın yanında olan Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, günün 24 saatı vətəndaşları məlumatlandırmaq və maarifləndirmək üçün bütün komandası ayaq üstdə qaldı, dövlətimizin, xalqımızın yanında oldular. Həkimlərimiz, polislərimiz kimi mətbuatımız, televiziyamız da bu aylarda qəhrəmanlıq göstərdi”. 

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli qeyd edib ki,  televiziya məkanında gedən dinamik proseslər AzTV-də də hiss olunur: “Yaxşı haldır ki, efirdə açıq müzakirələr də aparılır. Ancaq bu müzakirələrin sərhədlərinin genişlənməsini, azadlıq və sərbəstliyin artırılmasını arzu edirəm. Nəzərə almaq lazımdır ki, cəmiyyət yarımçıq həqiqəti qəbul etmir. Əlbəttə, AzTV-də inkişaf var, ancaq nöqsanlar da var. Tezliklə televiziyanın bu nöqsanlardan azad olunmasını istərdim”. 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun sözlərinə görə, ölkəmiz üçün ağır dönəm sayılan karantin günlərində AzTV mötəbər və dürüst informasiya qaynağına çevrilib, insanlarımızın istinad nöqtələrindən biri olmağı bacarıb: “Canlı skayp bağlantıları, aktual mövzulara dair açıq müzakirələr, peşəkarlığın ön plana keçirilməsi bu televiziyaya, onun efirinə marağı artırdı. Efirdə əvvəlki kimi monotonluq yoxdur. Ölkənin bütün siyasi spektri, bütün fikir cərəyanlarının təmsilçiləri burada özünü ifadə imkanı əldə edib. Bu, böyük uğur və lazımlı istiqamətdir. Gələcək üçün AzTV-dən canlı yayım konseptindəki verilişlərin sayını artırmağı gözləyirəm. Bir də cəmiyyətdəki rəy liderlərinin AzTV efirində tez-tez görünməsini, onların iştirakı ilə "açıq oturum", müzakirə janrında proqramların hazırlanmasını arzulayıram”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu  qeyd edib ki, son mövsümdə Azərbaycan Televiziyası həm auditoriyasını genişləndirə bilib, həm də reytinqini yüksəldib. Onun sözlərinə görə, televiziyanın yayımladığı bir çox ictimai-siyasi proqramlar trenddə birinci yerdə olub: “Bu, son bir neçə ilin ən ən yüksək göstəricisi hesab oluna bilər. Ümumiyyətlə, AzTV-də son dövrlərdə peşəkarlıq, keyfiyyət baxımından edilən dəyişikliklər göz qabağındadır. Mənə elə gəlir ki, heç kim bunu mübahisə predmetinə çevirə bilməz. Televiziyanın əməkdaşlarına bu yolda uğurlar arzu edirəm, inanıram ki, gələn mövsümdə də analitik, sosial-siyasi məzmunlu, maraqlı verilişlərin, tok-şouların sayı daha çox olacaq. Televiziyanın başlıca funksiyalarından biri də cəmiyyəti maarifləndirməkdir. Böyük tarixi inkişaf yolu keçmiş, məktəb ənənəsi olan Azərbaycan Televiziyasının rolu bu baxımdan çox böyükdür. Son dövrlərdə bu məzmunda dəyişikliklərin şahidiyik”. 

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bildirib ki,  AzTV-ni bir media hüquq eksperti olaraq illərdir izləyir, monitorinq edir. Ekpert qeyd edib ki, televiziyalar hüquqa uyğun və media standartlarına, habelə etikasına ciddi əməl edərək efirdə olmalıdır: “AzTV bu standartları gözləmədən sistemli şəkildə sadəcə rəsmi məlumatları və rəsmi tərəfin təşviqatını efirə verirdi və cəmiyyətin maraqlarını təmsil edən tərəflərin balanslı iştirakı yox idi. Son dönəmlər bu baxımdan dəyişim hiss edilir. Aktual məsələlər canlı proqramlarda müzakirəyə çıxarılır və cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərin mövqelərinə də yer verilir. Gözləntim budur ki, AzTV bundan sonra hətta fərqli siyasi tərəflərin də görüşlərinə yer versin və aktual məsələlərdə iqtidara münasibətindən aslı olmayaraq hər görüşə yer ayırsın. Təsisçisi dövlət olsa da, o, bütün cəmiyyətin TV-si olmağa cəhd etsin və olsun!”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, əvvəlki dövrlərdə verilişlərdə müşayiət olunan durğunluq ruhu aradan qalxıb: “Maraqlı tərəflərin iştirakı ilə canlı verilişlərin təşkili yeni tendensiyadır. Hesab edirəm ki, yeni cəlb olunmuş kadrlar, dinamika AzTV-nin imicini müsbət istiqamətdə xeyli dəyişdirib. Əlbəttə, demək olmaz ki, AzTV tam olaraq dəyişib və rəqabətədavamlı, nəhəng informasiya resursuna çevrilib – bu, tez olardı. Arzu edirəm ki, bu televiziya xarici telekanllarla rəqabət apara biləcək səviyyəyə gəlib çatsın. Bu gün dünyada qlobal informasiya savaşı gedir və düşünürəm ki, televiziya öz imkanlarından, ona ayrılan dövlət qayğısından istifadə edərək, rəqabətqabiliyyətli informasiya resursuna çevrilə bilər”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, AZTV-də aparılan islahatlar kanalda həm məzmun, həm də vizual baxımdan müsbət keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb: "AZTV-nin ictimaiyyət, vətəndaş cəmiyyəti və ekspert icması üçün qapılarını açması, daha geniş auditoriyaya xitab etməyə can atmasını yüksək qiymətləndirirəm. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, musiqimiz, teatr sənətimzlə bağlı yeniliklər, keçmiş təcrübə ilə əlaqədar AZTV çox yüksək peşəkarlıqla verilişlər, sənədli filimlər hazırlayır. COVİD-19-la mübarizə çərçivəsində kanal maarifləndirmə, əhalinin obyektiv məlumatlandırılması üçün çox çalışır. Yaxın perspektiv üçün izləyiclərə fərqli nöqteyi-nəzərləri əks etdirən fikir mübadiləsi, diskusiyalara daha geniş yer verən talk-şou tipli verilişlər hazırlanmasını zəruri hesab edirəm. Həmçinin xəbər xidmətinin daha geniş spektri əhatə etməsini arzulayıram”.

Xalq yazıçısı Çingiz Abdullayev vurğulayıb ki, son bir ildə hamı AzTV-də böyük dəyişikliklərin şahididir.  Onun sözlərinə görə, çox maraqlı, təcrübəli, gənc insanlar kanala gəlib: “Görürük ki, dəyişməyə çalışırlar və nail olurlar. Arzu edirəm ki, bundan da böyük zirvələrə qalxsınlar. Özüm “Ağ&Qara”nın, “Bakı Nadejda ilə” verilişlərinin qonağı olmuşam. Tezliklə koronavirus problemi yer üzündən yoxa çıxsın, biz də qayıdaq əvvəlki həyatımıza. Proqramlarımızda ürəkaçan mövzulardan danışaq, koronavirus statistikası verməyək”.

Yazıçı, “Bakı Kitab Mərkəzi”nin rəhbəri Günel Anarqızı bildirib ki, AzTV yaxşılığa doğru dəyişib, son zamanlar daha çox yeniliklər, kreativ yanaşma, ümumilikdə yaradıcı yanaşma qabarıq şəkildə gözə çarpır: “Bu, yeni rəhbər, yeni menecmentin uğurudur. AzTV hələ inkişaf edəcək, müsbət dəyişiklər görəcəyik”.

Xalq artisti Mənsum İbrahimov deyib ki, AzTV-nin hər zaman milli-mənəvi dəyərlərə yüksək qiymət verən peşəkar komandası var: “AzTV ailəmlə birgə oturub rahat şəkildə baxa biləcəyim bir televiziyadır. Yeniliklər də göz qabağındadır. Həm də Bədii Şuranın üzvü kimi deyə bilərəm ki, AzTV gözümüzün qabağında hər gün dəyişməkdədir. Təbii ki, hər şey birdən-birə ideal ola bilməz. Hələ ki, çatışmayan detallar da var. Karantin dövründə çox operativ çalışmaları xüsusi diqqətə layiqdir”. 

Xalq artisti Nurəddin Mehdixanlının sözlərinə görə, bu gün Azərbaycanda ciddi dəyişikliklər, islahatlar baş verir. Bu, təbii ki, Azərbaycanın dövlət olaraq daha möhkəmlənməsinə xidmət edən islahatlardır: “Könül istərdi ki, bunlar davam etsin. Həmin islahatlar, həmçinin, Azərbaycan teleməkanında da gedir. O cümlədən də bizim ilk TV – AzTV-nin fəaliyyətində də ciddi dəyişikliklər baş verir və bu, bizi sevindirir. Mən bir sənət adamıyam və mənim üçün bu sahədə görülən işlər çox maraqlıdır”.

“Yuğ” teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bildirib ki, son zamanlar Azərbaycan Televiziyası öz böyük və uğurlu dəyişiklikləri, yeni təqdimatları, gündəmin əsas (istər siyasi, istər sosial, istərsə də mədəni) hadisələrinə kreativ baxışları ilə son 10 ildə ilk dəfə diqqəti bu qədər özünə cəm edə bilib: “Sanki illərdir baxmağı arzulamadığımız AzTV... artıq yeni siması ilə tamaşaçısını özünə qaytarır. Azərbaycan Televiziyasına rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi. Cağdaş dünyamıza açılan uğurlu pəncərələr (yeni və zövqlü proqramlar, canlı verilişlər) bu gün ölkə TV kanalları içində həm də xüsusi zövqü ilə seçilir. Xüsusi olaraq pandemiya şəraitində maarifləndirmə işi olduqca tədqirəlayiqdir”. 

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay qeyd edib ki, AzTV ölkənin bir nömrəli kanalıdır və əsas yükün onun üzərin düşməyi də təbiidir: “Mütləq mənada, əlbəttə ki, dəyişib. Birdən-birə nəyisə dəyişmək, alt-üst edib, dağı dağ üstünə qoymaq olmur və təbii ki, mümkün deyil”.

Xalq artisti Faiq Ağayev deyib ki, Azərbaycan teleməkanının qocaman, ağsaqqal kanalı - doğma AzTV son ildə etdiyi dəyişikliklər ilə sonsuz sevindirir. Onun sözlərinə görə, kanal tamaşaçı sevgisini keyfiyyətli, zövqlü verilişlər ilə halalcasına qazanır: “Sükanı belə saxlayın, əziz peşəkarlar! Uğurlarınız hamımızın nailiyyətidir, biz birlikdə güclüyük!”

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin bildirib ki, AzTV hər zaman bir məktəb, nümunə olub. O vurğulayıb ki, televiziyamızın ən peşəkar təmsilçiləri, əsasən, bu məktəbin yetirmələridir:“Son bir ildə isə dövlət kanalındakı dəyişikliklər, yeni format və yeni layihələr tamaşaçı zövqünü oxşayır. Şəxsən özüm də AzTV-də yayımlanan bir neçə verilişi sevə-sevə izləyir və yeni buraxılışı gözləyirəm. Gənc kadrlar yaşlı televiziya ustadlarının layiqli xələfləri olduğunu sübut etdilər. Ümid edirəm ki, ölkənin bir nömrəli kanalı heç vaxt reytinqə qaçmayacaq, tamaşaçıda yüksək zövq formalaşdıracaq, hər zaman peşəkarlıq və yaradıcılığın etalonu olacaq”.
Oxşar xəbərlər
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO