Bakının ləngiyən müharibə qərarı: zamana bağlı gözlənti, yoxsa...
Oxunub: 6249
07 Jul 2020 | 09:23
Bakının ləngiyən müharibə qərarı:  zamana bağlı gözlənti, yoxsa...
Vaxt sülhdən qaçan işğalçıya işləmir - erməni generaldan xəbərdarlıq; azərbaycanlı politoloq: “Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağ danışıqlarına başlamağın zamanı çatıb...”

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı bu formatda Qarabağ konfliktinin dinc və ədalətli həllinin qeyri-mümkünlüyünə şübhə yeri saxlamadı. Çünki nə qədər ki, işğala məruz qalan tərəflə işğalçı arasında bərabərlik işarəsi qoyulacaq, onlara eyni gözlə baxılacaq, hər iki tərəfdən eyni miqyaslı güzəştlər tələb ediləcək, başqa sözlə, problemin yoluna qoyulmasında beynəlxalq hüquq, BMT qətnamələri iqnor ediləcək və təcavüzkara heç bir məcburedici sanksiya tətbiq edilməyəcək, o zamanadək də “yük” yerindən tərpənməyəcək. İmitasiya xətrinə danışıqlar isə müharibənin bərpası ehtimalını daha da gücləndirəcək.

Bu da aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiya amili həlledici olaraq qalır. Ən əvvəl də o səbəbə ki, Moskva qədər İrəvana ciddi təsir-təzyiq rıçaqı olan ikinci dövlət yoxdur. Əfsus ki, şimal qonşumuz bu rıçaqları işə salmağa tələsmir. Demək, çarə qalır Bakının Moskvanı bunda maraqlı eləməsinə.

*****

Sözsüz ki, bu xüsusda Rusiya ictimai rəyinə təsirin artırılması az önəm kəsb eləmir. Başqa sözlə, hələlik daha çox erməniyönlülüyü ilə fərqlənən Rusiya ictimai rəyini öz xeyrimizə dəyişməyi bacarmalıyıq. İlk növbədə də ona görə ki, Qarabağ uğrunda savaş təkcə səngərlərdə getmir, hətta daha çox diplomatik meydanlarda və təbliğat məkanlarında aparılır.

Təqdiredicidir ki, bu yöndə Azərbaycanın xeyrinə gəlişmələr də var. Məsələn, rusiyalı tarixçi alim və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. Bu barədə alim Axar.az saytına özü bildirib.

“İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, - deyə o qeyd edib.

Kuznetsovun sözlərinə görə, o, bu ideya üzərində uzun müddət işləyib: “Düzünü desəm, bunu ideya adlandırmaq da doğru olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən ”qara əllər" sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır.

Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər".

Buradaca qeyd edək ki, Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün müvafiq linkə daxil olub “Podpisatğsə” (“abunə olmaq”) düyməsini basa bilərsiniz.

Zaman-zaman ermənilərin hədələri ilə üzləşsə də, hətta məhkəməyə verilsə də, öz yolundan çəkilməyən Azərbaycan sevdalı bu rus ziyalısının haqq işimizə təmənnasız dəstək verməsi, əlbəttə ki, ən yüksək tərifə və qiymətə layiqdir. Yada salaq ki, ötən il o, Rusiya Dövlət Dumasında Xocalı soyqırımının tanınması üçün Rusiyada imza toplamaq kampaniyası təşkil eləmişdi.

Bütün bunları o, şəksiz ki, ən əvvəl Qarabağ gerçəyini, o sırada ermənilərin Qafqaza gəlmə xalq olduğunu çox gözəl bildiyi üçün edir. Eyni zamanda öz əsərlərində bu həqiqətləri mütəmadi şəkildə əks etdirir. Erməniləri qəzəbləndirən və təlaşa salan da budur ki, Oleq Kuznetsov Rusiya ictimai şurunda gerçəklikləri təbliğ eləməklə ermənilərin Qarabağ yalanlarını faş edir. O yalanların başında isə 1923-cü ildə Bolşeviklər Partiyasının Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağın guya Azərbaycana verilməsi iddiası gəlir. Halbuki belə bir şey olmayıb. Qərarda açıq-aşkar yazılıb ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın”. Belə məsələlərdə də Kuznetsov kimi tarixçi-alimi aldatmaq əlbəttə ki, mümkünsüz və boşuna məşğuliyyətdir.

*****

Şübhə yox ki, Rusiya siyasi isteblişmenti də Qarabağ həqiqətlərinin kimin tərəfində olduğunu əla bilir. Di gəl, Kremlin bölgə ilə bağlı geosiyasi maraqları bu həqiqətlərin təntənəsinə imkan vermir. Bəs nə etməli? Analitiklərin bu yöndə maraqlı düşüncələri və təklifləri var.

“Bu gün Ərdoğan və Putin müəyyən məsələlərdə daha yaxşı dil tapırlar, nəinki Rusiya və Türkiyənin keçmiş tarixi liderləri. Məsələn, Lenin və Atatürk. Buna görə də Rusiya və Türkiyədə bu şəxslərin hakimiyyətdə olmasından istifadə edərək, biz münaqişənin həlli ilə bağlı digər çərçivələrdə də dialoqa başlamalıyıq”.

Bu sözləri “Bakı” politoloqlar klubunun sədri, ekspert Zaur Məmmədov deyib (Teleqraf.com). Çünki onun fikrincə, Rusiyada hakimiyyətlər dəyişərkən onların xarici siyasətlərində də böyük korrektələr edilir: “Tarix də göstərir ki, Rusiyada hakimiyyətdə qərbpərəst şəxslər olduqda, onlar daha ermənipərəst siyasətləri ilə seçilirlər. Amma avrasiyaçılar olduqda, onlar bir qədər türk və digər faktorları nəzərə alırlar”.

Politoloqa görə, Qarabağla bağlı Azərbaycan bir neçə istiqamətdə iş aparmalıdır. “İlk növbədə biz Türkiyə ilə hərbi-siyasi yaxınlaşmanı dərinləşdirilməliyik. Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağa dair danışıqlara başlamalıyıq. İkincisi, Rusiya və Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı müzakirələrə start vermək olar. Əlbəttə, Rusiyanın da Azərbaycandan istəkləri var. Bunlar strateji və dərin hədəflərini ehtiva edən istəklərdir. Üçüncüsü, Qərb dövlətlərində istər kütləvi informasiya vasitələri, istər beynəlxalq təşkilatlar, istərsə də parlamentarilərlə iş aparılmalıdır. Çünki sabah Azərbaycan öz ərazilərini hərbi yolla qaytarmaq istəyərsə, mütləq dünyanın da buna reaksiyasını nəzərə almalıdır. Bu halda erməni lobbisi və diasporundan maliyyələşən ekspertlərin, media qurumlarının və deputatların hansı həngaməni qoparacaqları bəllidir. Müasir dövrdə müharibələr təkcə səngərdə yox, eyni zamanda, informasiya məkanında, virtual dünyada aparılır. Unutmaq olmaz ki, müasir dövrdə müharibə etmək hüququ hər kəsdə olsa da, savaşa başlamaq monopoliyası hegemon ölkələrin əlindədir”, - deyə o qeyd edib.

Ekspert Kremlin heç bir vəchlə Cənubi Qafqazı başqa bir dövlətə güzəştə getmək istəmədiyini xatırladıb: “Rusiyanın milli təhlükəsizlik konsepsiyasında da açıq şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeri göstərilir. Bu baxımdan, düşünürəm ki, bu, çox da asan olmayan, amma daha real olan məsələdir, nəinki kiminsə Ermənistanı kompromisə təhrik etməsi. Erməni xalqı bu gün də ”Böyük Ermənistan" ambisiyası ilə yaşayır. Ermənilər nə Dağlıq Qarabağ, nə də ətraf rayonlarla bağlı kompromisə getmək niyyətindədirlər, əsas hədəfləri də gələcəkdə qonşu dövlətləri işğal etməkdir".

Müharibə variantına gəlincə, politoloq hesab edir ki, o halda bizə bir sıra dövlətlərin neytral mövqedə qalması lazımdır. “Bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü imkan verir ki, Ermənistan ordusunu darmadağın etsin. Belə olacağı təqdirdə, bu, Ermənistan və ermənilərə aşkar bir təzyiq vasitəsi olacaq. Ermənistan başa düşəcək ki, onun arxasında olan bəzi ölkələr müəyyən məsələlərdə onun yanında yer almayacaqlar, o zaman da özlərini danışıqlarda indi apardıqları kimi apara bilməyəcəklər”.

*****

Bütün hallarda işğalçı Ermənistanda bilməmiş deyillər ki, danışıqların, böyük sülh anlaşmasının bir alternativi var ki, o da - müharibədir. Çünki Azərbaycan işğal rejimi ilə, atəşkəslə sonsuzadək barışmaq niyyətində deyil. Seçimi isə məhz təcavüzkar Ermənistan eləməli, nə qədər gec deyil, işğal olunmuş ərazilərdən mərhələ-mərhələ çəkilməlidir - təklif olunan ən optimal, mərhələli həll variantına uyğun olaraq.

“Biz Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti qiymətləndirərkən həmişə ondan çıxış eləməliyik ki, Azərbaycanla müharibə hələ bitməyib. Tərəflər arasında yalnız atəşkəs barədə razılaşma var, Azərbaycanla dinc, siyasi razılaşmamız yoxdur”.

Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan yerli mediaya açıqlamasında söyləyib.

Sözünə davam edən erməni general deyib: “Azərbaycan Silahlı Qüvvələri ”artsax"la (dırnaqlar bizimdir - red.) təmas xəttində və Ermənistanla sərhəddə dayanıb. Bu, o deməkdir ki, qərar vermə, səfərbərlik və müharibənin başlaması arasındakı vaxt intervalı olduqca azdır. Bunlar bilməli olduğumuz və heç vaxt unutmalı olmayacağımız reallıqlardır. Müharibə ehtimalı var. Hərçənd mən indi onu yüksək hesab etmirəm. Nə qədər qəribə olsa da, hətta Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları da buna sübutdur. O, yaxınlarda bəyan elədi ki, müharibənin başlaması üçün uyğun şərtləri gözləyəcəklər. Bu, çox mühüm nəticədir, demək ki, bu gün belə şərait yoxdur".

Ancaq bu gün bu şərtlərin mövcud olmaması o demək deyil ki, sabah mövcud olmayacaq. Odur ki, zaman heç də böyük sülhdən qaçan ermənilərə işləmir. Əslində erməni generalın açıqlaması özündə həm də ermənilərə belə bir mesajı daşıyır...(musavat.com)
Oxşar xəbərlər
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?