Qacarların süqutu hansı ölkənin kəşfiyyat xidmətinin işi idi?
Oxunub: 3158
04 Jul 2020 | 14:27
Qacarların süqutu hansı ölkənin kəşfiyyat xidmətinin işi idi?
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən

1920-ci il mayın 17-də rus qırmızı ordusunun hissələri ağqvardiyaçıların apardıqları gəmiləri geri qaytarmaq bəhanəsi ilə Gilan vilayətinə soxuldular. 1920-ci il iyunun 5-də İranın Xəzəryanı ərazilərində Gilan Sovet Sosialist Respublikası elan edildi. Başçısı Mirzə Küçük xan, xarici işlər komissarı Seyid Cəfər Pişəvəri, hərbi komissarı isə gürcü əsilli çar polkovniki Vasili Karqaleteli olan bu qurum 1921¬-ci il iyunun 5-də İran Sovet Sosialist Respublikası adlandırıldı. 1920-ci ilin avqustunda və 1921-ci ilin iyununda rus hərbi müşavirlərinin rəhbərlik etdikləri İran qırmızı ordusunun Tehran istiqamətində hücumları şah ordusu tərəfindən dəf edildi. 1921-ci il fevralın 21-də İranda baş nazir Fətulla xan Əkbərin hökumətinin istefaya göndərilməsi ilə nəticələnmiş dövlət çevrilişi baş verdi. Çevrilişin iki əsas rəhbərindən biri Rza Pəhləvi idi. Bundan beş gün sonra – fevralın 26-da sovet–İran dostluğu haqqında müqavilə imzalandı. Müqavilənin şərtlərinə uyğun olaraq, 1921-ci il sentyabrın 8-də rus qoşunları İran ərazisini tərk etdilər. Sentyabrın 29-da Gilan kommunistləri ilə Mirzə Küçük xanın tərəfdarları arasında toqquşmalar başladı. Mirzə Küçük xan Qacar hökuməti ilə danışıqlara başlamaq istəsə də onun bu təklifi Gilan üzərinə hücuma hazırlaşan İran qoşunlarının komandanı Rza Pəhləvi tərəfindən rədd edildi. Noyabrın 2-də Qacar ordusu İranın Gilan üzərində suverenliyini bərpa etdi. Bu uğura baxmayaraq davamlı mübarizə şəraiti Qacarlar sülaləsini zəiflətdi. General Rza Pəhləvi isə İranın ərazi bütövlüyünü bərpa etmiş bir hərbçi kimi şöhrət və nüfuz qazandı. 1925-ci il oktyabrın 31-də İran kazak briqadasının zabiti Rza Pəhləvi Qacarlar sülaləsini devirdi. İranda Pəhləvilər sülaləsi quruldu. 

Rza şah Pəhləvinin 1894-cü ildən 1920-ci ilədək xidmət etdiyi İran kazak briqadası 1879-cu ildə Rusiya kəşfiyyatı tərəfindən yaradılmış hərbi struktur idi. 1920-ci ilə qədər bu briqadanın bütün komandirləri rus zabitləri olmuşlar:

1) Briqadanın birinci komandiri (1879–1882) süvari generalı  Aleksey İvanoviç Domontoviç (1846–1909) bu vəzifəyə təyin edilənədək Qafqaz hərbi dairəsində xüsusi tapşırıqlar üzrə qərargah zabiti olmuşdur.

2) Briqadanın ikinci komandiri (1883–1885) general-mayor Pyotr Vladimiroviç Çarkovski 1879-cu ildə çarın əmri ilə mülki vəzifəyə keçirilərək Türkiyənin Trabzon şəhərindəki rus konsulluğuna ştatdankənar katib təyin edilmiş, dörd il sonra yenidən hərbi xidmətə qaytarılıb İrana ezam olunmuşdur. 

3) Briqadanın üçüncü komandiri (1885–1891) general-leytenant Aleksandr Nikolayeviç Kuzmin-Karavayev (1862–1923) Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə ober-zabit, xüsusi tapşırıqlar üzrə qərargah zabiti və kiçik kargüzar olmuş, uzun illər Asiya ölkələrində hərbi kəşfiyyatçı missiyasını yerinə yetirmişdi. O, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis idi. 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmiş, sonra Yuqoslaviyaya köçmüş və orada vəfat etmişdir. 

4) Briqadanın dördüncü komandiri (1891–1894) polkovnik Aleksandr Konstantinoviç Şneur (1884–1977) daşnak Ermənistanının hərbi kəşfiyyat bölməsinin ilk rəisi olmuşdur.

5) Briqadanın beşinci komandiri (1894–1903) general-leytenant Vladimir Andreyeviç Kosoqovski (1857–1918) 1889-cu ildə Qafqaz hərbi dairəsinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1890-cı ildə Semireçensk (Qazaxıstan) vilayətindəki qoşunların komandanı yanında xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1890–1894-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti olmuşdur. O, hərbi şərqşünas və təcrübəli kəşfiyyatçı idi. V.Kosoqovski yalnız hərbi-siyasi məsələləri öyrənməklə kifayətlənmir, ipək istehsalı, Tehranın su təchizatı və kanalizasiya sistemi haqqında məlumatlar toplayırdı. Onun İrandan göndərdiyi kəşfiyyat informasiyasına yüksək qiymət verilirdi. Rus ordusunun İrandan o vaxt Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana yürüş planı da V.Kosoqovski tərəfindən diqqətlə işlənmiş, qüvvələrin mümkün hərəkət marşrutları, su maneələrinin dəf olunacağı yerlər, bu zaman istifadə ediləcək vasitələr, ordunun arxa təminatı kimi məsələlərə xüsusi diqqət yetirilmişdi. V.Kosoqovski 1918-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.

6) Briqadanın altıncı komandiri (1903–1906) general-leytenant Fyodor Qriqoryeviç Çernozubov (1863–1919) 1894–1897-ci illərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1900–1903-cü illərdə Qafqaz hərbi dairəsinin komandanının sərəncamında olmuşdur. 1918–1919-cu illərdə Denikinin ordusunda bolşeviklərə qarşı döyüşmüş, öz əcəli ilə vəfat etmişdir. O, hərbi kəşfiyyata dair bir neçə məqalənin müəllifi idi. 

7) Briqadanın yeddinci komandiri (1906–1909) general-leytenant Vladimir Platonoviç Lyaxov (1869–1920) 1900–1904-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti vəzifəsində xidmət etmişdir.

8) Briqadanın səkkizinci komandiri (1909–1914) general-leytenant Nikolay Petroviç Vadbolski (1869–1944) 1905–1907-ci illərdə Uzaq Şərqdə ordu qərargahının general-kvartirmeyster idarəsində xidmət etmişdir. Bu idarə digər məsələlərlə yanaşı kəşfiyyat işinin təşkili ilə də məşğul olurdu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları (Kəşfiyyat və əks-kəşfiyyat bölməsi) 1919-cu il martın 28-də məhz Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyster şöbəsinin nəzdində yaradılmışdır.

9) Briqadanın doqquzuncu komandiri (1914–1915) polkovnik Nikolay Vasilyeviç Prozorkeviç, bir məlumata görə, hərbi kəşfiyyatçı olmuşdur.

10) Briqadanın onuncu komandiri (1915–1917) general baron Vladimir Nikolayeviç Maydel (1864–?) 1894–1896-cı illərdə Zakaspi vilayətinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1898-ci ildə isə 9-cu ordu korpusunun qərargahında xüsusi tapşırıqlar üzrə ober-zabit olmuş, 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1919–1920-ci illərdə Qırmızı Ordunun Baş Qərargahında xidmət etmiş, 1921–1930-cu illərdə hərbi məktəblərdə tədrislə məşğul olmuşdur. 1930-cu ildən sonrakı taleyi məlum deyil.

11) Briqadanın on birinci komandiri (1917–1918) Georqi İosifoviç Klerje (1883–1938) 1909–1917-ci illərdə Qafqaz hərbi dairəsinin və 1-ci Qafqaz korpusunun qərargahlarında tapşırıqlar üzrə ober-zabit, Baş qərargahın baş idarəsinin kargüzarı olmuş, 1919–1921-ci illərdə vətəndaş müharibəsində iştirak etmiş, ağqvardiyaçı admiral Kolçakın ordusunun Baş Qərargahı yanında Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə, general rütbəsinə yüksəlmişdi. 1921-ci ildə Çinə mühacirət etmiş, 1922–1927-ci illərdə çinli marşal Zhang Zuolinin hərbi müşaviri, 1931–1933-cü illərdə gündəlik “Mukden” qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə G.İ.Klerje yapon əks-kəşfiyyatı tərəfindən həbs olunmuş və ehtimala görə sovet kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.

12) Bakı qubernatoru general-leytenant Dmitri Semyonoviç Staroselskinin (onun qubernatorluğu dövründə Bakıda ilk qadın gimnaziyası açılmış, Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr edilmişdi) oğlu, kazak briqadasının on ikinci komandiri (1918–1920) polkovnik Vsevolod Dmitriyeviç Staroselski (1875–1935) isə, zənnimizcə, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli olmamışdır. O, 1918-ci ilin əvvəllərində vətəndaş müharibəsindən qaçıb İrana getmiş və Əhməd şah Qacar tərəfindən briqadaya komandir təyin edilmişdi. Rza Pəhləvi 1920-ci ilin oktyabrında V.Staroselskini kənarlaşdırıb kazak briqadasının ilk iranlı komandiri olmuşdu.

Bu zabitlərin əksəriyyətinin hərbi kəşfiyyatçı olduğu onların bioqrafik məlumatlarından aydın şəkildə görünür. Briqadaya rəhbərlik etmiş digər şəxslərin də kəşfiyyata aidiyyəti məsələsinə, zənnimizcə, aydınlıq gətirə bildik. Məlumdur ki, eyni mühitdə (ailə, yaşayış yeri, təhsil, peşə) yetişmiş insanlar arasında ümumi cəhətlər mövcud ola bilər. Sözügedən zabitlərin xidmət yollarını bir-birinə bənzədən isə həm də odur ki, onların əksəriyyəti İran ezamiyyətindən əvvəl bu ölkənin sərhədlərinə yaxın ərazilərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti vəzifəsini icra etmişdir. Deyilənə görə, həmin vəzifə rus çarı I Nikolay tərəfindən xaricdə məxfi əməliyyatların təşkil olunması və keçirilməsi məqsədilə təsis edilmişdir.

Beləliklə, şübhə doğuran bütün halları nəzərə alaraq ehtimal edə bilərik ki, kazak briqadasının on iki komandirindən ən azı onu Rusiya hərbi kəşfiyyatının rezidenti olmuşdur.
Qeyd olunanlardan çıxardığımız əsas nəticə isə budur ki, rus hərbi kəşfiyyatçıları ümimilikdə 19 il Rza Pəhləvinin bilavasitə komandirləri olmuşdular. Bu isə o deməkdir ki, Rza xan birbaşa funksional vəzifələri cari və perspektiv əməliyyat imkanlarına malik şəxsləri aşkarlamaq, yoxlamaq, öyrənmək və məxfi əməkdaşlığa cəlb etmək olan əməliyyat işçilərinin tabeliyində xidmət etmiş, uzun müddət onlarla kontaktda olmuşdur. Həmin münasibətlərin nə ilə nəticələndiyini aydınlaşdırmaq istəyiriksə, araşdırma zamanı belə bir məşhur deyimi rəhbər tutmalıyıq: “Onları meyvələrinə (əməllərinə) görə tanıyın!”...

Araz ŞƏHRİLİ

Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO