Keçmişdən gələcəyə nə daşıyırıq?
Oxunub: 1405
03 Jul 2020 | 14:22
Keçmişdən gələcəyə nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist düşüncələrim

Yunus Oğuz

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

On dördüncü yazı

Bax belə!

İndi isə bu təcavüz nəticəsində bizə vurulan maddi ziyanın miqyasına baxaq:

Yaşayış məntəqələri - 900

evlər - 150000

ictimai binalar - 7000

məktəblər - 693

uşaq bağçaları - 855

tibb müəssisələri - 695

kitabxanalar - 927

məbədlər - 44

məscidlər - 9

tarixi abidələr, saraylar və muzeylər - 473

muzey eksponatları - 40 000

sənaye və kənd təsərrüfatı müəssisələri  - 6000

avtomobil yolları - 2670

su kommunikasiyaları - 2300 km

elektrik xətləri - 15000 km

meşələr - 280 000 ha

kənd təsərrüfatı üçün yararlı torpaqlar - 1 000 000 ha

irriqasiya sistemləri - 1200 km.

Bura, hələ təbii sərvətlərimiz, on illərdir istismar olunan mədən yataqlarımız (qızıl, gümüş, mineral sular, meşə materialları və s.) daxil deyil.

Köçkün və qaçqınlarımızın, Ermənistandan gələnlərimiz daxil olmaqla, sayı 1 200 500 nəfər.

Adları çəkilən dağıdılan resursların yerini nə zamansa doldurmaq olar, təkcə ikisindən savayı; birincisi insan resursu; ikincisi isə birincidən doğan alınan  mənəvi yaranı. Bunların yerini heç  zaman doldurmaq mümkün olmayacaq. Hələ mən yazmıram ki, bütövlükdə xalqımız hansı maddi-mənəvi zərbələri alıb.

Bununla yanaşı, bu xalq özündə təpər tapdı, dövlətini qurmaq və ordusunu gücləndirmək istəyindən bir an vaz keçmədi. Nəticə məlumdur: Ordumuz Qafqazın ən güclü ordusudur. Buna həm insan, həm də maddi resurslarımız imkan verir. Fakt faktlığında qalır ki, biz içində qələbə də olan döyüşlərin çoxunu uduzmuşuq, amma müharibə hələ bitməyib və arada 12 may 1994-cü ildə Bişkekdə Ermənistan və Azərbaycan arasında kövrək atəşkəs sazişi imzalandı. "Kövrək" ona görə yazdım ki, bu atəşkəsdən sonra cəbhə xəttində bircə gün olsa da atəş dayanmadı və ötən iyirmi altı il müddətində yüzlərlə müharibə bölgəsində yüzlərlə əsgərimiz, zabitimiz, mülki vətəndaşımız şəhid oldu. Bu ərəfədə iki əsas məqamı diqqətə çəkmək istərdim; biri bizim xeyrimizə, digəri ermənilərin.

Birincisi bizim xeyrimizə olanı yazım.

Beynəlxalq güclərin təzyiqinə baxmayaraq bu münaqişədə separatçı Dağlıq Qarabağ erməniləri tərəf kimi qəbul edilmədi, çünki, əgər bu baş verərdisə, Dağlıq Qarabağ beynəlxalq subyektə çevrilə bilərdi. Bu da ermənilərin ikinci dövlət qurması demək olardı. Titanik səylər (bu səylər A. Mütəllibovu çıxmaq şərtilə qalan bütün dövlət başçılarına aiddir) nəticəsində bu baş vermədi. Elə indinin özündə də erməni diasporası və lobbisi var gücü ilə çalışır ki, Dağlıq Qarabağ beynəlxalq subyektə çevrilsin. Lakin, qatar gedib. Güclü Azərbaycan qəti sözünü və yumşaq iradəsini dünyaya göstərmək gücündədir.

İkinci ermənilərin xeyrinə olan məsələ belə idi ki, ermənilər, Ermənistan hər yerdə, istər  ölkəiçi, istərsə də xaricdə QALİB dilində danışırdı.  Niyə də danışmasın? Ermənistanda və Qarabağda yaşayan azərbaycanlılar əmlakları, var-dövlətləri əllərindən alınmaqla qaçqına və köçkünə çevrilmiş, neçəsi məhv edilmiş,  qətlə yetirilmişdilər. Qarabağətrafı rayonlar işğal olundu. Lakin, bu Qalib dili, yəni de -faktonu, de yüreyə-hüquqi müstəviyə keçirə bilmədilər. Azərbaycan belə danışıq tərzinə düz iyirmi iki il dözdü. Və 2016-cı ilin aprelində  ermənilərin QALİB sindromunu üç günlük döyüşdə sındırdı.

Eyni zamanda Azərbaycan ordusunun ən müasir silahlarla təchiz olunması, beynəlxalq siyasətdə və ticarətdə güclənməsi və ticarətin aparıcı subyektə çevrilməsi (Burada söhbət Ələt azad iqtisadi zonanın yaradılmasından,  TAP və TANAP qaz kəmərinin çəkilməsindən, Bakı-Tiflis-Ceyhan neft borusundan, Bakı-Tiflis-Qars dəmir yolundan, Şimal-Cənub, Şərq-Qərb quru yoldan, beynəlxalq hava tranzitindən və sairədən gedir) Qalib sindromunun sındırılmasını daha da gücləndirdi. Bu gün Ermənistan və Qarabağın separatçı rejimi Azərbaycan tərəfindən müharibənin başladılması təhlükəsindən qorxur, çəkinir. Söhbət ondan getmir ki, Aprel döyüşlərində ordumuz həm Tərtər, Cəbrayıl, həm bundan iki ildən bir qədər sonra Naxçıvanın Sədərək rayonundan işğaldan azad etdikləri torpaqların həcmi əsas məsələ deyil, hərçənd bu da çox  vacibdir. Ancaq, məsələ bundadır ki, bu torpaqların geri qaytarılması xalqımıza və ordumuza başqa bir stimul verdi, döyüş və hərbi vətənpərvərlik ruhunu gücləndirdi. Ermənilərin arxasında kimlərin durmasından asılı olmayaraq, aparılan düzgün xarici siyasət və ordu quruculuğunun daha da gücləndirilməsi, düzgün geosiyasi və geoiqtisadi siyasət xalqımıza güvənliyi qaytardı, dövlətə etimadını gücləndirdi, Heydər Əliyev kimi. Bu da ayrıca mövzu olduğundan bu barədə fikirlərimi buradaca bitirirəm.

Tarix ibrətdir deyəndə mən təkcə ermənilərin bizə qarşı son yüz ildə etdiyi qətliamı nəzərdə tutmuram, hərçənd bu da keçmişimizin və günümüzün çox aktual və vacib məsələlərindən biri olaraq qalır. Amma tariximizdə digər hadisələr baş verib ki, etnosun xalq kimi formalaşmasına birbaşa təsir edib. Məsələn, məzhəb ayrılığı bizi yüz illər ümumi inkişafdan dayandırıb, çox vaxt isə cahilliyə və xurafata aparıb çıxarıb. Təsəvvür edin ki, uzun müddət Oğuz törəməsi olan iki qardaş osmanlı və qızılbaşlar fətva verirdilər ki, bir-birilə müharibə aparsınlar. Düzdür, dini siyasiləşdirmək cəhdi həmişə olub və bu gün də var. Amma orta əsrlərdə dünyanın (o zaman dünya Avrasiya və Şimali Afrika sayılırdı) ən güclüsü türk dövlətləri sayılırdı. Bu türk dövlətləri əsasən bir-birilə vuruşur, eyni zamanda aralarındakı müharibələr nəticəsində zəifləyir, xristian dünyasından, yaxud da başqa bir yerdən özlərinə müttəfiq axtarışına başlayırdılar.

Dini ideologiya bəzən o qədər güclü olurdu ki, bir dövlət dili, dini, mədəniyyəti eyni olan qardaş dövlətin axırına çıxmaq istəyir, sonunu tezləşdirməyə cəhd edirdi.

Düz min ildən artıq özümüz özümüzlə vuruşduq. Nəticədə, XVIII əsrin sonunda o qədər zəiflədik ki, Avropa və Rusiya demək olar ki, qarış-qarış dinimizi, dilimizi, mədəniyyətimizi bizdən alıb özününküləşdirdi.

Buyurun baxın. Hülaki 1258-ci ildə Bağdadı fəth etməklə xilafətə son qoydu. Böyük bir imperiyanın adı Elxanlı idi. Xəzərin şimalında özünün əmisi nəvələrinin hakimiyyəti altında olan Batı xanın uşaqları ilə düşmən idilər. Bu zaman Qızıl Orda yavaş-yavaş islamı qəbul edirdi. Azərbaycanda, sarayda isə tanrıçılığa tapınırdılar. Yalnız elxan Qazan xanın dövründə (1295-1304) hülakilər islamı qəbul etdilər. Buna baxmayaraq, məntiqi nəticə olaraq Əmir Teymur Toxtamışı (XIV əsr) elə vəziyyətə saldı ki, iki yüz il Rusiyada və Şərqi Avropada hökmdarlıq edən tatar imperiyasının sonu oldu. Yerində Yeni Rus dövləti yarandı. Bu da özünü çox gözlətmədi. Bütün Rusiyanın və Moskvanın çarı İvan Qroznı əvvəlcə Kazanı (1552), sonra isə Həştərxan (1556) xanlıqlarının Rusiyanın tərkibinə qatdı. Bu şəhərlərin işğalı zamanı yüz minlərlə dinc əhali qılıncdan keçirildi, məhv edildi.

Baxın. Hansı dövrdə İvan Qroznı bu xanlıqları işğal etdi. Sultan Süleymanın, bütövlükdə Osmanlı imperiyasının ən möhtəşəm bir zamanında. Bu o zaman idi ki, türk ordusu Vyana qapılarını döyürdü. Amma Sultan Süleyman həm də Şah İsmayılın oğlu Şah Təhmasiblə müharibə aparırdı. Yalnız Səfəvi dövlətinin yaranmasından əlli dörd il keçdikdən sonra 1555-ci ildə ilk dəfə olaraq Osmanlı-Səfəvi sülh sazişi imzalandı. İki qardaşın başı özünə qarışmışdı. Təhmasib şah isə Kazan və Həştərxan xanlıqlarını nə dindaş, nə də dildaş hesab edirdi.

Krım xanlığının ərazisi indiki Bryansk vilayətinə qədər uzanırdı. Amma, aralarındakı soyuq münasibətlərə görə nə Kazana, nə də Həştərxana yardım etmədi. Heç nə gərək deyildi, sadəcə olaraq Krım xanının Moskvaya bir yürüşü kifayət idi ki, İvan Qroznı geri çəkilsin. Amma, Moskva xana bac verirdi və bu səbəbdən də Krım xanlığı İvan Qroznı ilə münasibətləri pozmaq istəmirdi.

Düzdür, Sultan Süleyman Azov dənizindən (təsəvvür edin ki, o dövrdə Qara və Azov dənizləri Osmanlı imperiyasının daxili dənizləri hesab edilirdi) Xəzər dənizinə qədər su kanalı çəkmək fikrində olsa da, yanıçərlərin narazılığı nəticəsində bu iş də yarımçıq qaldı.

Türküstan və Sibir xanlıqları da Kazan və Həştərxanın azad edilməsi üçün heç bir şey etmədilər. Əvəzində Türküstan xanı  (1569) çarla müqavilə bağladı.

Görürsünüzmü, ətrafı bütünlükdə türk soyları olan dövlətlər şəhərlərin işğalına biganə qaldılar. Bəlkə də ürəklərində sevinirdilər ki, belə daha yaxşıdır. Rus gələcək, gedəcək. Sonra bu torpaqları rahat dövlətimin torpaqlarına qatacam. Beləcə dörd yüz illik tarixi olan Xəzər imperiyası da süqut edən digər ətraf dövlətlər, xüsusilə də Dəşti Qıpçaq türkləri biganə qaldılar.

Yaxud da Sultan Səlimin Şah İsmayılla 1514-cü ildə, Əmir Teymurun İldırım Bəyazidlə- özümüzlə apardığı müharibə passionar əsgərlərimizin minlərlə ölümü deyildimi? Əmir Teymur İstanbulun fəthini düz əlli il ləngitdi. Şah İsmayıl isə Çaldıran döyüşündən sonra fatehlik niyyətindən əl çəkdi və ölkədaxili işlərə diqqətini artırdı.

Ardı var...
Oxşar xəbərlər
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO