Bəşər Əsədi devirmək üçün Obamaya 90 gün vaxt verilir
Dünya
Oxunub: 4037
05 Sep 2013 | 11:56
Bəşər Əsədi devirmək üçün Obamaya 90 gün vaxt verilir

 

Rus hərbi gəmisi Aralıq dənizinə doğru hərəkət edir; Əsədin sabiq müdafiə naziri Türkiyəyə qaçdı
Dünən ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Suriya ilə bağlı keçirilən dinləmələr Vaşinqtonu Bəşər Əsəd rejiminə qarşı hərbi müdaxiləyə bir addım da yaxınlaşdırıb. Dinləmələr zamanı dövlət katibi Con Kerri və müdafiə naziri Çak Hagel senatorlara Suriyada Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsinə dair dəlilləri təqdim ediblər. Komitə Suriyaya hərbi müdaxilə ilə bağlı olaraq qərar layihəsi hazırlayıb.

Maksimum 90 gün...

Layihəyə əsasən, prezident Barak Obamaya Suriyaya qarşı hərbi müdaxiləyə əmr vermək səlahiyyəti verilir. Lakin hərbi müdaxilənin özü məhdud xarakter daşıyacaq. Belə ki, hərbi əməliyyatlar üçün 60 günlük müddət nəzərdə tutulub və bundan sonra zərurət olarsa, bu müddətin yalnız bir ay artırılması məsələsi gözdən keçirilə bilər. Yəni istənilən halda hərbi müdaxilə 90 gündən çox davam edə bilməz.

Quru qoşunları əməliyyata qatılmayacaq

Həmçinin həbi əməliyyatlarda ABŞ-ın quru qoşunlarının iştirakına qadağa qoyulub. Heç bir Amerika əsgərinin ayağı Suriya torpağına dəyməyəcək. Əməliyyat yalnız hava qüvvələri tərəfindən həyata keçiriləcək.
Bundan başqa, qərar layihəsi Obamaya cəza xarakterli hava zərbələrini təkrarlamağa icazə vermir. Bu yalnız o zaman baş verə bilər ki, Bəşər Əsəd rejimi kimyəvi silahdan təkrarən istifadə etsin. 
Əslində Obamanın özü də əvvəllər dəfələrlə deyib ki, Bəşər Əsəd qüvvələrinə qarşı hərbi zərbələr zaman və məkan baxımından məhdud olacaq. Yəni prinsip etibarilə, Senat komitəsi elə Obamanın istədiyi varianta razılaşır. Bununla belə, Obamanın müzakirəyə təqdim etdiyi qərar layihəsində əməliyyatların miqyası daha böyük nəzərdə tutulurdu. Qanunvericilərin tənqidinə cavab olaraq Obama bildirmişdi ki, o, Senat üzvlərinin bu qərar layihəsinə dəyişikliklər etməsinə etiraz etmir. Qeyd edək ki, layihənin güzəştli versiyasını demokrat senator Robert Menendez və respublikaçı senator Bob Korker birlikdə hazırlayıblar.
Layihə komitədə qəbul edildikdən sonra Senatın tam tərkibində səsverməyə çıxarılacaq. Səsvermə Senatın avqust tətilindən sonra - sentyabrın 9-da baş tutacaq.

Rus gəmisi Aralıq dənizinə doğru...

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin də Suriya haqqında açıqlamalarla gündəmdə olub. O, ABŞ-a birtərəfli qaydada hərbi müdaxilənin arzuolunmaz nəticələri ilə bağlı xəbərdarlıq edib. Putin bildirib ki, əgər Bəşər Əsəd hakimiyyətinin kimyəvi silahlardan istifadəsinə dair tutarlı sübutlar ortaya qoyularsa, BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı hərbi müdaxiləyə dəstək verə bilər.
Bu açıqlamalarla eyni vaxtda Rusiyanın raketdaşıyan hərbi gəmisinin Aralıq dənizinə yaxınlaşması barədə xəbərlər də yayılıb.

Əsədin müdafiə naziri Türkiyəyə qaçdı

Günün ikinci yarısında yayılan xəbərlərə görə, Suriyanın sabiq müdafiə naziri Əl-Həbib ölkədən qaçaraq Türkiyəyə sığınıb. Suriya Beynəlxalq Koalisiyasının yüksək vəzifəli yetkililərindən olan Kamal əl-Labvani bildirib ki, Əl-Həbib rejimdən qaçmağı bacarıb və artıq Türkiyədədir.
ABŞ ordusu Suriyaya zərbə endirməyə hazırdır

Bölgədə cəmlənmiş ABŞ ordusunun birləşmələri Suriya rejiminə qarşı əməliyyat keçirməyə hazırdır. Bu barədə isə ABŞ-ın müdafiə naziri Çak Heygel Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı bəyan edib. “Biz qüvvələrimizi bölgədə ona görə cəmləmişik ki, bu cür əməliyyatı həyata keçirmək üçün imkanımız olsun. Biz general Dempsi ilə (ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Martin Dempsi) prezidentə onun əmrini icra etməyə hazır olduğumuz barədə raport vermişik”, -deyə Heygel bildirib. (apa)

Rusiya Suriyaya hərbi yardımı dayandırdı

Rusiya S-300 raket kompleksinin detallarının Suriyaya çatdırılmasını dayandırıb. Rusiya prezidenti Vladimir Putin bununla bağlı müvafiq əmr verib. Qeyd edək ki, Rusiya Əsəd rejiminə müxalifət qüvvələri ilə müharibəyə yaxından kömək göstərmək üçün S-300 raket kompleksləri üzrə xüsusi komponentləri göndərirdi.

Putin də Əsədi “vura” bilər

“Rusiya Suriyada hərbi əməliyyatlara razılıq verəcəyini bir halda istisna etmir, əgər Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi təsdiqini taparsa”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin "Associated Press”ə müsahibəsində deyib. 
Putin həmçinin qeyd edib ki, bu, BMT-nin sanksiyalarından sonra mümkün ola bilər: “Mən bunu (Rusiyanın razılığını) istisna etmirəm. Lakin diqqətinizi tamamilə prinsipial bir məqama çəkmək istərdim. Mövcud beynəlxalq qaydalara uyğun olaraq, müstəqil dövlətə qarşı silah tətbiq etməklə bağlı sanksiyanı ancaq BMT-nin Təhlükəsizlik Şurası verə bilər. Müstəqil və suveren dövlətə qarşı güc tətbiq etməyə haqq qazandıracaq istənilən digər səbəblər, yollar qəbulolunmazdır”. Putin həmçinin bildirib ki, hələ ki, Suriyada nə baş verdiyinə dair dəqiq faktlar yoxdur və hər şey sakitcə araşdırılmalıdır. 

"Türkiyə hərbi əməliyyatlarda iştirak etməyə hazırdır"

"Türkiyə istənilən koalisiyanın tərkibində Suriyaya qarşı hərbi müdaxilədə iştirak etməyə hazırdır". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə hərbi müdaxilə olacağı təqdirdə bütün mümkün ssenarilərə hazırdır: "Suriya ölkədə hərbi əməliyyatlarda iştirak edən dövlətlərə cavab zərbələri endirsə, Türkiyə bununla bağlı bütün hazırlıq işləri görəcək".

“Türkiyə və İordaniyanı vuracağıq”

“ABŞ Suriyaya hücum edəcəyi təqdirdə, Suriya ordusu tək İsrailə deyil, Türkiyə və İordaniyaya da zərbə endirəcək”. Lent.az-ın verdiyi məlumata görə, bunu da “Wall Street Journal”a müsahibəsində Suriya xarici işlər nazirinin müavini Faysal əl-Miktad söyləyib. Faysal əl-Miktad ABŞ-ın bölgədəki müttəfiqləri olan Türkiyə və İordaniyanın iki dəfə düşünməli olduğunu bildirib. Onun sözlərinə görə, savaş başlayarsa, xaos yaranacaq, prosesləri heç kim nəzarətdə saxlaya bilməyəcək: “Türkiyə qəti olaraq Suriyaya qarşı əməliyyata dəstək verir. İordaniya isə bitərəf olduğunu açıqladı, ancaq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bu ölkədə və Səudiyyə Ərəbistanında hazırladığı döyüşçülər hazırda Suriyada hökumətə qarşı savaşırlar. Suriyaya hücum İordaniyadan başlayarsa, İordaniya bunun acı nəticəsini görəcək”.

Amerika xalqını sevdiklərini bildirən Faysal əl-Miktad deyib ki, ərəb əsilli bir çox amerikalı var, onların da bir qismi suriyalıdır: “Biz ABŞ-la savaş istəmirik. ABŞ-ın əməliyyatı Vaşinqtonun Suriyada dəstəkləməyi düşündüyü dünyəvi müxalifləri deyil, “Əl-Qaidə” terror təşkilatına bağlı qrupları gücləndirəcək. Konqresin bu hücuma yaşıl işıq yandırması Suriya xalqı, ABŞ xalqı və bölgədəki hər kəs üçün bir faciə olar. ABŞ bölgədəki tək dünyəvi siyasi sistemlə savaşaraq nə qazanacaq?”. Suriyaya hücum olacağı təqdirdə Dəməşqin müttəfiqləri olan İran və Rusiyanın yardıma gələcəklərini bəyan edən Faysal əl-Miktad bu yardımın detallarını açıqlamayıb: “Hazırda özümüzü müdafiə etməyimiz üçün Rusiya bizə silah verir”.

İsraildə səfərbərlik elan olundu

Suriyadakı vəziyyətlə bağlı bu ölkənin hakimiyyəti ABŞ-ın Yaxın Şərq regionundakı müttəfiqi İsrailə də zərbələr endirməyi planlaşdırır. Milli.Az-ın Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail də cavab atəşinə hazırlaşır. Məlumata görə, artıq İsrail raketləri Suriyaya doğru istiqamət alıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Suçlu cəzasız qalmamalıdır”

BMT-nin baş katibi Pan Ge Mun bildirib ki, Suriyada kimyəvi silah tətbiqi sübuta yetirilərsə, o zaman Təhlükəsizlik Şurasının birləşib, fəaliyyət göstərməsi vacib olacaq. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib: «Kimyəvi silahı istənilən tərəfdən, istənilən şəraitdə istifadəsi beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması və görünməyən hərbi cinayətdir. İstənilən cinayətkar qanun qarşısında cavab verməlidir. Suçlu cəzasız qalmamalıdır».
Baş katib qeyd edib ki, istənilən şəkildə hərbi müdaxilə orada şəraiti daha da gərginləşdirər: «Güc tətbiqindən özünümüdafiə məqsədi və ya Təhlükəsizlik Şurasının icazəsindən sonra istifadə etmək olar».

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək