Azərbaycana iki qonşusundan su zərbəsi: Samur və Kür suyu olmasa...
Oxunub: 1755
02 Jul 2020 | 09:44
Azərbaycana iki qonşusundan su zərbəsi:  Samur və Kür suyu olmasa...
Türkiyə Kürün suyunu tərsinə axıtmağa, Rusiya Samurdan bizə verilən payı kəsməyə hazırlaşır
Azərbaycanda su problemi getdikcə dərinləşir. Hazırda bütün diqqətlər Kür çayında suyun kəskin azalması, bunun nəticəsində çayın sahilboyu ərazilərində suvarma probleminin yaşanması, xüsusilə də Xəzər dənizinin şor suyunun çayla geriyə axınının baş verməsinə yönəlib. Şor suyun artıq Neftçalanı da keçərək, Salyan rayonuna çatdığına dair məlumatlar yayılmaqdadır.

Kürdə su niyə azalıb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyevin jurnalistlərə verdiyi açıqlamaya görə, bu ilin may və iyun aylarında ölkə ərazisinə düşən yağıntıların miqdarının normadan az olması, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin Kür çayına tökülən çaylarda sululuq azalıb. Bunun nəticəsində may ayının 15-dən başlayaraq 31-dək Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb. Eyni zamanda Kür çayının Mingəçevir su anbarından aşağıda, Yevlax məntəqəsində suyun səviyyəsi 47, Zərdabda 127, Surrada 165, Şirvanda 190, Salyanda 154, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub.

İyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axında suyun səviyyəsinin tərəddüdü müşahidə edilib: “Ümumiyyətlə, çoxillik müşahidələrə görə Kür çayının aşağı axınında yay dövründə hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib. Builki azalma isə ötən illərlə müqayisədə bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb”.

Nazirlik rəsmisi bildirir ki, suya olan tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir: “Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq. Kürün suyu azalır. Bu da su qıtlığı kimi kompleks problemlərlə səciyyələnir. Belə ki, Kürün suyunun səviyyəsinin azalması onun axarının sürətinin azalmasına gətirib çıxarır ki, bu da öz növbəsində xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur”.

Maraqlıdır ki, Xəzərin suyunun Kürə axmasının başqa səbəbini də qeyd edənlər var. Belə ki, bir sıra mütəxəssislər Kürdə suyun azalması hallarının əvvəllər də baş verdiyini, lakin dəniz suyunun çayla üzüyuxarı axmasının müşahidə olunmadığını deyirlər. Qeyd olunur ki, 2010-cu ildə Kürdə daşqın olan zaman hökumət qurumları çayın deltasında dibdərinləşdirmə işlərini düzgün aparmayıblar: deltanın cənub hissəsi deyil, şimal hissəsində qazıntılar aparılıb. Bu il şimal küləkləri çox olduğuna görə qazılmış yerlər qumla dolub, nəticədə dəniz suyu yuxarı qalxıb, Kürün yatağı isə aşağıda qalıb. Bu isə suyun geri axmasına şərait yaradıb. Hələlik bu versiya ilə bağlı rəsmi açıqlama verilməyib.

Kürdə suyun azalmasının bir əsas səbəbi, əlbəttə, qlobal iqlim dəyişikliyi ilə bağlı yağıntıların az olmasıdır. Lakin burada Kürboyu, xüsusilə Türkiyə ərazisində anbar və su elektrik stansiyalarının tikintisi də böyük rol oynayır. Belə ki, Türkiyənin Ərdahan vilayətində Kür üzərində iki anbar və SES inşa olunub. Bu anbar və SES-lər istismara 2016-cı ildə verilib.  Söhbət Koroğlu, Kayabəyi su  anbarları və Kotanlı, Axıncı SES-lərdən gedir.

Türkiyə ərazisində Kür üzərində yaradılması planlanan Beşikkaya su anbarı isə hətta qlobal iqlim dəyişikliyi olmadan belə çayın aşağı axarında yerləşən Gürcüstan və Azərbaycan üçün böyük təhlükə yaradır. Belə ki, Beşikkaya anbarının tikintisi layihəsi 2000-ci illərin əvvəlindən irəli sürülüb. Anbarın Kürün yatağından 89,5 metr yüksəkliyə qaldırılması və 13 km-lik iki tunellə suyun Çoruh hövzəsinə axıdılması planlaşdırılır. Layihə irəli sürüləndən bəri Ərdahan sakinlərinin, ictimai xadimlərin kəskin etirazlarına səbəb olub. Dəfələrlə əhali tikinti hazırlıqlarının aparıldığə əraziyə gedərək etiraz aksiyaları keçirib.

Ərdahan Kür Vadisi Axarsu və Gölləri Mühafizə Dərnəyinin yaradıcı üzvlərindən olan Ərcan Şirin hələ 2017-ci ildə bu layihənin qəti əleyhinə çıxaraq, onun Kür vadisini tamamilə məhv edəcəyini açıqlayıb. Qeyd etdiyimiz kimi, Beşikkaya anbarından suyun iki tunellə Çoruh çayına axıdılması nəzərdə tutulur. Ə.Şirinin dediyinə görə, bu, faktiki olaraq beynəlxalq su razılaşmasının ziddinə olaraq Kürün axınının tərsinə dəyişdirilməsi olacaq.

Lakin Türkiyənin müvafiq dövlət qurumları ictimai etirazlara əhəmiyyət verməməkdədirlər. Hakimiyyətdə olan AK Parti liderlərinin seçkiqabağı çıxışlarında Beşikkaya layihəsindən hər dəfə bölgəyə fayda verəcək böyük plan kimi bəhs edilir. Ötən il anbarın fiziki tikintisinin başlanması nəzərdə tutulurdu.

Hesab edirik ki, Azərbaycan və Gürcüstan dövlət səviyyəsində Beşikkaya su anbarı layihəsinə etirazlarını bildirməli, onun icrasının Kürdə suyun səviyyəsinə təsir etməyəcək formada reallaşdırılmasına nail olmalıdılar.

Ölkəmiz yalnız Kürlə bağlı deyil, Samur çayı ilə bağlı da ciddi təhdidlərlə üzləşməkdədir. Azərbaycanın Şərq bölgəsinin, xüsusilə Bakı, Sumqayıt, Abşeron ərazisinin su ilə təminatında müstəsna əhəmiyyətə malik olan Samur çayı ilə bağlı da vəziyyət bizim üçün qətiyyən ürəkaçmayan məcraya doğru gedir.

Mənbəyini Rusiya ərazisindən - Şimali Qafqaz dağlarından götürən Samur çayının uzunluğu 250 kilometrdən çox olsa da, cəmi 38 km-i sırf Azərbaycan ərazisindən keçir. Qalan hissədə çay Rusiya-Azərbaycan sərhədini təşkil edir.

1950-ci illərdə çayın üzərində Azərbaycanın təklifi ilə Su qovşağı tikilib, daha sonra Samur-Abşeron suvarma sistemi yaradılıb. Samur çayı üzrə su bölgüsü keçmiş SSRİ Su Təsərrüfatı Nazirliyinin 1967-ci il qərarı əsasında həyata keçirilirdi. Qərara əsasən su çayda 75 faizlik sululuq şərtilə 33,7 faiz ekoloji axıntı, 16,7 faiz Rusiya, 49,6 faiz Azərbaycan tərəfinə olmaqla bölünürdü. 90-cı illərdə sərhədlərin delimitasiyası müzakirələrində Rusiya tərəfi sudan bərabər istifadə olunmasını təklif edib. 2010-cu ildə bağlanmış delimitasiya müqaviləsinə əsasən dövlətlərarası sərhəd çayın sağ sahilindən (Azərbaycan tərəfindən) hidroqovşağın ortasına çəkilib. Eyni zamanda 30,5 faizlik ekoloji axıntı ilə qalan suyun bərabər istifadəsi üzrə razılıq əldə olunub. Lakin son vaxtlar qlobal iqlim dəyişikliyinin yaratdığı su azlığı şəraitində Dağıstan Respublikası Samur çayının suyundan Azərbaycanın daha az istifadə etməsi məsələsini qaldırıblar. Mart ayında respublikanın rəhbəri Vladimir Vasilyev Rusiya prezidentinin xüsusi nümayəndəsi qarşısında Samur çayının suyu üzrə bölgünün dəyişdirilməsi, Azərbaycana daha az limit ayrılması məsələsini qaldırıb: “Dağıstanda yağıntılar ildən-ilə azalır, yeraltı su mənbələri tükənir. İndi əvvəlki güzəştli razılaşmalara yenidən baxılmasının, hamının xəbərdar edilməsinin və qonşu dövlətlə (Azərbaycanla - D.S.)  su bölgüsü məsələsini həll etməyin zamanı gəlib”. Daha sonra Rusiya KİV-lərində Məhərrəmkənd rayonu rəhbərliyinə istinadən ərazidə ciddi su çatışmazlığının yarandığı və Samurdan Azərbaycanın razılaşmanın ziddinə olaraq daha çox su götürdüyünə dair silsilə yazılar dərc olundu.

Bu prosesə dair sonuncu məlumat 3 gün əvvəl “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 18-ci görüşünün keçirilməsi barədədir. ASC-dən verilən məlumata görə, görüş koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar videokonfrans şəklində baş tutub: “Görüşdə iki ölkə arasında operativ su ehtiyatlarının bölgüsü və monitorinqi, Samur Hidroqovşağının texniki vəziyyətinin növbəti müayinəsi və digər məsələlərə baxılıb”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıdan aldığımız məlumata görə, bilavasitə Samur çayından götürülən su hesabına formalaşan Ceyranbatan su anbarı Bakı və Sumqayıt da daxil olmaqla, bütövlükdə Abşeron yarımadasının su təchizatında orta hesabla 55 faiz paya malikdir: “Yay aylarında suya tələbat artanda bu pay 66-67 faizə qədər yüksəlir”.

Samur çayına su Ceyranbatana Taxtakörpü su anbarından kanalla çatdırılır. Taxtakörpüyə isə Samurdan Vəlvələçay-Taxtakörpü kanalı ilə su verilir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometr, ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. 2007-ci ildə tikilməyə başlanıb, 2013-cü ildə istifadəyə verilib.  Taxtakörpü su anbarında duruldulmuş, saniyədə 40 kubmetr suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi üçün ümumi uzunluğu 107,33 kilometr olan Taxtakörpü-Ceyranbatan kanalı istifadəyə verilib.

Qeyd edək ki, bu işlər  “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2006-cı ildən Dövlət Neft Fondunun vəsaitləri hesabına başlanıb. 01.01.2019 tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair imzalanmış müqavilələr üzrə ümumilikdə 1 milyard 469,6 milyon manat vəsait ayrılıb. Rusiya tərəfinin təklifi reallaşarsa, Azərbaycanın əsas sənaye mərkəzlərinin və əhalisinin 60 faizə yaxınının yerləşdiyi ərazidə çox kəskin su problemi yaşana bilər. “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsi çərçivəsində Şimal bölgəsindəki dağ çayları üzərində suyığıcı və axıdıcı qurğuların da tikintisi həyata keçirilir. Lakin bu, bölgədə yaşana biləcək fəlakətin təsirlərini cüzi azalda bilər...

Göründüyü kimi, qlobal iqlim dəyişikliyinin dövlətlər arasında su müharibələrinə səbəb olacağına dair illər əvvəl verilən proqnozlar özünü doğrultmaq üzrədir. Çox təəssüflər olsun ki, mövcud su ehtiyatlarının 70 faizi xaricdən formalaşan Azərbaycanın qlobal iqlim dəyişikliklərinin ən çox təsirinə məruz qalan ərazi kimi yaxınmüddətli dövrdə çox çiddi su problemi ilə üzləşməsi ehtimalı böyükdür.

Bu ilin aprelində ölkə Prezidentinin sərəncamına əsasən su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. Komissiyanın Azərbaycanın su ilə təminatına yaranan daxili və xarici təhdidləri düzgün qiymətləndirməklə mümkün çıxış yollarını da düzgün qiymətləndirməsi həyati əhəmiyyət daşıyır...(Musavat.com)
Oxşar xəbərlər
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
GÜNLÜK
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."