“Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ!
Oxunub: 3943
01 Jul 2020 | 13:57
“Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ!

Ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Hansı ki, bu mübarizədə QHT-lərin də yaxından iştirak etdiyi, məlum mübarizəyə böyük əmək verdiyi göz önündədir.

 

Moderator.az olaraq  Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbudla söhbətimizdə QHT-lərin bu yöndəki fəaliyyətini şərh etməklə yanaşı, media-QHT əməkdaşlığı kimi məsələlərə də diqqət yetirməyə çalışdıq.

 

- Elməddin müəllim, bildiyiniz kimi, bir neçə aydır ki, ölkəmzidə pandemiyaya qarşı ciddi mübarizə aparılır. Sizcə vətəndaş cəmiyyəti institutları bu mübarizənin hansı nöqtəsində yer alır? Onların pandemiyaya qarşı mübarizəsi nə dərəcədə əhəmiyyətli və effektivdir?

 

- COVID-19 pandemiyası gözlənilməz və ilk dəfə olaraq rastlaşılan qlobal miqyaslı təhlükə, bəla olduğundan ona qarşı cəmiyyətin bütün strukturlarının, əhalinin bütün təbəqələrinin mübarizə aparması zəruridir. Bildiyimiz kimi ÜST mart ayında bu infeksiyanı rəsmən pandemiya elan etdi. Bir neçə aydır ki, Azərbaycan Respublikasının prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan geniş miqyaslı mübarizə tədbirləri həyata keçirilir. Cənab prezident çıxışlarında bildirib ki, hər bir şəxsin pandemiyaya qarşı mübarizədə səfərbər olması vacibdir. Hər bir vətəndaş müvafiq qaydalara riayət etməli, eyni zamanda koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməlidir. Mediadan və sosial şəbəkələrdən izlədiyiniz kimi ölkənin vətəndaş cəmiyyəti institutları dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyi təmin etmək üçün ilk gündən etibarən aktiv fəaliyyət göstərirlər. Çünki bu qlobal təhlükəyə qalib gəlmək üçün yalnız dövlətin həyata keçirdiyi tədbirlər yetərli deyil. Vətəndaş cəmiyyəti institutları bu məsələdə mühüm rola malikdirlər. Mart ayının etibarən Şura QHT-lərin pandemiyaya qarşı mübarizə tədbirlərinə səfərbər edilməsi üçün davamlı şəkildə fəaliyyət göstərir. Martın 25-də Şura sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiyini bildirdi, həmçinin bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırdı. Məndə olan məlumata görə indiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif məbləğdə ianə köçürüb. Şura martın 27-dən etibarən Real TV-lə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başladıb. Bu kampaniyaya qoşulan yüzlərlə QHT koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılmasında, karantin rejiminə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işində yaxından iştirak etdi. Aprelin 2-də isə Şura koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirdi. Konfransda bir sıra mühüm qərarlar qəbul olundu. Aprelin 4-də QHT və media nümayəndələrindən ibarət İctimai Qərargah formalaşdırıldı. Şura hazırda da COVID-19 pandemiyası ilə mübarziə çərçivəsində onlayn konfranslar, görüşlər və iclaslar təşkil edir. Bu toplantılarda qəbul olunan qərarlar ciddi icra olunur. Həmçinin, QHT-lər də vətəndaşlara psixoloji dəstək və sosial yardımların göstərilməsini imkanları daxilində etdirirlər. Şuranın təşəbbüsü və rəhbərliyi ilə QHT-lərin ötən müddət ərzində bu sahədə gördüyü işlərin hamısı sadalasam bu müsahibə yox, uzun bir məqalə alınar.

 

Pandemiyaya qarşı mübarizədə ilk növbdə görülməli olan iş maarifləndirmə işidir. Əhalinin maarifləndirilməsi məsələsi çox vacibdir. Birincisi, insanlar bilməlidir ki, pandemiyanın doğurduğu təhlükə nədən ibarətdir? Bu, onlar üçün hansı təhlükəni yaradır? İkincisi, bu təhlükədən qorunmaq üçün nələri etmək lazımdır? Hansı gigiyenik normalara əməl etmək lazımdır? Həyat tərzimizə nələri əlavə etməliyik? Üçüncüsü, karantin rejimində qaydalara əməl etməyəcəyimiz təqdirdə nələrlə rastlaşacağıq? Karantin rejimi hansı səbəbdən tətbiq edilib?

 

Bunları əhaliyə izah etmək üçün ciddi maarifləndirmə işi aparmaq lazımdır. Bunu isə vətəndaş cəmiyyəti institutları, QHT-lər və media həyata keçirir. Bu baxımdan vətəndaş cəmiyyətinin iki mühüm komponenti olan QHT və medianın əməkdaşlığı zəruridir.

 

- Elməddin müəllim, pandemiyaya qarşı mübarizədə QHT və medianın birgə iştirak etdiyi hansı mühüm tədbirləri qeyd edə bilərsiniz?

 

- Öncə onu qeyd edim ki, proses yeni başlayanda cənab prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin hamısına çağırış etdi. Onları dövlətin koronavirusa qarşı mübarizə tədbirlərində yaxından iştirak etməyə, bu yöndə səfərbər olmağa səslədi. Bundan sonra yüzlərlə QHT bu prosesdə fəal şəkildə iştirak etməyə başladı. Bir məsələni xüsusi qeyd edim ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə başladığı ilk gündən QHT-lər cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına adekvat, çox həssas reaksiya verdilər. Şuranın rəhbərliyi ilə həyata keçirilən və bu gün də davam etməkdə olan ictimai kampaniyalarda, yardımlaşma aksiyalarında və digər fəaliyyətlərdə ürəklə, üzərlərinə düşən məsuliyyəti dərk edərək qoşuldular. QHT-lər dövlətçilik mövqeyindən çıxış edərək cənab prezidentin ümumi bəlaya qarşı həyata keçirdiyi kompleks tədbirləri birmənalı və fəal şəkildə şəkildə dəstəklədilər. Buna görə QHT-lərə təşəkkürümüzü bildiririk.

 

Şuranın COVID-19 pandemiyası ilə mübarizə sahəsində atdığı ilk addımlarından biri də REAL Tv ilə birlikdə “Evdə qal,cəmiyyəti qoru” ictimai maarifləndirmə kampaniyasını keçirməsi idi. Bu ictimai kampaniya qlobal təhlükəyə qarşı QHT-lərin media ilə birgə ümumi mübarizədə səmərəli əməkdaşlığının təşkil olunması ilə bağlı atılan mühüm bir addım idi.

 

Şuranın REAL TV ilə birgə keçirdiyi bu kampaniyası çərçivəsində karantin rejiminin qaydalarına riayət etməklə 50-dək  QHT təmsilçisi Abşeron yarımadasının müxtəlif ərazilərində oldular. Bu tədbirlərin bir çoxu Real TV-də canlı şəkildə yayımlandı. Hər biri haqqında geniş reportajlar verildi. Monitorinqlər zamanı QHT-lər həm vətəndaşları maarifləndirdilər, həm də onlara spirt, maska və digər dezinfeksiyaedici vasitələr payladılar.

Eyni zamanda bildirim ki, Şura sosial media paltformasından da fəal şəkildə istifadə edən qurumlardandır. Mütəmadi olaraq Şuranın feyzbuk, tvitter və yutub sosial şəbəkələrindəki hesabları vasitəsi ilə canlı yayımlar təşkil edir, həmçinin keçirdiyimiz digər ictimai kampaniyalar, tədbirlər barədə ictimiayyəti məlumatlandırır və vətəndaşları maarifləndirməyə çalışırıq.

Şura aprelin 7-dən etibarən Real TV-lə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başladı. Kampaniya çərçivəsində QHT rəhbərlərinin, mütəxəssislərin və digər tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi feyzbuk səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olundu. Bu çərçivədə“Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, "Koronavirusla bağlı tibbi maarifləndirmə", "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri", "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar", "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş"  və digər mövzularda onlayn konfranslar, ictimai müzakirələr təşkil edilib. Bu ictimai kampaniya çərçivəsində keçirilən tədbirlərin hər birində xeyli sayda media nümayəndəsi də iştirak edib. Şuranın təşkil etdiyi bu tədbirlərin hər biri onlarla media resursunda, o cümlədən yüzlərlə sosial şəbəkə hesablarında işıqlandırılıb. Cəmiyyətin ümumi rifahı və ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün QHT-lərin gördüyü işlərdə yaxından iştirakına və böyük dəstəyə görə KİV bir daha təşəkkürümüzü bildiririk.

Ümumilikdə isə hər bir şəxs bunu bilməlidir ki, biz koronavirus infeksiyasını nə qədər ciddiyə almayacayıqsa, bu təhlükə bir o qədər böyüyəcək və bizi həm fərdi qaydada, həm də cəmiyyət olaraq daha çox üzəcək. Koronavirus pandemiyasına yoluxanların sayı artdıqca, cəmiyyət olaraq bundan zərər görəcəyik. Vətəndaşlar müvafiq qaydalara, özünütəcridlə bağlı tövsiyələrə riayət etmədikcə məcburiyyət üzündən tətbiq olunan sərt karantin rejiminin müddəti uzandılmalı olacaq. İqtisadiyyatımız bundan zərər görməkdə davam edəcək. Ən önəmlisi isə odur ki, pandemiya insanlarımızın həyatına son qoymaqda davam edəcək. Ona görə pandemiyanın tezliklə başa çatması yalnız dövlətimiz üçün yox, həm də bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu cəhətdən Şura da mühüm ictimai institut olan QHT-ləri ümumi təhlükəyə qarşı mübarizə məqsədi ilə konsaldasiya edərək həm televiziyaların, həm internet saytlarının, həm də sosial medianın imkanlarından istifadə edərək vətəndaşları maarifləndirməyə çalışır.

 

- Koronavirusa qaşrı mübarizə tədbirləri çərçivəsində regionlarda necə, hansısa tədbirlər təşkil edildimi?

 

- Regionlara səfər bildiyiniz kimi yalnız xüsusi qayadalar çərçivəsində mümkündür. Ciddi məhdudiyyətlər var. Ancaq regionlardakı QHT-lər də Şuranın onlayn konfrans və iclaslarına qatılır və qəbul olunan qərarların icrasına aktiv iştirak edirlər. Məlumat üçün bildirim ki, 5 regionda  QHT-lərin Resurs və Təlim Mərkəzləri fəaliyyət göstərir. Bunlar Şirvan, Mingəçevir, Quba, Qəbələ və Şəmkirdə  yerləşir. Resur və təlim mərkəzləri regional QHT-lərin fəaliyyətini koordinasiya etməklə onların yerlərdə maarifləndirmə və yardımetmə işinə dəstək olurlar.

 

- Pandemiyaya qarşı mübarizədə media və QHT-lərin birgə əməkdaşlığını nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?

 

- Bu, olduqca mühüm önəm kəsb edən bir məsələdir. Bu səbəbdən aprelin 18-də Şuranın təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasıyla mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans keçirilib. Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumlarının və QHT-lərin rəhbərləri iştirak edib. 300-dək QHT və media nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məruzə ilə çıxış edərək birgə əməkdaşlığın vacibliyi və prioritetlər barədə fikrilərini bildiriblər.

Konfransın yekununda cənab prezidentə ünvanlanan müraciətdə ölkənin yüzlərlə QHT və media nümayəndəsi dövlət başçısının rəhbərliyi ilə COVID-19 infeksiyanın qarşısının alınması üçün atılan addımların nəticəsində xalqımızın bu böyük bəladan tezliklə xilas olacağına  inamını ifadə edib. Konfrans iştirakçıları həmçinin, anti-Azərbaycan siyasəti həyata keçirən xarici dairələrin alətinə çevrilən margianl siyasi quruplara kəskin etiraz edərək dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyədiyini, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

 

Hamımız bilirik ki, yalnız Azərbaycanda deyil, kiçik istisnaları çıxmaqla bütün dünyada insanların hazırda əsas və operativ informasiya və kommunikasiya vasitəsi sosial şəbəkələrdir. Sosial şəbəkələrin strukturu, orada fəaliyyət imkanı və xəbərləşmə mexanizmi elədir ki, alternativ, real mənbələr olmasa yüzminlərlə izləyici hansısa informasiya manipulyasiyasının, dezinformaya maşınının qurbanına çevrilə bilir. Bu cəhətdən həm informasiyanın düzənli, doğru bir şəkildə, insanların inanacağı formada, davamlı, operativ şəkildə təqdim etmək, həm də cəmiyyəti yanlış istiqamətdə yönəltmək, ictimai rəyi dövlət maraqlarımızın əksinə formalaşdırmaq cəhdlərini zərərsizləşdirmək vacibdir. Bu cəhətdən QHT-lərin və media qurumlarının, sosial mediadakı nüfuz liderlərinin bu istiqamətdə əlaqəli və çevik fəaliyyəti mövcud potensialdan daha optimal istifadə baxımdan vacibdir.

 

- QHT-lərin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha hansı addımlar atması planlaşdırılır?

 

- Məlumat üçün bildirim ki, QHT-lər də aprel və may aylarında dövlət qrantları olmadan vətəndaşların maarifləndirilməsində, həssas təbəqədən olan insanlara psixoloji və ərzaq yardımların göstərilməsində böyük fəallıq göstərdilər. Ölkənin regionları da daxil olmaqla minlərlə ailəyə ünvanlı şəkildə ərzaq yardımları göstərdilər. Maarifləndirici proqramlar təşkil etdilər. Gigiyenik vasitələr payladılar. Mediada aktiv şəkildə çıxış edərək dövlətin həyata keçirdiyi tədbirlərə ciddi ictimai dəstək verdilər.

 

Şura 2020-ci ilin martın 5-də 26 dövlət qurumları ilə birlikdə təşkil etdiyi qrant müsabiqələrinin nəticələrini elan etdi. Məlum səbəblərdən Şura Katibliyi ötən iki ay müddətində işə çıxmadı, məzuniyyətdə oldu. Mayın 31-dən Şura Katibliyi işə çıxandan sonra qalib QHT-lərlə qrant müqavilələrinin imzalanmasına başlanılıb.  Artıq  onların böyük bir qismi ilə - 400-ə yaxını ilə SƏLİS müqavilə imzalanıb. Məlumat üçün bildirim ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir. SƏLİS müqavilələrin imzalanması prosesi hazırda da davam etməkdədir. Bu layihələrin böyük qismi məhz koronavirusla mübarizəyə həsr olunacaq. Çünki Şura mövcud vəziyyətdən çıxış edərək QHT layihələrinin çox hissəsini pandemiyaya qarşı mübarizə tədbirləri istiqamətində dəyişdirib. Vətəndaşların maarifləndirilməsi, onlara ərzaq və psixoloji yardımların göstərilməsi, informasiya təxribatlarının qarşısının alınması və s. Çox yaxşı olardı ki, media qurumları bu tədbirlərdə QHT-lərlə birlikdə birgə iştirak edərdilər. Tutaq ki, bir QHT 50 ailəyə yardım göstərəcək. Yardım hansı məbləğdə maliyyəni əhatə edir, kimlərə verilir, harda verilir – bütün bunları QHT ilə yanaşı medianın da ictimaiyyətə geniş şəkildə təqdim etməsi arzuediləndir. Dövlət başçısı çıxışlarında dəfələrlə ictimai nəzarətin önəminə diqqət çəkib, bunun zəruriliyinə toxunub. Ona görə də QHT-lərin və meda qurumlarının bütün sahələr üzrə birgə ictimai monitorinqləri artırması faydalı olardı.

 

Şura bu gündən başlayaraq Real Tv ilə birlikdə yeni ictimai maarifləndirmə kampaniyasına start verəcək. QHT-lər hörmətli media nümayəndələri ilə birgə paytaxt və yaxın ərazilərdə monitorinqlər təşkil edəcək, vətəndaşlara yeni növ koronavirus infeksiyasına yoluxmamaq üçün gigienik qaydalara ciddi riayət edilməsinin vacibliyini təbliğ edəcək, eyni zamanda onlara müvafiq dezinfeksiyaedici vasitələr paylayacaqlar. Kampaniya çərçivəsində karantin rejiminin pozulması halları ilə bağlı ictimia qınaq da olunacaq. Bu kampaniya bir neçə istiqaməti əhatə edəcək. Bununla bağlı ictimaiyyətə ətraflı açıqlamamız olacaq.

Pandemiyanın nə vaxt başa çatacağı bilinmir. Heç bir beynəlxalq qurum, heç bir dövlət deyə bilmir ki, COVID-19 pandemiyasına hansı tarixdə tamlıqla qalib gələcəyik. Bu baxımdan nə qədər ki, səhiyyə qurumları, hüquq-mühafizə orqanları və dövlətin digər müvafiq strukturları koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirir, QHT-lər də bu müddət ərzində  fəaliyyətlərini davam etdirəcəklər.

 

- Elməddin müəllim, bəzi hallarda Azərbaycandma koronavirusla bağlı vəziyətin dözülməz həddə çatdığı, proseslərin az qala nəzarətdən çıxmaq səviyyəsində olması ilə bağlı əsassız fikirlər səslənir. Sizcə media və QHT-lərin əməkdaşlığı bu cür dezinformasiyalara qarşı mübarizə baxımından da effektli ola bilərmi?

 

- Şübhəsiz. Sosial medianın Azərbaycan seqmentində son iki həftədə baş verənləri, əsas trendləri izlədikdə bir daha əmin olursan ki, dezinformasiyalara qarşı mübarizə baxımından nəinki sağlam, dövlətçilik mövqeyində olan vətəndaş cəmiyyəti təsisatlarının, hətta bütün vətəndaşların  yaxından əməkdaşlığı fəaliyyəti zəruridir.

 

Biz nəyi müşahidə edirik? Onu görürük ki, bir mərkəzdən ötürülən mesajlarla vətəndaşlara dövlətə, onun müxtəlif strukturlarının fəaliyyətinə inamsızlıq, tabesizlik təbliğ olunur, onlar hüquq-mühafizə orqanları ilə toqquşmağa təhrik olunur. Dövlət qurumlarının qəbul etdiyi qərarların əhəmiyyətsizliyi vurğulanır. Buna qarşı çıxan, dövlətçiliyimizi hədəfə alanlara etirazını bildirən sosial şəbəkə istifadəçiləri isə kütləvi hücumla linç olunur, mənəvi terrora məruz qalır.

Yaxud bir çox hallarda insanlarımıza təlqin etməyə çalışırlar ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin guya bütün ölkələrdən ağırdır.  Əslində isə heç də belə deyil. Possovet ölkələri içərisində də Azərbaycan bu qlobal bəla ilə mübarizədə ən az itki verən ölkələrdəndir. Əhalisi bizdən dəfələrlə az olan Ermənistanla müqayisədə hər min nəfərə düşən xəstə sayını götürsək görərik ki, ölkəmizdə vəziyyət qat-qat yaxşıdır. Bir milyon nəfərə düşən ölüm sayı Ermənistanda 140, ölkəmizdə isə 18-dir.

Koronavirusa yoluxmadakı son həftələrdə müşahidə olunan yüksəliş halı isə yalnız ölkəmizə aid deyil və bir çox dövlətlərdə özünü göstərir. Əlbəttə ki bunun müxtəlif səbəbləri var. Əlaqədar qurumlar gözlənilməz bəlanı dəf etmək üçün müvafiq işlər görür. Xüsusi ilə tibb işçilərimiz öz həyatları bahasına olsa belə insanların sağlamlığının qorunması üçün böyük fədəkarlıqlar edirlər. Hüquq-mühafizə orqanları da, həmçinin, ilk vaxtdan etibarən var gücləri çalışırlar ki, vətəndaşlar infeksiyaya yoluxmamaq üçün gigiyenik qaydalara, karantin rejiminin tələblərinə əməl etsinlər. Bu cəhətdən diqqətli izləyicilərin müşahidə etdiyi kimi anti-Azərbaycan dairələrin informasiya terroruna qarşı mübarizədə ən aktiv rol oynayan təsisatlardan biri də QHT-lər, onların rəhbərləridir. Təbii ki QHT-lərin bu istiqamətdə aktivliklərini da daha da artırmaqlarına ehtiyac var.

Bu baxımdan  indiyədək bu istiqamətdə böyük işlər görən təsisatlardan olan media və QHT-lərin  üzərinə yenə də böyük məsuliyyət düşür. Bu iki vacib vətəndaş cəmiyyəti institutnun birgə əməkdaşlığını zəruri hesab edirəm və bir daha bildirirəm ki, Şura bu məsələdə üzərinə düşən hər şeyi etməklə yanaşı müvafiq təkliflərə də açıqdır.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək