Oteldə doğulan ulduz, unudulmayan sevgi, zorən aktrisa... – AQİBƏT
Oxunub: 1389
01 Jul 2020 | 13:26
Oteldə doğulan ulduz, unudulmayan sevgi, zorən aktrisa...  – AQİBƏT

Valideynlərini “Rusiya mədəniyyəti tacının brilyant qaşı” adlandırırlar. Aktyor, şair, ifaçı Aleksandr Vertinski atası, aktrisa Lidiya Vertinskaya isə onun anasıdır. Anası atasından 30 yaş kiçikdir, amma çox mehriban, sevgi dolu bir ailədə böyüyüb. Söhbət “Al yelkənlər”, “Amfibiya adam”, “Hamlet”, “Master və Marqarita” kimi yaddaşlarda iz buraxan filmlərin qəhrəmanı aktrisa Anastasiya Vertinskayadan gedir

 Mühacir kimi Çində yaşayan ailənin böyük qızı Mariana orda doğulub. SSRİ-yə, Moskvaya qayıdandan sonra 1944-cü ilin dekabrında Nastya dünyaya gəlir. Həm də mehmanxanada. Çünki yaşamağa yerləri yox idi. Anastasiyanın üç yaşına qədər ailə mehmanxanada yaşayır.


Kiçik qızın atası ilə mistik bağlılığı vardı. Uşaqlığını xatırlayanda Nastya atasının, ümumiyyətlə, ailəsinin sevgisindən ağızdolusu danışır. Atası onun dərsləri ilə heç maraqlanmazmış, yaman ərköyün, nazlı böyüdərmiş onu. Yalnız musiqidən “beş” almasına həmişə sevinərmiş atası.


Anastasiya atasının ölümünü də hiss edib. Leninqraddan gələn telefon zənginin bəd xəbər çatdırdığını duyan 12 yaşlı qız anasından “nə olub, atam ölüb?” - deyə soruşur.


Xoşbəxt, məşhur ailənin övladı olmaq ona çox seçim verirdi. Hərtərəfli inkişaf etmiş Nastya balerina olmaq istəyirdi. Anası onu xoreoqrafiya məktəbinə aparanda müəllimlər birbaşa “balerina ola bilməz, çəkisi imkan vermir” - deyiblər.

Nastya xarici dilləri də çox sevirdi, qərara alır ki, xarici dillər üzrə ixtisas seçsin. Ancaq bu arzunu da dəyişməli olur. Daha doğrusu, bir xoşbəxt təsadüf nəticəsində dəyişir.



Anasını nə vaxtsa səhnəyə çıxartmış rejissor Aleksandr Ptuşko “Al yelkənlər” filminin qəhrəmanı Asolu axtara-axtara gəlib onlara çıxmışdı.


Nastyanın 15 yaşı vardı. Saçlarını oğlan kimi vurdurmuşdu. Ona uzun hörüklü parik taxıb, Asolun paltarını geyindirəndə rejissor – bax bu, mən axtardığım Assoldur - deyib: “Öz al yelkənlərini gözləyən qız belə olmalıdır”.


Vertinskaya bu filmdən sonra bütün ittifaqda məşhur oldu. 15 yaşlı qız bütün azadlığını itirdiyinə görə kinoya nifrət etməyə başladı. Şöhrət ona adi yeniyetmə qız həyatını yaşamağa mane olurdu. Küçədə dondurma yeyə-yeyə gəzmək, parkda oturub kitab oxumaq, elə-belə şəhərdə boş-boşuna gəzmək kimi məşğuliyyətlərinə həsrət qalmışdı.

Bir daha kinoya çəkilməyəcəyini düşünürdü ki, sevdiyi əsərin filminə çəkilməyə dəvət gəldi, həm də xəyalında yaratdığı obraza – “Amfibiya adam”da Quttierə.

Rejissor Quttier obrazına axtardığı qızın gərək gözlərində ulduz yansın demişdi, o ulduzu Anastasiyanın gözlərində tapmışdı.

Aktrisa dublyordan imtina edib, özü üzməyi öyrənməyə söz verdi. Bütün çəkilişlər zamanı soyuq suda qalırdı, üzürdü, sualtı üzməni məşq edirdi. Bu roldan sonra öz peşəsi ilə nəinki barışdı, hətta aktrisa olacağına qərar verdi.

Bu iki roldan sonra onu “ilahə”, “yadplanetli”, “antisovet görkəmli sovet aktrisası” adlandırırdılar. Gözəlliyini Qretta Qarbo, Viven Li ilə müqayisə edirdilər.


Hələ orta məktəbi bitirmədən Puşkin adına Moskva teatrının truppasına daxil edilən Nastya qastrollarla bütün ölkəni gəzib.


Orta məktəbi qurtaranda artıq ulduz Anastasiya sənədlərini Şukşin adına Teatr İnstitutuna verir. İmtahanda çıxışı müəllimləri elə də inandıra bilmir, az qala elə ilk turda kəsiləcəkdi. Amma artıq iki uğurlu filmdə çəkilməsi ona ikinci dəfə şans verdi. Onu yenidən imtahana buraxdılar və bu dəfə keçə bildi.

Bütün təhsil illərində aktrisa ətrafdan həsəd və paxıl baxışlar altında olub. Küçədə rahat piyada gəzə bilməyib.

Bir dəfə hətta küçədə gözlərinə qum atıblar. Bir nəfər oğlan isə əlində bıçaq qarşısını kəsib ki, ya mənim olacaqsan, ya öldürəcəm səni.

Bütün bunlardan onu bir kursda oxuduğu, gələcək rejissor Nikita Mixalkov xilas edib.

Nikita bütün kursun lideri idi. İstənilən kompaniyada vuran ürək Nikita olardı, həm də Anastasiyanı elə də ulduz kimi qəbul etmirdi. Sadəcə, anlayırdı ki, kurs yoldaşlarının həsəd və paxıllığına layiq deyil bu qız. Bir-birilərinə tez bağlandılar, anlaşdılar, romantik məhəbbət çulğadı onları. Bütün ictimai rəylərin əksinə gedib, birgə yaşamağa qərar verdilər. Əvvəlcə Mixalkovların evində, sonra bağlarında.

İlk ovladları Stepan altı aylıq olanda kəbin kəsdirdilər. Qarşıdakı üç ili Nikita Mixalkov Nastyanın eyforiyadan ayılıb evdə oturub ona borş bişirəcəyini gözləməklə məşğul olub.

Nastya isə yalnız çəkilmək arzusu ilə yanırdı. Kütləvi səhnələrə belə hazır idi. Təki çəkiliş meydanında kinematoqrafiyanın sehrli aləmində olsun.

Üç ildən sonra cütlük bir-birinin ümidlərini doğrulda bilmədikləri üçün ayrıldılar. Oğlanları Stepanı isə dostcasına, birlikdə böyüdə bildilər.

80-ci illərin sonunda Vertinskaya Oksford universitetinin təklifi ilə 12 il aktyorluq fakültəsində dərs deyir.Aleksandr Kalyaginlə birgə “Komedi Frans” studiyasında, Çexov adına məktəbdə, İsveç Avropa Kinosu məktəbində dərs deyib.

İkinci evliliyi barədə danışmağı sevmir Nastya. İkinci əri Aleksandr Qradski isə onun barəsində kitabında da yazıb.

Məhəbbətləri tez başladı və dərhal başa çatdı. Anastasiya onunla içə-içə küçələri gəzəndə elə bilirdi xoşbəxtdi, amma tezliklə bu yolların onu hansı uçuruma apardığını anladı. Rəsmi nikahları da olmadı.Ona rəsmi evlilik təklif edən aktyor Oleq Yefremovu arayıb, evlənməyə razı olduğunu deyir.

Məlum olur ki, onun fikirləşib qərar çıxarmağı çox uzun çəkdiyindən Yefremov artıq evlənib. Oleq Yefremov onu aktrisa kimi qatbaqat açıb, kəşf edən adamdır.Taleyə bax ki, Oleq Yefremov ayrıldıqdan sonra Anastasiya ona ərə getmək istəməyib.

Bəlkə belə taleyinə görə də aktrisa şəxsi həyatı barədə danışmağı sevmir. İstəyir onun haqqında yalnız bir dəfə ərə getdiyi yazılsın - Nikita Mixalkova.

Ondan ayrılandan sonra filmlərə çəkilib, xarici ölkələrdə teatr sənətindən dərs deyib, teatr səhnəsində oynayıb, amma Nikita Mixalkovla yaşadığı həyatın yerini verməyib bütün bunlar.


Nikita Mixalkov ondan sonra dəfələrlə evlənib. Həyatda və sənətdə liderliyini saxlayıb. Amansız adamdır, hamıya, hər kəsə qarşı. Onun arzu və məqsədlərinin qarşısında duranı istənilən yolla sıradan çıxartmağı bacarır. Nastyanın da həyatına çox gənc yaşlarında daxil olub, sonra onu maneəymiş kimi dəf etdi, amma qız ondan sonra çıxdığı həyat yoluna geri qayıda bilmədi – darmadağın yaşadı.


Münasibətdə olduğu bütün kişilər yalnız onu unutmaq üçün idi.


İlk illərdə çəkildiyi filmləri uşaqlıq məşğuliyyəti hesab edən aktrisa özünü Ofeliya rolunda kəşf etdiyini deyir. “Qriqori Kozintsevin çəkdiyi “Hamlet” filmində Ofeliya rolunda anladım ki, aktyorluq yalnız ustalıq deyil, həm də daxili məchulluqdur”. Bunun üçün Hamleti oynayan İnnokenti Smoktunovskiyə minnətdarlığını da gizlətmir.


Bu filmlə Vertinskaya beynəlxalq səviyyədə tanınıb. Venesiya kinofestivalında birinci mükafata layiq görüldü. Tənqidçilər Ofeliya obrazını aktrisanın yaradıcılığında yüksək zirvə adlandırıblar.


Ardınca “Hərb və sülh”də Liza Bolkonski, “Anna Karenina”da Kit Şerbatskoy kimi rollarından sonra “Sevgililər” melodramında çəkilməsi aktrisanın imkanlarını qoydu ortaya.


“Master və Marqarita” filmindəki mistik Marqarita roluna İrina Alfyorova, Anna Samoxina, Vera Sotnikova, Yelena Mayorova kimi aktrisalar sınağa gəlmişdi. Rejissorun seçimi Anastasiya Vertinskaya oldu. Simasındakı xeyirxahlığa və aristokratizmə görə.



Aktrisa sonralar televiziyada aparıcı kimi fəaliyyət göstərib. Rusiya aktyorları üçün xeyriyyə fondu yaradıb. Sənətdən uzaqlaşıb.


İndi artıq ikiqat nənədir – yəni ulu nənə. Bağ evində oturub, ömrünün qalan illərini oğlu Stepanın övladları və nəvələri ilə keçirir...(lent.az)

Oxşar xəbərlər
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı