Pandemiya ilə əlaqədar olaraq xarici ölklərdəki, o cümlədən Rusiyadakı soydaşlarımızın bir qismi Azərbaycana qayıdıb. Məhz bu qayıdış yaxın gələcəkdə Azərbaycanda işsizlik probleminin dərinləşəcəyi ilə bağlı iddalara yol açıb.
Bəs əslində necə,
Rusiyadakı soydaşlarımızın bəlli bir qisminin ölkəmizə qayıdışı məşğulluqla
bağlı ciddi problemlərə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Vüqar Bayramov bu qənaəti bölüşmədiyini söylədi:
“Rusiyadan gələn vətəndaşlarımızın
sayı işsizliyə ciddi təsir etməyəcək. Çünki rəqəm etibari ilə bu, işsizliyə təsir
göstrəcək rəqəm deyil. Azərbaycan hökuməti iki ay ərzində bəzi kateqoriyadan
olan vətəndaşlara iki ay ödəniş etdi. Iyun ayında da sərt karantin qaydalarının
tətbiq edildiyi rayon və şəhərlərdə də 190 manat məbləğində ödənişlər davam
etdiriləcək.
Onu da nəzərə almaq lazımdır
ki, Rusiyadan gələn vətəndaşlarımızın bir qismi ixtisaslıdır. Onlar fərqli
sektorlarda çalışan insanlardır. Onların bir qisminin şəxsi kapitalları var. Bu
şəxslər Azərbaycana qayıdandan sonra şəxsi kapitalları hesabına kiçik
sahibkarlıqla da məşğul ola bilərlər. Bu baxımdan soydaşlarımızın Azərbaycana
qayıtması ölkəmzidə hər hansı işsizlik problemi yaratmayacaq.
Post-pandemiya dövründə
dövlətin sahibkarları yaxından dəstəkləməsi, məşğulluqla bağlı yeni proqramları
reallaşdıracağı gözlənilir.
Dövlət hesabına ictimai
iş yerlərinin sayı 2020-ci ildə 40 mindən 90 minə çatdırılıb. Nəticədə bu gün
dövlətin büdcə vəsaitlərinin hesabına vətəndaşlara iş yerləri də təklif olunur. Belə olan
halda, soydaşlarımızın ölkəmizə qayıdışının işsizliyə səbəb olacağı ilə bağlı
narahatlığa əsas yoxdur”.
Seymur ƏLİYEV