Bir-birinə şeirlər həsr etsələr də bir-birinə xəyanət edərək ayrıldılar...
Oxunub: 5233
24 Jun 2020 | 03:17
Bir-birinə şeirlər həsr etsələr də bir-birinə xəyanət edərək ayrıldılar...
Moderator.az kulis.az-a istinadən “Bir sevginin tarixi: Anna Axmatova və Nikolay Qumilyov” məqaləsini təqdim edir.

O, evlilik təklifi edir - xanım rədd cavabı verir. O, Parisdə sevgilisindən ötrü darıxan zaman, sevgili xanım heç kimə lazım olmadığını düşünərək şikayətlənir. Görünür, onların sakit və xoşbəxt ailə sahibi olmaları mümkün deyildi. Lakin heç nəyə baxmayaraq, bəlkə özləri də bilmədən ailə qurmağa çalışırdılar.

“Anna Axmatova ilə Nikolay Qumilyov romanı” iki sevən insanın münasibətindən çox, “siçan-pişik oyunu”nu xatırladırdı. Olduqca mürəkkəb daxili dünyası olan, Oskar Uaylda pərəstiş edən və teatr həvəskarı gənc şairlə, azadlıq aşiqi, impulsiv, dəyişkən xarakterli şairə... O, hər dəfə Annaya evlilik təklifi edib rədd cavabı alır və intihara cəhd edirdi.

Onların arasında sakit ailə xoşbəxtliyi yaşanmadı. Bir-birinə şeirlər həsr etməklə bərabər, həm də bir-birinə xəyanət edərək nəticədə ayrıldılar. Amma məhz bu qəribə bərabərlik hər ikisi üçün müqəddəslik pilləsinə yüksəldi. Heyf ki, onlar bunu çox gec anlaya bildilər.

“Çar kəndi bizim vətənimizdir”

Şairlərin ilk görüşü yeni il ərəfəsində, Çar kənd gimnaziyasında baş tutdu. Uayld yaradıcılığına heyran olan 17 yaşlı , özündə heç kəsin anlayıb dəyərləndirə bilmədiyi romantik qəhrəman obrazı yaradan gənc oğlan təmiz sevgi arzusunda idi. Öz ingilis kumirinə bənzəməyə çalışan Qumilyov silindr qoyur, saçlarını burur, hətta dodaqlarını və gözlərini də azca boyayırdı.

Anna Qorenko (ulu nənəsinin soyadı olan Axmatovanı şairə bir neçə il sonra mənimsəyəcəkdi) hələ 14 yaşında idi.

Çılğın, ipə-sapa yatmayan, dərisini günəşdə qaraldan (həmin dövrlərdə yüksək təbəqənin nəcib davranış qaydalarına riayət edən qızlarını dəhşətə gətirən bir hal ) Axmatova Qumilyovun tam əksi idi. Lakin bütün bunlara baxmayaraq, Bodleri orijinaldan oxuyan Çar kənd məktəbinin şagirdi olan xanım qız romantik qəhrəmana daha çox bənzəyirdi. Onun xarici görünüşündə də təzad var idi: şümal, qara saçları, qışda-hələ günəş altında yanmamış halda olduqda açıq rəngli dərisi və böyük, parlaq, ala gözləri…

Gimnaziya tələbəsi Qumilyov o dəqiqə aşiq oldu, gənc Anna isə əvvəlcə heyranına heç bir əhəmiyyət vermir, rəfiqələri ilə birlikdə bu qərib gəncə gülürdülər. Bundan sonra Qumilyov və Axmatova mütəmadi olaraq qarşılaşmağa başladılar-çünki eyni kənddə təhsil alır, asudə zamanlarda əylənmək üçün eyni məkanlara gedirdilər.

“Siçan-pişik”

Yəqin ki, Qorenko-Axmatovanın Qumilyovla görüşü də özünəməxsus oyun idi. Gənc şairə heyranlıq duyacağı, pərəstiş edəcəyi obyekt-xanım lazım idi və onu tapdı-gənc qız onunla zaman keçirməyə razı oldu. Amma yenə də olanları ciddi qəbul etmirdi. Cütlük tez-tez Çar kənd qalaları yaxınlığında gəzişirdi. Bu görüşlər sonralar aşiq şairin şeirlərində öz əksini tapdı. Bundan 7 il sonra-onlar evlənəndə Qumilyov bu sətirləri yazdı:

Biz hələ də unutmuruq

amma unutmalıyıq

Sevdiyimiz zamanlar

uça bilmədiyimizi...

Hələ ki, onlar gəncdirlər. Bu 17 yaşlı gimnaziya tələbəsi Axmatovanı öz şeirlərində vəsf edir, onu dəniz pərisinə bənzədirdi. Anna isə onunla sadəcə oyun oynayır, özü tamamilə başqa bir adamı sevirdi. Tezliklə Qumilyov ona evlənmə təklifi edəcək, amma Anya onu qəbul etməyəcəkdi. Bu xanım qızın şairə ilk rədd cavabı olacaqdı.

“Delfinlər hekayəsi”

İlk imtinadan sonra Qumilyov sevdiyini unutmağa çalışır. O, gimnaziyanı bitirən kimi təhsilini davam etdirmək üçün Parisə gedir. Bir az böyümüş Anya Qorenko isə heç cürə qərara gələ bilmir-gah dostlarına öz rədd etdiyi heyranını sevdiyini söyləyir, gah da onu ələ salırdı. Bu cür “emosional təkzib”lərdən sonra o,Qumilyova məktub yazaraq heç kimə lazım olmadığını düşündüyünü bildirib, özünü unudulmuş hesab etdiyindən şikayətləndi. Nikolay dərhal Parisi tərk edib vətənə geri döndü. Amma Peterburqa yox, Annanın köçdüyü Krım şəhərinə.

Dəniz kənarı gəzintisi zamanı qıza onu sevdiyini etiraf etdi. Əvvəlcə Anna heç bir cavab verməyərək, sadəcə düşünürdü. Lakin elə bu zaman cütlük sahildə iki ölü delfin görür. Bu mənzərənin Axmatovaya necə təsir etdiyi məlum olmasa da, az keçmiş o, Qumilyovun təklifini rədd etdi.

“Ölümdə bəxti gətirməsə də, sevgidə gətirir”

Məyus olmuş şair Parisə geri qayıdıb intihar etmək qərarına gəlir. Bu səbəbdən kurort şəhəri olan Turvilə gedib özünü dənizdə boğmaq istəyir. Amma intihar planı baş tutmur, onu görən yerli sakinlər polis çağırır. Onlar kədərli şairi avara, sərgərdan biri zənn edirlər.

Həssas Qumilyov bunu taleyin qisməti kimi qəbul edir və son dəfə daha bir cəhd etmək qərarına gələrək sevgilisinə məktub yollayır. Məktubda ondan təklif haqda yenidən düşünməsini xahiş edir. Axmatova isə öz qərarından əmin şəkildə yenidən-üçüncü dəfə şairə “yox” cavabı verir. Ardınca Qumilyov növbəti dəfə intihar etmək qərarı alıb, Bulon meşələrinə gedir. Bu dəfə o, zəhər içməli idi. Fəqət meşə gözətçiləri onu huşunu itirmiş vəziyyətdə tapıb xilas edir.

“Nəhayət ki, uzun müddətdir gözlənilən zəfər”

Bir il sonra 1908-ci ildə Qumilyov vətənə qayıdır. Əlbəttə ki, Axmatova ilə görüşür. Şairəyə məhz nəyin, necə təsir etdiyini dəqiq söyləmək mümkün deyil, amma onun ürəyinin “buz qatı ərimişdi”. 1910-cu ilin aprelində cütlük evləndi. Mərasim olduqca sakit və sadə tərzdə baş tutdu. Bəyin qohumları bu izdivaca o qədər şübhə ilə yanaşırdılar ki, hətta toya da gəlmədilər.

Qumilyov və Axmatova 8 il bərabər yaşadılar. Doğrudur, bu zaman kəsiyinin əsas hissəsini ər səyahətdə keçirir, Annanı tək qoyurdu. Öz sevgilisinin qəlbinə sahib olmaq üçün o qədər illər sərf etmiş şair toydan 2 il sonra başqa qadına aşiq oldu. Bu hadisə Axmatova üçün əsl zərbə idi. Lakin onlar ailəni dağıtmadılar. Az müddət keçmiş şairənin oğlan övladı dünyaya gəldi.

Qumilyov əvvəlki kimi səyahət edirdi. Bu zaman qadın onu evdə, pəncərə önündə gözləmirdi. O da həyata qaynayıb-qarışır, körpəyə isə Nikolayın anası qulluq edirdi. Tezliklə Birinci Dünya müharibəsi başlandı, Qumilyov cəbhəyə yollandı. Bu vaxtlar Axmatova başqa bir ədəbiyyat adamı olan Boris Anreplə eşq macərası yaşayırdı. Müəyyən müddət sonra isə Qumilyov-Axmatova cütlüyü rəsmi olaraq ayrıldı. Nəticədə hər ikisi başqa ailə qurdu.

Onların nikahının pozulmasında hansının daha çox günahkar olduğunu, kimin ilk dəfə xəyanət etdiyini söyləmək çətindir. Amma bolşeviklər 35 yaşlı şairi güllələdikləri zaman məhz Axmatova onun şeirlərinin nəşr olunması üçün müəyyən qurumlara müraciətlər etdi, əlyazmalarını qorudu, həlak olmuş şairə əsərlər həsr etdi...

Bu da rus ədəbiyyatının parlaq imzaları olan iki sevən şairin “siçan-pişik oyunu”nun sonu: əvvəllər gələcək ərini öz imtinalarıyla əzablara düçar edən şairə xanım, ölümündən sonra başqasının arvadı olmasına baxmayaraq Qumilyov üçün ideal qadına çevrildi.

Rus dilindən tərcümə: Xatirə Nurgül
Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz