Serbiyanın Nis Universitetindən elm adamlarının araşdırması instrumental musiqinin ürəyi gücləndirdiyini, ürək xəstələrinin daha tez yaxşılaşmasına kömək etdiyini göstərib.
Moderator.az "Anadolu" agentliyinə istinadən
məlumat verir ki, ürək xəstəsi olan 74 nəfəri 3 qrupa ayıran alimlər ilk
qrupdakılardan 3 həftə ərzində aerobika dərslərinə getmələrini, ikinci
qrupdakılardan dərslərə gedərək gündə yarım saat musiqi dinləmələrini xahiş
edib. Son qrupdakılar isə sadəcə musiqi dinləyib.
3 həftədən sonra idman edən və musiqi
dinləyən ürək xəstələrinin vəziyyətinin xeyli yaxşılaşdığı məlum olub. Bu
qrupdakıların ürək fəaliyyəti yüzdə 39 artıb.
Musiqi dinləməyən, yalnız idman
edənlərin ürək fəaliyyətinin yüzdə 29, sadəcə musiqi dinləyən qrupdakıların isə
yüzdə 19-a yüksəldiyi müəyyən edilib.
Beləliklə, alimlər musiqi dinləyərək
idman etməyin ürək fəaliyyətinin yaxşılaşmasına kömək etdiyini bildirirlər.