"Mən 30 ildir deyirəm ki, buraxılış imtahanı ilə qəbul imtahanı birləşməlidir, ancaq..."
Oxunub: 4659
20 Jun 2020 | 21:31
“Ancaq savadlı yox, ağlı və düşüncəsi olan gənclərin hamısını ali məktəblərə buraxmalıyıq”

Moderator.az xəbər verir ki, tanınmış təhsil eksperti Şahlar Əsgərov koronavirus pandemiyası səbəbindən ölkədə təhsil sistemində yaranmış problemlər, abituriyentlərin imtahanla bağlı çətinlikləri, bu məsələdəki sistem problemləri və sair məsələlərlə bağlı “Yeni Müsavat”a müsahibə verib.

- Şahlar müəllim, pandemiyadan sonra baş verənlər və bunun təhsil sisteminə təsirlərini necə dəyərləndirirsiniz? Niyə Azərbaycanda bu mərhələdən uğurla çıxmaq üçün yetərli infrastruktur yoxdur?

- Dəyərlər sistemindən baxsaq, şagirdlərimizə bilik vermək bir dəyərdir, digər tərəfdən şagirdlərin sağlamlığını qorumaq da dəyərdir. Koronavirus bizi iki dəyər arasında seçim etməyə məcbur etdi. Əlbəttə ki, biz şagirdlərin sağlamlığını daha üstün tutduq. Şagirdlərimizin sağlam qalmasına üstünlük verəndə, istər-istəməz təhsil məsələlərində güzəştə getməli idik və getdik. Bu elə bir bəladır ki, tarixdə bunun tayı -bərabəri olmayıb. Bu xəstəlik haqqında bilgimiz də çox azdır. İndi bütün dünya koronavirusla mübarizə aparır, mən əminəm ki, onun dərmanı tapılacaq. Ancaq bu müddət ərzində Təhsil Nazirliyi qeyri-standart bir şəraitdə fəaliyyət göstərməyə məcbur oldu. Videodərslər şəklində, informasiya texnologiyalarının bu və ya digər növlərindən istifadə edərək məktəblərdə dərslər aparıldı. Ancaq bu o demək deyil ki, bütün məktəblərdə eyni qaydada aparıldı və ya videodərslər tələbatı ödədi. Xeyr, bunlar tam olaraq canlı dərsləri əvəz edə bilməz. Birincisi, respublika üzrə bizim məktəblərin bir çoxunun internetə qoşulma problemi var. Hər bir məktəbdə Bakıda olan şərait olmadığına görə, rayon məktəblərində kompüter texnologiyalarından nə dərəcədə istifadə olunduğunu bilmədik. Ancaq Bakıda qabaqcıl məktəblər onlayn dərslər keçirdilər. Onların arasında çox böyük fərq var. Ancaq bu o demək deyil ki, bu bizim standart ata-baba dərs metodumuzu əvəz edə bilər. Təhsil Nazirliyi bu işdə əlindən gələni etdi, “Microsoft teams” proqramı ilə ali məktəblər tələbələri onlayn dərslərə qoşdu, konfranslar keçirdi. İctimai Şura olaraq biz də bir neçə dəfə konfrans keçirdik. Onlardan birini Təhsil Nazirliyinin rəhbərliyi ilə bir yerdə apardıq. Gəldiyimiz bir nəticə o oldu ki, koronavirusun sonu görünmədiyinə görə, indiki mühitdə yaşamağı, dərs deməyi bacaraq. Ona görə də, çalışıb yeniliklər axtarmalıyıq.

- Teledərslər layihəsini necə dəyərləndirdiniz?

- Əlbəttə ki, teledərslər adi dərsi heç zaman əvəz edə bilməz. Burada müəlim və şagird təmasda olmur. Müəllim dərsi keçir və şagird sadəcə dinləyici kimi iştirak edir. Olmayan yerdə əlbəttə ki, yaxşıdır. Ancaq onlayn dərslər daha effektivdir, burada şagird və müəllim interaktiv təmasda olur, sual-cavab olur. Teledərslərin əhəmiyyəti o oldu ki, uşaqlar tək qalmadıqlarını, sahibsiz olmadıqlarını baş düşdülər. Bildilər ki, dövlət də , təhsil sistemi də onların qayğısına qalır. Ancaq ən böyük qayğı onların sağlamlığı ilə bağlıdır.
Belə ehtimal olunur ki, növbəti tədris ilinin birinci yarısında da ali və orta məktəblərin açılması gözlənilmir, çünki pandemiya davam edir. Belə olan halda distant təhsilə keçilə bilərmi? Halbuki ölkəmizdə distant təhsilin qanunvericilik bazası belə yoxdur…
Biz ikinci dünya dövlətiyik, ona görə bizdə bu məsələlər bir qədər çətindir. Məsələn, Estoniya birinci dünya dövlətidir və orada internet pulsuzdur. Birinci dünya dövlətlərindən əksəriyyətində internet pulsuzdur. Biz isə interneti satırıq, yəni onu pulsuz edəcək qədər imkanımız yoxdur. Bu isə distant təhsilin əlçatanlığını azaldır. Mən hər zaman internetin satış qiymətinin aşağı salınmasını və ya pulsuz olmasını təklif etmişəm. Bizim həyatımızda su, hava, torpaq kimi ünsürlərdən sonra, enerji və internet gəlir. Bu mənada internet pulsuz olsa daha yaxşıdır. Distant təhsil üçün alt yapı olmalıdır. İki il öncə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant təhsil üçün alt yapını hazırladı və distant təhsil üçün imkanlarını ortaya qoydu. Ancaq qanunda bu məsələ ilə bağlı boşluqlar olduğuna görə, o da son mərhələyə gəlib çata bilmədi. Lakin yenə də UNEC-də distant təhsil yaxşı həyata keçirilir. Belə bir durum yaranacağı gözlənilməz idi. İndi bizim informasiya -kommunikasiya texnologiyalarını yaxşı bilən ekspertlərimiz də yavaş-yavaş üzə çıxır, bu problemi də yəqin ki, yoluna qoyacaqlar.

- Şahlar müəllim, hazırda təhsil prosesində ən böyük çətinlik məhz abituriyentlərin üzərindədir. Xüsusən də ötən ildən etibarən buraxılış və qəbul imtahanlarının ayrı-ayrılıqda keçirilməsi və hər ikisinin müsabiqə şərtlərinə daxil olması indi böyük çətinlik yaradıb. Bu məsələdə sizin mövqeyiniz necədir?

- Mən 30 ildir deyirəm ki, buraxılış imtahanı ilə qəbul imtahanı birləşməlidir. Ümumiyyətlə, qəbul imtahanına ehtiyac duyulmur. Bəlkə də çətin prosesdir və bunu çoxları başa düşmək istəmirlər. Gəlin , təhlil edək, orta məktəbi bitirən 100 gənc götürək. Onlar məktəbi bitirəndən sonra özlərini necə reallaşdırırlar. Onlardan 20 gənc xaricə üz tutur, onlar orta məktəbi yüksək səviyyədə bitirən, xarici dil bilən istedadlı gənclərdir. İkinci qrup isə imkanlı insanların uşaqlarıdır, onlar da təxminən 15 faizdir. Varlı deyərkən təkcə nazir uşaqlarını nəzərdə tutmuram, adi bələdiyyə sədrlərinin uşaqları da xaricdə oxuyurlar. Onların bəziləri savadsız, təhsildən bəhrə götürməmiş uşaqlardır. Yəni, 35 faiz xaricə üz tutur, 65 faiz ölkədə qalır. Bizə lazımdır ki, 65 uşağın hamısı ali məktəb oxusun. Çünki Sovet dövründə bu qədər təhsilli adam lazım deyildi, onlar 100 gəncdən 33-nə təhsil verirdi, qalanları kolxozda, zavodda işləyirdilər. İşçi qüvvəsinə ehtiyac var idi. Ona görə də, Sovet dövlətində sərt qəbul imtahanları keçirilirdi, hətta pul, rüşvət də rol oynayırdı. İndi əgər bizdə 100 şagirddən 65-i ölkədə qalırsa, zavod-fabrik də yoxdursa, sərt imtahan götürməyə ehtiyac varmı? Onların hamısı təhsilli olmalıdır. İmtahan edib, onlardan yarısını qəbul edib, qalanını küçəyə buraxmaq olmaz. Ancaq savadlı yox, ağlı və düşüncəsi olan gənclərin hamısını ali məktəbə buraxmalıyıq. Ona görə də, qəbul imtahanları yüngülləşməlidir. Yaxşı oxuyanlar xaricə gedir, onlar heç gəlməyəcəklər. Biz zəif və babat oxuyanların ümidinəyik, onların da yarısını kənarda qoyuruq. Əqli cəhətdən zəif uşaqlardan başqa, hamısı ali təhsil almalıdır. Bunu özümüzə borc bilməliyik.
Növbəti mərhələdə abituriyentlərin ixtisas seçimi gəlir. Ancaq bu zaman da çox yanlışlıqlara yol verilir, əmək bazarının tələbləri nəzərə alınmır…
İnsanın özündən çox onun gələcəyini düşünən heç kim ola bilməz. Bir gənc valideynindən daha çox özünü düşünə, qərar verə bilər. Allah hər kəsə ağıl verib, ona görə də, seçimi abituriyent özü etməlidir. İmtahanda əqli potensialını ortaya qoyan, yetərli bal yığan gənc özü hansı ixtisass gedəcəyini müəyyən etməlidir. Seçimi nə TQDK, nə də valideyn etməlidir. Abituriyent özü-özünü yerləşdirməlidir. Təbii ki, yığdığı bala uyğun rəqabət şəraitində.

- Test sistemi ilə bağlı ənənəvi bir tənqid var ki, daha çox məntiqə, düşüncəyə deyil, əzbərçiliyə , yaddaşın gücünə əsaslanır. Məntiqi güclü olan deyil, yaddaşı güclü olan ali məktəbə daxil olur. Bu məsələ ilə razısınızmı?

- Bəli, bu bir həqiqətdir. Çinin məşhur bir professoru bir dəfə demişdi ki, test sistemi Rusiyanı məhv elədi. Biz də bundan nəticə çıxara bilərik. Əlbəttə, mühakimə qabiliyyəti olmayan, danışa bilməyən, fikrini izah edə bilməyən, düşüncəsi olmayan , sadəcə bilgiləri əzbərləyən uşaqlar ali məktəbə daxil olur. Əzbərçilik də çox faydasız bir işdir, çünki istənilən əzbər 2-3 ildən sonra yaddaşdan silinir. Düşüncə , məntiq insanla daim yaşayır, ancaq əzbər yaddaşı müvəqqətidir.

- Test sisteminin məntiqə-təfəkkürə əsaslanması üçün bir mexanizm tətbiq oluna bilərmi?

- Sovet dövründə SSRİ Elmlər Akademiyası var idi, hər bir respublikada da Milli Elmlər Akademiyası açıldı. Sovet dövründə Rusiya Pedoqoji Akademiyası da var idi, ancaq heç bir ölkəyə imkan vermədilər ki, pedaqoji akademiya yaratsınlar. Çünki pedaqoji akademiya, sosiologiyanı, psixologiyanı, fəlsəfəni birləşdirib məktəbə gətirilməsi idi, o resept idi. Ruslar imkan vermədi ki, digər respublikalarda bu olsun. Ona görə də, Rusiya dağılan kimi təhsil sistemi də dağıldı, çünki yeni sistemdə yeni resept yox idi. Bu sahədə tədqiqatlar aparılmalıdır. Bizim Təhsil Problemləri İnstitutumuz var, onlar tədqiqat aparıb 6 ay ərzində istənilən suala cavab tapa bilərlər. Ancaq heç kim bu sahəyə maraq göstərmir. Kərəm Karabulud adlı bir türk professoru var, o türk xalqları üçün bir təhsil modeli tərtib edir. Bu model mənim də xoşuma gəldi. Tezislər belədir: Oxutmaq, düşüncə, müzakirə və mühakimə, bir də icad etmə. Yəni nəticədə hər bir şagird sonda nə isə icad etməli, yaratmalıdır. Sadəcə atestat alır, ancaq öyrəndikləri çox işə yaramır. Təhsilin modelin dəyişməliyik, türk professorun modeli çox gözəldir. Mart ayında nələr baş verdi? Dünyada maska düzəltməkdən asan heç nə yoxdur, ancaq biz bu məsələdə aciz qaldıq. Cəlilabadda iki müəllim maska tikib insanlara payladılar. İnsanlara nəyisə yaratmaq öyrədilməyib.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama