Gültəkin Hacıbəyli: "Arxaya baxmadan kürəyimi ona çevirib döyüşə atılaram"
Oxunub: 7539
30 Aug 2013 | 21:07
Gültəkin Hacıbəyli:

Gültəkin Hacıbəyli: “Cəmil müəllim elə bir insandır ki, arxaya baxmadan kürəyimi ona çevirib döyüşə atılaram”; “Milli Şurada gedən bütün proseslərə siyasi partiya liderlərinin, ziyalıların, ictimai fəalların, gənclərin təsiri eyni dərəcədədir. Mən bunu Azərbaycan siyasi sistemi üçün bir yenilik sayıram”

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəylinin “Yeni Müsavat”a müsahibəsi.

- Gültəkin xanım, Milli Şurada son sessiyadan sonra yaranan durumu necə qiymətləndirirsiniz?

- Milli Şura belə demək mümkünsə, ikinci baharını yaşayır. Dəyərli ziyalı Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi seçilməsi ilə qurumdakı qeyri-müəyyənliyə son qoyuldu. Bu, çox sevindirici bir haldır. Çox yaxşı oldu ki, bütün Milli Şura üzvləri ciddi bir irəliləyiş üçün səylərini birləşdirə bildi. Xalq demokratik qüvvələri geniş müxalifətin birlik formatı kimi Milli Şuranın üzərinə ciddi bir məsuliyyət qoyub. Milli Şura son qərarı ilə sübut elədi ki, bu məsuliyyəti yetərincə dərk edir.

- Milli Şuranın Tiflis görüşünə siz də qatılmışdınız. Artıq həmin günlərdə Milli Şuranın böhrana doğru getdiyi görünürdü. Görüşdən sonra ciddi narahatlıq keçirdiyiniz bəlli idi. Siz, həmin zaman yeni vahid namizəd təklifi ilə çıxış etmək üçün təşəbbüs göstərdinizmi? Yoxsa, Cəmil bəyin namizədliyi belə demək mümkünsə, “yuxarıların” qərarı ilə oldu?

- Öncə onu deyim ki, Milli Şura yetərincə demokratik bir qurumdur. Milli Şurada Azərbaycanın ənənəvi siyasi sistemində görməyə alışdığımız idarəetmə prinsipləri yoxdur. Bu mənada Milli Şurada “aşağıların” səsi hər zaman eşidilir. Son proseslər də sübut etdi ki, şərti olaraq “aşağılar” dediyimiz təbəqənin rəyi əsas oldu. Ancaq Milli Şuranı “yuxarılar”a və “aşağılar”a bölünməsinin özü doğru yanaşma deyil. Çünki indiyə qədər Milli Şuranın rəhbərliyi formalaşmayıb. Milli Şuranın sədri var, İcra Aparatının rəhbəri var, komitə sədrləri var, ancaq Nizamnamədə göstərilən Məşvərət Məclisi hələlik yaradılmayıb. Hesab edirəm ki, bu qurum mütləq yaradılmalıdır. Məşvərət Məclisinə ciddi ehtiyac var və siyasi partiya liderləri ilə yanaşı burada komitə sədrləri də təmsil olunmalıdır.

- Hansı səbəbdən indiyə kimi Milli Şuranın Məşvərət Məclisi yaradılmayıb?

- Burada xeyli obyektiv səbəb sadalamaq olar. Razılaşın ki, Milli Şura yaranan gündən bəri son dərəcə gərgin proseslər yaşadı. Vahid namizədlə bağlı bu qədər ciddi problemin olduğu bir vaxtda təşkilat məsələlərinin həllinə zaman az qalır. Ancaq Milli Şura indi də bütün üzvləri ilə tam məsləhətləşmələr əsasında fəaliyyət göstərir. Bayaqkı sualınıza qayıdaraq demək istəyirəm ki, Milli Şuranın avqustun 26-na təyin edilən sessiyasının önə çəkilməsi və yeni vahid namizəd müəyyən edilməsi qurumdakı demokratik ab-havanın göstəricisidir. Son sessiya Milli Şuranın 18 üzvünün təklifi ilə çağırıldı. Belə çətin bir durumdan heç bir parçalanma və itkilər olmadan uduşla çıxmaq asan görünməsin. Bu işi ancaq Milli Şura kimi gerçəkdən demokratik dəyərlərə söykənən, eyni zamanda ciddi potensialı olan bir qurum həyata keçirə bilərdi. Bu proses həm də onu göstərdi ki, Milli Şura heç bir halda partiyaların monopoliyasında olan qurum deyil. Milli Şurada siyasi partiyalar önəmli rol oynasalar da bütün qərarlar açıq səsvermə nəticəsində qəbul olunur. Yəni, Milli Şurada gedən bütün proseslərə siyasi partiya liderlərinin, ziyalıların, ictimai fəalların, gənclərin təsiri eyni dərəcədədir. Mən bunu Azərbaycan siyasi sistemi üçün bir yenilik sayıram. Çünki indiyə qədər Azərbaycanın siyasi məkanında analoji qurum olmayıb. Sizə bir sirr də açım ki, Milli Şuranın 12 avqust qapalı sessiyasında mən Cəmil Həsənlinin namizədliyini səsləndirmişdim. Böyük təəssüf hissi ilə dedim ki, Rüstəm İbrahimbəyova süni əngəllər yaradıldığına görə Milli Şura seçkilərdə başqa bir namizədlə iştirak etmək məcburiyyətində qaldı. Rusiya Azərbaycan hakimiyyətini məcbur etdiyi müəyyən güzəştlər qarşılığında Rüstəm bəyin vətəndaşlığı ilə bağlı məsələni hələ də yubadır. Şübhə yoxdu ki, Rüstəm bəy öz cazibəsi və xarizması ilə Milli Şuradakı bütün qüvvələri ətrafında birləşdirə bilib. Ancaq biz reallığı qəbul etməli və yeni namizədlə yolumuza davam etməliydik. O zaman Cəmil müəllim təvazökarlıqla bu məsələni qapatdı və bütün gücün Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına yönəltməyin vacibliyini dedi. Rüstəm bəyin namizədliyinin təsdiqlənəcəyi ilə bağlı Cəmil Həsənlinin ümidləri hələ tükənməmişdi. Milli Şurada hər kəs son ana qədər Rüstəm bəyin qələbəsi üçün çalışmağı qət eləmişdi.

- Həmin sessiyadan qısa zaman öncə öncələr siz də “ya İbrahimbəyov, ya İbrahimbəyov” deyirdiniz...

- Bəli, bizim hamımızın mövqeyi bundan ibarət idi. Ancaq reallıq tamam fərqli şərtlər diktə etdi. Reallıq bizim onu bəyənib bəyənməməyimizdən asılı deyil. Biz onu öz xeyrimizə dəyişməyə çalışmalı idik. Belə də oldu. Milli Şura Rüstəm İbrahimbəyovun ağsaqqal sözü ilə yoluna davam etdi.

- Nəyə görə Cəmil Həsənli?

- Çünki Cəmil Həsənlidə Milli Şuranın vahid namizədinə gərək olan bütün keyfiyyətlər var. Bu, Milli Şuranın böyük uğurudur, eyni zamanda Mili Şuranın Azərbaycan seçicisinə çox böyük mesajıdır. Mənim Azərbaycanda özümə ağsaqqal olaraq saydığım iki-üç nəfər varsa, onlardan birincisi Cəmil müəllimdir. O, elə bir insandır ki, arxaya baxmadan kürəyimi ona çevirib döyüşə atılaram. Cəmil müəllim, dar günün dostudur. Ola bilər, sevincli anında heç illərlə ondan uzaqlaşasan, ünsiyyətin olmasın, amma çətində düşəcəksənsə, yanında olan birinci insan Cəmil müəllim olacaq. Cəmil Həsənli dar günün dostudur. Son illərdə yaşadığım ən kritik anlarda mən yanımda Cəmil Həsənlini görmüşəm. Biz çox alimlər tanıyırıq ki, öz sahəsinin bilicisidir, ancaq cəmiyyət üçün faydalı deyil. Belə insanların arxasında çox az adam gedir. Cəmil Həsənli isə məhz o şəxsiyyətlərdəndir ki, onun arxasında düşünmədən getmək olar. O, sözünün dəyərini bilən, sözünə sahib çıxan bir insandır. Onun ən çox sevdiyim xüsusiyyəti isə populizmdən uzaq olmasıdır. Xüsusən siyasi populizmdən. Onun dünyanın aparıcı elmi mərkəzlərində qəbul edilən onlarla əsəri var. Cəmil Həsənli yaşadığımız coğrafiyanın ən böyük tarixçilərindən biridir. Onun insan kimi dürüstlüyü elmi yaradıcılığında da aşkar görünür. Mən onu həm elmi, həm də ictimai fəaliyyətdə belə tanımışam. İnanıram ki, Azərbaycan vətəndaşlarının böyük çoxluğu da Cəmil müəllimi belə tanıyır. O, uzun illər Bakı Dövlət Universitetində dərs deyib, minlərlə tələbə yetişdirib. Hər kəs onu ləyaqətli bir ziyalı, kamil bir şəxsiyyət, öz sözünə sahib və verdiyi hər sözün məsuliyyətini çiyinlərində daşımağa hazır ziyalı kimi tanıyır. Azərbaycanda belə şəxsiyyətlərin sayı, təəssüf ki, çox deyil. Mən Milli Şuraya Cəmil Həsənlinin məsləhəti ilə gəlmişəm. May ayının 17-də Cəmil Həsənli mənimlə görüşdü və Milli Şuraya getməklə bağlı qərar verdiyini dedi. Yadınıza gəlirsə, o zamanlar nə Cəmil müəllim, nə mən Milli Şuraya getmək haqqında düşünmürdük. Həm Cəmil müəllimin qərarı, həm də həmin gün mənə qarşı hakimiyyətin başlatdığı qara piar kampaniyası mənim Milli Şuraya üzvlüklə bağlı hörmətli Rüstəm bəyin təklifini qəbul etməyimdə həlledici rol oynadı. Cəmil müəllim dedi ki, uzun illərin dostu Rüstəm İbrahimbəyovu belə çətin məqamda tək qoya bilmərəm, etibar etdiyim adamlarla onun yanında olmalıyam.

- Cəmil Həsənlinin namizədliyinə Milli Şura üzvlərindən yalnız Rəsul Quliyev etiraz elədi. Onun fikrincə, Milli Şuranın vahid namizədi seçkiləri boykot edəcək...

- Buna ancaq təəssüf edirəm. Heç bir Milli Şura üzvünün bəyanatını müzakirə etmək, tənqid etmək fikrim yoxdur. Bircə onu deyə bilərəm ki, Milli Şura kompromislər əsasında formalaşıb. Milli Şuranın qəbul etdiyi qərarların heç də hamısı hamının ürəyincə olmaya bilər, bu da təbiidir. Ancaq biz hansısa qərarı təftiş etməmişdən öncə düşünürəm ki, çoxluğun haqqına sayğı duymağı, eyni zamanda təmsil olunduğumuz təşkilatın qəbul etdiyi qərarlara hörmətlə yanaşmamağı və siyasi etika normalarına əməl etməyi bacarmalıyıq. Qərar varsa, o, artıq müzakirə yox, icra olunmalıdır. Milli Şuranı onsuz da kənardan tənqid, təftiş edənlər çoxdur. Heç istəməzdim ki, Milli Şuranın daxilində qarşı tərəfin sabah bizə ittiham kimi səsləndirəcəyi fikirlərə rəvac verən söz-söhbət olsun. Milli Şura bayaq dediyim kimi, bir kompromis formatıdır. Sonadək bu prinsipi qorumaq lazımdır. Ona qalsa, Milli Şurada təmsil olunan cəbhəçilər vahid namizəd kimi Əli Kərimlinin, müsavatçılar İsa Qəmbərin olmasını istəyərdilər. Ancaq biz xalqın ali maraqları naminə kompromis variantı tapmışıq, həm də demək olar, hamının çox böyük məmnuniyyətlə səs verdiyi namizədi seçmişik. Real şansları olan siyasi liderlər belə öz partiya maraqlarını kənara qoyub yüksək vətəndaşlıq mövqeyi ilə bu qərarın qəbuluna səs veriblər. Mən bunu fədakarlıq nümunəsi kimi qiymətləndirirəm. Bundan sonra ancaq onun qələbəsi üçün çalışmalıyıq. Bu gün bütün cəmiyyətin nəbzi Milli Şura ilə bir vurur. İnsanların Milli Şura ilə bağlı çox böyük gözləntiləri var. Bizim vətəndaşların hissləri ilə oynamağa, onların gözündə Milli Şuranın imicinə xələl gətirən hərəkətlərə yol verməyə haqqımız yoxdur. Milli Şuranın daxilində qapalı sessiyalar olur. Orada hər kəs fikrini sərbəst ifadə etməkdə azaddır. Milli Şuranın bütün üzvlərinə sayğıyla yanaşıram və onların hamısını qurumun qərarlarına sayğı göstərməyə dəvət edirəm. Biz bir-birimizə sayğılı olacağıqsa, güclü olacağıq, bir-birimizə ittihamlar səsləndirəcəyiksə, qarşı tərəf qazanacaq. 

- Hakimiyyət aylardır Rüstəm İbrahimbəyovun qara piarı ilə məşğulduq. Qarşı düşərgəyə yaxşı bələd olan biri kimi, siz yeni vahid namizədə - Cəmil Həsənliyə qarşı hansı hücumları proqnozlaşdırırsınız?

- Tam səmimiyyətlə deyirəm, Cəmil Həsənliyə yönələn heç bir qara piar ona yapışmayacaq. İnsanları iqtidara və müxalifətə yox, ləyaqətlilərə ləyaqətsizlərə bölmək lazımdır. Ləyaqətli, şəxsiyyətli insanlar müxalifət düşərgəsində də var, özünə yetərincə hörmət qoyan insanlar iqtidar düşərgəsində də var. Özünə, sözünə, şəxsiyyətinə hörmət qoyan heç bir iqtidar mənsubu Cəmil Həsənli haqqında çirkin fikirlər səsləndirə bilməz. Təbii, hər kəsi tənqid etməyə məqam tapmaq olar. Ancaq Cəmil Həsənlini tənqid üçün bir əsas görmürəm. Ona qarşı qurşaqdan aşağı zərbələr olacağını ehtimal eləmirəm. Çünki Cəmil Həsənlinin bütün fəaliyyəti, eyni zamanda həyatı şəffaf olub. Ona görə də kimsə Cəmil Həsənliyə qarşı mənfi fikir səsləndirsə, özünü ictimai fikirdə ən cılız nöqtəyə gətirəcək. Tənqidlər olsa belə, onların etik çərçivəni, siyasi polemika normalarını aşmayacağını düşünürəm. 

- Dediniz ki, Cəmil Həsənlinin dəvəti ilə Milli Şuraya gəlmisiz. Bundan öncə də Ziyalılar Forumunda idiniz. Müxalifət düşərgəsində necə hiss edirsiniz özünüzü? Kənardan belə görünür ki, bu düşərgə sizi çox rahat qəbul etdi.

- Açığı Ziyalılar Forumunda daha rahat idim. Müxalifət düşərgəsində xüsusi sayğı ilə yanaşdığım insanlar çoxdur. Müxalifət düşərgəsindən də hər zaman özümə sayğı görmüşəm. Milli Məclisdə olanda da, sonra da. Ola bilər, hansısa fikirlərimlə bağlı tənqidlər, fərqli münasibət olub, ancaq bu münasibətlər qarşılıqlı sayğını heç zaman aşmayıb. Bayaq da dedim, insanlara münasibət onların düşərgəsinə yox, şəxsiyyətinə görə olmalıdır.

- Köhnə komandanın Milli Şuraya gələndən sonra sizə münasibəti necədir?

- Mən bu haqda uzun-uzadı danışmaq istəmirəm. Çünki Azərbaycan reallıqları hər kəsə bəllidir. Təbii, insanlara müəyyən basqılar var. Ancaq dəyərli insanların münasibəti o basqılara görə dəyişmir. Müvəqqəti olaraq ünsiyyətdə problemlər yarana bilər, insanlar nədənsə çəkinə bilərlər. Ancaq insanlar hər zaman daxillərində doğru hesab etdiklərinə inanırlar.

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama