Qarabağ ədəbi mühitinə yeni baxış...
Cəmiyyət
Oxunub: 1572
10 Jun 2020 | 11:58
Qarabağ ədəbi mühitinə yeni baxış...
Dünya xəritəsində bəlkə də bir nöqtə qədər kiçik görünə bilən Qarabağ elə bu dünyanın özünə sığa bilməyəcək dərəcədə unikal və ölçüyəgəlməzdir. Bu qədim diyarın çoxəsrlik maddi və mədəni abidələri, zəngin söz saxlancı olan ədəbiyyatı, sehrkar səslər aləmi, qeyri-adi təbii gözəllikləri, ecazkar füsunkarlığı onu həmişə diqqət mərkəzində saxlamışdır. Həmvətənlərimiz bu sehrkar, cənnət diyarın gözəlliyindən zövq alıb qürur duymuşlarsa, mənfur, xəyanətkar qonşularımız həmişə ona hərisliklə, qəsbkarlıqla yanaşmış, zaman-zaman öz caynaqlarına keçirməyə çalışmışlar. Əsrlərlə davam edən münaqişə və müharibələr XX yüzilliyin sonunda mənfur ermənilər tərəfindən yenidən təkrarlandı. Bu gün Azərbaycanın çarpan ürəyi- Qarabağ erməni daşnaklarının tapdağı altında öz nicat yolunu gözləyir.

Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı, ziyalısı bu doğma diyarın xalqımız üçün, dünənimiz, bugünümüz və gələcəyimiz üçün necə böyük bir əhəmiyyətə malik olduğunun fərqindədir. Hər kəs o qələbə anını yaxınlaşdırmaq üçün çox ciddi narahatlıq keçirir və bu işi reallaşdırmaq üçün öz töhfəsini verməyə can atır. Bu mənada filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın yenicə çapdan çıxan “Qarabağ ədəbi-mədəni mühiti” (XIX əsrin ikinci yarısı- XX əsrin əvvəlləri) monoqrafiyası ədəbiyyatşünaslığımıza layiqli töhfədir. Nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Səbinə Əhmədova “Qarabağ ədəbi-mədəni mühiti” (XIX əsrin ikinci yarısı- XX əsrin əvvəlləri) monoqrafiyasında çoxəsrlik tarixə, zəngin mədəniyyətə, böyük ədəbi mühitə sahib olan Qarabağı bütün parametrlərdə tədqiqata cəlb etmişdir. O, monoqrafiyanın əvvəlində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə ekskurs edir, XI əsrdən başlayaraq qədim tarixi-etnoqrafik vilayətin sınaqlar qarşısında qaldığını, Abbasilər, Hülakilər, Qızıl Orda xanlıqlarının bu yaşayış məskəninə yürüşlərinə qədər öz təhlil süzgəcindən keçirir. Çingiz xan, Batı xan, Qazan xan kimi fatehlərin Qarabağdakı daxili və xarici siyasəti ictimai-siyasi hadisələr fonunda, tarixi müqayisəli şəkildə təhlilə cəlb olunur.

Tədqiqatçı bu prosesləri ardıcıl olaraq silsilə şəklində davam etdirərək əsas mətləbə- Qarabağ xanlığının təşəkkülü və formalaşması mərhələlərinə geniş işıq salır. XVIII yüzillikdə (1747) əsası Pənahəli xan tərəfindən qoyulan xanlığın sonralar Mehrəli xan (1759-1763), İbrahimxəlil xan (1763-1806) və Mehdiqulu xan (1806-1822) tərəfindən idarə olunması tarixi faktlara istinad edilərək sənədlərin dili ilə açıqlanır.

Səbinə Əhmədova Qarabağ xanlığının, bütövlükdə Azərbaycan xalqının tarixinə qanla yazılmış Kürəkçay müqaviləsini (1805) xatırladır, 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsi kimi ədalətsiz bir qərarın acınacaqlı nəticələrindən söhbət açır. Müəllif Qarabağ ədəbi-mədəni mühitinin təhlilinə çatınca bu xronologiyanı xatırlatmaqla oxucuların yaddaşında bir daha bu ağır, üzücü, eyni zamanda insanı dərindən düşünməyə sövq edən faktları təsadüfən yada salmır. Bütün bu xronoloji xatırlatmalar həmvətənlərimizə bir ziyalı səslənişi, milli təəssübkeşlikdən qaynaqlanan, mübarizə əzmini yüksəltməyə istiqamətlənmiş milli kimliyə çağırış harayıdır. Səbinə Əhmədova bu tarixi, ictimai və siyasi hadisələrlə oxucuda tədqiqat predmetinə çevirdiyi Qarabağ və onun taleyi haqqında tam aydın təsəvvür yaradır və bir növ ədəbi mühitə keçid üçün zəmin hazırlayır. Tədqiqatın önəmli cəhətlərindən biri də Qarabağ ədəbi mühitinin ayrılıqda deyil, bütövlükdə- Şimali və Cənubi Azərbaycan ədəbi-mədəni mühiti kontekstində araşdırılmasıdır. Təbii ki, S.Əhmədova bir ədəbi mühiti digərindən təcrid etməməkdə haqlıdır. Çünki bütün bunlar bir arada təmərküzləşərək XIX əsrin II yarısı və XX əsrin əvvəlləri vahid Azərbaycan və onun intibah mərhələsini yaşayan ədəbiyyatını

olduqca real əks etdirən faktlardır. Tədqiqatçı bir incə məqamı da nəzərdən qaçırmır: Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olsa da, əsrlərcə qoruyub çağdaş dövrə qədər gətirib çıxardığı milli kökdən, istər zəngin folklor qaynaqlarından, istərsə də klassik ədəbiyyatdan uzaqlaşmamış, əksinə bütünlüklə özündə ehtiva edərək yaşatmışdır. Monoqrafiyada dövrün ədəbi mənzərəsini verərkən müəllif bu önəmli məsələləri diqqətdən qaçırmamışdır.

S.Əhmədova tədqiqatda Qarabağ ədəbi-mədəni mühitinin bəşər mədəniyyətinə, dünya sivilizasiyasına verdiyi misilsiz töhfələri konkret tarixi faktlara istinad edərək təhlil süzgəcindən keçirir. O, Qarabağın siyasi, iqtisadi, sosial ədəbi-mədəni mühitinin dünya sivilizasiyası ilə ayaqlaşmasından bəhs edərək yazır: “Qarabağ ziyalılarının Azərbaycanın digər regionlarında yaşayan maarifpərvər adamları ilə görüşmələri, məktublaşması, Qafqazın və Türk dünyasının tanınmış şəxsiyyətləri ilə əlaqəsi Qarabağda közərən qığılcımların alışmasına, buradan isə bütün Azərbaycana yayılmasına səbəb olurdu. Bu ərazidə boya-başa çatan, mükəmməl mədrəsə təhsili görmüş gənclərin sonradan elmi biliklərini Rusiya və Avropada artırmaları qarabağlı ziyalıların timsalında Şərq və Qərb təfəkkürünün mürəkkəb sintezinin formalaşmasına səbəb olmuşdu. Bu cür ziyalılar dərslik yazmaları, qəzet və jurnallarda mühərrirlik etmələri, qələmə aldıqları əsərlərin səhnələşdirilməsi bu fərqli təfəkkür tərzinin bütün ölkəyə yayılmasına səbəb olmuşdur”.

Tədqiqatda Qarabağ, mədəniyyət, musiqi, şeir, sənət beşiyi olan Şuşa şəhəri və onun böyük düha sahiblərinin fəaliyyəti diqqət mərkəzində saxlanılır. Hələ 1830-cu ildən fəaliyyətə başlayan Şuşa qəza məktəbinin dünya standartları səviyyəsində təhsil verməsi, 1874-cü ildə Zaqafqaziyada ilk dəfə olaraq Şuşa şəhər məktəbinin açılması, 1881-ci ildən isə Şuşa Realnı Məktəbinin fəaliyyətə başlaması və ana dili ilə yanaşı rus, alman və fransız dillərində dərslərin keçirilməsi burada maarifin, elm və mədəniyyətin hansı zirvədə olmasından xəbər verən qürurverici məqamlardır. 1896-cı ildə isə bu qədim mədəniyyət mərkəzində 210 nəfər şagirdin təhsil aldığı ikisinifli rus-tatar məktəbinin açılması maarif sahəsindəki intibahın ən bariz nümunəsidir.

Professor Raqub Kərimov Qarabağın, Şuşanın tədqiqata cəlb olunan mərhələsini (XIX əsrin ikinci yarısı- XX əsrin əvvəlləri) tarixi faktlar əsasında şərh edərək, dövrün həqiqi mənzərəsini faktların dili ilə açıqlayaraq yazır: “XIX yüzillikdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 11 nüsxəbənd, 4 astronom, 18 memar, 16 həkim, 42 müəllim var idi. Bu böyük ziyalılar dəstəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə böyük rol oynamışlar”.

Səbinə Əhmədova Qarabağın qədim kökə söykənən və milli dayaqlar üzərində bərqərar olan ədəbi ənənəsini klassik dövrdən orta çağa və eləcə də XX əsrin əvvəllərinə qədər izləyərək dövrün epoxasını sözlə rəsm edir. Tədqiqat obyektinə çevirdiyi mərhələnin görkəmli nümayəndələrinin həyat və yaradıcılıq yolunu, ictimai mühitə və mövcud quruluşa münasibətini ayrı-ayrı oçerklərdə əks etdirir. Bununla belə, Qarabağ ədəbi mühitində yaşayıb yaradan, yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında realizm və xəlqilik anlayışını qərarlaşdıran Molla Pənah Vaqif ədəbi məktəbinin Qarabağ ədəbi mühitinə təsirsiz ötüşmədiyini də tədqiqatda ön plana çəkir. Bütövlükdə yaranan münbit şərait bir çox sənətkarların yetişməsində və formalaşmasında müstəsna rol oynamışdır. S.Əhmədova artıq adları ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yer tutan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Mirzə Həsən Qarabaği Yüzbaşov, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məxfi, Məşədi Məhəmməd Bülbül, Bəhmən Mirzə Qacar haqqında ayrı-ayrı oçerklərdə bəhs etmiş, onların yaradıcılıqlarını ən dərin qatlarına, incə məqamlarına qədər açmağa nail olmuşdur. Bu təhlillər hər bir sənətkarın fərdi yaradıcılığını, dəst-xəttini və ən başlıcası isə öz dövrünə, mühitinə münasibətini aydınlaşdırmaq baxımından olduqca əhəmiyyətlidir. S.Əhmədova hər bir sənətkara ayrı-ayrılıqda oçerklər həsr etsə də, onları birləşdirən eyni məqsəd və məramı, vətən və millət təəssübünü bir arada təmərküzləşdirə bilmişdir. Bu isə bütövlükdə Qarabağ ədəbi hərəkatını yaradan ən önəmli faktorlar kimi tədqiqatın dəyərini artırır. Monoqrafiyada hər bir şairin yaradıcılığına istinad edən müəllif həm onların zəngin folklor ənənəsinə söykənən çoxçalarlı və çoxqatlı örnəklərini, həm də

Azərbaycan klassik ədəbiyyatında stabilləşən şeir formalarının özəlliklərini konkret nümunələr əsasında şərh edir. Bütün bunlar Azərbaycanda elm, maarif, təhsil sahəsindəki tərəqqinin bir hissəsi kimi uğurlu və diqqətçəkəndir.

Qarabağ ədəbi-mədəni mühiti haqqında söhbət açarkən 1864-cü ildə əsası şuşalı şair Mirzə Rəhim Fəna tərəfindən qoyulan ədəbi məclisi xatırlatmamaq mümkün deyil. Sonralar Xan qızı Xurşidbanu Natəvanın rəhbərliyi ilə onun evində davam etdirilən bu ədəbi məclis “Məclisi-üns” (Dostluq məclisi) adı ilə fəaliyyət göstərmişdir. Dövrün böyük ədəbiyyatını yaradan bu ədəbi məclis öz ətrafında XIX əsr Azərbaycan ədəbiyyatının inkişafında müəyyən xidmətləri olmuş Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai, Hacı Abbas Agəh, İsmayıl bəy Daruğə, Mirzə Sadiq Piran, Məhəmmədəli bəy Məxfi, Məşədi Nəsir Lövhi, Hüseyn ağa Cavanşir, Mirzə Haqverdi Səfa, Bəhram bəy Fədai, Mahmud bəy Mahmud, Mirzə Səfər Köhnəfüruş, Məhəmməd ağa Müştəri, Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov kimi şairləri, ziyalıları, sənət adamlarını toplamışdır. Bu ədəbi məclislə yanaşı, 1872-ci ildə Şuşada dövrünün böyük ziyalısı, zəka və istedad sahibi Mir Möhsün Nəvvabın rəhbərliyi ilə “Məclisi-fəramuşan” (Unudulanların məclisi) adlı ikinci bir ədəbi məclis də fəaliyyətə başladı ki, bu da o zamankı Azərbaycan ədəbi mühiti üçün yeni bir hadisə kimi dəyərləndirilməlidir.

Qarabağ torpağı aşıq ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanan Aşıq Pəri, incə ruhlu, aşiqanə qəzəlləri ilə könülləri fəth edən Xurşidbanu Natəvan, Fatma xanım Kəminə kimi qadın şairləri, Mir Möhsün Nəvvab kimi zəngin ensiklopedik bilik sahibini, faciə janrının (“Müsibəti-Fəxrəddin”, 1896) əsasını qoyan Nəcəf bəy Vəzirov, monumental tarixi roman müəllifi (“Qan içində”, 1937) Yusif Vəzir Çəmənzəminli, Azərbaycan ədəbiyyatşünaslığının əsasını qoyan və 100-dən çox sənətkarın həyat və yaradıcılığını aşkara çıxararaq ədəbiyyat tariximizin salnaməsini yaradan Firidun bəy Köçərli, böyük mütəfəkkir, publisist Əhməd bəy Ağaoğlu, Şərqdə ilk operanın yaradıcısı və banisi (“Leyli və Məcnun”, 1908), professional bəstəkar, böyük düha sahibi Üzeyir bəy Hacıbəyli və neçə-neçə saysız-hesabsız şəxsiyyətlər yetirmişdir. Bu ecazkar, cənnət bir diyar haqqında nə qədər yazılsa da, onun qeyri-adi gözəlliyinin, gücünün və sehrkarlığının

cazibəsindən qurtarmaq mümkün deyil. Səbinə Əhmədova monoqrafiyada bütün bu diqqət çəkən, önəmli məsələləri səbr və təmkinlə araşdırmış və Qarabağ mühitinin cazibəli orbitindən ayrıla bilməmişdir.

Qarabağ mühitinin real tarixi gerçəklikləri bir sıra məxəzlərdə, o cümlədən Qarabağ salnamələrində geniş şəkildə əksini tapmışdır. Bütün bu dəyərli tarixi qaynaqlarla yanaşı, Səbinə Əhmədovanın səmərəli axtarışlarının nəticəsi kimi ortaya çıxan “Qarabağ ədəbi-mədəni mühiti” (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri) monoqrafiyası Qarabağ salnamələrinin boy sırasını və əhəmiyyətini artıran yeni bir araşdırma kimi qiymətli və dəyərlidir.

Bütövlükdə Qarabağın ictimai-siyasi, ədəbi-mədəni həyatının real mənzərəsini canlandıran bu sanballı tədqiqat əsəri yağılara tutarlı cavab, onu sevənlərə, qələbə müjdəsi gözləyənlərə əvəzsiz bir ərməğandır. Milli təəssübkeşliklə yazılmış hər bir əsər tarix səhnəsində əbədiyyət qazanır. Bu mənada Səbinə Əhmədovanın müqəddəslik, paklıq, qəhrəmanlıq məskəni kimi simvollaşan Qarabağımızı bütün çalarları ilə özündə əks etdirən “Qarabağ ədəbi-mədəni mühiti” (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri) monoqrafiyası “Qarabağnamələr”in sırasında özünə layiqli yer tutan sanballı tədqiqat əsəri kimi əhəmiyyətlidir. Monoqrafiya Azərbaycan ziyalılarına və geniş oxucu auditoriyasına qiymətli bir töhfədir. Bu dəyərli tədqiqat əsərindən ali və orta məktəblərdə dərs vəsaiti kimi istifadə olunması faydalı ola bilər.

Çoxşaxəli yaradıcılığı və dəyərli tədqiqatları ilə Azərbaycan elmi ictimaiyyətində yaxşı tanınan Səbinə Əhmədovaya səmərəli axtarışlarında yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq!


GÜLBƏNİZ BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı