Bakıda lift korrupsiyası  davam edir?...-FOTOLAR
Oxunub: 4913
08 Jun 2020 | 14:33
Bakıda lift korrupsiyası  davam edir?...-FOTOLAR
Məlum olduğu kimi, 2018-ci ildə Azərbaycanın lift təsərrüfatıyla bağlı böyük bir qalmaqal baş verdi. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov külli miqdarda korrupsiya əməllərinə görə işindən azad edildi  və fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işi qaldırıldı. Və yekunda ölkənin lift təsərrüfatında biabırçı faktlar üzə çıxdı…
Bakı və digər iri şəhər və rayon mərkəzlərinin sakinləri inanmağa çalışdı ki, bundan sonra bəhs edilən sahəyə təyin olunan yeni rəhbərlər etimadı doğruldacaq…

Təəssüf ki, araşdırmalar göstərir ki, hələ də bəzi məmur və özəl qurum əməkdaşları sözügedən lift qalmaqalından, eləcə də ölkədə müxtəlif nazirlik, icra hakimiyyətləri   və digər qurumlardakı korrupsiya faktlarıyla bağlı edilən həbslərdən nəticə çıxarmayıblar… 
 
Moderator.az redaksiyasına  Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20 A ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yaşayan yerli sakinlər və məcburi köçkünlər   tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə( surətləri Baş Prokuror Kamran Əliyevə və Baş prokuror yanında  Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova) ünvanlanmış  şikayət daxil olub.  Şikayət mətnində deyilir:

“Hörmətli redaksiya! 1990-cı ildə istifadəyə verilmiş 3 blokdan ibarət 16 mərtəbəli binamızda hazırda  126 ailə, yaxud 650 sakin yaşayır. Bina istismara verilən gündən hər  blokda iki - böyük  və kiçik lift olub. Təəssüf ki, 1990-ci ildən bəri binamızdakı böyük liftlər bir gün, bir saat olsun, işləməyib.  Bakı “Lift-təmir” İB-nin əvvəlki rəhbərliyinə dəfələrlə həmin liftlərin bərpası üçün müraciət edilsə də, heç bir tədbir görülmədi. Əksinə, son 5-10 il ərzində  liiftləri düzəltmək əvəzinə, olan-qalan ehtiyat hissələrini də söküb apardılar. Xətai rayonunda yerləşən “Lift-təmir” İB-nin 3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin  Sözügedən idarədə kadr dəyişikliyindən sonra sakinlər adından liftlərimizin bərpası xahişi ilə Baki “Lift-təmir” İB-nin direktoru Xalid Ələkbərova  müraciət etdik. Müraciətimizdən qısa müddət sonra idarə əməkdaşları cəmi iki həftə ərzində binamızdakı həm böyük, həm də kişik liftləri yüksək səviyyədə bərpa və təmir edərək sakinlərin istifadəsinə verdilər. Hətta buna görə X.Ələkbərov başda olmaqla bütün qurum əməkdaşlarına saytınız vasitəsilə təşəkkür də ünvanladıq. Bir ilə yaxın həmin liftlər normal işlədi… 
2019-cu ilin  noyabr-dekabr aylarında isə həmin il fevralın əvvəlində Respublika Prezidentin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq  bizim binadakı  liftlər Bakı “Lift-təmir” İstehsalat Birliyinin  Almaniyanın “Wittur Holding GMBH” şirkətinin istehsalı olan ən müasir standartlara uyğun tipli  liftlər quraşdırıldı. Lakin istifadəyə verilməsindən cəmi 5-6 ay keçməsinə rəğmən artıq liftlərin çoxu sıradan çıxıb, qəzalı vəziyyətə düşüb. Liftlər mütəmadi olaraq xarab olur, sakinlərə, xüsusən yaşlı, qadın,uşaq və xəstə vətəndaşlara olmazın əziyyətlər verir. Enib-qalxarkən titrəyişdən, səs-küydən qulaq tutulur, sanki lift şaxta divarlarına çırpılır. Qurğular gözələnilmədən dayanır, qapılar bağlı qalır və xəstə, ahıl sakinlər, qadın və uşaqların həyəcandan bağrı yarılır.  Bu günlərdə Laçın rayonundan məcburi köçkün, 92 yaşlı Mikayıl Zeynalov da xeyli müddət bağlı liftdə qalaraq həyati təhlükəyə məruz qalıb. 
Əgər lift xarab olursa, onu binada təmir edə bilən mütəxəssis yoxdur. Gərək zəng edəsən, “Gənclik” metrosunun yaxınlığındakı ofislərindən azı, bir neçə saat, bəzən bir neçə gün ərzində mühəndislər gəlib onu təmir edə, yaxud qapısını aça ki, insanlar oradan çıxa bilə. Elə vəziyyət yaranıb ki, artıq biz  - bina sakinləri köhnə sovet liftlərinin “atasına rəhmət oxuyuruq”…   

Cənab Prezident! Biz belə bir nəticəyə gəlmişik ki, bütün bu problemlərə səbəb tenderi udaraq(?) liftləri quraşdıran şirkətin ucuz işçi qüvvəsi vasitəsilə qazanc əldə etmək  məqsədi olub. Belə ki, ən müasir dünya standartlarına uyğun liftlərin quraşdırılması binamızın yaxınlığındakı bazarda alverçilik edən, tanıdığımız toyuq satan, göyərti satanlara və s. həvalə olunub. Və qeyri-peşəkar fəhlələrin quraşdırdığı liftlərdə ciddi problemlərin yaranması təbii haldır. 

Digər səbəb isə işçilərin zəhmət haqqının vaxtında ödənilməməsidir.  Fəhlələrin sözlərinə görə, yarım ilə yaxındır, liftlərin  quraşdırılamasında iştirak etmiş işçilərin hər birinə 2000-3000 AZN əmək haqqı borcları var. İndi də  deyirlər ki, pandemiya, karantin dövrü  ilə bağlı maaşlarınızın yarısı batıb gedir, vermirik. Görəsən, həmin şirkət rəhbərliyinə məlum deyil ki, cənab  Prezident  karantin dövründə heç bir kəsin işdən azad edilməməsi və heç bir vətəndaşın əmək haqqının kəsilməməsi haqda  göstəriş verib.  Axı  liftin quraşdırılması zamanı binada görülən bütün işlər dəqiqliklə hesablanaraq fəhlələrin əmək haqqı ödənilməlidir. Bəs Prezident sərəncamı əsasında dövlət tərəfindən ayrılan həmin pullar haraya sərf olunub?..

Cənab Prezident! Biz bu müraciəti may ayının ortalarından hazırlamışdıq. Ancaq bundan xəbərdar olan  liftləri quraşdıran qurum rəhbərliyi bizdən möhlət istədi. “Vittur” şirkətinin direktoru Tural Nəcəfov söylədi ki, bağışlayın, bəzi işçilər səhlənkarlıq edib, təxminən bir həftəyə problemləri aradan qaldırıb liftləri saz vəziyyətdə sizə təhvil verəcəyik. Düşündük ki, bəlkə də doğru söyləyirlər. Və bir həftə sonra doğrudan da  binada liftlər qaydasında işləməyə başladı. Lakin  sevincimiz cəmi bir neçə gün  çəkdi.   Liftlərimizdə yenidən  oxşar problemlər yaranmağa başladı. Odur ki, Sizin qiymətli vaxtınızı alaraq media vasitəsilə şikayətimizi nəzərinizə çatdırmağa məcbur olduq.

Təqdim etdiyimiz fotolardan da bəhs edilən şirkətin  üzərinə düşən işləri hansı səviyyədə icra etdiyi bəlli olur.
Cənab Prezident!  Xahiş edirik, biz  vətəndaşların bəhs etdiyi problemin həlli və bu problemin yaranmasına səbəb olaraq aylarla bizləri əziyyətlərə, həyati təhlükələrə salan, mənəvi, psixoloji sarsıntılara məruz qoyan qurum və vəzifəli şəxslər barədə tədbir görülməsi üçün müvafiq  dövlət orqanlarına göstəriş verəsiniz”.


Redaksiyadan: 

Bakı “Lifttəmir” idarəsinin müəyyən etdiyi tenderi udduğu deyilən və  bəhs edilən ünvandakı binada liftləri quraşdıran və sonradan təmir edən  “Vittut” şirkətinin rəhbəri Tural Nəcəfof redaksiyamıza sakinlərin şikayəti daxil olduğu ilk gündə əməkdaşımıza açıqlamasında bildirib ki, hazırda sözügedən şirkət fəaliyyətini dayandırıb. “Lakin bəli, həmin binada lift quraşdıırımasını biz təşkil etmişik. Düzdü, son günlər problemlər yaranıb və liftlər söndürülüb, tezliklə təmir edilib sakinlərin istifadəsinə veriləcək. Hazırda orada işlər gedir. Montaj qrupları işləyib, görünür onlar işlərinə səhlənkar yanaşıblar. Biz həmin qrupun rəhbərini kənarlaşdırmışıq, yenisini təyin etmişik. Hazırda binada 3 lift işləyir, digərlərində də təmir gedir”. 

“Bəs işlərə vaxtında niyə nəzarət olunmayıb?” sualına T.Nəcəfov belə cavab verib: 
“Vaxtında nəzarət edirdik. Ancaq işlərin həcmi çox idi, biz də orada işləyənlərə güvənmşdik... Onlarsa müəyyən məsələlərə səhlənkar yanaşıblar. Bunları da özümüz aradan qaldırıracağıq...”


“İşçilərin maaşı niyə vaxtında ödənilmir” sualına cavabında isə şirkət rəhbəri bildirib ki, belə bir problem yoxdur, maaşlar verilir. “Bu, bizimlə əlaqəli olan məsələ deyil. Bu gün özümüzdən 1200 manat əlavə pul xərcləyib işləri tənzimləməyə çalışırıq...”
 
Material çapa hazırlanarkən suallarımıza cavab almaq istədiyimiz “Vittut” şirkətinin rəhbəri Tural Nəcəfov zənglərimizi cavablandırmadı...

Maraqlıdır, bəs görəsən  Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi ilə əlaqədar bağlanan müqavilələr və görülən işlərə tərəfindən ciddi nəzarət olunacağına söz verən Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən  Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin iki ilə yaxındır işləyən yeni direktoru Xalid Ələkbərov “Vittur” şirkətinin işlərinə necə nəzarət edib?..
Xatırladaq ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən bu məqsədlə dövlət büdcəsindən ayrılmış 40 milyon manat həmin  sərəncama 26 noyabr 2019-cu il tarixli dəyişikliklə əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb...

Materialda adları çəkilən qurum və səlahiyyətli şəxsləri dinləməyə hazırıq.

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."